Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2530/2023 24.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, qüsur aktı, sığorta ödənişi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (h/ş əvvəlki adı "xxxx" QSC) 2833.85 manat məbləğində sığorta ödənişi, 60 manat məbləğində mediasiya xərci, 06 manat məbləğində dövlət rüsumu, 04 manat məbləğində poçt xərci və 0.4 manat xidmət haqqının, cəmi 2904.25 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, C.Məmmədqulizadə və H.Ələsgərov küçələrinin kəsişməsində cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsinə əsasən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1971-ci il tarixdə Ceyhan şəhərində anadan olmuş X9 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “əmlak sığortası” qaydasında sığortalanmış “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Caspian Tech” QSC-nin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ASC tərəfindən 7623.6 (yeddi min altı yüz iyirmi üç manat, altmış qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4789.75 (dörd min yeddi yüz səksən doqquz manat, yetmiş beş qəpik) manat məbləğində olan hissəsi “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilməli olduğundan ASC qalıq 2833.85 (iki min səkkiz yüz otuz üç manat, səksən beş qəpik) manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malik olmuşdur. İddia ərizəsinə əlavə edilmiş MİB-HO-0029-0/14 saylı, xx.xx.2014-cü il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,“Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, CYP 447872 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki,xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, C.Məmmədqulizadə və H.Ələsgərov küçələrinin kəsişməsində cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsinə əsasən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1971-ci il tarixdə Ceyhan şəhərində anadan olmuş X9 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və X9 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışından (forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən anda “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil"xxxx" QSC-nin mülkiyyətində (h/ş əvvəlkiadı"xxxx" QSC) olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərər 7973.6 (yeddimin doqquz yüz yetmiş üç manat,altmış qəpik) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli sığorta aktından və xx.xx.2014-cü il tarixli kassa-məxaric orderindən müəyyən olunur ki, “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə ASC tərəfindən 350 (üç yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləğiçıxıldıqdan sonra 7623.6 (yeddimin altı yüziyirmi üç manat,altmış qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il tarixli, BS-S-23/0014 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, ASC tərəfindən "xxxx" ASC tərəfindən ödənilməli məbləğ çıxıldıqdan sonra qalıq 2833.85 (iki min səkkiz yüz otuz üç manat, səksən beş qəpik) manat məbləğində sığorta ödənişinin geri ödənilməsicavabdehdən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 03/23 saylı məktubundan müəyyən olunur ki, ASC tərəfindən göndərilmiş geriyə tələb məktubuna cavab olaraq cavabdeh "xxxx" QSC 2833.85 (iki min səkkiz yüz otuz üç manat, səksən beş qəpik) manat məbləğində sığorta ödənişinin məbləğinin geri ödənilməsindən imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00186 saylı arayışından müəyyən olunur ki, mübahisənin mediasiya qaydasında həllimümkün olmamışdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh fəaliyyət növü olaraq idman mərc oyunlarının operatoru qismində “Topaz” əmtəə nişanı altında fəaliyyət göstərir. İddia ərizəsində göstərildiyi kimi, yol-nəqliyyat hadisəsi törədilən zaman cavabdehin mülkiyyətində olmuş “Toyota RAV-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin işçisi X9 tərəfindən idarə edilmişdir. Etiraza əlavə edilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin və əmək müqaviləsinin surətlərindən göründüyü kimi, X9 cavabdehdə satış üzrə müdir vəzifəsində çalışmışdır. İddiaçı iddia ərizəsində göstərir ki, xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, “Subaru Forester” markalı ** ZZ *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7973.60 manat məbləğində qiymətləndirilmişdir. İddiaya əlavə edilmiş həmin zərərin qiymətləndirilməsi aktı hadisənin baş verməsindən 9 il ərzində cavabdehə təqdim edilməmişdir. Hadisənin üzərindən 9 illik müddətin keçməsi və bu müddət ərzində cavabdehə təqdim edilməməsi cavabdehin həmin aktı vaxtında mübahisələndirmək imkanından məhrum etmişdir. Bununla bağlı iddiaçı tərəfindən yalnız xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edilmişdir. Eyni zamanda həmin aktdan göründüyü kimi, bu akt iddiaçının özü tərəfindən tərtib edilmiş daxili korporativ aktdır və maraqlı şəxsin özü tərəfindən təsdiqlənmişdir. Yəni aktda qiymətləndirilmiş zərər avtomobil təmiri üzrə ixtisaslaşmış servis mərkəzinin və ya bu sahə üzrə ekspertin iştirakı olmadan birtərəfli qaydada müəyyən edilmişdir. Sadalanan bu hallar zərərin qiymətləndirilməsi aktının obyektivliyini şübhə altına alır, həmçinin hazırda 9 illik müddətin keçməsinə görə həmin zərərin düzgün qiymətləndirilib-qiymətləndirilməməsinin araşdırılmasını imkansız edir. Əlavə olaraq bildirilməlidir ki, yol-nəqliyyat hadisəsi törədilən zaman cavabdeh "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixli MV-C 00097-14 No-li sığorta müqaviləsinə əsasən öz avtomobillərini kompleks sığorta etdirmişdir və həmin müqavilə üzrə sığorta cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortasını da ehtiva etmişdir. Yəni qeyd edilən hadisə ilə bağlı cavabdehə vaxtında müraciət edilmiş olsaydı, həmin sığorta müqaviləsinə əsasən cavabdehin sığortaçısı tərəfindən sığorta şərtlərinə cavab verildiyi təqdirdə, həmin zərərin ödənilməsi imkanı da mövcud ola bilərdi.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Xəlilov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yazılı etirazda göstərilənlər əsassızdır, hadisənin baş verməsində təqsirli olan İsmayıl Hakkı cavabdehin işçisi olmuş, hadisə də onun öz əmək funksiyalarını icra edən zaman baş vermişdir. Məhkəməyə vaxtında müraciət edilməməsinin səbəbi borcun sonradan onlar tərəfindən aşkar edilməsi olmuşdur. Bundan əlavə, sığortaçı qanunun tələblərinə əsasən özü də qüsur aktı tərtib etmək hüququna malikdir, bu səbəbdən qüsur aktı onun tərəfindən tərtib edilmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İsmayıl Hakkı cavabdehin işçisi olmuş, həmin avtomobil ona əmək funksiyalarının icrası ilə əlaqədar deyil, xidməti maşın olaraq verilmişdir. Hadisənin törədilməsində təqsirli olmuş işçi həmin hadisəni törədərkən əmək funksiyalarını icra etməmiş, nahar fasiləsində olmuş, həmin avtomobil ona iş yerinə gedib gəlməklə əlaqədar müvəqqəti istifadəyə verilmiş, bu səbəbdən baş vermiş hadisəyə görə işəgötürən olaraq cavabdehin hər hansı məsuliyyəti yaranmamışdır. Hadisə baş verən vaxt İsmayıl Hakkı, öz əmək funksiyalarını icra etməmiş, bundan əlavə cavabdeh ona nəzarət etmək vəzifəsi daşımamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün birtərəfli tərtib edilmiş qüsur aktı öz mötəbərliyini itirmiş, cavabdeh onu mübahisələndirmək imkanıdan məhrum olmuşdur. Bundan əlavə, vurulmuş ziyanla bağlı İsmayıl Hakkıya qarşı hər hansı tələb irəli sürülməmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 630/14 nömrəli X2 məxsus “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş zərərin hesablanması aktından görünür ki, ümumilikdə 6757,29 manat, 1216,31 manat ƏDV olmaqla, yekunda 7973,60 manat zərər hesablanmışdır.
9. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli xx.xx.2014-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı X2 məxsus “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişi barədə 829/-CM-630/14 nömrəli sığorta aktından görünür ki, iddiaçı tərəfindən texniki baxışdan keçirilmiş “Subaru Forester” (** ZZ ***) markalı avtomobillə bağlı zərər 7973,60 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi dəymiş zərərdən MİB-HO- 0029/0/14 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 350 manat azadolma məbləği çıxıılmaqla 7623,60 manat təşkil edir. Bu məbləğ "xxxx" ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli rəsmi elekron məlumatlandırma sisteminin qarşılıqlı tətbiq edilməsi haqda razılaşma şərtlərinə əsasən sığortalıya nağd olaraq ödəniləcəkdir.
10. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası üzrə MİB-HO-0029-0/14 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X3 məxsus “Subaru Forester” markalı ** ZZ *** dövlət nömrə nişanlı avtomobil 28700 manat məbləğində, 809,34 manat sığorta haqqı olmaqla sığorta edilmişdir. Azadolma məbləği 350 manat müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 447872 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasında anadan olmuş X10 xx.xx.2014-cü il tarixdə 14:40-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinin 111.5-ci bəndinin tələbini pozaraq C.Məmmədquluzadə küçəsi H.Ələsgərov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirmiş, nəticədə H.Ələsgərov küçəsində hərəkət edən “Subaru” markalı ** ZZ *** dövlət nömrə nişanlı maşınla toqquşmuşdur.
12. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasirəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, həmin tarixdə C.Məmmədquluzadə ünvanında toqquşma baş vermişdir. Hadisə nəticəsində X1 idarə etdiyi nəqliyyat vasitəsinin qabaq buferi, qabaq sol qanad, sol fara, qabaq setka, alın şüşəsinə zərər dəymişdir.
13. "xxxx" QSC ilə X9 arasında bağlanmış 03310 nömrəli əmək müqaviləsindən görünür ki, işçi satış üzrə müdir vəzifəsinə xx.xx.2010-cu il tarixdən işə götürülmüşdür.
14. Qarant Sığorta tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli MV-C 00097-14 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" QSC-yə məxsus avtomobillər 01 may 2014cü il tarixdən 01 may 2015-ci il tarixədək kompleks – avtonəqliyyat vasitəsinin maddi zərərdən 214.000 manat, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən 275.000 manat, üçüncü şəxslər qarşısında mülki məsuliyyətdən 25.000 manat məbləğində sığortalanmışdır.
15. Müqaviləyə 01 saylı Əlavədə sığortalanmış avtonəqliyyat vasitələrinin siyahısı göstərilmişdir.
16. Müqaviləyə 02 saylı Əlavədə sığorta təminatı üzrə cədvəldə ayrı-ayrılıqda avtomobillər üzrə sığorta məbləği, şərtsiz azadolma məbləği, sığorta haqqı və ümumi sığorta haqqı göstərilmişdir.
17. Hüquqi şəxslərə məxsus avtomobillərin kompleks sığortasından görünür ki, sığortaçı bu müqavilə ilə şərtləşdirilmiş sığorta haqqı müqabilində sığortalıya müqavilədə nəzərdə tutulan hadisələrin baş verdiyi təqdirdə həmin hadisələr nəticəsində bilavasitə sığortalanmış avtomobillə əlaqədar dəymiş zərərlərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş sığorta məbləğləri həddində ödəməyi öhdəsinə götürür.
18. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən iddiaçı tərəfindən Ə.Abdıyevə 7623,60 manat sığorta ödənişi verilmişdir.
19. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
21. Həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
22. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
23. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
24. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
25. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
26. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
27. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
28. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
31. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, C.Məmmədquluzadə və H.Ələsgərov küçələrinin kəsişməsində cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav- 4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsinə əsasən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1971-ci il tarixdə Ceyhan şəhərində anadan olmuş X9 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində "xxxx" QSC-nin mülkiyyətində olmuş (h/ş əvvəlki adı "xxxx" QSC) “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı “Subaru Forester” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə iddiaçı tərəfindən 7623.6 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4789.75 manat məbləğində olan hissəsi “Toyota Rav-4” markalı, H 020 319 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilməli olduğundan iddiaçı hazırda qalıq 2833.85 manat məbləğində pulu cavabdehdən tələb edir.
33. Cavabdeh iddiaya etiraz edərək, dəymiş ziyanın 7623.6 manat olmadığını, hadisəsinin üzərindən uzun müddət keçdiyi üçün cavabdehin qüsur aktını mübahisələndirmək imkanını itirdiyini, həmin sübutun mötəbərliliklə bağlı şərtə cavab vermədiyini bildirir.
34. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır və bununla bağlı bildirir ki, hadisə nəticəsində sığortalanmış avtomobilə dəymiş zərər sığortaçı (iddiaçı) tərəfindən müəyyən edilmiş, sığortalı tərəfindən də mübahisələndirilməmişdir.
35. Belə ki, Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
36. Bundan əlavə, cavabdeh etirazında göstərmişdir ki, vaxtında iddiaçı tərəfindən ona baş vermiş hadisə barədə müraciət edilsəydi, mülkiyyətində olan avtomobilin sığortaçısı tərəfindən dəymiş zərər ödəniləcəkdi.
37. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edir.
38. Belə ki, sığorta hadisəsi nəticəsində sığortaçıya ("xxxx" ASC) məlumat vermək vəzifəsi hazırkı halda iddiaçının deyil, cavabdehin vəzifəsi olmuşdur.
39. Belə ki, Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
40. Bundan əlavə, cavabdeh hadisənin törədilməsində təqsirli olmuş işçisinin həmin hadisəni törədərkən əmək funksiyalarını icra etmədiyini, nahar fasiləsində olduğunu, həmin avtomobilin ona iş yerinə gedib gəlməklə əlaqədar müvəqqəti istifadəyə verildiyini, bu səbəbdən baş vermiş hadisəyə görə işəgötürən olaraq onun hər hansı məsuliyyətinin yaranmadığını göstərir.
41. Məhkəmə cavabdehin etirazının bu dəlili ilə də razılaşmır, belə ki, inzibati xəta haqqında protokola əsasən hadisə xx.xx.2014-cü il tarixdə, saat 14:40-da baş vermiş, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə əsasən işçinin nahar vaxtı saat 12:00-dan saat 14:00-dək müəyyən edilmiş, həmin saatlar çıxılmaqla saat 09:00-dan 18:00-a qədər olan vaxt işçinin iş vaxtı kimi müəyyən edilməklə, həmin saatlarda işçinin vaxtını işəgötürənin işinə həst etməli olduğu, bundan əlavə tərəflərin birinin digərinin əmlakına dəyən zərərə görə maddi məsuliyyət daşıdığı göstərilmişdir.
42. Cavabdeh həmin saatda işçinin (X8) iş günü ərzində öz əmək funksiyalarının icrasından azad edildiyi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 66 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 2833.85 (iki min səkkiz yüz otuz üç manat səksən beş qəpik) manat məbləğində pul və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova