Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2544/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Karolina”s Kingdom” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi/vəkili Nümayəndə2, İddiaçı “Karolina”s Kingdom” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Karolina”s Kingdom” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı-yə təhvil verilmiş və ümumi dəyəri 49.148,77 ABŞ dolları təşkil edən mallar üzrə məişət sertifikatların təqdim edilməsi, eləcə də təhvil verilmiş mallara dair ikitərəfli təhvil-təslim aktın tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyərini təşkil edən 36.251,6 ABŞ dolları məbləğində pul vəsaitinin, eləcə də xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamə icra olunan günədək 36.251,6 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında cərimə məbləğlərinin hesablanması və həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gürcüstan Respublikasısnın qanunverciliyinə əsasən qeydiyyatdan keçmiş "xxxx" MMC (bundan sonra “Sifarişçi”) və Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş Cavabdeh MMC (bundan sonra “Podratçı”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19-01 nömrəli "xxxx" brendi üçün geyim və aksesuar əşyalarının tikilməsi üzə dərzi xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə uyğun olaraq, Podratçı Sifarişçinin tələblərinə uyğun üslubda, ölçüdə və xammaldan istifadə edərək, Sifarişçiyə dərzilik xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Qeyd olunmalıdır ki, tərəflər arasında olan razılaşmaya əsasən, tikilməsi nəzərdə tutulan geyim və aksesuar əşyalarının xammalının növü və rəngi Sifarişçi tərəfindən seçilməklə Podratçı tərəfindən alınması təmin edilir və xammalın dəyəri də Sifarişçi tərəfindən hər bir geyim və ya aksesuar üzrə aparılan ödənişə daxil edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə uyğun olaraq, Podratçı Sifarişçinin tələb etdiyi ölçüdə, üslubda, kəmiyyətdə və xammalda geyimlərin (Mallaraın) tikilməsi xidmətlərini (“Xidmət”) göstərməyi öhdəsinə götürür, müqavilənin ayrılmaz hissəsi olan müvafiq Əlavələrdə (bundan sonra “Əlavə” adlandırılacaq) göstərildiyi kimi və Sifarişçi bu Müqaviləyə uyğun olaraq Xidmətləri və Malları qəbul etməyə və Haqqı ödəməyə razıdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, mallar "xxxx" brendinə aiddir və həmin brendin adı ilə buraxılmalıdır. Müqavilənin 1.3-cü bəndində əsasən, Podratçı tərəfindən malların çatdırılması Azərbaycanın Bakı şəhərində həyata keçiriləcək. Tərəflər arasında bağlanmış Podratçının öhdəlikləri adlanan 2.2-ci bəndinə əsasən, 2.2.1 bu Müqavilədə nəzərdə tutulmuş xidmətlərin peşəkarca və vaxtında çatdırılmasını təmin etmək; 2.2.2 görüləcək hər hansı iş barədə müştəriyə vaxtında məlumat vermək; 2.2.3 təhvil-təslim aktına uyğun olaraq malı müştəriyə çatdırmaq. Müqavilənin 3.1-ci bəndinə əsasən, podratçı mallar hazır olan və bu müqavilənin tələblərinə uyğun gələn kimi xidmətlərin başa çatması barədə müştərini xəbərdar etməlidir. Xidmətin göstərilməsi başa çatdıqdan sonra Podratçı 20(iki) nüsxədə imzalanmış təhviltəslim aktı əsasında malı müştəriyə təhvil verəcək; 3.3 Malların çatdırılma şərtləri müvafiq əlavədə müəyyən edilmişdir. Xidmətlər gecikdirildikdə, podratçı hər gecikdirilmiş gün üçün vaxtı keçmiş xidmət haqqının 0,1% miqdarında cərimə edilir. Müqavilənin dəyəri və ödəniş üsulu adlanan 4.1-ci bəndində göstərilmişdir ki, malın qiyməti xammalın dəyərindən və xidmət haqqından (“Haqq”) ibarətdir və bu Sazişin müvafiq Əlavəsi ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin müddəti 12 ay göstərilsə də, müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə müddəti avtomatik olaraq hər il uzadıldığından, tərəflərin işgüzar münasibətləri 2023-cü ilin aprel ayına qədər davam etmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixində tərəflər arasında Müqaviləyə Əlavə №01 saylı razılaşma imzalanmışdır. Həmin 01 saylı Əlavədə Podratçı ümumi dəyəri 4.334,10 ABŞ dolları olan malın 60 gün ərzində müştəriyə çatdırmağı öhdəsinə götürmüşdür. Ödəniş şərtləri isə 14 sentyabr 2019-cü il tarixinədək 2.750 ABŞ dolları avans olaraq, xidmətin çatdırmasından sonra 10 gün ərzində 1.584,10 ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış Əlavələrə və Proforma-invoyslara görə, hansılarki tərəflər arasında Müqaviləyə Əlavə kimi qəbul edilmişdir, iddiaçı tərəfindən cavabdehin bankda olan hesablaşma hesabına hesab-fakturalar əsasında aparılan ödənişlərin ümumi məbləği 61.253,37 ABŞ dolları təşkil etmişdir ki, bu ödənişlər ABŞ dolları olmaqla göstərilən tarixlərdə həyata keçmişdir: xx.xx.2019-cu il tarixli Əlavədə göstərilən 4.334,10 ABŞ dolları məbləğindən xx.xx.2019-cu ildə 2.750 və xx.xx.2019-cu ildə 1.584,10 ABŞ dolları ödənişlər olmuşdur. xx.xx.2019-cu il tarixli ümumi dəyəri 8.634 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 6.700 və xx.xx.2020-ci ildə 2.882 ABŞ dolları ödənişlər olmuşdur (948 ABŞ dolları artıq ödəmə olub). xx.xx.2019-cu il tarixli ümumi dəyəri 8.354,82 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 2.000 və xx.xx.2020-ci ildə 4.700 ABŞ dolları ödənişlər olmuşdur. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 6.143,86 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3.800 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2020-ci ildə mart-aprel 2020-ci il üçün 856,80 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 3.109 (+2% bank faizi) ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3.171,18 ABŞ dolları ödəniş olmuşdur. Tarixi qeyd olunmayan, lakin ümumi dəyəri 1.711,42 ABŞ dolları olan Proformainvoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 1.711,42 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2020-ci ildə paltarlar üçün nəzərdə tutulmuş çexollara görə 3.300 ABŞ dolları ödəniş olmuşdur. P16-royalty DB Proforma-invoys üzrə ümumi dəyəri olan 8.982,75 ABŞ dollarının 70% təşkil edən 6.287,93 ABŞ dollarını və P15-H-K Proforma-invoysa uyğun olaraq ümumi dəyəri 5.204,85 ABŞ dolları təşkil edən vəsaitni 70% olan 3.643,39 ABŞ dolları məbləğinin xx.xx.2022-ci il tarixində bir ödəniş tapşırıqla 9.931,32 ABŞ dolları məbləğində ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 1.155 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2022-ci il tarixində 1.155 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 550 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2022-ci il tarixində 385 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 1.431,15 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2022-ci il tarixində 1.431,15 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2022ci il tarixli ümumi dəyəri 934,50 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2023-cü il tarixində 934,50 ABŞ dolları məbləğində ödəniş olmuşdur.P18 DFWS saylıümumi dəyəri 8.312,85 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2022-ci il tarixində 5.819 ABŞ dolları məbləğində ödəniş olmuşdur. P19 DFWL saylıümumi dəyəri 1.936,20 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq həmin məbləğin 60% xx.xx.2022-ci il tarixində 1.161,72 ABŞ dolları məbləğində ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixli NKKD saylı ümumi dəyəri 1.817 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2023-cü il tarixində 1.272,29 ABŞ dolları məbləğində ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixli Proforma-invoysa görə xx.xx.2023-cü il tarixində 5687,89 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə Sifarişçi tərəfindən Podratçıya hesab-fakturalar əsasında ümumi məbləği 61.233,37 ABŞ dolları məbləğində, eyni zamanda Western bank köçürməsi yolu ilə 24.167 ABŞ dolları məbləğində bank köçürmələri həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, Sifarişçi Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmişdir. Lakin, Sifarişçi tərəfindən edilmiş ödənişlərə baxmayaraq, Podratçı tərəfindən malların bir qismi, yəni ümumi dəyəri 49.148,77 ABŞ dolları təşkil edən bir sıra mallar təqdim edilsə də, ödənilmiş ümumi məbləğdən 36.251,6 ABŞ dolları məbləğində mallar ümumiyyətlə təqdim edilməmiş və nəticədə Podratçı Müqavilə üzrə öz öhdəliklərini pozmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı tərəf xarici şirkət olduğundan, cavabdeh tərəfindən təqdim edilmiş mallara dair məişət sertifikatı verilmədiyindən, təhvil verilən malların xaricə çıxarılması və satışının həyata keçirilməsi mümükünsüz olmuşdur. Bildiyiniz kimi, tərəflər arasında bağlanmış Müqavilənin 3.3-cü bəndinə əsasən, Podratçı Malları tərəflərin razılaşdırdığı müddət ərzində təhvil vermədikdə, o, malların çatdırılmasında gecikdirilən hər gün üçün sifariş məbləğinin 0,1%-i miqdarında cərimə ödəməyi öhdəsinə götürür. Yuxarıda göstərilənləri nəzərə alaraq, rəsmi qaydada son pretenziya məktubu ilə xx.xx.2023-cü il tarixində cavabdehə yazıb xahiş edilmişdir ki, pretenziya məktubunda qeyd edilmiş təhvil verilmiş Mallar üzrə məişət sertifikatların təqdim edilməsi, eləcə də, Sifarişçi tərəfindən cavabdehə ödənilmiş və təqdim edilməmiş malların dəyərini təşkil edən 36.179,15 ABŞ dolları məbləğində pul vəsaitinin Sifarişçiyə 10 (on) gün ərzində geri ödənilməsinin təmin edilməsi xahiş olunsa da, cavabdeh tərəfindən pretenziyaya heç bir cavab verilməmişdir. Pretenziya məktubunda o da qeyd olunmuşdur ki, hazırki pretenziya məktubu üzrə tələblər müəyyən edilmiş müddət ərzində yerinə yetirilmədikdə, iddiaçı öz hüquqlarını qorumaq məqsədilə məhkəməyə müraciət etmək, ödənilmiş vəsaitlərin geri qaytarılmasını, həmçinin malların çatdırılmasında gecikdirilən hər gün üçün sifariş məbləğinin 0,1%-i miqdarında cərimə məbləğlərinin ödənilməsini, təhvil verilmiş Mallar üzrə məişət sertifikatların təqdim edilməsini tələb etmək məcburiyyətində qalacağdıt. Buna baxmayaraq cavabdeh üzrəinə düşən phdəlikləri icra etməmişdir. O da qeyd olunmalıdır ki, cavabdehə ünvanlanmış pretenziya məktubunda ümumi dəyəri 36.179,15 ABŞ dolları təşkil edən malların təhvil verilməməsi göstərilsə də, məbləğdə texniki səhvə yol verilmiş və reallıqda qaytarılmayan malların dəyəri 36.251,6 ABŞ dolları məbləğində təşkil etmidir. Eyni zamanda cavabdehə xx.xx.2024-cü il tarixli mediasiya təklifi xx.xx.2024-cü il tarixində göndərilmiş və qanunla müəyyən edilmiş müddət gözlənildikdən sonra xx.xx.2024-cü il tarixində ilkin mediasiya üçün ərizə ilə Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. “Mediasiya haqqında” Qanuna edilmiş dəyişilikə əsasən Mediasiya təşkilatı təfəindən mediasiya prsosesinin aparılmasından imtina edilmiş və prosesi keçmədən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-i tərəfindən İddiaçı-yə təhvil verilmiş və ümumi dəyəri 41.689,35 ABŞ dolları təşkil edən xx.xx.2019-cu il tarixli Əlavədə və Proforma-İnvoysda göstərilən siyahı üzrə iddaçıda olan model adı P7-1, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-2, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-3, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 173,31 ABŞ dolları olan don; P7-4, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 171,91 ABŞ dolları olan don; P7-10, ölçüsü 42-44 170-175 sm dəyəri 127,19 ABŞ dolları olan jaket; P7-11, ölçüsü 134-140 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-12, ölçüsü 116-122 sm, 6- 7 yaş üçün dəyəri 166,32 ABŞ dolları olan don; P7-13, ölçüsü 128-134 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-14, ölçüsü 115-122 sm, 6-7 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-15, ölçüsü 110-116 sm, 5-6 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-20, ölçüsü 110- 116 sm, 5 yaş üçün dəyəri 181,69 ABŞ dolları olan don; P7-22, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 152,34 ABŞ dolları olan don; P7-24, ölçüsü 116- 122 sm, 6-7 yaş üçün dəyəri 187,28 ABŞ dolları olan don; P7-27, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 187,28 ABŞ dolları olan jaket; P7-28, ölçüsü 122-128 sm, 7 yaş üçün dəyəri 185,89 ABŞ dolları olan don; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-3, ölçüsü 44, dəyəri 544 ABŞ dolları olan böyüklər üçün paltar; P9-4, ölçüsü 122 sm, dəyəri 209 ABŞ dolları olan uşaq üçün paltar; P9-5, ölçüsü 44, dəyəri 180 ABŞ dolları olan böyüklər üçün gecə paltosu; P9-9, ölçüsü 44, dəyəri 65 ABŞ dolları olan büst top; P9-10, ölçüsü 140 sm, dəyəri 43 ABŞ dolları olan büst top; P9- 11, ölçüsü 44, dəyəri 80 ABŞ dolları olan şort; P9-12, ölçüsü 140 sm, dəyəri 60 ABŞ dolları olan şort; P9-13, ölçüsü 44, dəyəri 300 ABŞ dolları olan uşaq üçün don; P9-14, ölçüsü 128 sm, dəyəri 216 ABŞ dolları olan uşaq üçün don; P9-17, ölçüsü 44, dəyəri 360 ABŞ dolları olan uşaq üçün don; P9-18, ölçüsü 116 sm, dəyəri 217 ABŞ dolları olan uşaq üçün don; P9-19, ölçüsü 134 sm, dəyəri 228 ABŞ dolları olan gecə platyası; P9-21, ölçüsü 42, dəyəri 600 ABŞ dolları olan lələkli don; P9-22, ölçüsü 140 sm, dəyəri 168 ABŞ dolları olan lələkli top; P9-23, ölçüsü 140 sm, dəyəri 54 ABŞ dolları olan şort; P9-24, ölçüsü 42- 46, dəyəri 330 ABŞ dolları olan palto-mont kapüşonlu; P9-26, ölçüsü 42-46, dəyəri 120 ABŞ dolları olan krujevalı bluz; P9-28, ölçüsü 42, dəyəri 285 ABŞ dolları olan bridji şalvar; P9- 29, uzunluğunun ölçüsü 116, dəyəri 160 ABŞ dolları olan bridji şalvar; P9-30, ölçüsü 42, dəyəri 90 ABŞ dolları olan büst top; P9-34, dəyəri 720 ABŞ dolları olan uzun ətək altı transparan; P9-36, uzunluğunun ölçüsü 134 sm, dəyəri 205 ABŞ dolları olan uşaq donu; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P10-1, ölçüsü 122 sm, dəyəri 247 ABŞ dolları olan böyüklər üçün don; P10-3, ölçüsü 122 sm, dəyəri 100 ABŞ dolları olan şort; P10-13, ölçüsü 42, dəyəri 75 ABŞ dolları olan şort tvid; P10-19, ölçüsü 42, dəyəri 265 ABŞ dolları olan bolero jaket; P10-24, ölçüsü 122 sm, dəyəri 268 ABŞ dolları olan jaket; P10-25, ölçüsü 122 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P10-26, ölçüsü 116 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P10-27, ölçüsü 116 sm, dəyəri 220 ABŞ dolları olan jaket; P10-33, ölçüsü 134 sm, dəyəri 45 ABŞ dolları olan şort tvid; P10-36, ölçüsü 42, dəyəri 785 ABŞ dolları olan lələkli palto; P10-40, ölçüsü 42, dəyəri 190 ABŞ dolları olan naxışlı və lələkli üst geyim büstqalter; xx.xx.2020-ci il tarixli Proformainvoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P11-1, ölçüsü 40-42, dəyəri 606 ABŞ dolları olan don-tül; P11-2, ölçüsü 40-42, dəyəri 142 ABŞ dolları olan tül parçadan ətək; P11-3, ölçüsü 128 sm, dəyəri 510 ABŞ dolları olan məxmər bantlı ətək; P11- 5, ölçüsü 122 sm, dəyəri 495 ABŞ dolları olan don; P11-6, ölçüsü 40, dəyəri 980 ABŞ dolları olan don; P11-7, dəyəri 100 ABŞ dolları olan çiçək naxışla işlənmiş əlcək; P11-11, ölçüsü 42, dəyəri 70 ABŞ dolları olan şalvar; P11-12, ölçüsü 14-15 yaş üçün, dəyəri 510 ABŞ dolları olan don; xx.xx.2020-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P13-1, ölçüsü 122 sm, dəyəri 175 ABŞ dolları olan don naxışlı; P13-2, ölçüsü 44, dəyəri 225 ABŞ dolları olan don; P13-7, ölçüsü 134 sm, dəyəri 328 ABŞ dolları olan don; P13-11, ölçüsü 116-122 sm, dəyəri 80 ABŞ dolları olan pencək; P13-12, ölçüsü 116-122 sm, dəyəri 45 ABŞ dolları olan pencək; P13-14, ölçüsü 44, dəyəri 550 ABŞ dolları olan paltar; dəyəri 290 ABŞ dolları olan 100 ədəd uşaqlar üçün palto asılqan; P15-HK Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-10, ölçüsü 40- 42 sm, dəyəri 592 ABŞ dolları olan yasəmən helen paltar; P15-12, ölçüsü 40-42, dəyəri 455 ABŞ dolları olan paltar; P15-29, ölçüsü 140 sm, dəyəri 288 ABŞ dolları olan don; P15-14, ölçüsü 40-42 sm, dəyəri 936 ABŞ dolları olan don; P15-15, ölçüsü 140 sm, dəyəri 277 ABŞ dolları olan don; P15-16, ölçüsü 40-42, dəyəri 360 ABŞ dolları olan paltar; P15-17, ölçüsü 40-42, dəyəri 302 ABŞ dolları olan don; P15-28- P11-7-K-140 ölçüsü 140 sm, dəyəri 120 ABŞ dolları olan ətək; P16-royalty DB Proforma-invoys siyahı üzrə iddaçıda olan model adı P16-04 çəhrayı-DB leoner, ölçüsü 38, dəyəri 320 ABŞ dolları olan üst əlcək; P16-05 çəhrayi qırmızılı-DB leoner, ölçüsü 38, dəyəri 680 ABŞ dolları olan don; P16-06 ağDB filippa, ölçüsü S, dəyəri 150 ABŞ dolları olan əlcək; P16-07-ağ DB-filippa, ölçüsü 38, dəyəri 1085 ABŞ dolları olan don; P16-10-ağ çəhrayılı DB letisiya, ölçüsü 40- 42, dəyəri 680 ABŞ dolları olan palto; P16-11-ağ çəhrayılı DB-letisiya, ölçüsü 40-42, dəyəri 3655 ABŞ dolları olan don; P16-12-ağ çəhrayılı –DB-letisiya, ölçüsü S, dəyəri 180 ABŞ dolları olan əlcək; P18 DFWS saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-24, ölçüsü 40-46, dəyəri 120 ABŞ dolları olan labada geyim; P18- DFWS-03, ölçüsü 40, dəyəri 173 ABŞ dolları olan top; P18-DFWS-04, ölçüsü 42, dəyəri 258 ABŞ dolları olan yubka; P10-42, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P18- DFWS-05, ölçüsü 38, dəyəri 475 ABŞ dolları olan jaket; P11-3, olçüsü 128 sm, dəyəri 145 ABŞ dolları olan don; P11-1, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan don; P18-DFWS-06, ölçüsü 42, dəyəri 200 ABŞ dolları olan bluz; P18-DFWS-07, ölçüsü 42, dəyəri 220 ABŞ dolları olan ətək; P18- DFWS-08, ölçüsü 42, dəyəri 22 ABŞ dolları olan kəmər; P18- DFWS-09, ölçüsü 40, dəyəri 427 ABŞ dolları olan jaket; P18-DFWS-10, dəyəri 116 ABŞ dolları olan ətək; P18-DFWS13, ölçüsü 40, dəyəri 551 ABŞ dolları olan jaket; P18-DFWS- 16, ölçüsü 40, dəyəri 148 ABŞ dolları olan şalvar; P10-25, ölçüsü 122 sm, dəyəri 120 ABŞ dolları olan don; P7-2, dəyəri 200 ABŞ dolları olan palto; P9-3, ölçüsü 38, dəyəri 60 ABŞ dolları olan don; P9-14, ölçüsü 128 sm, dəyəri 40 ABŞ dolları olan don; P15-27, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P18-DFWS-19, ölçüsü 42, dəyəri 1193 ABŞ dolları olan don; xx.xx.2022-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-03 pink-red-DB helena, ölçüsü 40-42, dəyəri 205 ABŞ dolları olan yubka; P15-04 pink-red-DB-helena, ölçüsü 40-42, dəyəri 306 ABŞ dolları olan şalvar; P15-05 pin-fuchsia- DB helena, ölçüsü 40- 42, dəyəri 180 ABŞ dolları olan şort; P15-06-red on pink-DBkarolina 140, ölçüsü 140 sm, dəyəri 405 ABŞ dolları olan jaket; P15-07-pink-DB karolina- 140, ölçüsü 140 sm, dəyəri 365 ABŞ dolları olan don; P15-08-ağ coral red DB-karolina- 140, ölçüsü 116 sm, dəyəri 246 ABŞ dolları olan şalvar; P15-09-pink red–DB-karolina-140, ölçüsü 140 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-13-george–DB-40-42, ölçüsü 40-42, dəyəri 808 ABŞ dolları olan don; P15-21-P9-27, ölçüsü 140-146 sm, dəyəri 188 ABŞ dolları olan bluz; P15-22, ölçüsü 140- 146 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-23, ölçüsü 40-42, dəyəri 180 ABŞ dolları olan şort; P15-24- DB pink and red, ölçüsü 140 sm, dəyəri 388 ABŞ dolları olan don; P15- 26-P15-12 George H, ölçüsü S, dəyəri 170 ABŞ dolları olan əlcək; xx.xx.2023-cü il tarixli P20 DFW saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P7-1, ölçüsü 128 sm, dəyəri 200 ABŞ dolları olan palto; P10-16, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P20-DFW Show room-04, ölçüsü 42, dəyəri 160 ABŞ dolları olan top; P20-DFW Show room 05-red, ölçüsü 40, dəyəri 475 ABŞ dolları olan jaket və dəyəri 110 ABŞ dolları olan paltar; P20-DFW Show room-06, ölçüsü 38, dəyəri 160 ABŞ dolları olan top; xx.xx.2023-cü il tarixli P22 DFWK saylı Proforma-invoysa görə siyahı üzrə iddaçıda olan model adı P22DFWK-01, ölçüsü 140 sm, dəyəri 125 ABŞ dolları olan bluz; P22DFWK-02, ölçüsü 140 sm, dəyəri 165 ABŞ dolları olan şalvar; P22DFWK-05, ölçüsü 40, dəyəri 210 ABŞ dolları olan şalvar; P22DFWK-09-P7-27, ölçüsü 122 sm, dəyəri 45 ABŞ dolları olan gödəkçə; P22DFWK-010- P9-13, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P22DFWK-010-P9-14, ölçüsü 128 sm, dəyəri 50 ABŞ dolları olan don; P22DFWK-12, ölçüsü 128 sm, dəyəri 247 ABŞ dolları olan don; P22DFWK-014-P9-34, ölçüsü 42, dəyəri 300 ABŞ dolları olan don, transformer ətək; P22DFWK-014-P9-36, ölçüsü 128 sm, dəyəri 120 ABŞ dolları olan don; P22DFWK-016- P10-46, ölçüsü 36, dəyəri 112 ABŞ dolları olan şalvar; P22DFWK-016-P9-13, ölçüsü 42, dəyəri 420 ABŞ dolları olan don; P22DFWK-18- P9-13, ölçüsü 42, dəyəri 60 ABŞ dolları olan don; P22DFWK-19, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-20, ölçüsü 36-38, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-21, ölçüsü 38-40, dəyəri 685 ABŞ dolları olan jaket; P22DFWK-22, ölçüsü 38, dəyəri 40 ABŞ dolları olan ətək; P22DFWK-23, ölçüsü 36-38, dəyəri 80 ABŞ dolları olan top; P22DFWK-24, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-25, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-26, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-27, ölçüsü 40, dəyəri 500 ABŞ dolları olan jaket; P22DFWK-28, ölçüsü 42, dəyəri 536 ABŞ dolları olan palto; P22DFWK-29, ölçüsü kiçik, dəyəri 180 ABŞ dolları olan əlcək; P22DFWK-30, ölçüsü 146 sm, dəyəri 239 ABŞ dolları olan don; P22DFWK-31, ölçüsü 146 sm, dəyəri 294,3 ABŞ dolları olan don; P22DFWK-32, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-33, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-34, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK- 35, dəyəri 30 ABŞ dolları olan kəmər; P22DFWK-36, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-37-P15-03-red-DB Helena, ölçüsü 40-42, dəyəri 134 ABŞ dolları olan ətək; P22DFWK-38, ölçüsü 40-42, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-39, ölçüsü 38, dəyəri 187 ABŞ dolları olan ətək; P22DFWK-40, ölçüsü 38, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-41, ölçüsü 38, dəyəri 180 ABŞ dolları olan şort üzrə məişət sertifikatların təqdim edilməsi, eləcə də bu əşyalara dair ikitərəfli təhvil-təslim aktının tərtib edilməsi, imzalanması və möhür vurulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyərini təşkil edən 71.133,02 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, eləcə də xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək (213 gün üçün) olan 71.133,02 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında hesablanmış cəmi 15.150,69 ABŞ dolları təşkil edən cərimə məbləğinin, ümumilikdə isə 86.283,71 ABŞ dolları məbləğində pul vəsaitlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-i tərəfindən İddiaçı-yə təhvil verilmiş və ümumi dəyəri 49.148,77 ABŞ dolları təşkil edən mallar üzrə məişət sertifikatların təqdim edilməsi eləcə də təhvil verilmiş mallara dair ikitərəfli təhvil-təslim aktın tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyərini təşkil edən 36.251,6 ABŞ dolları məbləğində pul vəsaitinin, eləcə də xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamə icra olunan günədək 36.251,6 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında cərimə məbləğlərinin hesablanması və həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərildiyi kimi, Gürcüstan Respublikasısnın qanunverciliyinə əsasən qeydiyyatdan keçmiş "xxxx" MMC (bundan sonra “Sifarişçi”) və Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş Cavabdeh MMC (bundan sonra “Podratçı”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19-01 nömrəli "xxxx" brendi üçün geyim və aksesuar əşyalarının tikilməsi üzə dərzi xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə uyğun olaraq, Podratçı Sifarişçinin tələblərinə uyğun üslubda, ölçüdə və xammaldan istifadə edərək, Sifarişçiyə dərzilik xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Qeyd olunmalıdır ki, tərəflər arasında olan razılaşmaya əsasən, tikilməsi nəzərdə tutulan geyim və aksesuar əşyalarının, xammalının növü və rəngi Sifarişçi tərəfindən seçilməklə, Podratçı tərəfindən alınması təmin edilir və xammalın dəyəri də Sifarişçi tərəfindən hər bir geyim və ya aksesuar üzrə aparılan ödənişə daxil edilmişdir. Hazırki məhkəmə mübahisəsinin gedişatı zamanı iddiaçı tərəfindən bir sıra sənədlər təqdim edilmiş və bu sənədlər əsasında məhkəməyə məlumatlar verilmişdir. Qeyd olunmalıdır ki, təqdim edilmiş sənədlərdə bir sıra texniki səhvlərin buraxılması, həmçinin aparılmış ödənişlərin məbləğlərinin və iddiaçıya verilmiş əşyaların siyahısının dəqiqləşdirilməsi səbəbindən, məhkəmənin tələbi ilə ərizə ilə məhkəməyə müraciət edərək tələbin və buraxılmış səhvlər dəqiqləşdirilmişdir. Ərizədə qeyd olunan əşyalara dair sertifikatların təqdim edilməsi, eləcə də bu əşyalara dair ikitərəfli təhvil-təslim aktının tərtib edilməsi, imzalanması və möhür vurulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyərini təşkil edən 71.133,02 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, eləcə də xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamə icra olunan günədək 71.133,02 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında cərimə məbləğlərinin hesablanması və həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Tələbin cərimə məbləğlərinin hesablanması hissəsində konkret məbləğ göstərilmədiyindən, məhkəmə tələbin həmin hissəsini dəqiqləşdirməsini və tələb olunan məbləği konkret olaraq göstərməti təklif etmiş və bununla əlaqədar olaraq məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. Məhkəmənin təklifi ilə razılaşaraq, tələbin cərimə məbləğinin hesablanması hissəsində dəqiqləşdirməlidir. Belə ki, məhkəməyə təqdim etdilən tələbdə, xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamə icra olunan günədək 71.133,02 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında cərimə məbləğlərinin hesablanması və həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. Hazırki tələbi dəqiqləşdirərək, iddia ərizəsində göstərildiyi kimi, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət 213 gün təşkil edir, 213 gün üçün 71.133,02 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında cərimə hesablandıqda (213 x 71,13 = 15.150,69), həmin məbləğ 15.150,69 ABŞ dollaarı təşkil edir ki, həmin məbləğ də cavabdehdən tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim editdikləri maliyyə arayışına əsasən ümumilikdə cavabdehin bank hesabına rəsmi qaydada 61.233,37 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61.233,37 ABŞ dolları (61.233,37- 38.102,35-3767=19.364,02) vəsait üzrə verilməyən əşyaların dəyəri 19.364,02 ABŞ dolları təşkil edir. 2022-ci ilin sonlarında iddiaçı şirkətin rəhbəri Bakı şəhərinə olduğu zaman, cavabdeh şirkətin nağd qaydada vəsaitin ona verilməsinə dair tələbi ilə, 18.400 ABŞ dolları məbləğində vəsait ona nağd qaydada ödənilmiş və cavabdehin rəhbəri X3 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazması ilə rus dilində qeydlər apararaq, iddiaçı şirkətin təsisçisinin və direktorunun elektron poçt ünvanlarına, özünün elektron poçt ünvanından göndərərək göstərmişdir ki, “35.643 ABŞ dolları təşkil edən stok üzrə 18.400 ABŞ dolları nağd şəkildə ödənildi, bu stok üzrə qaldı 17.273 ABŞ dolları”. Bundan əlavə Western Union bank köçürülmələri vasitəsi ilə Səbinə Hüseynovanın adına xx.xx.2022-ci il tarixində 5.725 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 4.000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5.000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5.000 ABŞ dolları məbləğində, sürücüsü Pərviz Sadıqovun adına isə xx.xx.2022-ci il tarixində 4.000 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 4.442 ABŞ dolları olmaqla, ümumilikdə Western Union bank köçürülmələri vasitəsi ilə cavabdeh şirkətin rəhbərinə 28.167 ABŞ dolları pul vəsaiti verilmişdir. Bu vəsaitlər üzrə əşyalar iddiaçıya təqdim edilməmişdir. İddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61.233,37 ABŞ dolları (61.233,37- 38.102,35-3767=19.364,02) vəsait üzrə verilməyən əşyaların dəyəri 19.364,02 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5.022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq cavabdehin rəhbərinə nağd qaydada verilmiş vəsait üzrə verilməyən əşyaların dəyəri 1.255 ABŞ dolları, cavabdehin rəhbəri X3 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazması ilə rus dilində qeydlər apararaq “35.643 ABŞ dolları təşkil edən stok üzrə 18.400 ABŞ dolları nağd şəkildə ödənildi, yazdığı 18.400 ABŞ dolları vəsait üzrə verilməyən mallar və Western Union bank köçürülmələri vasitəsi ilə cavabdeh şirkətin rəhbərinə köçürülmüş 28.167 ABŞ dolları pul vəsaiti üzrə əşyalar verilməmişdir ki, bunların da cəmi məbləği 67.186,02ABŞ dolları təşkil edir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, təhvil-təslim aktının və məişət sertifikatının verilməsi ilə bağlı müqavilə şərti yoxdur, o hissədə etiraz edirlər. Tələb edilən məbləğlərlə bağlı qeyd edir ki, tələb olunan 61200 ABŞ dollarından cavabdeh şirkətin direktoru bildirdi ki, 52000 ABŞ dolları məbləğində mal verib. Qalır 9000 ABŞ dolları. 9000 əvəzində xidmət göstərib. Söhbət bank hesabından köçürülən məbləğdən gedirsə, bu məbləğlə bağlı qeyd edir ki, bütün o məbləğə dair mallar və xidmətlər təqdim olunub iddiaçıya, həmin məbləğ bağlanılıb. Western Union ilə ödənilən məbləğə gəldikdə isə, hesab edir ki, iddiaçı şirkətin onu tələb etmək hüququ yoxdur. X7 ilə ödənilən məbləğ fizik şəxs tərəfindən fiziki şəxsə ödənilmişdir. Bir ödəniş isə ümumiyyətlə cavabdehin direktoruna deyil, başqa şəxsə ödənilib. Yalnız 5022 ABŞ dollarını qəbul edir ki, proforma üzrə ödənilib, amma həmin məbləğdən də heç nə qalmayıb, mal verilib. Nağd isə 18400 ABŞ dolları ödənilib. Həmin məbləğə parça alınıb, lakin iddiaçı həmin parçanı qəbul etmədi ki, parçaya dair məişət sertifikatı yoxdur. Ona görə həmin parçalar cavabdehdə qalıb. Beləliklə, cavabdeh qeyd edir ki, cavabdeh şirkətin hesabına ödənilmiş pula dair cavabdehin iddiaçıya hər-hansı borcu qalmır. Əksinə iddiaçının cavabdehə borcu var, çünki mallara görə cavabdeh hər ay üçün 100 dollar ödəniş edib.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Gürcüstan Ədliyyə Nazirliyi İctimai Reyestrin Milli Agentliyi İHHŞ Sahibkarlar və qeyri-sahibkar hüquqi şəxslər reyestrindən çıxarışdan görünür ki, “Karolina”s Kingdom” MMC xx.xx.2019-ci il tarixindən Gürcüstan Respublikasında məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata alınmışdır və direktoru Teimuraz Koniaşvilidir.
9. “Karolina”s Kingdom” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19-01 saylı bredn üçün dərzilik xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə uyğun olaraq, Podratçı Sifarişçinin tələb etdiyi ölçüdə, üslubda, kəmiyyətdə və xammalda geyimlərin (Mallaraın) tikilməsi xidmətlərini (“Xidmət”) göstərməyi öhdəsinə götürür, müqavilənin ayrılmaz hissəsi olan müvafiq Əlavələrdə (bundan sonra “Əlavə” adlandırılacaq) göstərildiyi kimi və Sifarişçi bu Müqaviləyə uyğun olaraq Xidmətləri və Malları qəbul etməyə və Haqqı ödəməyə razıdır.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən, mallar "xxxx" brendinə aiddir və həmin brendin adı ilə buraxılmalıdır.
12. Müqavilənin 1.3-cü bəndində əsasən, Podratçı tərəfindən malların çatdırılması Azərbaycanın Bakı şəhərində həyata keçiriləcək.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən podratçının öhdəlikləri:
14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş xidmətlərin peşəkarca və vaxtında çatdırılmasını təmin etmək;
15. Müqavilənin 2.2.2-ci bəndinə əsasən görüləcək hər hansı iş barədə müştəriyə vaxtında məlumat vermək;
16. Müqavilənin 2.2.3-cü bəndinə əsasən təhvil-təslim aktına uyğun olaraq malı müştəriyə çatdırmaq.
17. Müqavilənin 3.1-ci bəndinə əsasən, podratçı mallar hazır olan və bu müqavilənin tələblərinə uyğun gələn kimi xidmətlərin başa çatması barədə müştərini xəbərdar etməlidir. Xidmətin göstərilməsi başa çatdıqdan sonra Podratçı 2 (iki) nüsxədə imzalanmış təhviltəslim aktı əsasında malı müştəriyə təhvil verəcək.
18. Müqavilənin 3.3-cü bəndinə əsasən malların çatdırılma şərtləri müvafiq əlavədə müəyyən edilmişdir. Xidmətlər gecikdirildikdə, podratçı hər gecikdirilmiş gün üçün vaxtı keçmiş xidmət haqqının 0,1% miqdarında cərimə edilir.
19. Müqavilənin 4.1-ci bəndində əsasən malın qiyməti xammalın dəyərindən və xidmət haqqından (“Haqq”) ibarətdir və bu Sazişin müvafiq Əlavəsi ilə müəyyən edilir.
20. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin icrası ilə bağlı bütün xərclər podratçı tərəfindən təqd edilmiş hesab-fakturalara uyğun olaraq, müvafiq əlavədə müəyyən edilmiş qaydada müştəri tərəfindən podratçının bank hesabına ödənilir.
21. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 ay müddətində qüvvədədir.
23. Müqavilənin 8.2-ci bəndinə əsasən tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış digər tərəfə xitam barədə yazılı bildiriş göndərmədiyi təqdirdə, müqavilə avtomatik olaraq eyni müddətə davam edəcəkdir.
24. “Bank of Georgia” SC-nin xx.xx.2022-cü il tarixli əməliyyatlara dair məlumat cədvəlinə əsasən xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixinədək Səbinə Hüseynovanın (5725 ABŞ dolları, 4000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları və Pərviz Sadıqovun (4000 ABŞ dolları, 4442 ABŞ dolları) adına Girogi Turmanodze tərəfindən cəmi 28167 ABŞ məbləğində pul köçürməsi həyata keçirilmişdir.
25. İşdə olan Bank hesabından çıxarışlardan görünür ki, “Karolina”s Kingdom” MMC tərəfindən Cavabdeh MMC-yə platforma invoice 19.01.01-xx.xx.2019 üzrə 2750 ABŞ dolları və 1584,10 ABŞ dolları, X6 N KKD-2022/12/15-001 üzrə 934,50 ABŞ dolları. X4 photoshoot 22.10.22 üzrə 1155 ABŞ dolları, Platforma İnvoice xx.xx.2020 üzrə 3800 ABŞ dolları, Platforma İnvoice (mar-apr 2020) üzrə 856,80 ABŞ dolları, Platforma İnvoice xx.xx.2020 üzrə 3171,18 ABŞ dolları, xx.xx.2020-ci il tarixində 1711,42 ABŞ dolları, Platforma İnvoice 26.10.22 üzrə 385 ABŞ dolları, Platforma İnvoice N KKD-2023.01.03- 002 üzrə 1272,29 ABŞ dolları, Platforma İnvoice P17 üzrə 1431,15 ABŞ dolları, Platforma İnvoice P19 üzrə 1161,72 ABŞ dolları, Platforma İnvoice P18 üzrə 5819 ABŞ dolları, Platforma İnvoice fabric packing cover üzrə 3300 ABŞ dolları, Platforma invoice P16 və P- 15 üzrə 9931,32 ABŞ dolları, Platforma invoice 19-01-02-xx.xx.2019 üzrə 6700 ABŞ dolları, Platforma invoice 19-01-02-xx.xx.2019 üzrə 2882 ABŞ dolları, Platforma invoice xx.xx.2019 üzrə 2000 ABŞ dolları, Platforma invoice xx.xx.2019 üzrə 4700 ABŞ dolları məbləğində ödənişlər edlmişdir.
26. 11.06.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Platforma MMC-nin direktoru X2 bildirib ki, Platforma MMC-nin əməkdaşları tərəfindən 42057,37 manat dəyərində mallar aparılıb.
27. Cavabdeh MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim edilən invoislar üzrə hesabatdan görünür ki, cəmi 82683,17 ABŞ dolları dəyərində sifariş verilmiş, cəmi 61201,37 ABŞ dolları ödəniş edilmiş, 47582,20 ABŞ dolları məbləğində mallar götürülüb, 8426,25 ABŞ dolları məbləğində malları götürüblər, lakin dəyəri ödənilməyib, 13055,55 ABŞ dolları məbləğində sifariş üzrə qalıq təşkil edir (müəyyən mallar hazırdır, müəyyən hissəsi hazırlanmağa başlanılıb, lakin ödəniş tamamlanmadığı üçün başa çatdırılmayıb).
28. Platforma İnvoce üzrəndə xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin direktoru X2 tərəfindən əlyazma ilə qey edilmişdir ki, 35643 ABŞ dolları ümumi məbləğdən stok alışı üçün 18400 ABŞ dolları məbləğində nağd ödəniş edilmişdir. (həmin əlyazmanın S.Hüseynova ona məxsus olmasını və həqiqətən də müqavilə üzrə 18400 ABŞ dollarının nağd şəkildə ödənildiyini etiraf və qəbul etmişdir).
29. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Yazıb nəzərinizə çatdırmaq istərdik ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində bağlnamış 19-01 nömrəli müqavilə üzrə verilmiş sifarişlərin dəyərinin ödənilməsi üçün cavabdehin rəsmi bankda olan ABŞ dolları valyuta hesabına xx.xx.2019-cu tarixində 2750 ABŞ dolları; xx.xx.2019-cu il tarixində 6.700 ABŞ dolları; xx.xx.2019-cu il tarixində 1584,10 ABŞ dolları; xx.xx.2019-cu il tarixində 2.000 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 4.700 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 3.800 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 856,80 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 2.882 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 1.711,42 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 3.171,18 ABŞ dolları; xx.xx.2020- ci il tarixində 3.300 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 9.931,32 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 385 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 1.155 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 1.431,15 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 1.161,72 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5.819 ABŞ dolları; xx.xx.2023-cü il tarixində 934,50 ABŞ dolları; xx.xx.2023-cü il tarixində 1.272,29 ABŞ dolları; xx.xx.2023-cü il tarixində 5.687,89 ABŞ dolları olmaqla, ümumilikdə cavabdehin bank hesabına rəsmi qaydada 61.233,37 (altmış bir min iki yüz otuz üç dollar otuz yeddi sent) ABŞ dolları pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli Əlavədə və Proforma-İnvoysda göstərilən 4.334,10 ABŞ dolları dəyərini təşkil edən invoys üzrə xx.xx.2019-cu ildə 2.750 və xx.xx.2019-cu ildə 1.584,10 ABŞ dolları ödənişlər olmaqla 4.334,10 ABŞ dolları tam ödənilib, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 2.573,05 ABŞ dolları təşkil etmiş 1.761,05 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli ümumi dəyəri 8.634 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 6.700 və xx.xx.2020-ci ildə 2.882 ABŞ dolları ödənişlər olmuşdur, nəticədə 9582 ABŞ dolları ödəniş olub ki, bunun 948 ABŞ dolları artıq ödəmə olub, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 5.234 ABŞ dolları təşkil edir, 3400 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmiş və 948 ABŞ dolları artıq ödənilmiş vəsait geri qaytarılmamışdır. xx.xx.2019-cu il tarixli ümumi dəyəri 8.354,82 ABŞ dolları olan Proformainvoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 2.000 və xx.xx.2020-ci ildə 4.700 ABŞ dolları, ümumilikdə isə 6.700 ABŞ dolları ödənişlər olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 2.685 ABŞ dolları təşkil edir, 4.015 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 5.143,86 ABŞ dolları olan Proformainvoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3.800 ABŞ dolları ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 3.413 ABŞ dolları təşkil edir, 387 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 3.109 (+2% bank faizi) ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3.171,18 ABŞ dolları ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 1.693 ABŞ dolları təşkil edir, 1.416 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. P15-H-K Proforma-invoysa uyğun olaraq ümumi dəyəri 5.204,85 ABŞ dolları təşkil edən vəsaitin 70% olan 3.643,4 ABŞ dolları məbləğinin xx.xx.2022-ci il tarixində bir ödəniş tapşırıqla 9.931,32 ABŞ dolları məbləğinin daxilində olmuşdur. Bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 3.330 ABŞ dolları təşkil edir, 313,4 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. P16-royalty DB Proforma-invoys üzrə ümumi dəyəri olan 8.982,75 ABŞ dollarının təşkil edən bu invoysin 70% olan 6.287,93 ABŞ dollar məbləği xx.xx.2022-ci il tarixində 9.931,32 ABŞ dolları ödəniş taşırığının daxilində ödənilmişdir. Bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 6.750 ABŞ dolları təşkil edir. P18 DFWS saylı ümumi dəyəri 8.312,85 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq 70% xx.xx.2022-ci il tarixində 5.819 ABŞ dolları məbləğində ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 4.788 ABŞ dolları təşkil edir. 1.031 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5.022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq, iddiaçı şirkətin rəhbəri Bakı şəhərinə olduğu zaman, cavabdeh şirkətin tələbi ilə nağd qaydada cavabdehin rəhbərinə xx.xx.2022-ci il tarixli Proforma İnvoysda göstərilən malların dəyərini təşkil edən 5.022 ABŞ dolları verilmiş və onun tərəfindən həmin proformaya ingilis dilində “CASH”, yəni nağd almasına dair qeyd aparılaraq, həmin proforma onun tərəfindən imzalanıb skan edilərək iddiaçı şirkətə təqdim edilmişdir. Bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 3.767 ABŞ dolları təşkil edir, 1.255 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli P20 DFW saylı ümumi dəyəri 1.817,55 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2023-cü il tarixində 1.272,29 ABŞ dolları məbləğində ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 1.225 ABŞ dolları təşkil edir, 47,29 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli P22 DFWK saylı ümumi dəyəri 7.109,87 ABŞ dolları olan Proforma-invoysa görə xx.xx.2023-cü il tarixində 5687,89 ABŞ dolları məbləğində ödəniş olunmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 6.231,3 ABŞ dolları təşkil edir. O da qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixində 1.155 ABŞ dolları, xx.xx.2022- ci il tarixində 1.431,15 ABŞ dolları və xx.xx.2023-cü il tarixində 934,50 ABŞ dolları ödənişlər üzrə cavabdeh tərəfindən proforma invoyslarda göstərilən xidmətlər icra edilmişdir ki, bu xidmətlətin ümumi dəyəri 3.520,65 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixində 1.711,42 ABŞ dolları, xx.xx.2020-ci il tarixində 3.300 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 856,80 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 385 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 1.161,72 ABŞ dolları məbləğində vəsaitlər ödənilmişdir ki, bu vəsaitlər üzrə əşyalar təqdim edilməmişdir. Nəticə etibarı ilə, cavabdehin iddiaçıya təqdim etdiyi rəsmi qaydada iddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61.233,37 ABŞ dolları vəsaitdən 38.102,35 ABŞ dolları dəyərində əşyalar, eləcə də xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5.022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq cavabdehin rəhbərinə nağd qaydada verilmiş vəsait üzrə 3.767 ABŞ dolları təşkil edən əşyalar təqdim edilmişdir ki, ümumilikdə cavabdeh iddiaçıya 41.689,35 ABŞ dolları dəyərində əşyaları vermiş eləcə də, ümumi məbləği 3.520,65 ABŞ dolları təşkil edən xidmətlər göstərmişdir. İddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61.233,37 ABŞ dolları (61.233,37-38.102,35-3767=19.364,02) vəsait üzrə verilməyən əşyaların dəyəri 19.364,02 ABŞ dolları təşkil edir. Daha sonra qeyd etmək istərdik ki, 2022-ci ilin sonlarında iddiaçı şirkətin rəhbəri Bakı şəhərinə olduğu zaman, cavabdeh şirkətin nağd qaydada vəsaitin ona verilməsinə dair tələbi ilə, 18.400 ABŞ dolları məbləğində vəsait ona nağd qaydada ödənilmiş və cavabdehin rəhbəri X3 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazması ilə rus dilində qeydlər apararaq, iddiaçı şirkətin təsisçisinin və direktorunun elektron poçt ünvanlarına, özünün elektron poçt ünvanından göndərərək göstərmişdir ki, “35.643 ABŞ dolları təşkil edən stok üzrə 18.400 ABŞ dolları nağd şəkildə ödənildi, bu stok üzrə qaldı 17.273 ABŞ dolları”. Bundan əlavə cavabdehin rəsmi hesabından kənar ödəmələrin aparılması ilə bağlı, cavabdehin rəhbəri Səbinə Hüseynovanın tələbi ilə Western Union bank köçürülmələri vasitəsi ilə iddiaçı şirkətin rəhbəri olan Giorqi Turmanidze tərəfindən Səbinə Hüseynovanın adına xx.xx.2022-ci il tarixində 5.725 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 4.000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5.000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5.000 ABŞ dolları məbləğində, sürücüsü Pərviz Sadıqovun adına isə xx.xx.2022ci il tarixində 4.000 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 4.442 ABŞ dolları olmaqla, ümumilikdə Western Union bank köçürülmələri vasitəsi ilə cavabdeh şirkətin rəhbərinə 28.167 (iyirmi səkkiz min bir yüz altmış yeddi dollar) ABŞ dolları pul vəsaiti verilmişdir. Bu vəsaitlər üzrə əşyalar iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61.233,37 ABŞ dolları (61.233,37- 38.102,35-3767=19.364,02) vəsait üzrə verilməyən əşyaların dəyəri 19.364,02 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5.022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq cavabdehin rəhbərinə nağd qaydada verilmiş vəsait üzrə verilməyən əşyaların dəyəri 1.255 ABŞ dolları, cavabdehin rəhbəri X3 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazması ilə rus dilində qeydlər apararaq “35.643 ABŞ dolları təşkil edən stok üzrə 18.400 ABŞ dolları nağd şəkildə ödənildi, yazdığı 18.400 ABŞ dolları vəsait üzrə verilməyən mallar və Western Union bank köçürülmələri vasitəsi ilə cavabdeh şirkətin rəhbərinə köçürülmüş 28.167 ABŞ dolları pul vəsaiti üzrə əşyalar verilməmişdir ki, bunların da cəmi məbləği 67.186,02ABŞ dolları təşkil edir.
30. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
36. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
37. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
38. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xidmət (podrat) müqaviləsi bağlanmış. Həmin müqavilənin şərtlərinə əsasən Podratçı Sifarişçinin tələb etdiyi ölçüdə, üslubda, kəmiyyətdə və xammalda geyimlərin (Mallaraın) tikilməsi xidmətlərini (“Xidmət”) göstərməyi öhdəsinə götürür, müqavilənin ayrılmaz hissəsi olan müvafiq Əlavələrdə (bundan sonra “Əlavə” adlandırılacaq) göstərildiyi kimi və Sifarişçi bu Müqaviləyə uyğun olaraq Xidmətləri və Malları qəbul etməyə və Haqqı ödəməyə razıdır. İddiaçı iddia edir ki, müqavilə üzrə cavabdehə edilmiş ödənişlər müqabilində bəzi mallar verilsə də, sifarişlər tam icra edilməyib, qalan qalan məbləğ geri qaytarılmalıdır, verilmiş mallara dair təhvil təslim aktları və məişət sertifikatları verilməlidir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, ödənilmiş pullara dair mallar iddiaçıya təhvil verilmiş, ona görə də iddiaçıya heç bir borcu yoxdur, əksinə müəyyən xidmətlərə (anbarın xərcləri və s.) görə iddiaçının cavabdehə borcu var.
39. İş materiallarına əlavə edilmiş bank hesablarından çıxarışlardan görünür ki, iddiaçı-şirkət tərəfindən cavabdeh-şirkətin hesabına platformalan(sifarişlər) üzrə iddiaçının bildirdi kimi 61.233,37 ABŞ dolları deyil, cəmi 61201,37 ABŞ dolları ödəniş edilmişdir. İddiaçının və cavabdehin (direktoru S.Hüseynovanın) izahatına əsasən şirklərin bank hesabları üzrə edilmiş köçürmələrdən əlavə iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 5022 ABŞ dolları və 18400 ABŞ dolları əlavə ödənişlər edilmişdir. Beləliklə, qeyd edilən müqavilə üzrə ödənilmiş pullara dair mübahisə edilməyən hissə 84623,37 ABŞ dolları (61201,37+5022+18400) təşkil edir. Həmin məbləğdən iddiaçı bildirir ki, cavabdeh şirkət tərəfindən 38.102,35 ABŞ dolları məbləğində mallar hazırlanmıb iddiaçıya verilmişdir və 3767 ABŞ dolları məbləğində cavabdeh tərəfindən iddiaçıya nağd ödəniş müqabilində əşyalar təqdim edilmişdir. (Cavabadehin qanuni nümayəndəsi məhkəmə iclaslarında bildirsə də ki, iddiaçıya təhvil verilən mallar 38.102,35 ABŞ dolları dəyərində deyil, daha çox olub, buna dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir).
40. Beləliklə, məhkəmə hesab edir ki, pul tələbi hissəsində iddia qismən təmin edilməlidir. Cavabdehdən 42754,02 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. (61201,37 ABŞ dolları + 5022 ABŞ dolları+18400 ABŞ dolları (ödənişlər) - 38.102,35 ABŞ dolları (verilmiş malların dəyəri) – 3767 ABŞ dolları (proforma üzrə nağd ödənilmış 5022 ABŞ dolları müqabilində verilmiş malların dəyəri) = 42754,02 ABŞ dolları)
41. Pul tələbinin təmin edilməyən 18400 ABŞ dolları hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
42. Belə ki, iş materiallarına əlavə edilmiş “Bank of Georgia” SC-nin xx.xx.2022-cü il tarixli əməliyyatlara dair məlumat cədvəlinə əsasən xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixinədək Səbinə Hüseynovanın (5725 ABŞ dolları, 4000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları və Pərviz Sadıqovun (4000 ABŞ dolları, 4442 ABŞ dolları) adına Girogi Turmanodze tərəfindən cəmi 28167 ABŞ dolları məbləğində pul köçürməsi həyata keçirilmişdir.
43. İddiaçı ilə cavabdeh şirkətlər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər podratçının bank hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı “Karolina”s Kingdom” MMC-nin 28167 ABŞ dolları məbləğinin ödənilməsinə dair tələbin irəli sürülməsi üçün nə subyektiv hüququ olamışdır, nə də ki, düzgün cavabdehlərə qarşı yönəlməmişdir. Belə ki, göründüyü kimi pulu köçürən şəxs Girogi Turmanodze olmuşdur. İddiaçının nümayəndəsi bildirsə də ki, Girogi Turmanodze iddiaçı şirkətin direktorudur, lakin iş materiallarına əlavə edilən iddiaçı şirkətin reyestrindən çıxarışdan və iddiaçının nümayəndəsinə verilmiş etibarnamədən görünür ki, iddiaçı “Karolina”s Kingdom” MMC-nin direktoru Girogi Turmanodze deyil, Teimuraz Koniaşvilidir. Beləlikə, Western Union vəsitəsi ilə 28167 ABŞ dolları məbləğində pulu köçürən şəxsin iddiaçı şirkətə aidiyyəti iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Digər tərəfdən, həmin pullar müqavilə şərtlərinə və tərəflər arasında yaranmış işgüzar münasibətlərə əsasən cavabdeh şirkətin bank hesabına deyil, iki fərqli fiziki şərslərin hesabına köçürülmüşdür. Aparılmış ödənişlərin müqavilə münasiətlərinə aidiyyəti müəyyən edilmədiyindən, tələbin həmin hissə də təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
44. Bununla yanaşı, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 3.3-ci bəndinə əsasən hesablanmış 15150,69 ABŞ dolları cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə dəbbə pulu tələbi hissəsində də tələbi qismən əsaslı hesab edir.
45. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
46. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
47. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc (42754,02 ABŞ dolları) məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 15150,69 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2147 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
48. Bundan əlavə iddiaçı təhvil aldığı əşyalara dair ikitərəfli təhvil-təslim aktının tərtib edilməsi, imzalanması və möhür vurulması vəzifəsinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir.
49. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən, yəni sadalanan əşyalara dair ikitərəfli təhvil-təslim aktının tərtib edilməsi, imzalanması və möhür vurulması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab edir.
50. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndinə əsasən təhviltəslim aktına əsassın malı müştəryinə çatdırılması podartçının öhdəliyi kimi müəyyən edilmiş, eyni zamanda həmin müqavilənin 3.1-ci bəndinə əsasən podratçının imzalanmış təhvil-təslim aktı əssənda malı müştəriyiə təhvil verilməsi barədə öhdəlik götürülmüşdür. İddia tələbində qeyd edilən, iddiaçının təhvil aldığını göstərdiyi mallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Sadəcə cavabdehin qanuni nümayəndəsi və nümayəndəsi izahatlarında məhkəməyə bildirmişdilər ki, iddiaçıya təhvil verilən mallar iddiada qeyd olunanlardan daha çox olmuşdur. Beləliklə, iddia tələbində təhvil-təslim aktlarının verilməsi tələb edilən malların cavabdeh tərəfindən hazırlanıb iddiaçıya verilməsi işin mübahisə edilməyən halıdır. Həmin mallara dair cavabdehin iddiaçıya təhvil-təslim aktlarının verilməməsi məhkəmə tərəfindən müqavilə şərtlərinin pozulması kimi giymətləndirilir və buna görə də həmin hissədə iddianın təmin edilməsi qənaətinə qəlir.
51. Lakin, məhkəmə, iddianı təqdim edilmiş mallara dair məişət sertifikatının verilməsi hissəsində əsassız hesab edir. Belə ki, iki tərəfli imzalanmış müqavilə şərtlərində məişət sertifikatının verilməsi şərti və ya tərəflər arasında buna dair hər hansı razılaşmanın olması iş materialları ilə müəyyən edilməmiş və iddiaçı şirkət tərəfindən də buna dair hər hansı sübut təqdim edilməmişdir. Buna görə də iddia bu hissə təmin edilməməlidir.
52. İşdən göründüyü kimi iddiaçı tərəfindən məhkəmə rüsumu olaraq cəmi 445,59 manat məbləğində pul vəsaiti ödənilmişdir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
54. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddia məbləğinin təmin edilmiş məbləğin nisbətinə uyğun olaraq 320 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı-yə təhvil verilmiş və ümumi dəyəri 41.689,35 ABŞ dolları təşkil edən xx.xx.2019-cu il tarixli Əlavədə və Proforma-İnvoysda göstərilən siyahı üzrə iddaçıda olan model adı P7-1, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-2, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-3, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 173,31 ABŞ dolları olan don; P7-4, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 171,91 ABŞ dolları olan don; P7-10, ölçüsü 42-44 170-175 sm dəyəri 127,19 ABŞ dolları olan jaket; P7-11, ölçüsü 134-140 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-12, ölçüsü 116-122 sm, 6- 7 yaş üçün dəyəri 166,32 ABŞ dolları olan don; P7-13, ölçüsü 128-134 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-14, ölçüsü 115-122 sm, 6-7 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-15, ölçüsü 110-116 sm, 5-6 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-20, ölçüsü 110- 116 sm, 5 yaş üçün dəyəri 181,69 ABŞ dolları olan don; P7-22, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 152,34 ABŞ dolları olan don; P7-24, ölçüsü 116- 122 sm, 6-7 yaş üçün dəyəri 187,28 ABŞ dolları olan don; P7-27, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 187,28 ABŞ dolları olan jaket; P7-28, ölçüsü 122-128 sm, 7 yaş üçün dəyəri 185,89 ABŞ dolları olan don; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-3, ölçüsü 44, dəyəri 544 ABŞ dolları olan böyüklər üçün paltar; P9-4, ölçüsü 122 sm, dəyəri 209 ABŞ dolları olan uşaq üçün paltar; P9-5, ölçüsü 44, dəyəri 180 ABŞ dolları olan böyüklər üçün gecə paltosu; P9-9, ölçüsü 44, dəyəri 65 ABŞ dolları olan büst top; P9-10, ölçüsü 140 sm, dəyəri 43 ABŞ dolları olan büst top; P9- 11, ölçüsü 44, dəyəri 80 ABŞ dolları olan şort; P9-12, ölçüsü 140 sm, dəyəri 60 ABŞ dolları olan şort; P9-13, ölçüsü 44, dəyəri 300 ABŞ dolları olan uşaq üçün don; P9-14, ölçüsü 128 sm, dəyəri 216 ABŞ dolları olan uşaq üçün don; P9-17, ölçüsü 44, dəyəri 360 ABŞ dolları olan uşaq üçün don; P9-18, ölçüsü 116 sm, dəyəri 217 ABŞ dolları olan uşaq üçün don; P9-19, ölçüsü 134 sm, dəyəri 228 ABŞ dolları olan gecə platyası; P9-21, ölçüsü 42, dəyəri 600 ABŞ dolları olan lələkli don; P9-22, ölçüsü 140 sm, dəyəri 168 ABŞ dolları olan lələkli top; P9-23, ölçüsü 140 sm, dəyəri 54 ABŞ dolları olan şort; P9-24, ölçüsü 42- 46, dəyəri 330 ABŞ dolları olan palto-mont kapüşonlu; P9-26, ölçüsü 42-46, dəyəri 120 ABŞ dolları olan krujevalı bluz; P9-28, ölçüsü 42, dəyəri 285 ABŞ dolları olan bridji şalvar; P9- 29, uzunluğunun ölçüsü 116, dəyəri 160 ABŞ dolları olan bridji şalvar; P9-30, ölçüsü 42, dəyəri 90 ABŞ dolları olan büst top; P9-34, dəyəri 720 ABŞ dolları olan uzun ətək altı transparan; P9-36, uzunluğunun ölçüsü 134 sm, dəyəri 205 ABŞ dolları olan uşaq donu; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P10-1, ölçüsü 122 sm, dəyəri 247 ABŞ dolları olan böyüklər üçün don; P10-3, ölçüsü 122 sm, dəyəri 100 ABŞ dolları olan şort; P10-13, ölçüsü 42, dəyəri 75 ABŞ dolları olan şort tvid; P10-19, ölçüsü 42, dəyəri 265 ABŞ dolları olan bolero jaket; P10-24, ölçüsü 122 sm, dəyəri 268 ABŞ dolları olan jaket; P10-25, ölçüsü 122 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P10-26, ölçüsü 116 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P10-27, ölçüsü 116 sm, dəyəri 220 ABŞ dolları olan jaket; P10-33, ölçüsü 134 sm, dəyəri 45 ABŞ dolları olan şort tvid; P10-36, ölçüsü 42, dəyəri 785 ABŞ dolları olan lələkli palto; P10-40, ölçüsü 42, dəyəri 190 ABŞ dolları olan naxışlı və lələkli üst geyim büstqalter; xx.xx.2020-ci il tarixli Proformainvoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P11-1, ölçüsü 40-42, dəyəri 606 ABŞ dolları olan don-tül; P11-2, ölçüsü 40-42, dəyəri 142 ABŞ dolları olan tül parçadan ətək; P11-3, ölçüsü 128 sm, dəyəri 510 ABŞ dolları olan məxmər bantlı ətək; P11- 5, ölçüsü 122 sm, dəyəri 495 ABŞ dolları olan don; P11-6, ölçüsü 40, dəyəri 980 ABŞ dolları olan don; P11-7, dəyəri 100 ABŞ dolları olan çiçək naxışla işlənmiş əlcək; P11-11, ölçüsü 42, dəyəri 70 ABŞ dolları olan şalvar; P11-12, ölçüsü 14-15 yaş üçün, dəyəri 510 ABŞ dolları olan don; xx.xx.2020-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P13-1, ölçüsü 122 sm, dəyəri 175 ABŞ dolları olan don naxışlı; P13-2, ölçüsü 44, dəyəri 225 ABŞ dolları olan don; P13-7, ölçüsü 134 sm, dəyəri 328 ABŞ dolları olan don; P13-11, ölçüsü 116-122 sm, dəyəri 80 ABŞ dolları olan pencək; P13-12, ölçüsü 116-122 sm, dəyəri 45 ABŞ dolları olan pencək; P13-14, ölçüsü 44, dəyəri 550 ABŞ dolları olan paltar; dəyəri 290 ABŞ dolları olan 100 ədəd uşaqlar üçün palto asılqan; P15-HK Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-10, ölçüsü 40- 42 sm, dəyəri 592 ABŞ dolları olan yasəmən helen paltar; P15-12, ölçüsü 40-42, dəyəri 455 ABŞ dolları olan paltar; P15-29, ölçüsü 140 sm, dəyəri 288 ABŞ dolları olan don; P15-14, ölçüsü 40-42 sm, dəyəri 936 ABŞ dolları olan don; P15-15, ölçüsü 140 sm, dəyəri 277 ABŞ dolları olan don; P15-16, ölçüsü 40-42, dəyəri 360 ABŞ dolları olan paltar; P15-17, ölçüsü 40-42, dəyəri 302 ABŞ dolları olan don; P15-28- P11-7-K-140 ölçüsü 140 sm, dəyəri 120 ABŞ dolları olan ətək; P16-royalty DB Proforma-invoys siyahı üzrə iddaçıda olan model adı P16-04 çəhrayı-DB leoner, ölçüsü 38, dəyəri 320 ABŞ dolları olan üst əlcək; P16-05 çəhrayi qırmızılı-DB leoner, ölçüsü 38, dəyəri 680 ABŞ dolları olan don; P16-06 ağDB filippa, ölçüsü S, dəyəri 150 ABŞ dolları olan əlcək; P16-07-ağ DB-filippa, ölçüsü 38, dəyəri 1085 ABŞ dolları olan don; P16-10-ağ çəhrayılı DB letisiya, ölçüsü 40- 42, dəyəri 680 ABŞ dolları olan palto; P16-11-ağ çəhrayılı DB-letisiya, ölçüsü 40-42, dəyəri 3655 ABŞ dolları olan don; P16-12-ağ çəhrayılı –DB-letisiya, ölçüsü S, dəyəri 180 ABŞ dolları olan əlcək; P18 DFWS saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-24, ölçüsü 40-46, dəyəri 120 ABŞ dolları olan labada geyim; P18- DFWS-03, ölçüsü 40, dəyəri 173 ABŞ dolları olan top; P18-DFWS-04, ölçüsü 42, dəyəri 258 ABŞ dolları olan yubka; P10-42, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P18- DFWS-05, ölçüsü 38, dəyəri 475 ABŞ dolları olan jaket; P11-3, olçüsü 128 sm, dəyəri 145 ABŞ dolları olan don; P11-1, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan don; P18-DFWS-06, ölçüsü 42, dəyəri 200 ABŞ dolları olan bluz; P18-DFWS-07, ölçüsü 42, dəyəri 220 ABŞ dolları olan ətək; P18- DFWS-08, ölçüsü 42, dəyəri 22 ABŞ dolları olan kəmər; P18- DFWS-09, ölçüsü 40, dəyəri 427 ABŞ dolları olan jaket; P18-DFWS-10, dəyəri 116 ABŞ dolları olan ətək; P18-DFWS13, ölçüsü 40, dəyəri 551 ABŞ dolları olan jaket; P18-DFWS- 16, ölçüsü 40, dəyəri 148 ABŞ dolları olan şalvar; P10-25, ölçüsü 122 sm, dəyəri 120 ABŞ dolları olan don; P7-2, dəyəri 200 ABŞ dolları olan palto; P9-3, ölçüsü 38, dəyəri 60 ABŞ dolları olan don; P9-14, ölçüsü 128 sm, dəyəri 40 ABŞ dolları olan don; P15-27, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P18-DFWS-19, ölçüsü 42, dəyəri 1193 ABŞ dolları olan don; xx.xx.2022-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-03 pink-red-DB helena, ölçüsü 40-42, dəyəri 205 ABŞ dolları olan yubka; P15-04 pink-red-DB-helena, ölçüsü 40-42, dəyəri 306 ABŞ dolları olan şalvar; P15-05 pin-fuchsia- DB helena, ölçüsü 40- 42, dəyəri 180 ABŞ dolları olan şort; P15-06-red on pink-DBkarolina 140, ölçüsü 140 sm, dəyəri 405 ABŞ dolları olan jaket; P15-07-pink-DB karolina- 140, ölçüsü 140 sm, dəyəri 365 ABŞ dolları olan don; P15-08-ağ coral red DB-karolina- 140, ölçüsü 116 sm, dəyəri 246 ABŞ dolları olan şalvar; P15-09-pink red–DB-karolina-140, ölçüsü 140 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-13-george–DB-40-42, ölçüsü 40-42, dəyəri 808 ABŞ dolları olan don; P15-21-P9-27, ölçüsü 140-146 sm, dəyəri 188 ABŞ dolları olan bluz; P15-22, ölçüsü 140- 146 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-23, ölçüsü 40-42, dəyəri 180 ABŞ dolları olan şort; P15-24- DB pink and red, ölçüsü 140 sm, dəyəri 388 ABŞ dolları olan don; P15- 26-P15-12 George H, ölçüsü S, dəyəri 170 ABŞ dolları olan əlcək; xx.xx.2023-cü il tarixli P20 DFW saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P7-1, ölçüsü 128 sm, dəyəri 200 ABŞ dolları olan palto; P10-16, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P20-DFW Show room-04, ölçüsü 42, dəyəri 160 ABŞ dolları olan top; P20-DFW Show room 05-red, ölçüsü 40, dəyəri 475 ABŞ dolları olan jaket və dəyəri 110 ABŞ dolları olan paltar; P20-DFW Show room-06, ölçüsü 38, dəyəri 160 ABŞ dolları olan top; xx.xx.2023-cü il tarixli P22 DFWK saylı Proforma-invoysa görə siyahı üzrə iddaçıda olan model adı P22DFWK-01, ölçüsü 140 sm, dəyəri 125 ABŞ dolları olan bluz; P22DFWK-02, ölçüsü 140 sm, dəyəri 165 ABŞ dolları olan şalvar; P22DFWK-05, ölçüsü 40, dəyəri 210 ABŞ dolları olan şalvar; P22DFWK-09-P7-27, ölçüsü 122 sm, dəyəri 45 ABŞ dolları olan gödəkçə; P22DFWK-010- P9-13, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P22DFWK-010-P9-14, ölçüsü 128 sm, dəyəri 50 ABŞ dolları olan don; P22DFWK-12, ölçüsü 128 sm, dəyəri 247 ABŞ dolları olan don; P22DFWK-014-P9-34, ölçüsü 42, dəyəri 300 ABŞ dolları olan don, transformer ətək; P22DFWK-014-P9-36, ölçüsü 128 sm, dəyəri 120 ABŞ dolları olan don; P22DFWK-016- P10-46, ölçüsü 36, dəyəri 112 ABŞ dolları olan şalvar; P22DFWK-016-P9-13, ölçüsü 42, dəyəri 420 ABŞ dolları olan don; P22DFWK-18- P9-13, ölçüsü 42, dəyəri 60 ABŞ dolları olan don; P22DFWK-19, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-20, ölçüsü 36-38, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-21, ölçüsü 38-40, dəyəri 685 ABŞ dolları olan jaket; P22DFWK-22, ölçüsü 38, dəyəri 40 ABŞ dolları olan ətək; P22DFWK-23, ölçüsü 36-38, dəyəri 80 ABŞ dolları olan top; P22DFWK-24, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-25, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-26, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-27, ölçüsü 40, dəyəri 500 ABŞ dolları olan jaket; P22DFWK-28, ölçüsü 42, dəyəri 536 ABŞ dolları olan palto; P22DFWK-29, ölçüsü kiçik, dəyəri 180 ABŞ dolları olan əlcək; P22DFWK-30, ölçüsü 146 sm, dəyəri 239 ABŞ dolları olan don; P22DFWK-31, ölçüsü 146 sm, dəyəri 294,3 ABŞ dolları olan don; P22DFWK-32, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-33, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-34, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK- 35, dəyəri 30 ABŞ dolları olan kəmər; P22DFWK-36, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-37-P15-03-red-DB Helena, ölçüsü 40-42, dəyəri 134 ABŞ dolları olan ətək; P22DFWK-38, ölçüsü 40-42, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-39, ölçüsü 38, dəyəri 187 ABŞ dolları olan ətək; P22DFWK-40, ölçüsü 38, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-41, ölçüsü 38, dəyəri 180 ABŞ dolları olan şort adlı malların ikitərəfli təhvil-təsliminə dair (cavabdeh şirkətin özü tərəfindən imza və möhür vurulmaqla) aktlar Cavabdeh MMC tərəfindən iddiaçı “Karolina”s Kingdom” MMC-yə təqdim edilsin. Cavabdeh MMC-dən 42934,02 ABŞ dolları məbləğində əsas borc, 2147 ABŞ dolları məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 320 manat tutularaq iddiaçı “Karolina”s Kingdom” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova