Məhkəmə qərarları › İş №e-2-2(113)-2558/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2558/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2558/2023 01.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı pul tələbinə dair ilkin iddia, iddiaçı "xxxx" Müstəqil Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşlıqlı iddia üzrə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Müstəqil Şirkətindən 744000,52 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, aramızda yəni "xxxx" Müstəqil Şirkəti ilə "xxxx" MMC arasında "Şərq Bazarı" Layihəsi çərçivəsində 6F/ŞBL/2020/10_04 saylı, xx.xx.2020-ci il tarixli Subpodrat Müqaviləsi (bundan sonra-müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən 210 (iki yüz on) gün müddətində işlər təhvil verilməli idi. Lakin işlərin digər icraçılar tərəfindən vaxtında icra olunmaması və ləng getməsi, başlamalı olduğumuz tarixdə müqaviləni icra etməkdə çətinliklər yaratmışdır. Belə ki, müqavilənin dəyəri qiymət təklifi həmin dövr üçün bazar qiymətləri və şəraiti nəzərə alınmaqla verilmişdır. Lakin işlərin vaxtında icra olunub bizim başlamağımız üçün hazır vəziyyətə gətirilmədiyi üçün, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayınadək Sifarişçinin tələbi və müqavilə şərtləri ilə işçilərimiz ərazidə saxlanılmış, onların əmək haqqlarını və başqa xərcləri nəzərə alaraq 251727,38 manat əlavə vəsait xərclənmişdir. Müqavilənin ümumi dəyəri ******* manat olaraq müəyyənləşdirilmiş, 3350822,83 manatı ödənilmiş, bundan 138.894,17 ödənilməmişdir. Həmçinin 49833,80 manat əlavə işlər görülmüş, bununla bağlı təklif göndərilmiş və razılıq əldə olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Müstəqil Şirkəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək Qarşılıqlı iddiaçı "xxxx" Müstəqil Şirkətinin xeyrinə cavabdeh İddiaçı MMC-dən ƏDV daxil 557720 manat avans pulun (muzdun), keyfiyyət zəmanəti olaraq ƏDV daxil 169813 manat muzd məbləğinin, 348972 manat cərimə faizi, ümumilikdə ******* manat əsas, həmçinin ödənilmiş 1330 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı "xxxx" Müstəqil Şirkəti ilə cavabdeh "xxxx" MMC arasında “Şərq Bazarı” layihəsi üzrə mühəndis kommunikasiya və elektrik işləri/MEP işlərinin yerinə yetirilməsi barədə 6F/ŞBL/2020/10_04 nömrəli. 15 oktyabr 2020-ci il tarixli Subpodrat müqaviləsi bağlanmışdır. podrat işlərinin qiyməti və və həcmi isə təfərrüatı ilə tərəflər arasında bağlanmış subpodrat müqaviləsinin ayrılmaz tərkib hissələri olan xüsusi şərtlərdə və işlərin təsviri bölməsində öz əksini tapmışdır. Tərəflər aralarında bağlanmış 6F/ŞBL/2020/10_04 nömrəli. 15 oktyabr 2020-ci il tarixli subpodrat müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xüsusi şərtlər bölməsinin 1.1-ci bəndinə əsasən yerinə yetiriləcək podrat işlərinə görə ƏDV daxil 4117866,06 manat (ƏDV xaric 3489,717 manat) muzd barəsində razılığa gəlmişlər. Razılaşmaya əsasən muzdun məbləği arta bilməz, əksinə iş həcmlərindəki azalmadan asılı olaraq muzd da azala bilər. Beləliklə podrat işlərinin icrasına başlanılması ilə əlaqədar olaraq təqdim edilmiş elektron qaimələrə qaimələrə əsasən qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı cavabdehin hesabına müxtəlif tarixlərdə ƏDV daxil 2061359,82 manat avans, yerinə yetirilməli olan işlərə görə isə ƏDV daxil 1892611,10 manat ödəniş edilmişdir. Qarşılıqlı iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməsinə baxmayaraq, müqavilə üzrə yerinə yetirilməli olan podrat işlərinin müəyyən qismi bu günədək təhvil verilməmişdir. Belə ki, qarşılıqlı cavabdeh tərəfindən görülən işlər keyfiyyətsiz, normativ standartlara və tələblərə cavab vermədiyi üçün, eləcə də işlərdə aşkar edilən, yaxud sonradan yaranan nöqsan və qüsurlar səbəbi ilə həmin işlər üzrə təhvil-təslim aparılmamışdır. Buna baxmayaraq qarşılıqlı iddiaçı artıqlaması ilə muzd ödənişləri həyata keçirmişdir. Nəticədə təhvil verilən işlərin dəyəri ilə ödənilən muzd məbləği arasında ciddi fərq yaranmışdır ki, həmin məbləğdə fərq qarşılıqlı iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilərək qarşılıqlı cavabdehdən tutulmalıdır. Qeyd edək ki, tərəflər arasında təsdiq edilmiş ən son təhvil-təslim aktı xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir ki, həmin aktla qarşılıqlı cavabdehin gördüyü işin dəyəri ƏDV xaric 2878178,77 manat əks edilmişdir. (ƏDV daxil ******* manat) Göründüyü kimi qarşlıqlı cavabdehlə təhvil-təslim aparılmış iş həcminin dəyəri ilə ona edilən ödəniş arasındakı fərq, ƏDV daxil 557720 manat məbləğində muzd təşkil edir ki, artıq ödənilən muzdun əvəzində cavabdeh tərəfinfən heç bir iş yerinə yetirilməmiş, əksinə olaraq görülən işlər qüsurlu və nöqsanlıdır. Məlim olmuşdur ki, aşkar edilən qüsurlar heç bir texniki-normativ norma və tələblərə uyğun icra edilməyib. halbuki, podrat işlərinin keyfiyyətlə və normativ tələblərə uyğun icra edilməsi cavabdehin öhdəliyi daxilindədir. (bax subpodrat müqaviləsinin 3.1-ci bəndi) Nəticə etibarı ilə yaranmış qüsurlar bu günədək aradan qaldırılmamışdır. Həmçinin onu da qeyd edək ki, tərəflər arasında bağlanan subpodrat müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Xüsusi şərtlər bölməsinin 6.2-ci bəndinə görə müqavilə üzrə muzdun hər cari ödənişinin 10 %-i bu müqavilənin şərtlərinə uyğun işlərin icraçı tərəfindən keyfiyyətlə icrasının təmin edilməsi məqsədi ilə sifarişçi tərəfindən saxlanılacaq. Saxlanılan muzdun 50% hissəsi icra müddətinin sonunda ilkin təhvil təslim aktı imzalandıqdan sonrakı 30 iş günü ərzində icraçıya ödəniləcək. Saxlanılan muzdun qalna 50% hissəsi isə zəmanət müddətinin sonunda yekun təhvil təslim aktı imzalandıqdan sonrakı 30 iş günü ərzində icraçıya ödəniləcək. Belə ki, qarşılıqlı cavabdeh tərəfindən ƏDV daxil 3396,251 manat dəyərində işlər yerinə yetirildiyi üçün müqavilə şərtlərinə görə həmin məbləğin 5 % hössəsi işlərin keyfiyyət zəmanəti kiçi sifarişçidə yəni qarşılıqlı iddiaçıda saxlanılmalıdır. Odur ki, 5 % nisbətinə əsasən sifarişçidə (iddiaçıda) saxlanılmalı olan muzdun məbləği ƏDV daxil 169813 manat məbləğində müəyyən olunur. Bundan başqa tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə işlərin icra müddəti qarşılıqlı cavabdeh tərəfinədn dəflərlə pozulmuşdur. İşlərin üzrsüz səbəbdən gecikdirilməsi, tam şəkildə yerinə yetirilməməsi, həmçinin görülən işlərdə qüsur və nöqsanların olması barəsində qarşılıqlı iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o cümləədn bununla bağlı qarşılıqlı müzakirələr (iclas formatında) və yazışmalar aparılsa da, heç bir müsbət nəticə əldə edilməmişdir. Qeyd edək ki, tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə razılşdırılmış podrat işlərinin icra müddəti həmin müqavilənin 1 saylı bölməsi ilə nəzrdə tutulan xüsusi şərtlərin 2-ci bəndinə əsasən 210 təqvim günü müəyyən edilməsinə baxmayaraq, sonradan işlərin icrasında cavabdeh (podratçı) tərəfindən yaranan gecikmələr səbəbi ilə işlərin icra müddəti 31 yanvar 2022-ci il tarixinədək uzadılmışdır. Buna baxmayaraq qarşılıqlı cavabdehin öhdəliyində olan işlərin müəyyən qismi bu gönədək lazımınca yerinə yetirilməmişdir. Yerinə yetirilməyən eləcə də işlərdə olan nöqsanların qarşılıqlı cavabdeh tərəfindən icra olunmasına isə artıq qarşılıqlı iddiaçının marağı itmişdir. Belə ki, işlərin icrasında yaranan gecikmələr xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinəədk olan dövrü əhatə etdiyinə görə bu günə yaranan cərimə məbləği müqavilə üzrə muzdun yuxarı həddini (10%) keçmiş olur. Müqavilə şərtlərinə görə isə cərimə məbləği müqavilə üzrə muzdun yuxarı həddini yəni 10% həddi keçməmək şərti ilə tətbiq edilir. Odur ki, müqavilə üzrə ƏDV xaric ******* manat muzdun 10% həddində yəni ƏDV xaric 348972 manat məbləğində cərimə faizi ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/10_04 nömrəli. 15 oktyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə işlərin icrasında yaranan gecikmələr tərəflər arasında bağlanmış həmin subpodrat müqaviləsinin 19.3.1, 19.4-cü bəndlərinə əsasən icraçıya qarşı nəəzrdə tutulan cərimə tədbirlərinin tətbiq olunması, eləcə də vurulmuş ziyanın tələbi üçün başlıca əsaslardan biridir. Həmin müqavilənin 19.3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş müddətlərin pozulmasına görə və ya işlərin icraçı tərəfindən sifarişçiyə təhvil verilməməsinə görə gecikdirilən hər gün üçün müqavilə üzrə muzdun 0.1%-i nisbətində dəbbə pulu (gecikmə cəriməsi) tətbiq olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sistemə ərizə yükləyərək xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:

1. Şərq Bazarı layihəsi üzrə "tikinti-quraşdırma ve təmir bərpa işlərinin yerinə yetirilməsi barəsinde" tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/10_04 nömrəli, 15 oktyabr 2020-ci il tarixli müqavilə üzrə ƏDV daxil 464.293,04 manat, 6F-M/ŞBL-SP/01/22 nömreli, 10 yanvar 2022-ci il tarixli subpodrat müqaviləsi üzrə isə ƏDV daxil 583.709,66 manat olmaqla Sifarişçi terefinden icraçıya ödenilməli olan, yaxud ödəniləcək qalıq muzdun mebleği ümumilikdə cəmi ƏDV daxil 1.048.002,70 AZN manat razılaşdırılır.

2. Bu Sazişle razılaşdırılan ödəniş məbləği "xxxx" Müstəqil Şirkəti ilə "Şərq Bazarı" adlı tikinti layihəsinin Əsas (baş) Sifarişçisi arasınad Bağlanmış xx.xx.2023-cü il tarixli Xitam razılaşması əsasında sonuncu tərəfindən ödəniş edilən pul vəsaiti hesabına heyata keçirilir.

3. Ödəniş bu Sazişin 2-ci bəndindən asılı olan, başqa sözlə ödəniş Əsas Sifarişçi tərəfindən edildikdən sonra 3 (üç) iş günü müddətində heyata keçirilməlidir.

4. Bu sazişin 1-ci bendi ile razılaşdırılan ödəniş məbləği tərəflərin hər iki müqavilə üzrə 6F/ŞBL/2020/10_04 nömrəli 15 oktyabr 2020-ci il tarixli ve 6F-M/ŞBL-SP/01/22 nömrəli 10 yanvar 2022-ci il tarixli subpodrat müqavileleri izre yekun hesablaşma hesab olunur.

5. Bu Sazişin bağlanması ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/10_04 nömrəli 15 oktyabr 2020-ci il tarixli ve 6F-M/ŞBL-SP/01/22 nömrəli 10 yanvar 2022-ci il tarixli subpodrat müqavilələri üzrə öhdəliklərinə bütün mənalarda xitam verirler ve tərəflərin bir-biri qarşısında öhdəlikləri qalmır. (saxlanılan məbləğlər və zəmanət məktubları daxil olmaqla ).

6. Bu barışıq sazişi ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/10_04 nömreli, 15 oktyabr 2020-ci il tarixli ve 6F-M/ŞBL-SP/01/22 nomreli, 10 yanvar 2022-ci il tarixli Subpodrat muqavilələrinə xitam verilir.

7. Tərəflər Bakı Kommersiya məhkəməsinin icraatında olan e-2-2(113)-2593/2023 saylı ve e-2-2(113)-2558Ə2023 saylı kommersiya işləri üzrə aralarında olan mübahisələrini barışıq yolu ile həll etməklə həmin məhkəmə işlərinin icaatına xitam verilməsinə dair müvafiq ərizə ilə müraciət edirlər.

8. Tərəflər təsdiq edir ki, bu barışıq sazişinin bağlanması yolu ilə məhkəmə mübahisəsinə, yeni bu Sazişin 7-ci bəndində göstərilən kommersiya işlərinin icraatına xitam verilmesi, sonradan hemin mübahisə barəsində tərəflərin məhkəməyə müraciət etməsini aradan qaldırır, başqa sozlə məhkəməyə müraciət edilməsinə yol verilmir.

9. İcraçı tərəf bəyan edir ki, bu Sazişin 1-ci bəndi ilə razılaşdırılan ve hər iki müqavilə üzrə yekun hesablaşma hesab edilen muzd mebleği odənildikdən sonra Sifarişçiyə qarşı heç bir maddi və ya qeyri maddi tələbi olmayacaq, eləcə də bağlanmış 6F/ŞBL/2020/10_04 ndmreli, 15 oktyabr 2020-ci il tarixli ve 6F-M/ŞBL-SP/01/22 nömreli, 10 yanvar 2022-ci il tarixli Subpodrat müqavilələri üzrə heç bir iddia va tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.

10. Tərəflər razılaşırlar ki, icraçı “Şərq Bazarı" layihəsi üzrə hərəkət və ya hərəkətsizliyi nəticəsində yayılan ve Əsas Sifarişçinin imicinə ve işgüzar nüfuzuna xələl gətirən istənilən xəbərə görə məsuliyyət daşıyacaq ve zərəri qarşılayacaqdır.

11. Bu Saziş imzalandıqdan sonra tərəflər bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir.

12. Bu Saziş imzalandığı andan qüvvəyə minir ve Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2593/2023 saylı ve e-2-2(113)-2558/2023 saylı kommersiya işləri üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" Müstəqil Şirkəti arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-2558/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar