Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2561/2023 08.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, X9 və X7) qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolunun imzalanmış hesab edilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, X9 və X7) qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Respublika Xammal və X16 Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 160/00/248/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 19 faiz ödəmək şərtilə 77.000 ABŞ dolları məbləğində kredit verilmişdir. QSC "xxxx" KB ilə Məmmədov Mahir Təvəkkül oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 160/00/248/14 saylı ipoteka müqaviləsinə görə, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. X10 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və borcu ödəməmişdir. xx.xx.2014-cü il tarixli, 160/00/248/14 saylı kredit müqaviləsi üzrə qalıq borc ödənilmədiyi üçün QSC "xxxx" KB iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən borcunu ödənilməsini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixdə 2(001)-8129/2015 saylı qətnaməsinə əsasən X10, Məmmədov Mahir Təvəkkül oğlu və X5 xx.xx.2014-cü il tarixli, 160/00/248/14 saylı kredit müqaviləsi üzrə 74782.53 ABŞ dolları əsas, 2801,06 ABŞ dolları faiz, 296.10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 77879,69 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsi qərara alınmışdır. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki, tutma ipoteka predmeti olan, cavabdeh Məmmədov Mahir Təvəkkül oğlunun mülkiyyəttində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsininə yönəldilməli, ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə edilmiş pul vəsaiti iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməlidir və əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Məmmədov Mahir Təvəkkül oğlu həmin mənzildən çıxarılmalıdır. Daha sonra, qeyd olunan qətnaməyə əsasən Binəqədi Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi tərtib edilərək icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsi icra vərəqəsini icraata qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etmiş və iddiaçıya könüllü icra üçün müəyyən müddət vermişdir. Cavabdehlər könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün, icra məmuru Hərrac Mərkəzinə ipoteka predmetinin hərracdan satılması ilə bağlı məktubla müraciət etmişdir. Binəqədi rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixə tutma yönəldilmiş mənzilin satılması ilə bağlı ilkin hərracın keçirilməsi təyin edilmiş, lakin hərracda iştirakçı olmadığı səbəbindən hərrac baş tutmamış elan edilmişdir. Bundan sonra, "xxxx" MMC tərəfidən xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş, lakin təkrar hərracda iştirakçı olmadığı səbəbindən baş tutmamış elan edilmişdir. Hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC “İpoteka haqqında” Qanunun 43.7-cü maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə tələbkara təklif edir. "xxxx" MMC tərəfindən LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2017-ci il tarixli, 01/3156 saylı məktub ünvanlayaraq ipoteka predmetini almağı təklif etmişdir. LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 01/3156 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, “QSC "xxxx" KB-nin xeyrinə yüklü edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsi 7 saylı fərdi yaşayış evinin əldə edilməsi təklifi qəbul edilir. Həmin fərdi yaşayış evi ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim edilməsi xahiş edirik”. Lakin sonradan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsi üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin QSC “BankStandard” KBnin adına rəsmləşdirilməsi yönündə "xxxx" MMC tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə dəfələrlə "xxxx" MMC-yə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunması xahiş edilməsinə baxmayaraq hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC "xxxx" KB-yə təqdim olunmamışdır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin qanunun 43.7-1-ci maddəsinə əsasən Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Lakin qanunverciliyin müddəaları pozularaq "xxxx" MMC tərəfindən protokol təqdim edilməmiş və bankın iradəsinə zidd olaraq ipoteka predmeti tərəflərindən əldə edilə bilməmişdir. İpoteka predmetinin əldə edilməsi məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 saylı qərardadında qeyd olunmuşdur ki, ipoteka saxlayan öz etirazlarını bildirdikdə məhkəmə bu Qərardadın 24-cü bəndində göstərilən qiymətləndirmə ilə kifayətlənməyərək, hərracın qanuniliyini etirazın dəlilləri baxımından yoxlamalı və hərracın qanunvericiliyə zidd şəkildə keçirildiyi öz təsdiqini tapdığı halda, ipotekaya xitamın verilməsi tələbinə dair iddianı təmin etməməlidir. Qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Həmin qərara əsasən, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab etmişdir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Göründüyü kimi, keçirilmiş hərrac protokolunun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi hərrac təşkilatı tərəfindən pozulmuş hüquqların bərpasına və eyni zamanda ləğv prosesində olan bankın öz kreditorları qarşısında olan öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi istiqamətində atılmış addım kimi qiymətləndiriləcəkdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsinin satılması ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair, ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC tərəfindən imzalanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Məmmədov Mahir Təvəkkül oğlu tərəfindən hələ 2021-ci ildən başlayaraq “QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia qaldırılmış və Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan “QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Bundan sonra Məmmədov Mahir Təvəkkül oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı- Məmmədov Mahir Təvəkkül oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya baxışına göndərilmişdir. Hal-hazırda Məmmədov Mahir Təvəkkül oğlunun iddiası - Bakı Apelyasiya məhkəməsinin icraatındadır. Hazırkı iddia tələbinin məqsədi QSC “Bank Standart” KB-nin pozulmuş hüquqlarının bərpası deyil, əksinə Məmmədov Mahir Təvəkkül oğlu tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün qaldırılmış iddia üzrə məhkəmə qətnaməsinin qüvvəyə minməsinin süni şəkildə uzatmaqdan ibarətdir. Belə ki, iddia tələbinin hüquqi əsası Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8- ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli Qərardadıdır. Həmin qərardadın nəticə hissəsində qeyd olunur ki, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutumaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30cu günün sonunda başa çatır. Bu müddətin başlanmsı üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycn Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Kommersiya işinin materiallarından göründüyü kimi, Hərrac 11 sentyabr 2017-ci ildə baş tutmamış elan olunmuş, hərrac baş tutmamış elan olunandan 4 il sonra 2021-ci ildə Məmmədov Mahir iddia qaldırmış və həmin iddia 2 il yarım məhkəmədə mübahisələndiriləndən sonra ümumilikdə hərracın baş tutmamış elan edilməsindən 5 il sonra QSC “Bank Standart” KB hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Materiallardan da göründüyü kimi, QSC “Bank Standart” KB-yə artıq 5 ildir məlumdur ki, hərrac baş tutmamış elan olunub və 2 ildir ipotekaya xitam verilməsi mübahisələndirilir, ancaq iddiaçı 2023-cü ilin aprel ayında Ali Məhkəmədən apelyasiya baxışına qaytarılandan sonra, ikinci apelyasiya baxışı zamanı yadına düşüb ki, güya Hərrac təşkilatı müqavilə bağlamaqdan yayınır. Ancaq 2017-ci ildən 2021-ci ilədək müqavilə bağlamaq imkanı vardı, həmçinin 2021-ci ildə Məmmədov Mahir iddia qaldıran zaman müqavilənin bağlanması üçün real addımlar ata bilərdilər, lakin, 5 il ərzində müqavilə bağlanmadığı halda 2023-cü ildə “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməi tələbinə dair” əsassız iddia qaldırılmışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, QSC “Bank Standart” KB tərəfindən "xxxx" MMC-yə qarşı qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehə və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 4498/2016 saylı qərarı ilə ərizə təmin edilmiş, QSC “Bank Standart” Kommersiya Bank müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standart” KB-nin ləvğedicisi təyin edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 8129/2015 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X9, X7 və X8 müştərək qaydada iddiaçı QSC “Bank Standart” KB-nin xeyrinə 74782,53 ABŞ dolları məbləğində əsas, 2801,06 ABŞ dolları məbləğində faiz, 296.10 ABŞ dolları məbləğində faiz, 296,10 ABŞ dolları cərimə, cəmi 77879,69 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəzi üzrə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edlmiş cavabdeh X3 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsindəki 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kvm. Yaşaış, 19.4 kv.m. köməkçi sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və həmin torpaq sahəsinə yönəldilməsi, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılması, realizə edilmiş əmlakın dyərindən 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 778779,69 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və ödənilmiş 30 manat dövət rüsumunun QSC “Bank Standart” KB-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti X3 qaytarılması, ipoteka predmetini təşkil edən X3 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsindəki, 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 99.7 kv.m. yaşayış, 19.4 kv.m. köməkçi sahədən ibarət 7 saylı fərdi yaşayış evinin və həmin torpaq sahəsinin ilkin satış qiyməti 135000 manat məbləğində müəyyən edilməsi, bu əmlakın boşaldılması və açıq hərracdan satıldıqdan sonra X2 həmin ünvandan çıxarılması qət edilmişdir.
11. Binəqədi rayon icra şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icraatına daxil olmuş Binəqədi Rayon Məhkəməsinin xx.xx.20215-ci il tarixli, 2(001)-8129/2015 saylı icra vərəqəsi üzrə icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərar qəbul edilmişdir. Və tələbin könüllü iclası haqqında xx.xx.2016-cı il tarixli bildiriş borclulara və məlumat üçün QSC “Bank Standart” KB-nə göndərilmişdir.
12. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli "xxxx" MMC-yə göndərilmiş (surəti borclulara və QSC “Bank Standart” KB-nə) məktubla Binəqədi Rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi hərracın təşkili və keçirilməsi üçün göndərilmişdir və keçirilmiş hərracdan əldə edilmiş pul vəsaiti Binəqədi rayon İcra şöbəsinin depozit hesabına keçirilməsi xahiş olunmuşdur.
13. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli AR ƏMDK yanında DƏDRX-nin Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş məktubla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsindəki 0.20 ha torpaq sahəsində 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış 19.4 kv.m. köməkçi sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair göstəriş verilməsi xahiş olunmuşdur.
14. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixli xx/xx-4896-3 saylı sifariş məktubu ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8129/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə hərracın təşkili və keçirilməsi üçün sifariş verilmişdir.
15. Açıq hərracın keçirilməsinə dair 01 saylı xx.xx.2017-ci il tarixli, 01/2 saylı, xx.xx.2017-ci il tarixli, 02 saylı xx.xx.2017-ci i tarixli və 02/2 saylı, xx.xx.2017-ci il tarixli bildirişlərdən göründüyü kimi hərracın keçirilməsinə dair məlumat X6, Məmmədov Mahir Təvəkkül oğluna, X11, Bİnəqədi rayon icra şöbəsinə və surəti “Bank Stnadart” İKB-yə göndərilmişdir.
16. İşdə olan “Birja yenilikləri” qəzetinin 15-21 sentyabr 2017-ci il tarixli nəşrindən göründüyü kimi ipoteka predmeti ilə bağlı təkrar hərracın baş tutmamış elan olunması barədə məlumat dərc edilmişdir.
17. "xxxx" MMC-nin Binəqədi Rayon İcra Şöbəsinə və QSC “Bank Standart” KB-yə, məlumat üçün X6, Məmmədov Mahir Təvəkkül oğluna, X11 ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda tərəflərində xx/xx-4896-3 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edildiyi və ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi xahiş olunmuşdur.
18. Ləğv prosesində olan QSC "xxxx" KB-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunun surətindən görünür ki, bankın xeyrinə yüklü edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsi 7 saylı fərdi yaşayış evinin əldə edilməsi barədə təklifi QSC "xxxx" KB tərəfindən qəbul edildiyi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsi 7 saylı fərdi yaşayış evi ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim edilməsi xahiş edilmişdir.
19. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-5581-3 saylı məktubunda Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8129/2015 saylı icra sənədində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsindəki 0.20 ha torpaq sahəsində 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış 19.4 kv.m. köməkçi sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və həmin torpaq sahəsinin hərracının təşkili üçün tərəflərindən sifariş məktubu icra edilməsi üçün göndərildiyi, lakin icra sənədində qeyd edilən əmlakın açıq hərracdan satılıbsatılmaması barədə məlumat icra şöbəsinə daxil olmadığını, bu səbəbdən də mənzilin satılıb-satılmaması barədə icra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.
20. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli İcra vərəqəsinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Qərardan görünür ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8129/2015 saylı icra vərəqəsi aidiyyəti üzrə Binəqədi Rayon İcravə Probasiya Şöbəsinə göndərilmişdir.
21. Binəqədi rayon icra şöbəsinin xx.xx.2019-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclular X7 və X11 icra sənədində göstərilən tələbi 5 gün müddətində könüllü olaraq təmin edilməsinin təklif olunması qərara alınmışdr. Və tələbin könüllü iclası haqqında xx.xx.2019-cü il tarixli bildiriş borclulara və məlumat üçün QSC “Bank Standart” KB-nə göndərilmişdir.
22. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cü il tarixli "xxxx" MMC-yə göndərilmiş (surəti borclulara və QSC “Bank Standart” KB-nə) məktubla Binəqədi Rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi hərracın təşkili və keçirilməsi üçün göndərilmişdir və keçirilmiş hərracdan əldə edilmiş pul vəsaiti Binəqədi rayon İcra şöbəsinin depozit hesabına keçirilməsi xahiş olunmuşdur.
23. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cü il tarixli "xxxx" MMC-yə göndərilmiş məktubla 2(001)-8129/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə əmlakın hərracının yekun nəticəsi barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.
24. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cü il tarixli QSC “Bank Standart” KB-nə göndərilmiş məktubla Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8129/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin hazırkı vəziyyəti barədə Binəqədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.
25. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən Ləğv prosesində olan QSC “Bank Stanrdard”ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda icraatlarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.20215-ci il tarixli, 2(001)-8129/2015 saylı icra vərəqəsinin hazırkı vəziyyəti barədə Binəqədi rayon icra şöbəsinə məlumat verilməsi təkrar xahiş olunmuşdur.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 7/2023 saylı qərarı ilə iddiaçı X4 cavabdeh QSC “Bank Standart” KB-nin ləvğedicisi Əmanətlərin Sığortalanması Fonduna, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən DƏDRX Bakı şəhə Ərazi İdarəsinə və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı ipotekaya xitam verilməsi və yüklülüyün ləğv edilməsi tələbinə dair iddiaçının kassasiya şikayətini qismən təmin etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli. 2(103)-695/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2556/2023 saylı qərardadı ilə iddiaçı Məmmədov Mahir Təvəkkül oğlunun cavabdeh QSC “Bank Standart” KB-nin ləvğedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi və yüklülüyün ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat QSC "xxxx" KB-nin "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı “prtokolun qanunla müəyyən edilmiş müddətdə imzalanmış hesab edilməsi” tələbi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır.
28. LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş **********233 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-8129/2015 saylı icra vərəqi üzrə görülmüş tədbirlər barədə məlumat verilməsi və məcburi icra tədbirlərini davam etdirilməsi xahiş edilmişdir.
29. Binəqədi rayon icra şöbəsinin Bakı Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8129/2015 saylı icra sənədi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması üçün xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə sifariş göndərildiyi, xx.xx.2017-ci il tarixdə ipoteka predmeti olan əmlakın açıq hərracda satılması üçün "xxxx" MMC-yə sifariş göndərildiyi, "xxxx" MMC-dən daxil olan xx.xx.2017-ci il tarixli məktubda əmlakın satılmaması səbəbindən hərrac baş tutmadığı məlum olduğu, eyni icra vərəqəsi ərazi aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icraatına daxil olduğu və təkrar olaraq eyni icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanıldığı, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması üçün xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə sifariş göndərildiyi, lakin nəticəsi barədə şöbəyə məlumat daxil olmadığı, tələbkar tərəfindən ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsindəki 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı,99.7 kv.m yaşayış, 19.4 kv.m köməkçi sahədən ibarət 7 saylı fərdi yaşayış evinin əldə edilməsi barədə hərrac təşkilatından və "xxxx" KB QSC tərəfindən şöbəyə məlumat daxil olmadığı bildirilmişdir.
30. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
31. İddia ərizəsindən görünür ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsinin satılması ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair, ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC tərəfindən imzalanmış hesab edilməsini məhkəmədən xahiş edir və həmin tələbin əsası kimi "xxxx" MMC tərəfindən LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2017-ci il tarixli, 01/3156 saylı tərəfindən məktub ünvanlanaraq ipoteka predmetinin alınmasnın təklif edildiyini, həmin təklifi qəbul etdiklərini, fərdi yaşayış evi ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim edilməsini xahiş etdiklərini, lakin cavabdeh tərəfindən müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin adlarına rəsmləşdirilməsi yönündə “tərəfindən heç bir addım atılmadığını, dəfələrlə MMC-yə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunması xahiş edilməsinə baxmayaraq hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC "xxxx" KB-yə təqdim olunmaması dəlilinə istinad edilmişdir.
32. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddiaçının tələbini əsassız hesab edərək bildirmişdir ki, cavabdeh təşkilatın iddiaçı quruma məktub göndərilməsi kimi öhdəliyinin olmadığını, hərracın baş tutmamasına dair elanın mətbuatda dərc edildiyini, iddiaçı qurumla aralarında 2021-ci ildən gedən məhkəmə çəkişmələri olduğunu və hərracın nəticələrindən məlumat olduğunu və buna görə də qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin hazırkı iddia tələbinin qaldırılmasının digər məhkəmə mübahsəsinin süni uzadılmasına xidmət edildiyi qeyd olunmuşdur.
33. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfin irəli sürmüş olduğu dəlillər əsassızdır və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları çərçivəsində dəyərləndirilməsini zəruri hesab edir.
34. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
35. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
36. İşdə olan sənədlərdən və cavabdeh hərrac təşklatının həm iddiaçıya, həm də icra şöbəsinə göndərdiyi xx.xx.2017-ci il tarixli məktublar, o cümlədən mətbuatda dərc edilmiş məlumatdan göründüyü kimi təkrar hərracın baş tutmaması elan edilmişdir.
37. İddiaçı tərəf isə İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbi əsasında xx.xx.2017-ci il tarixdə hərrac təşkilatına məktub ünvanladıqlarını və həmin məktubla ipoteka predmetini qəbul etməyə hazır olduqlarını bildirdiklərini və hazırkı tələbin irəli sürülməsinin haqlı əsası kimi də həmin məktubun surətinə istinad etmişlər.
38. Məhkəmə iddiaçı tərəfin bu mövqeyini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadının 33-cü bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası.
39. Həmin qərardadın 34-cü bəndinə əsasən bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
40. Həmin qərardadın 35-ci bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
41. Həmin qərardadın 37-ci bəndinə əsasən qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir.
42. Həmin qərardadın 38-ci bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır.
43. Həmin qərardadın 39-cü bəndinə əsasən - O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.
44. Bundan əlavə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ilə bağlı Ali Məhkəmənin həmin qərardadının 44-cü bəndində qeyd edilmişdir ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur.
45. Həmin qərardadın 45-ci bəndinə əsasən belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
46. Həmin qərardadın 50-ci bəndinə əsasən qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.
47. Həmin qərardadın 51-ci bəndinə əsasən əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1- ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
48. Həmin qərardadın 52-ci bəndinə əsasən qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.
49. Həmin qərardadın 53-cü bəndinə əsasən “İpoteka haqqında” Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
50. Həmin qərardadın 54-cü bəndinə əsasən göründüyü kimi, istər “İpoteka haqqında” Qanun, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun ipotekaya xitam verilməsi, yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi, eləcə də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası kimi ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun mövcudluğunu nəzərdə tutur.
51. Həmin qərardadın 59-cü bəndinə əsas protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
52. Məhkəmə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadın ilkin olaraq 59-cü bəndində qeyd edilən ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığının müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə iclaslarında iddiaçı tərəfin mövqeyini aydınlaşdırmış, cavabında isə hərrac təşkilatına yalnız xx.xx.2017-ci il tarixində aksept məktubunu təqdim etdiklərini və bundan sonra yalnız şifahi müraciətlər etdiklərini, həmin müraciətlərin nə vaxt, hansı əməkdaşları tərəfindən edildiyini xatırlamadıqlarını bildirmişlər.
53. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 6 ilə yaxın müddət ərzində yerinə yetirməmiş. Qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür (bilavasitə protokolun/müqavilənin imzalanması üçün səylər göstərməmiş, protokolun/müqavilənin imzalanmaması ilə bağlı nə İcra Şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkəti/hərəkətsizliyindən şikayət etməmiş, nə də ki, təcrübədə geniş yayılmış “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş).
54. Eyni zamanda, ipoteka qoyan tərəfindən təkrar hərracın baş tutmamasından 4 il sonra (2021-ci ildə) ipoteka yüklülüyün ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə icraatı 2023-ci il tarixinə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi davam etmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı tərəf yalnız xx.xx.2023cü il (hərracın baş tutulmaması barədə xx.xx.2017-ci il tarixli elandan 6 ilə yaxın müddət sonra) tarixində Bakı Kommersiya Məhkəməsinə hazırki iddia ilə müraciət etmişdir.
55. Göründüyü kimi iddiaçı 2017-ci ildən 2023-cü ilə kimi sadəcə bir aksept məktubu (həmin məktubun yalnız surəti məhkəməyə təqdim olunmuş, bundan əlavə məhkəmənin sorğu-qərardadına əsasən "xxxx" MMC-dən keçirilmiş hərraca dair bütün sənədlərin surətləri tələb olunmuş, lakin MMC tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə həmin məktubun surəti aşkar olunmamışdır) yazmaqla kifayətlənmiş və həmin illər ərzində ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişmələrindən xəbərdar olmuş, lakin Ali Məhkəmə tərəfindən ipoteka qoyanın kassasiya şikayəti qismən təmin edilib yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra hərrac protokolunun imzalanması tələbi ilə harrac təşkilatına qarşı iddia qaldırmışdır.
56. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadının 56-cı bəndinə əsasən hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir.
57. Həmin qərardadın 57-ci bəndinə əsasən bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.
58. Lakin, iddiaçı hərrac təşkilatının protokolun imzalanmasından imtina etməsini və yaxud yayınmasını məhkəmə araşdırılması zamanı sübuta yetirə bilməmişdir. İpoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş vaxtda protokolun/müqavilənin imzalanması üçün məqsədli hərəkətlərin edildiyini sübuta yetirmədiyi üçün, məhkəmə tərəfindən hərrac təşkilatının imtina etməsi və ya yayınması istiqamətində qiymətləndirmə aparılmasının məntiqi və qanuni əsası ola bilməz.
59. Digər ziddiyatlı məqam isə ondan ibarətdir ki, əgər ipoteka saxlayan həqiqətən də, bankın xeyrinə yüklü edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsi 7 saylı fərdi yaşayış evinin əldə edilməsi barədə təklifi vaxtında aksept etmişdirsə, o zaman nəyə görə Binəqədi Rayon İcra Şöbəsi tərəfindən ipoteka saxlayana ünvanlanmış xx.xx.2019 və xx.xx.2020-ci il tarixli “icra vərəqəsinin hazırkı vəziyyəti barədə” məktublarına ən azı ipoteka predmetinin əldə edilməsinə dair hərrac mərkəzinə aksept verdiyini bildirməməsi sual doğurur. Üstəlik, əksinə, LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixli məktubla özü Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək xx.xx.2015-ci il tarixli 2(001)-8129/2015 saylı icra vərəqi üzrə görülmüş tədbirlər barədə məlumat verilməsini və məcburi icra tədbirlərini davam etdirilməsi xahiş edilmişdir.
60. Bütün bu ziddiyatlı məqamlara iddiaçının nümayəndəsinin gətirdiyi (Fondun işinin çoxluğu, hərracın keçirildiyi vaxt "xxxx" KB QSC-nin təzə ləğv olunduğunu, hərrac mərkəzinə çoxsaylı şifahi müraciətlər etmələrini, bu cür iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsindən sonra bildiklərini, xx.xx.2023-cü il tarixində Binəqədi Rayon İcra Şöbəsinə göndərdikləri məcburi icra tədbirlərin davam etdirilməsi barədə məktubun şablon məktub olması) arqumentlərini məhkəmə əsassız mülahizə kimi giymətləndirir, çünki, yuxarıda qeyd olunduğu kimi iddiaçı ən azından “protokolun imzalanması öhdəliyinin hərrac mərkəzinin üzərinə qoyulması barədə” iddia ilə məhkəməyə vaxtında müraciə edə və digər tədbirlər görə bilərdi. İddiaçı isə ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə iddiasına məhkəmələrdə 2021-ci ildən etibarən 3 ilə yaxın müddətdə baxıldıqdan sonra hazırki iddianı qaldıraraq, qeyd olunan digər iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş edib. İş üzrə cavabdeh - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmasından imtinası və ya yayınması isə iş materialları ilə müəyyən olunmur.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
62. Məhkəmə qeyd edir ki iddiaçı hüquqi şəxsin iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
63. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdeh "xxxx" MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi, X9 və X7) qarşı “Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsində 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 7 saylı fərdi yaşayış evi və həmin torpaq sahəsinin satılması ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair, ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC tərəfindən imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova