Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2587/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X3 X4 X1 X6 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X3 X4 X1 X6 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X3 X4 X1 X6 Sanayi Ve Ticaret Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ER 014/2024 saylı podrat müqaviləsinə əsasən ƏDV-siz 147539,93 manat (yüz qırx yeddi min beş yüz otuz doqquz manat doxsan üç qəpik) müqavilə üzrə ödənilməmiş borc və ödənilmiş 438 (dörd yüz otuz səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 147977,93 manat (yüz qırx yeddi min doqquz yüz yetmiş yeddi manat doxsan üç qəpik) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X3 X4 X1 X6 Sanayi Ve Ticaret Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, ER 014/2024 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı cavabdehin sifarişi əsasında ümumi dəyəri ƏDV-siz 540000 (beş yüz qırx min) ABŞ dolları həcmində mebel işlərinin görülməsi və sifarişçiyə təslim edilməsi xidmətinin göstərilməsi öhdəliyini üzərinə götürmüşdür. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ER 014/2024 saylı podrat müqaviləsinə 2 saylı əlavə imzalanmış və sifarişə ƏDV-siz 32000 (otuz iki min) manat həcmində əlavə mebellər daxil edilmişdir. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirərək, bütün sifarişləri vaxtlı-vaxtında yüksək keyfiyyətlə hazırlayaraq Cavabdeh MMCyə təhvil vermişdir. Bu barədə tərəflər arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları bağlanmışdır. Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməyərək, icraçıya ödəməli olduğu pul vəsaitindən ƏDV-siz 147539,93 manat (yüz qırx yeddi min beş yüz otuz doqquz manat doxsan üç qəpik) borclu qalmışdır. Həmin podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən təqdim olunmuş və tərəflər arasında təsdiq olunmuş sifarişə əsasən mebel işlərinin görülməsini və sifarişçiyə təslim edilməsini, sifarişçi isə işi qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (dəyəri) ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən mebellərin təchizatı sifarişçi tərəfindən təqdim olunmuş sifarişə əsasən həyata keçirilir. İcraçı təqdim olunmuş sifarişçinin sifarişini aldıqdan sonra 10 (on) iş günü ərzində sifarişdə qeyd olunmuş malların qiymətini müəyyən edir və sifarişçiyə bunun barədə məlumat (təklif) təqdim edir. Sifarişçi təklif ilə razı olduğu təqdirdə görüləcək işlər üzrə spesifikasiya tərtib olunur və tərəflər arasında təsdiq olunur. Spesifikasiyada alınacaq malların növü, miqdarı və qiyməti (dəyəri) müəyyən olunur. Tərəflər arasında tərtib olunmuş spesifikasiyalar hazırki müqavilənin tərkib hissəsi hesab olunacaqlar. Müqavilənin 2.2-ci bəndinə əsasən malların təchizatı və işlərin görülməsi müddəti və şərtləri tərəflər arasında hər sifariş üzrə ayrıca razılaşdırılır. Spesifikasiya üzrə çatdırılmış mallar və görülmüş montaj işlərinin sifarişçiyə təhvili müvafiq təhvil-təslim aktı və e-qaimə ilə təsdiq olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə satın alınan malların qiyməti müvafiq spesifikasiyalarda müəyyən olunacaqdır. Həmin müqavilənin 3.2-ci bəndində isə qeyd olunur ki, tərəflər arasında başqa qayda razılaşdırılmadığı təqdirdə, mallann dəyərinin ödənişi, icraçının təqdim etdiyi hesab-faktura əsasında 50% avans olaraq, digər hissəsi isə mallann təchizatı və işlərin görülməsi sifarişçiya təhvil verildikdən sonra icraçı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 10 (on) iş günü ərzində həyata keçirilir. Göründüyü kimi, iddiaçı verilmiş sifarişləri tələb olunan şərtlərlə tam keyfiyyətli şəkildə hazırlayaraq cavabdehə təhvil vermiş, bu barədə tərəflər arasında təhvil-təslim aktları bağlanmış və iddiaçı tərəfindən e-qaimələr hazırlanaraq cavabdehə təqdim edilmişdir. Cavabeh sifariş üzrə müəyyən edilmiş məbləğin böyük hissəsini ödəsə də, 147539,93 manat (yüz qırx yeddi min beş yüz otuz doqquz manat doxsan üç qəpik) məbləğində borcu qalmış və həmin məbləği ödəməkdən əsassız olaraq yayınmışdır. Bununla bağlı Cavabdeh MMC-yə dəfələrlə öhdəliklərin icrası ilə bağlı müraciətlər olunmuş, xx.xx.2025ci il tarixdə elektron kabinet vasitəsilə pretenziya da təqdim edilmiş, lakin heç bir nəticəsi olmamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2, 324.4, 425.1, 425.2, 430.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 445.3-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 014/2024 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə icraçı, sifarişçi tərəfindən təqdim olunmuş va tərəflər arasında təsdiq olunmuş sifarişə əsasən mebel işlərinin görülməsini və sifarişçiyə təslim edilməsini, sifarişçi isə işi qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (dəyəri) ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mebellərin təchizatı sifarişçi tərəfindən təqdim olunmuş sifarişə əsasən həyata keçirilir. İcraçı təqdim olunmuş sifarişçinin sifarişini aldıqdan sonra 10 (on) iş günü ərzində sifarişdə qeyd olunmuş malların qiymətini müəyyən edir və sifarişçiyə bu barədə məlumat (təklif) təqdim edir. Sifarişçi təklif ilə razı olduğu təqdirdə, görüləcək işlər üzrə spesifikasıya tərtib olunur və tərəflər arasında təsdiq olunur. Spesifikasiyada alınacaq malların növü, miqdarı və qiyməti (dəyəri) müəyyən olunur. Tərəflər arasında tərtib olunmuş spesifikasiyalar hazırkı müqavilənin tərkib hissəsi hesab olunacaqlar. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər arasında başqa qayda razılaşdırılmadığı təqdirdə mallann dəyərinin ödənişi, icraçının təqdim etdiyi hesab-faktura əsasında 50% avans olaraq, digər hissəsi isə mallann təchizatı və işlərin görülməsi sifarişçiya təhvil verildikdən sonra icraçı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 10 (on) iş günü ərzində həyata keçirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. ER 014/2024 saylı, xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əlavə olan 1 nömrəli qiymət razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə protokolda adıçəkilən və ümumi dəyəri 540000 ABŞ dolları olan xidmət göstərəcəkdir. Həmin protokolun 1-ci bəndinə əsasən işlərin təhvil müddəti xx.xx.2024-cü ildir. Həmin protokolun 2-ci bəndinə əsasən müqavilənin dəyəri 540000 ABŞ dolları təşkil edir. 50% avans, qalan məbləğ görülən işlərin dəyərini özündə əks etdirən təhvil-təslim aktlarına əsasən ödənilir. Ödəniləcək məbləğ günün ekvivalentinə uyğun olaraq manat olaraq həyata keçiriləcəkdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. ER 014/2024 saylı, xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əlavə olan 2 nömrəli qiymət razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə protokolda adıçəkilən və ümumi dəyəri 37760 manat olan xidmət göstərəcəkdir. Həmin protokolun 2ci bəndinə əsasən müqavilənin dəyəri 32000 manat (ƏDV daxil 37760 manat) təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş hazırlanması sifariş verilən məhsullara dair məlumatdan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 348305,44 ABŞ dolları olan mebel avadanlığının hazırlanması tərəflər arasında razılaşdırılmışdır.
11. Tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş hazırlanması sifariş verilən məhsullara dair məlumatdan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 271585,35 ABŞ dolları olan mebel avadanlığının hazırlanması tərəflər arasında razılaşdırılmışdır.
12. Tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş hazırlanması sifariş verilən məhsullara dair məlumatdan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 17309,2 ABŞ dolları olan mebel avadanlığının hazırlanması tərəflər arasında razılaşdırılmışdır.
13. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 324972 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 149930,89 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 523324,5 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 37760 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 85012,6 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11374477 nömrəli elektron qaimənin məzmunundan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 324972 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, ER 014/2024 nömrəli müqaviləyə 1 nömrəli əlavə razılaşma göstərilmişdir.
19. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11284687 nömrəli elektron qaimənin məzmunundan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 149930,89 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, ER 014/2024 nömrəli müqaviləyə 1 nömrəli əlavə razılaşma göstərilmişdir.
20. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10476156 nömrəli elektron qaimənin məzmunundan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 523324,5 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, ER 014/2024 nömrəli müqaviləyə 1 nömrəli əlavə razılaşma göstərilmişdir.
21. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10249895 nömrəli elektron qaimənin məzmunundan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 37760 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, ER 014/2024 nömrəli müqaviləyə 2 nömrəli əlavə razılaşma göstərilmişdir.
22. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, ******* nömrəli elektron qaimənin məzmunundan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 85012,6 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, ER 014/2024 nömrəli müqaviləyə 1 nömrəli əlavə razılaşma göstərilmişdir.
23. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, ER 014/2024 nömrəli üzrə müqavilə üzrə öhdəliklərin icra edilməsi və yaranmış 147539,93 manat borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
26. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli, ER 014/2024 nömrəli podrat müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə ilkin öhdəlik yerinə yetirilərək, müqavilə üzrə razılaşdırılmış işlər görülmüş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, görülmüş işlərin dəyərinin təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməsi öhdəliyini üzərinə götürsə də, tam icra etməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən müqavilə üzrə icraçı, sifarişçi tərəfindən təqdim olunmuş va tərəflər arasında təsdiq olunmuş sifarişə əsasən mebel işlərinin görülməsini və sifarişçiyə təslim edilməsini, sifarişçi isə işi qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (dəyəri) ödəməyi öhdəsinə götürmüşdür.
27. İddia tələbini cavabdehdən xx.xx.2024-cü il tarixli, ER 014/2024 nömrəli müqavilə üzrə ödənilməmiş 147539,93 manat məbləğində pulun tutulması təşkil edir.
28. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, işi icra edən iddiaçının cavabdehdən razılaşdırılmış muzdun ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdehin də müvafiq olaraq həmin məbləği iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMCdən xx.xx.2024-cü il tarixli, ER 014/2024 saylı müqavilə üzrə 147539,93 manat (yüz qırx yeddi min beş yüz otuz doqquz manat doxsan üç qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş müvafiq təhvil-təslim aktları, elektron qaimələr məhkəməyə təqdim edilmişdir. Həmin işlərin dəyərinin bir qismi ödənilsə də, tələb olunan məbləğin ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaya hər hansı etiraz edilməmiş, öhdəliklərin tam icrasını sübut edən sənədlər iş materiallarına əlavə edilməmişdir.
29. Eləcə də, iddiaçı 438 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 438 (dörd yüz otuz səkkiz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, ER 014/2024 saylı müqavilə üzrə 147539,93 manat (yüz qırx yeddi min beş yüz otuz doqquz manat doxsan üç qəpik) borc və ödənilmiş dövlət rüsumununa görə 438 (dörd yüz otuz səkkiz) manat olmaqla, ümumilikdə 147977,93 manat (yüz qırx yeddi min doqquz yüz yetmiş yeddi manat doxsan üç qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “X3 X4 X1 X6 Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova