Məhkəmə qərarları › İş №e-2-2(113)-2593/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2593/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2593/2023 04.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı “müqavilə üzrə borcun və maddi ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 591652.49 manat, maddi ziyana görə 50054.01 manat olmaqla, cəmi 641706.5 manat pul məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, hər iki tərəf məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq 16 may 2023-cü il tarixə saat 10:40-a və 02 iyun 2023-cü il tarixə saat 10:45-ə təyin edilən məhkəmə hazırlıq iclasları tərəflərin nümayəndələrinin iştirakı olmadan keçirilmişdir. İddiaçı 02 iyun 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, tərəflər arasında mübahisəinin həlli istiqamətində danışıqlar davam etdiyi üçün hazırlıq iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası 16 iyun 2023-cü il tarixə saat 11:20-yə təxirə salınmışdır. Həmin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 yenidən tərəflər arasında danışıqlar getdiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası 04 iyul 2023-cü il tarixə saat 11:00-a təxirə salınmışdır. Tərəflər 04 iyul 2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" Müstəqil Şirkətinə qarşı “müqavilə üzrə borcun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar