Məhkəmə qərarları › İş №e-2-2(113)-261/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-261/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-261/2024 08.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, mediasiya və hüquqi yardım xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Сavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24/78 saylımüasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqaviləsi əsasında yaranmış borc 93414,27 manat pulun, ona məxsus olan; 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 874 manat olan 38 ədəd Alt ayar mili 48; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 1785 manat olan 255 ədəd Ayna(Tie-Rod); 1 ədədinin dəyəri 16 manat,cəmi dəyəri 256 manat olan 16 ədəd Boru 2m; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 826 manat olan 118 ədəd Doka kilidi; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 2320 manat olan 29 ədəd Dəmir direk Pəri 6m; 1 ədədinin dəyəri 13,5 manat,cəmi dəyəri 162 manat olan 12 ədəd H2O 1.5m; 1 ədədinin dəyəri 40,5 manat,cəmi dəyəri 1863 manat olan 46 ədəd H2O 4.5m; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 384 manat olan 48 ədəd Kama badam; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 220 manat olan 155 ədəd Kama yuvarlaq; 1 ədədinin dəyəri 9 manat,cəmi dəyəri 441 manat olan 49 ədəd Kanca Pano sadə; 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 161 manat olan 7 ədəd Kanca Pano universal; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 1304 manat olan 163 ədəd Kələbək (Tie-Rod); 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd Masa qəlib taşıyıcı; 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 540 manat olan 18 ədəd Payanda 1m; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 240 manat olan 3 ədəd Payanda 4,5m; 1 ədədinin dəyəri 10 manat,cəmi dəyəri 150 manat olan 15 ədəd Payanda başlığı pano qalvaniz 4,5sm; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 776 manat olan 97 ədəd Payanda dabanı; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 240 manat olan 80 ədəd Payanda pimi; 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd X6; 1 ədədinin dəyəri 35 manat,cəmi dəyəri 840 manat olan 24 ədəd SRZ daraq; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 129 manat olan 3 ədəd SRZ qurşaq 2,45m (badam); 1 ədədinin dəyəri 2,4 manat,cəmi dəyəri 235,2 manat olan 98 ədəd Tie-Rod 1.2m; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 135 manat olan 45 ədəd Tie- Rod 1.5m; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 68 manat olan 17 ədəd Xamut Fırlanan; 1 ədədinin dəyəri 34 manat,cəmi dəyəri 918 manat olan 27 ədəd Çalışma Konsolu; 1 cütün dəyəri 12 manat,cəmi dəyəri 156 manat olan 13 cüt Çapraz qol 1.92m; 1 cütün dəyəri 13 manat,cəmi dəyəri 1612 manat olan 124 cüt Çapraz qol 2,1m; 1 ədədinin dəyəri 12 manat,cəmi dəyəri 180 manat olan 15 ədəd Çəkdirmə mili payanda başlığı üçün; 1 ədədinin dəyəri 25 manat,cəmi dəyəri 1150 manat olan 46 ədəd X7 (48 lik) 1,2m; 1 ədədinin dəyəri 47 manat,cəmi dəyəri 799 manat olan 17 ədəd İskələ 1,8*1,5 Urtim; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 387 manat olan 9 ədəd İsakələ 1,5*1,5 Urtim (çərçivə); 1 ədədinin dəyəri 3 manat, cəmi dəyəri 267 manat olan 89 ədəd Əkləmə 48-lik əmlakların, onlar olmadıqda isə həmin əmlakların dəyəri olan 19578,2 manat pulun; hüquqi yardım üçün vəkilə ödənilən 150 (bir yüz əlli) manat pulun, ilkin mediasiya xərci üçün ödənilən 400 manat dövlət rüsumunun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 13 manat dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq X2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 ilə Cavabdeh MMC arasında 01 oktyabr 2021-ci il tarixli, № 24/78 saylı müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilə üzrə öhdəliklər tərəflərindən tam şəkildə yerinə yetirilmişdir. Müqavilə üzrə hazırda ümumi borc məbləği 93414,27 manat müəyyən edilmişdir. Bundan başqa, onu da qeyd edir ki, müqavilələr üzrə cavabdehə xidmət göstərilərkən təhvil verilmiş ümumi dəyəri 19578,2 manat olan: 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 874 manat olan 38 ədəd Alt ayar mili 48; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 1785 manat olan 255 ədəd Ayna(Tie-Rod); 1 ədədinin dəyəri 16 manat,cəmi dəyəri 256 manat olan 16 ədəd Boru 2m; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 826 manat olan 118 ədəd Doka kilidi; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 2320 manat olan 29 ədəd Dəmir direk Pəri 6m; 1 ədədinin dəyəri 13,5 manat,cəmi dəyəri 162 manat olan 12 ədəd H2O 1.5m; 1 ədədinin dəyəri 40,5 manat,cəmi dəyəri 1863 manat olan 46 ədəd H2O 4.5m; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 384 manat olan 48 ədəd Kama badam; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 220 manat olan 155 ədəd Kama yuvarlaq; 1 ədədinin dəyəri 9 manat,cəmi dəyəri 441 manat olan 49 ədəd Kanca Pano sadə; 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 161 manat olan 7 ədəd Kanca Pano universal; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 1304 manat olan 163 ədəd Kələbək (Tie-Rod); 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd Masa qəlib taşıyıcı; 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 540 manat olan 18 ədəd Payanda 1m; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 240 manat olan 3 ədəd Payanda 4,5m; 1 ədədinin dəyəri 10 manat,cəmi dəyəri 150 manat olan 15 ədəd Payanda başlığı pano qalvaniz 4,5sm; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 776 manat olan 97 ədəd Payanda dabanı; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 240 manat olan 80 ədəd Payanda pimi; 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd X6; 1 ədədinin dəyəri 35 manat,cəmi dəyəri 840 manat olan 24 ədəd SRZ daraq; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 129 manat olan 3 ədəd SRZ qurşaq 2,45m (badam); 1 ədədinin dəyəri 2,4 manat,cəmi dəyəri 235,2 manat olan 98 ədəd Tie-Rod 1.2m; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 135 manat olan 45 ədəd Tie- Rod 1.5m; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 68 manat olan 17 ədəd Xamut Fırlanan; 1 ədədinin dəyəri 34 manat,cəmi dəyəri 918 manat olan 27 ədəd Çalışma Konsolu; 1 cütün dəyəri 12 manat,cəmi dəyəri 156 manat olan 13 cüt Çapraz qol 1.92m; 1 cütün dəyəri 13 manat,cəmi dəyəri 1612 manat olan 124 cüt Çapraz qol 2,1m; 1 ədədinin dəyəri 12 manat,cəmi dəyəri 180 manat olan 15 ədəd Çəkdirmə mili payanda başlığı üçün; 1 ədədinin dəyəri 25 manat,cəmi dəyəri 1150 manat olan 46 ədəd X7 (48 lik) 1,2m; 1 ədədinin dəyəri 47 manat,cəmi dəyəri 799 manat olan 17 ədəd İskələ 1,8*1,5 Urtim; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 387 manat olan 9 ədəd İsakələ 1,5*1,5 Urtim (çərçivə); 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 267 manat olan 89 ədəd Əkləmə 48-lik -əmlaklar bu günədək iddiaçıya qaytarılmamışdır. Bununla bağlı Cavabdeh MMC-yə pretenziya qaydasında müraciət edərək müqavilələr və qaytarılmamış əmlaklar üzrə yaranmış borcların ödənilməsi və əmlakların qaytarılması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, Cavabdeh MMC tərəfindən qeyd olunan borc məbləği bu günədək ödənilməmiş və əmlaklar geri qaytarılmamışdır. Müraciətə cavab verilmədiyi üçün Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərib. Təklifə cavab verilmədiyinə görə Mediasiya Şurasının Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müracət edib. Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli X4 İştirak Edilməməsi barədə Arayış təqdim edildi. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olub.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24/78 saylı “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərini quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sisteminin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilmişdir.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən xidmətin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.1-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərini həyata keçirir.

13. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri:

15. Müqavilənin 3.1.3-cü bənidnə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək.

16. Müqavilənin 3.2-ci bəndinə əsasən:

17. Müqavilənin 3.2.4-cü bəndinə əsasən xidməti tam şəkildə yerinə yetirib sifarişçiyə təhvil vermək.

18. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.

19. xx.xx.2021-ci il tarixli XM-24/78 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən qəlib sistemlərinin göstərilməsinin xidmətinin ƏDV daxil dəyəri 37354,80 manat müəyyən edilmişdir.

20. 20.12.2021-ci il tarixinə kimi yerinə yetirilmiş işlərin qəbul aktına (forma 2) əsasən qəlib sistemləri ilə bağlı xidmətlərin dəyəri ƏDV daxil 37354,80 manat və xx.xx.2021-ci il tarinxə kimi yerinə yetirilmiş işlərin qəbul aktına əsasən isə ƏDV daxil 7031,53 manat müəyyən edilmişdir.

21. 31.01.2022-ci il tarixinə kimi yerinə yetirilmiş işlərin qəbul aktına (forma 2) əsasən qəlib sistemləri ilə bağlı xidmətlərin dəyəri ƏDV daxil 15652,49 manat, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 13775,32 manat, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 35400 manat, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 13775,32 manat, xx.xx.2022-ci il tarixli akta əsasn 15952,42 manat, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 18694,52 manat, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 14507,27 manat və xx.xx.2022-ci il tarixli akta əsasən isə ƏDV daxil 12396,61 manat müəyyən edilmişdir.

22. xx.xx.2022-ci il tarixli 22/01 saylı, xx.xx.2022-ci il tarixli 22/04 saylı, xx.xx.2022-ci il tarixli 22/05 saylı üzləşmə aktlarına əsasən malların sayında və keyfiyyətində heç bir qüsur və çatışmazlıqlar müəyyən edilmədiyi qeyd olunmuşdur. Qeyd olunan üzləşmə aktında alt ayar milli 48, ayna (Tie-Rod), Boru 2m, Doka kilidi, Dəmir dirək Peri 6m və sair adlı avadanlıqların Cavabdeh MMC-yə təhvil verilməsi iddiaçı və cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir.

23. İşdə olan ödənişin təyinatına dair cədvəldən göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixində EBBN911035 saylı qaimə üzrə 21656,61 manat, xx.xx.2022-ci il tarixlərdə EBBP207629 saylı qaimə üzrə 5958,92 manat, EBBQ601019 saylı qaimə üzrə 13264,82 manat, EBBS150999 saylı qaimə üzrə 11674 manat, xx.xx.2022-ci il tarixdə avans ödənişi üzrə 30000 manat olmaqla cəmi 82554,35 manat məbləğində ödəniş həyata keçirilmişdir.

24. 24.09.2023-cü il tarixli, 261848 saylı mədaxil qəbzinə əsasən hüquqi yardıma görə 150 manat məbləğində vəkil xərci iddiaçı tərəfindən ödənilmişdir.

25. Maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli, 24/78 saylı müqavilə üzrə Cavabdeh MMC-nin ümumi borcu 93414,27 manat müəyyən edilmişdir.

26. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

27. Məhkəmə ilk olaraq iddiaçının əsas borca münasibətdə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

28. Belə ki, X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24/78 saylı “Müsair ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” müqaviləyə və həmin müqavilənin 1.1ci bəndinə əsasən sifarişçi müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərini quraşdırılması və sölüməsi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sisteminin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

29. Həmin qeyd olunan xidmətlərin göstərilməsi tərəflər arasında müxtəlif tarixlərdə bağlanmış və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xidmətlərin göstərilməsinə dair aktda və üzləşmə aktında öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh tərəfin müqavilə üzrə qismən ödənişləri həyata keçirməsi də iddiaçının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dəlalət edir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Qeyd olunanlardan göründüyü kimi iddiaçı müqavilə öhdəliklərini yerinə yetirmiş – müqavilə üzrə işləri görmüş və xidmətlərin təhvil-təsliminə dair tərəflər arasında akt imzalanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə etinasızlıq göstərək borcun ödənilməsindən yayınmışdır. Həmçinin məhkəmə iclaslarına dəvət edilməsinə baxmayaraq gəlməmiş və iddiaçının tələbini təkzib edəcək sübut və dəlillər məhkəməyə təqdim etməmişdir.

35. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə əsasında yaranmış borc 93414,27 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. İddia tələbinin digər hissəsini iddiaçıya məxsus olan: 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 874 manat olan 38 ədəd Alt ayar mili 48; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 1785 manat olan 255 ədəd Ayna(Tie-Rod); 1 ədədinin dəyəri 16 manat,cəmi dəyəri 256 manat olan 16 ədəd Boru 2m; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 826 manat olan 118 ədəd Doka kilidi; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 2320 manat olan 29 ədəd Dəmir direk Pəri 6m; 1 ədədinin dəyəri 13,5 manat,cəmi dəyəri 162 manat olan 12 ədəd H2O 1.5m; 1 ədədinin dəyəri 40,5 manat,cəmi dəyəri 1863 manat olan 46 ədəd H2O 4.5m; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 384 manat olan 48 ədəd Kama badam; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 220 manat olan 155 ədəd Kama yuvarlaq; 1 ədədinin dəyəri 9 manat,cəmi dəyəri 441 manat olan 49 ədəd Kanca Pano sadə; 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 161 manat olan 7 ədəd Kanca Pano universal; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 1304 manat olan 163 ədəd Kələbək (Tie-Rod); 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd Masa qəlib taşıyıcı; 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 540 manat olan 18 ədəd Payanda 1m; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 240 manat olan 3 ədəd Payanda 4,5m; 1 ədədinin dəyəri 10 manat,cəmi dəyəri 150 manat olan 15 ədəd Payanda başlığı pano qalvaniz 4,5sm; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 776 manat olan 97 ədəd Payanda dabanı; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 240 manat olan 80 ədəd Payanda pimi; 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd X6; 1 ədədinin dəyəri 35 manat,cəmi dəyəri 840 manat olan 24 ədəd SRZ daraq; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 129 manat olan 3 ədəd SRZ qurşaq 2,45m (badam); 1 ədədinin dəyəri 2,4 manat,cəmi dəyəri 235,2 manat olan 98 ədəd Tie-Rod 1.2m; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 135 manat olan 45 ədəd Tie-Rod 1.5m; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 68 manat olan 17 ədəd Xamut Fırlanan; 1 ədədinin dəyəri 34 manat,cəmi dəyəri 918 manat olan 27 ədəd Çalışma Konsolu; 1 cütün dəyəri 12 manat,cəmi dəyəri 156 manat olan 13 cüt Çapraz qol 1.92m; 1 cütün dəyəri 13 manat,cəmi dəyəri 1612 manat olan 124 cüt Çapraz qol 2,1m; 1 ədədinin dəyəri 12 manat,cəmi dəyəri 180 manat olan 15 ədəd Çəkdirmə mili payanda başlığı üçün; 1 ədədinin dəyəri 25 manat,cəmi dəyəri 1150 manat olan 46 ədəd X7 (48 lik) 1,2m; 1 ədədinin dəyəri 47 manat,cəmi dəyəri 799 manat olan 17 ədəd İskələ 1,8*1,5 Urtim; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 387 manat olan 9 ədəd İsakələ 1,5*1,5 Urtim (çərçivə); 1 ədədinin dəyəri 3 manat, cəmi dəyəri 267 manat olan 89 ədəd Əkləmə 48-lik əmlakların, onlar olmadıqda isə həmin əmlakların dəyəri olan 19578,2 manat pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi təşkil edir.

37. Qeyd olunan tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

38. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Hazırkı halda iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 22/01 saylı, xx.xx.2022-ci il tarixli 22/04 saylı, xx.xx.2022-ci il tarixli 22/05 saylı üzləşmə aktlarından görünür ki, tələb olunan avadanlıqlar/əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir və onun sahibliyindədir.

40. Cavabdehin sahibliyinin qanuni olub-olmaması məsələsinə gəldikdə isə iddiaçının verdiyi izahata əsasən müəyyən olunur ki, həmin avadanlıqlar/əşyalar tərəflər arasında bağlanmış müqavilə əsasında xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən tərəflərin razılığına əsasən müvəqqəti istifadə üçün cavabdehə təhvil verilmişdir. Yəni, tərəflər arasında olan əməkdaşlıq dövründə həmin avadanlıqlar/əşyalar cavabdehin qanuni sahibliyində olsa da, işlər başa çatdıqdan sonra cavabdehin həmin əşyalara sahiblik etməsi üçün qanuni əsas aradan qalxmışdır. Odur ki, iddiaçı mülkiyyətində olan göstərilən əşyaların qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır.

41. Beləliklə, 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 874 manat olan 38 ədəd Alt ayar mili 48; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 1785 manat olan 255 ədəd Ayna(Tie-Rod); 1 ədədinin dəyəri 16 manat,cəmi dəyəri 256 manat olan 16 ədəd Boru 2m; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 826 manat olan 118 ədəd Doka kilidi; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 2320 manat olan 29 ədəd Dəmir direk Pəri 6m; 1 ədədinin dəyəri 13,5 manat,cəmi dəyəri 162 manat olan 12 ədəd H2O 1.5m; 1 ədədinin dəyəri 40,5 manat,cəmi dəyəri 1863 manat olan 46 ədəd H2O 4.5m; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 384 manat olan 48 ədəd Kama badam; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 220 manat olan 155 ədəd Kama yuvarlaq; 1 ədədinin dəyəri 9 manat,cəmi dəyəri 441 manat olan 49 ədəd Kanca Pano sadə; 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 161 manat olan 7 ədəd Kanca Pano universal; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 1304 manat olan 163 ədəd Kələbək (Tie-Rod); 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd Masa qəlib taşıyıcı; 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 540 manat olan 18 ədəd Payanda 1m; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 240 manat olan 3 ədəd Payanda 4,5m; 1 ədədinin dəyəri 10 manat,cəmi dəyəri 150 manat olan 15 ədəd Payanda başlığı pano qalvaniz 4,5sm; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 776 manat olan 97 ədəd Payanda dabanı; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 240 manat olan 80 ədəd Payanda pimi; 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd X6; 1 ədədinin dəyəri 35 manat,cəmi dəyəri 840 manat olan 24 ədəd SRZ daraq; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 129 manat olan 3 ədəd SRZ qurşaq 2,45m (badam); 1 ədədinin dəyəri 2,4 manat,cəmi dəyəri 235,2 manat olan 98 ədəd Tie-Rod 1.2m; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 135 manat olan 45 ədəd Tie-Rod 1.5m; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 68 manat olan 17 ədəd Xamut Fırlanan; 1 ədədinin dəyəri 34 manat,cəmi dəyəri 918 manat olan 27 ədəd Çalışma Konsolu; 1 cütün dəyəri 12 manat,cəmi dəyəri 156 manat olan 13 cüt Çapraz qol 1.92m; 1 cütün dəyəri 13 manat,cəmi dəyəri 1612 manat olan 124 cüt Çapraz qol 2,1m; 1 ədədinin dəyəri 12 manat,cəmi dəyəri 180 manat olan 15 ədəd Çəkdirmə mili payanda başlığı üçün; 1 ədədinin dəyəri 25 manat,cəmi dəyəri 1150 manat olan 46 ədəd X7 (48 lik) 1,2m; 1 ədədinin dəyəri 47 manat,cəmi dəyəri 799 manat olan 17 ədəd İskələ 1,8*1,5 Urtim; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 387 manat olan 9 ədəd İsakələ 1,5*1,5 Urtim (çərçivə); 1 ədədinin dəyəri 3 manat, cəmi dəyəri 267 manat olan 89 ədəd Əkləmə 48-lik əmlaklar İddiaçıya geri qaytarılmalıdır.

42. Bununla yanaşı məhkəmə qeyd edir ki, MPM-nin 222.1-ci maddəsinə görə Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

43. Hazırkı halda qətnamənin icra olunacağı vaxt iddiaçıya qaytarılması qət edilmiş əmlakların mövcud olmaması ehtimalı olduğundan qaytarılacaq əmlakların dəyərinin məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir.

44. İddiaçı iddia ərizəsində tutulmasını tələb etdiyi hər bir əmlakın ayrı-ayrılıqda və ümumi dəyərini göstərmişdir.

45. Əşyaların dəyərinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədilə ekspertizasının keçirilməsi üçün əşyaların mövcüdluğuna dair zəruri olan məlumatların təqdim edilməməsi səbəbindən mümkün olmamışdır. (həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(113)-487/2023 saylı qərardadı ilə iddiaçının geri qaytarılmasını tələb etdiyi əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilsə də, icra qurumu tərəfindən icrasına dair sənəd (mövcüd əmlakların siyahı və s.) məhkəməyə təqdim edilməmişdir.

46. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin qaytarmalı olduğu əmlakların dəyəri də iddiaçının göstərdiyi məbləğlərdə müəyyən edilməlidir.

47. Bu zaman qeyd olunmalıdır ki, qətnamə icra olunan vaxt alınması qət edilmiş əmlakların naturada mövcud olmaması müəyyən edilərsə, MPM-in 222.1-ci maddəsinin tələbləri baxımından icra mərhələsində cavabdehdən mövcud olmayan əmlakların əvəzində onların dəyəri tutulmalıdır.

48. Beləliklə, iddia tələbi bu hissədə də təmin olunaraq yuxarıda qeyd olunan əmlaklar, onlar olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

49. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərci və 13 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

50. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

51. Digər tərəfdən MPM-in:

52. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X4 iştirak tələb olunur.

53. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

55. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

56. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 413 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

58. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

59. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 24/78 saylı müqavilə üzrə 93414,27 manat borc məbləği ; 1 ədədinin dəyəri 23 manat, cəmi dəyəri 874 manat olan 38 ədəd Alt ayar mili 48; 1 ədədinin dəyəri 7 manat, cəmi dəyəri 1785 manat olan 255 ədəd Ayna(Tie-Rod); 1 ədədinin dəyəri 16 manat,cəmi dəyəri 256 manat olan 16 ədəd Boru 2m; 1 ədədinin dəyəri 7 manat,cəmi dəyəri 826 manat olan 118 ədəd Doka kilidi; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 2320 manat olan 29 ədəd Dəmir direk Pəri 6m; 1 ədədinin dəyəri 13,5 manat,cəmi dəyəri 162 manat olan 12 ədəd H2O 1.5m; 1 ədədinin dəyəri 40,5 manat,cəmi dəyəri 1863 manat olan 46 ədəd H2O 4.5m; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 384 manat olan 48 ədəd Kama badam; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 220 manat olan 155 ədəd Kama yuvarlaq; 1 ədədinin dəyəri 9 manat,cəmi dəyəri 441 manat olan 49 ədəd Kanca Pano sadə; 1 ədədinin dəyəri 23 manat,cəmi dəyəri 161 manat olan 7 ədəd Kanca Pano universal; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 1304 manat olan 163 ədəd Kələbək (Tie- Rod); 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd Masa qəlib taşıyıcı; 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 540 manat olan 18 ədəd Payanda 1m; 1 ədədinin dəyəri 80 manat,cəmi dəyəri 240 manat olan 3 ədəd Payanda 4,5m; 1 ədədinin dəyəri 10 manat,cəmi dəyəri 150 manat olan 15 ədəd Payanda başlığı pano qalvaniz 4,5sm; 1 ədədinin dəyəri 8 manat,cəmi dəyəri 776 manat olan 97 ədəd Payanda dabanı; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 240 manat olan 80 ədəd Payanda pimi; 1 ədədinin dəyəri 40 manat,cəmi dəyəri 80 manat olan 2 ədəd X6; 1 ədədinin dəyəri 35 manat,cəmi dəyəri 840 manat olan 24 ədəd SRZ daraq; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 129 manat olan 3 ədəd SRZ qurşaq 2,45m (badam); 1 ədədinin dəyəri 2,4 manat,cəmi dəyəri 235,2 manat olan 98 ədəd Tie-Rod 1.2m; 1 ədədinin dəyəri 3 manat,cəmi dəyəri 135 manat olan 45 ədəd Tie-Rod 1.5m; 1 ədədinin dəyəri 4 manat,cəmi dəyəri 68 manat olan 17 ədəd Xamut Fırlanan; 1 ədədinin dəyəri 34 manat,cəmi dəyəri 918 manat olan 27 ədəd Çalışma Konsolu; 1 cütün dəyəri 12 manat,cəmi dəyəri 156 manat olan 13 cüt Çapraz qol 1.92m; 1 cütün dəyəri 13 manat,cəmi dəyəri 1612 manat olan 124 cüt Çapraz qol 2,1m; 1 ədədinin dəyəri 12 manat,cəmi dəyəri 180 manat olan 15 ədəd Çəkdirmə mili payanda başlığı üçün; 1 ədədinin dəyəri 25 manat,cəmi dəyəri 1150 manat olan 46 ədəd X7 (48 lik) 1,2m; 1 ədədinin dəyəri 47 manat,cəmi dəyəri 799 manat olan 17 ədəd İskələ 1,8*1,5 Urtim; 1 ədədinin dəyəri 43 manat,cəmi dəyəri 387 manat olan 9 ədəd İsakələ 1,5*1,5 Urtim (çərçivə); 1 ədədinin dəyəri 3 manat, cəmi dəyəri 267 manat olan 89 ədəd Əkləmə 48-lik, həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq iddiaçı X2 verilsin; hüquqi yardımla bağlı vəkilə ödənilən 150 manat, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 413 manat Cavabdeh MMC-dən tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar