Məhkəmə qərarları › İş №e-2-2(113)-2616/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2616/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2616/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5.270 manat pul vəsaitinin və 73 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 oktyabr 2019-cu il tarixində № BS19/1011-01 saylı xidmət müqaviləsi bağlanmış və cavabdeh tərəfindən xidmətlərin göstərilməsi razılaşdırılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, müqaviləyə əsasən “icraçı” “sifarişçi”-yə nəqliyyatxidmətlərinihəyata keçirir. Müqavilənin 4.1-ci maddəsinə əsasən,“sifarişçi” müqaviləyə uyğun olaraq “icraçı” tərəfindən xidməti yerinə yetirdikdən sonra dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci maddəsinə əsasən,“icraçı” xidmətin təhviltəslimi ilə birlikdə elektron qaimə-fakturanı və digər zəruri sənədləri “sifarişçi”yə təqdim etməlidir. Müqaviləyə əsasən cavabdehdən xx.xx.2021-ci tarixli, №AZ2021/062 saylı invoice əsasında 5,270 manat dəyərində xidmət alınmışdır. Həmin xidmətlə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli, №2021/1105-01 saylı təhvil-təslim aktı bağlanmış və müvafiq xidmət iddiaçıya təhvil verilmişdir. Qeyd edilmiş invoice və təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, № EBBL 797591 saylı eqaimə göndərilmişdir. Göndərilmiş e-qaimə əsasındaİddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 5.270 manat ödəniş edilmişdir. Eyni müqaviləyə əsasən cavabdehdən xx.xx.2021ci il tarixli, №AZ2021/014 saylı invoice əsasında 2.550 manat dəyərində daha bir xidmət alınmışdır. Həmin xidmətlə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli, №2021/0306-01 saylı təhvil-təslim aktı bağlanmış və müvafiq xidmət İddiaçıyatəhvil verilmişdir. Qeyd edilmiş invoice və təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, № EBBB 016982 saylı e-qaimə göndərilmişdir. Göndərilmiş e-qaimə əsasında iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 2.550 manat ödəniş edilmişdir. Lakin bildiririk ki, həmin 2.550 manat ödəniş edilərkən, mühasibatlıq səhvi olmuş və 2,550 manat ödənişdən əlavə, daha əvvəl dəyəri ödənilmiş xx.xx.2021-ci il tarixli, № EBBL 797591 saylı e-qaiməyə də istinad edilmiş və təkrarən 5.270 manat pul vəsaiti səhvən cavabdehin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş 7.820 manat pul vəsaitinin 5.270 manatı mühasibatlıq səhvi olaraq köçürüldüyü üçün, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçıya geri qaytarılmalıdır. Mühasibatlıq səhvi nəticəsində cavabdehin hesabına köçürülmüş pul vəsaitinin geri qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında 11 oktyabr 2019-cu il tarixində № BS19/1011-01 saylı xidmət müqaviləsi bağlanmışdır.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından və xx.xx.2021-ci il tarixli EBBL 797591 saylı elektron qaimədən görünür ki, qeyd edilən xidmət müqavilə üzrə Cavabdeh MMC tərəfindən dəyəri 5.270 manat təşkil edən xidmətlər İddiaçı MMC-yə göstərilmişdir. Göstərilmiş olan xidmətlərə görə xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən də, göründüyü kimi, 5.270 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehın hesabına köçürülmüşdür.

12. İş materiallarında olan xx.xx.2021-ci il təhvil-təslim aktından və xx.xx.2021-ci il tarixli EBBB 016982 saylı elektron qaimədən görünür ki, qeyd edilən xidmət müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən dəyəri 2.550 manat təşkil edən xidmətlər İddiaçı MMC-yə göstərilmişdir.

13. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, əvvəl ödənilmiş EBBL 797591 saylı (5.270 manat) elektron qaiməyə və EBBB 016982 saylı (2.550 manat) elektron qaiməyə istinad olunmaqla iddiaçı tərəfindən cavabdehə 7.820 manat məbləğində pul ödənilmişdir.

14. Göründüyü kimi, iddiaçı tərəf göstərilmiş olan xidmətlərə görə ödənilməmiş 2.550 manatı ödəməklə yanaşı həmçinin də, səhvən əvvəl ödənilmiş elektron qaiməyə də, istinad edərək yenidən 2-ci dəfə əlavə olaraq 5.270 (7.820-2.550) manat məbləğində pul ödəmişdir.

15. Ona görə də, məhkəmə hesab edir ki, artıq ödənilmiş 5.270 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

17. Belə olan halda Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 5.270 (beş min iki yüz yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar