Məhkəmə qərarları › İş №e-2-2(113)-2649/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2649/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2649/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən CS-132, CS-133, CS-134, CS-135, CS-136, CS-137, CS-138, CS-139, CS-140, CS-141, CS-142, CS-143 nömrəli 12 ədəd müqavilə üzrə hər biri üçün 5450 manat olmaqla 65400 manat, CS-145, CS-147, CS-148, CS-149, CS-150, CS-151, CS-152, CS-154, CS-157, CS-160, CS-161, CS-164, CS165, CS-167 nömrəli 14 müqavilə üzrə hər biri üçün 5605 manat olmaqla 78470 manat, CS-144, CS-146, CS-153, CS-156, CS-158, CS-159, CS- 162, CS-163, CS-166, CS-168 nömrəli 10 müqavilə üzrə hər biri 5605 manat olmaqla, 56050 manat, ümumilikdə 199920 manat məbləğində əsas borc məbləğinin, 29988 manat məbləğində dəbbə pulunun, 1500 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin və dövlət rüsumu kimi ödənilmiş 520 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işlə bağlı əlavə araşdırma aparılması, həmçinin barışıq imkanı mövcudluğunu nəzərə alaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi Vəkil vəsatəti təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar