Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2652/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X2 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6440 AZN (altı min dörd yüz qırx Azərbaycan manatı) (ƏDV daxil) məbləğində borc və 85 AZN (səksən beş Azərbaycan manatı) dövlət rüsumu olmaqla, cəmi 6525 AZN (altı min beş yüz iyirmi beş Azərbaycan manatı) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “İddiaçı”) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında 7 noyabr 2005-ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında 18 mart 2024-cü il tarixli, 24/24TCS saylı X4, Vergi və X5 Təqdim Edilməsi və X1 X6 üzrə Xidmətlər Göstərilməsinə dair Müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Cavabdehə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı X4, vergi və X5 təqdim edilməsi, X1 X6 üzrə sənədlərin hazırlanması, eyni zamanda, Sifarişçinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərməli, Cavabdeh də öz növbəsində İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. Xidmətlərin yekun nəticələri olaraq, İddiaçı tərəfindən Cavabdehə müvafiq xidmətlər göstərilmiş və xidmətlərin təhvil verildiyini və Cavabdehin xidmət haqqı borcunun məbləğini təsdiq edən 13 sentyabr 2024-cü il tarixli Təhvil-Təslim Aktı hər iki tərəf tərəfindən imzalanmışdır. Buna baxmayaraq, xidmətlər üzrə aylıq xidmət haqları ödənilməmişdir. Tərəflər arasında qarşılıqlı etimada söykənən biznes əlaqələri mövcud olduğundan yaranmış vəziyyətlə bağlı ilk öncə Cavabdehin müvafiq nümayəndələrinə şifahi formada müraciətlər edilmişdir. Şifahi müraciətlərdən sonra kifayət qədər vaxtın keçməsini nəzərə alaraq, müxtəlif tarixlərdə elektron məktub formasında nümayəndələrinin rəsmi elektron poçt hesablarına yazılı müraciət olunmuşdur. Xidmət Müqavilələri üzrə görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, Cavabdeh öz üzərinə götürdüyü xidmət haqqını vaxtında ödəmə öhdəliyini icra etməmişdir. Xidmət haqlarının vaxtında ödənilməməsi ilə bağlı cavabdehə müraciətlər edilmiş, 21 yanvar 2025-ci il tarixində elektron formada pretenziya məktubu təqdim edilmişdir. Lakin Cavabdeh borcunu ödəməmişdir. İddiaçı tərəfindən lazımi qaydada icra olunmuş işlərə görə Cavabdehə sonuncu aylar üzrə hesab-fakturalar (3 ədəd) təqdim olunmuşdur. Müqavilə üzrə İddiaçı QSC tərəfindən 6440 AZN (ƏDV daxil) məbləğində xidmətlər göstərilmiş, lakin həmin xidmət haqları ödənilməmişdir. MT2405 10717241 və MT2406 11005005 nömrəli qaimə fakturalar tam ödənilməyib, MT2407 11649167 nömrəli qaimə fakturada 540.00 ƏDV ödənişi olmayıb. İddiaçı Cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun Cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, Cavabdehin Xidmət Müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində İddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. İddiaçı Cavabdehə Xidmət Müqaviləsi üzrə bütün xidmətləri vaxtında və keyfiyyətlə göstərsə də, Cavabdeh özünün müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və Xidmət Müqaviləsində nəzərdə tutulmuş xidmət haqqını vaxtında ödəməmişdir. Nəticə etibarilə Cavabdehin göstərilmiş xidmətlərə görə ümumilikdə 6440 AZN (altı min dörd yüz qırx Azərbaycan manatı) (ƏDV daxil) məbləğində borcu yaranmışdır. Cavabdehə təqdim edilmiş hesab-fakturalar üzrə heç bir ödəniş edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 18 mart 2024-cü il tarixli, 24/24 TCS saylı X4, Vergi və X5 Təqdim Edilməsi və X1 X6 üzrə Xidmətlər Göstərilməsinə dair müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə müvafiq olaraq, İcraçı Sifarişçiyə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı X4, vergi və X5 təqdim edilməsi, X1 X6 üzrə sənədlərin hazırlanması (bundan sonra “Müntəzəm Xidmətlər” adlanacaqdır) və, eyni zamanda, Sifarişçinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi (bundan sonra “Xüsusi Xidmətlər” adlanacaqdır) üzrə xidmətləri göstərəcəkdir.
9. Müqavilənin 1.2.1-ci bəndinə əsasən sifarişçinin İcraçıya müvafiq vaxtda və surətdə təmin etdiyi məlumat və sənədlər əsasında, İcraçı Sifarişçiyə öz ofis sahəsindən 1 aprel 2024-cü il tarixindən başlayan dövr üzrə Sifarişçinin vergi və digər öhdəliklərinə aid olan X4 və vergi və X5 təqdim edilməsi üzrə xidmətlər göstərəcəkdir.Vergi qanunvericiliyinə əsaslanan X4, vergi və X5 kitabları Azərbaycan dilində saxlamaq və aparmaq, və həmin yazılışlardan çıxarışları Sifarişçiyə ingilis dilində təqdim etmək;
10. Müqavilənin 1.2.1.1-ci bəndinə əsasən Yerli mühasibat uçotu üzrə kitabları Azərbaycan Respublikasının vergi uçotuna daili qanunvericiliyə uyğun olaraq aparmaq;
11. Müqavilənin 1.2.1.2-ci bəndinə əsasən Yerli malsatan və podratçılarla hesablaşmalar: yerli malsatan və podratçıların təqdim etdiyi e-qaimələrə nəzarət etmək, Sifarişçinin razılığı alındıqdan sonra e-qaİmələri təsdiq etmək, Sifarişçinin göstərişi ilə ödəniş etmək və aparılmış əməliyyatları 1C Buxqalteriya (“ 1 C”) proqram təminatına daxil etmək;
12. Müqavilənin 1.2.1.3-cü bəndinə əsasən Xarici malsatan və podratçılarla hesablaşmalar: xarici (qeyri-rezident) malsatanlardan alınmış mallarla bağlı yük gömrük bəyannamələrini (YGB) əldə etmək, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı elektron qaimələri əldə etmək, alınmış mal, iş və xidmətlərlə bağlı vergiləri hesablamaq, yaranan vergi öhdəlikləri ilə bağlı Müştəriyə məlumat vermək, həmin əməliyyatlarla bağlı mühasibat yazılışlarını İC Buxqalteriya (“İC”) proqram təminatına daxil etmək;
13. Müqavilənin 1.2.1.5-ci bəndinə əsasən Xərclər üzrə hesabatlar: xərclər üzrə hesabatları almaq, onların qanunvericiliyə uyğun olub-olmamasım yoxlamaq, və həmin yazılışları sonradan İC proqram təminatına daxil etmək, xərclər haqqında hesabatların hazırlanması;
14. Müqavilənin 1.2.1.6-ci bəndinə əsasən ödənişlər: məxarİc ediləcək pul vəsaitləri üzrə cədvəllər hazırlamaq və Ödənişləri təsdiq üçün Sifarişçiyə təqdim etmək; kağız daşıyıcısında bank ödəniş tapşırığı sənədləri hazırlamaq və ya ödənişlər barədə məlumatları (yerli və xarici malsatanlar, vergilər, xərclər üzrə hesabatlar, mənbədə tutulan vergilər, və s.) internet bankinq proqram təminatına yükləyib təsdiq üçün Sifarişçinin müvafiq səlahiyyətli nümayəndəsinə (adı şifrələnməyən məktub vasitəsilə Sifarişçinin direktoru tərəfindən İcraçıya bildiriləcəkdir) göndərmək; yazılışları sonradan İC proqram təminatına daxil etmək;
15. Müqavilənin 1.2.1.7-cı bəndinə əsasən Azərbaycan Respublikasının vergitutma qanunvericiliyinə əsasən malsatanlara ödəniləcək qalıqları tutuşdurmaq;
16. Müqavilənin 1.3.4-cü bəndinə əsasən Bu Müqavilənin 2-ci maddəsinə uyğun olaraq, Sifarişçi İcraçı tərəfindən göstərilmiş xidmətlərə görə haqqı vaxtında ödəməlidir.
17. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılığa gəldilər ki, bu müqavilə üzrə İcraçının aylıq xidmət haqqı aşağıdakılardan ibarət olacaqdır:
18. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Bu Müqavilənin 1.2.1-ci maddəsində müəyyən edilmiş xidmətlərə görə İcraçının aylıq xidmət haqqı 2500 AZN (iki min beş yüz manat) üstə gəl 18% ƏDV təşkil edəcəkdir. 12 saat bitdikdən sonra xidmət haqqına əlavə 2.1.3-cü maddəyə əsasən hesablanır.
19. Müqavilənin 2.1.2-ci bəndinə əsasən Bu Müqavilənin 1.2.2-ci maddəsində müəyyən edilmiş xidmətlər ilə bağlı hər bir işçiyə görə Sifarişçi tərəfindən İcraçıya 70 AZN (yetmiş manat) xidmət haqqı Ödəniləcəkdir.
20. Müqavilənin 2.1.3-cü bəndinə əsasən Bu Müqavilənin 1.2.3-cü maddəsində qeyd olunan xidmət, İcraçının mütəxəssislərinin saathesabı tarifləri ilə hesablanacaqdır. Saathesabı tariflərə verğİİər daxil deyildir: • Partnyor- 550 AZN • Direktor - 350 AZN • Menecer- 260 AZN • Baş Məsləhətçi - 200 AZN • Məsləhətçi - 100-135 AZN
21. İddiaçı tərəfindən müqavilə üzrə göstərilmiş 2950 manatlıq xidmətlər üzrə,xx.xx.2024-cü il tarixli, 2950 manatlıq xidmətlər üzrə xx.xx.2024-cü il tarixli MT**********05 saylıMT**********41 saylı, 7080 manat xidmətlər üzrə xx.xx.2024-cü il tarixli, MT2407 11649167 saylı e-qaimələr tərtib edilmişdir.
22. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri 5000 manat və ƏDV dəyəri 1440 manat olmaqla cəmi 6440 manat borcun olması qəbul edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
23. Göündüyü kimi, hazırki mübahisə tərəflər arasında bağlanmış mühasibatlıq, vergi və digər hesabatların aparılmasına dair xidmətlərinin göstərilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə adı çəkilən xidmətlərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəlik üzrə pulun tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır.
24. Məhkəmə hesab edir ki, mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə, nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa mövcüd olmasa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır.
26. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
28. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
31. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
32. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
33. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə X4, vergi və X5 təqdim edilməsi və X1 X6 üzrə xidmətlərinin göstərilib-göstərilməməsi təşkil edir.
34. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından məlum olur ki, xidmətlər göstərilmiş və cavabdeh cəmi 6440 manat borcun olmasını öz imza və möhürü ilə təsdiq etmişdir.
35. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahatlarını, təqdim olunmuş sübutları əlaqəli şəkildə qiymətləndirərək belə qənayətə gəlir ki, iddia təmin olunaraq 6440 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 85 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir.
37. MPM-in:
38. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
40. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 85 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 6440 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 85 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova