Məhkəmə qərarları › İş №e-2-2(113)-2702/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2702/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2702/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “sığorta ödənişi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Cavabadeh Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı və digər cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “sığorta ödənişi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 419.36 (dörd yüz on doqquz manat, otuz altı qəpik) manat sığorta ödənişi, 30.00 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 450.03 (dörd yüz əlli manat, üç qəpik) manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC-nin balansında olmuş, Cavabdeh1 tərəfindən idarə etdilən və "xxxx" ASC-də (Ləğv prosesindədir (bundan sonra ASC)) “icbari sığorta” qaydasında sığortalanmış ** AK *** dövlət qeydiyyat nişanlı “Chevrolet Nexia SX minik” markalı avtomobil və X3 idarə etdiyi, ** GZ *** dövlət nömrə nişanlı “X9 minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6-cımaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 77AK433 dövlət qeydiyyat nişanlı “Chevrolet Nexia SX minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt 77AK433 dövlət qeydiyyat nişanlı “Chevrolet Nexia SX minik” markalı avtomobilin mülkiyyətçisiCavabdeh2 MMC olmuşdur. İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər dəymiş ** GZ *** dövlət nömrə nişanlı “X9 minik” markalı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC -nin zərər aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** GZ *** dövlət nömrə nişanlı “X9 minik” markalı avtomobilə 270 (iki yüz yetmiş) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC -nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** GZ *** dövlət nömrə nişanlı “X9 minik” markalı avtomobilə dəymiş zərərlə bağlı 270 (iki yüz yetmiş) manat manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən ** GZ *** dövlət nömrə nişanlı “X9 minik” markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 419.36 (dörd yüz on doqquz manat, otuz altı qəpik) manat məbləğində vəsait tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/2015 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlərə mübahisənin nizama salınması üçün ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. Poçt qeydinə əsasən Cavabdeh1 məktubda qeyd edilən ünvanda yaşamadığı üçün məktub sonuncuya təqdim çatdırılmamışdır. Eyni məzmunlu məktub və iddia ərizəsi Cavabdeh2 MMC-yə “online karğuzarlıq” vasitəsi ilə də göndərilmişdir. Cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir.

3. Daha sonar iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 419.36 manat sığorta ödənişi, 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 450.03 manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh2 MMC-nin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC “Subraqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 419.36 manat məbləğində sığorta ödənişinin, 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 450.03 manat məbləğində pulun cavbdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 idarə etdiyi “Chevrolet Nexia” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Fielder” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 tərəfindən törədilmiş inzibati xətaya görə "xxxx" ASC tərəfindən X5 dəymiş zərərə görə 419.36 manat məbləğində ödəniş edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 hadisə yerindən yayınmışdır. Adı çəkilən şəxs hadisə yerindən yayındığına görə "xxxx" ASC-nin subraqasiya hüququ yaranmışdır. Belə ki, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında 06 oktyabr 2023-cü il tarixli Fat-388 saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsinə əsasən 23 yanvar 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və Cavabdeh2 MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA032522 ban, qara rəngli avtomobil Lizinq Alan Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh1 Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixli POA********** saylı etibarnamə .erilmiş və həmin etibarnamə xx.xx.2024-cü il tarixə qədər etibarlı olmuşdur. Həmçinin Lizinq alan Cavabdeh3 xahişi əsasında Cavabdeh2 MMC “Daxili Lizinq” müqaviləsinin 4.1.3-ci, 4.1.5ci və 4.1.6 bəndlərinə əsasən X6 avtomobilin idarə olunmasına dair 26 avqust 2024-cü il tarixdə POA********** saylı etibarnamə verilmiş və həmin etibarnamə 23 sentyabr 2024-cü il tarixə qədər etibarlı olmuşdur. İş materiallarında göründüyü kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 oğlunun avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Həmçinin qəzada təqsirli olduğu üçün Cavabdeh1 inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan başqa Daxili Lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana keçir. “Daxili Lizinq” müqaviləsinin 2.6-ci bəndinə əsasən lizinq obyektindən istifadəni Lizinq Verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. “Daxili Lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddət ərzində istismar zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla),həmçinin cinayət və inzibati xətaya görə izinq alan daşıyır. Odur ki, "xxxx" ASC tərəfindən Subraqasiya qaydasında pul tələbi qanunvericiliyin tələbinə uyğun olaraq Lizinq alan Cavabdeh3 və etibarnamə əsasında avtomobili idarə edən Cavabdeh1 tərəfindən ödənilməlidir. Yuxarıda göstərilənlərdən aydın olur ki, “Bakı Sığorta" ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 cəmi 450.03 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh2 MMC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddia həmin hissədə təmin edilməməlidir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabadeh Cavabdeh2 MMC-nin nümayəndəsi yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin MMC-yə münasibətdə rədd edilməsini xahiş etdi.

7. Digər cavabdehlərə də məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FAT-388 saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqə verilmişdir.

11. xx.xx.2023-cü il tarixli, FAT-388 saylı daxili lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə Cavabdeh2 MMC ilə lizinq alan (öhdəlikləri qəbul edən) – Cavabdeh3 arasında imzalanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən:

12. Razılaşmanın 1.1-ci bəndinə əsasən rərəflər razılaşırlar ki, 23.01,2023-ci il tarixli FAT-388 saylı “Daxili lizinq” müqaviləsi üzrə Hər hansı bir səbəbdən öhdəlik 3-cü şəxslərə ötürülərsə, bağlanacaq yəni “Daxili lizinq” və ya ‘öhdəliklərin ötürülməsi“ müqaviləsi üçün lizinq alan lizinq Verənə 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqı ödəyir.

13. Razılaşmanın 1.2-ci bəndinə əsasən lizinq alan lizinq Obyektindən istifadəni Uzinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Bu zaman etibarnamələr lizinq Alana heç bir xidmət haqqı ödənilmədən verilir.

14. Razılaşmanın 1.3-cü bəndinə əsasən Lizinq Alanın müraciəti əsasında etibar edilən şəxslərin siyahısı yalnız lizinq verənin razılığı ilə 100 (yüz) manat xidmət haqqı ödənilməklə dəyişdirilə bilər. Adı siyahıya qeyd edil&n şəxs tərəfindən ona verilən hər etibarnamə üçün 5 (beş) manat məbləğində xidmət haqqı lizinq Verənə ödənilir.

15. xx.xx.2023-cü il tarixli, FAT-388 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əlavələr edilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli 2 saylı razılaşmaya əsasən:

16. Razılaşmanın 1-ci bəndinə əsasən Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən Lizinq obyekti olan Chevrolet Nexia SX markalı, 77AK433 dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alana (öhdəlikləri qəbul edənə) təhvil verildikdən sonra avtomobil təhvil verilənədək və həmçinin Lizinq alanın (öhdəlikləri qəbul edənin) istifadəsində olduğu bütün müddət ərzində avtomobildən istifadə nəticəsində törədilmiş inzibati xətaya görə tətbiq ediləcək inzibati cərimələri (MMX, radar və s.) ödəməyi Lizinq alan (öhdəlikləri qəbul edən) öz üzərinə götürür.

17. Razılaşmanın 2-ci bəndinə əsasən bu Saziş üzrə edilmiş əlavələr xx.xx.2023 tarixli, FAT-388 saylı Öhdəliklərin ötürülməsi Müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir.

18. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Chevrolet Nexia SX markalı, 77AK433 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən təhvil alınmışdır.

19. Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixli etibarnaməsinə əsasən xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi yuxarıda qeyd olunan daxili lizinq müqaviləsinə əsasən Cavabdeh3 verilmiş Chevrolet Nexia” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 idarəetməsinə verilmişdir.

20. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən Chevrolet nexia SX markalı 77AK433 DQN nəqliyyat vsitəsi xx.xx.2024-xx.xx.2025-ci illər arasında Bakı Sığorta ASC-də sığortalanmışdır.

21. Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən sürücü Cavabdeh1 tərəfindən Chevrolet Nexia SX Minik markalı 77AK433 DQN nəqliyyat vaitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir.

22. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən X10 markalı 77GZ829 DQN nəqliiyat vasitəsinə dəymiş ziyan 180 manat məbləğində müəyyən edilmişdir.

23. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2024-cü il tarixdə 12:45-də 20 yanvarda mülkiyyətçisi Cavabdeh2 MMC olan idarəedilən zaman sürücü Cavabdeh1 İqral oğlunun idarəetməsi zamanı Cevrolet Nexia SX Minik markal, 77AK433 DQN nəqliyyat vasitəsi ilə mülkiyyətçisi eyni zamanda zərərçəkmiş şəxs olan X5 məxsus X10 minik markalı 77GZ829 DQN nəqliyyat vasitəsi arasında yol-nəqliyyat hadisəsi baş verdiyi qeyd olunmuşdur.

24. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X5 270 manat məbləğində sığorta ödənişi edilmişdir.

25. xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən ** GZ *** dövlət nömrə nişanlı “X9 minik” markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASCnin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 419.36 (dörd yüz on doqquz manat, otuz altı qəpik) manat məbləğində vəsait tutulmuşdur.

26. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

30. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

31. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

32. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

33. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

34. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

35. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

36. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

37. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, bir sığorta hadisəsinə görə "xxxx" ASC-də sığortalanmış “ Chevrolet Nexia” markalı, **-AK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Toyota Fielder markalı **-GZ-*** DQN nəqliyyat vasitəsinə, dəymiş ziyanın cəmi məbləği 419,36 manat müəyyən edilməklə iddiaçı tərəfindən zərər dəymiş şəxsə ödəniş edilmişdir.

38. Məhkəmə hesab edir ki, iş üzrə iddia tələbi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməməlidir.

39. Belə ki, işdə olan xx.xx.2024-cq il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sığorta hadisəsi baş verən zaman sürücü qismində Cavabdeh1 tanınmış, hadisə baş verən zaman (xx.xx.2024-cü il tarixli etibarnaməsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi avtomobilin idarə edilməsinə dair etibarnamə verilmiş) nəqliyyat vasitəsi Cavabdeh1 qanuni sahibliyində olmuş və zərərin də onun tərəfindən vurulması inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmışdır.

40. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən artıq ödənilmiş sığorta məbləğinin Cavabdeh1 tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia həmin həmin cavabdehə münasibətdə təmin olunmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Materiallardan da göründüyü kimi iddiaçı 30,4 manat məbləğində dövlət rüsumu xərci ödəmişdir.

43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 419,36 manat sığorta ödənişi və dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 30,4 manat tutularaq iddiaçı "xxxx" ASC-yə (Ləğv prosesindədir) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar