Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-272/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 22743 manat məbləğində əsas borc, 53673 manat məbləğində cərimə, 10000 manat məbləğində əldən çıxmış faydanın və bank uçot dərəcəsinə uyğun olaraq 7,75% hesablanmaqla 1762 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1552/2019 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən Cavabdeh MMC-yə məxsus, “xxxxxxxxxxx” ASC-də olan, İBAN-H\H-AZ76RBTA********************; VÖEN-**********; M\H-AZ61NABZ********************; Bank Kodu 506399 olan bank hesabına 22743 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1552/2019 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən Cavabdeh MMC-yə məxsus, “xxxxxxxxxxx” ASC-də olan, İBAN-H\H-AZ76RBTA********************; VÖEN-**********; M\H-AZ61NABZ********************; Bank Kodu 506399 olan bank hesabına 22743 manat həcmində həbs qoyulması barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-272/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-272/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - yük daşınması müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver