Məhkəmə qərarları › İş №e-2-2(113)-2741/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2741/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2741/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçı nümayəndəsi (direktoru) Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” Müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğin, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğin cəmi, 19.946 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” Müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğin, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğin cəmi, 19.946 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” dəyəri ƏDV daxil 309101,89 manat olan müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (Protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri (bundan sonra Mallar/İşlər/Xidmətlər) razılaşdırılımış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda cavabdehə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətlər göstərməyi, cavabdeh isə həmin mallar/işlər/xidmətləri təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə əsasında iddiaçı, “Baku Knightsbridge” layihəsində hidroizolyasiya işlərinin icrasını öhdəsinə götürmüş və işləri icra etmişdir. Buna dair sifarişçiyə malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə 129521 saylı xx.xx.2020-ci il tarixli, 449544 saylı xx.xx.2020-ci il tarixli, 464165 saylı xx.xx.2020-ci il tarixli, 458761 saylı xx.xx.2020-ci il tarixli Elektron Qaimələr də təqdim edilmişdir və bunun əsasında sifarişçi icraçıya müxtəlif vaxtlarda avans məbləğləri ödəmişdir. Bundan sonra iddiaçı işlərin gedişində "xxxx" MMC-dən aldığı mallarda keyfiyyət problemi yaşamış, problemi aradan qaldırmaq üçün dəfələrlə gördüyü işləri demontaj edərək yenidən icra etmişdir. Beləliklə, qarşılaşdığı problemlərə və manelərə baxmayaraq, razılaşmaya uyğun olaraq işlərin icrası tam həyata keçirilmişdir. Buna müvafiq olaraq sonuncu dəfə cavabdeh ilə aralarında “Baku Knightsbridge” layihəsində görülmüş işlərin 10 mart 2020-ci il tarixli akt tərtib olunmuşdur ki, həmin akta əsasən, cavabdeh görülən işlərin müqabilində 19.746 manat ödənişi həyata keçirəcəyinə razılıq ifadə etmişdir. Lakin qeyd etdiyi akt bu günə qədər icra olunmamaqdadır. Belə ki, müvafiq aktın icra edilməsi barədə cavabdehə dəfələrlə müraciət edilmiş, lakin bir nəticəsi olmamışdır. Sonuncu dəfə cavabdehə xx.xx.2021-ci il tarixli, 20-09/21 saylı pretenziya məktubu ünvanlayaraq qeyd edilən məbləğin 10 günü ərzində rekvizitlərinə ödənilməsi, əks halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 030 saylı məktubunda cavab olaraq “görülmüş işlər və sahəyə çatdırılmış mallara görə avans olaraq müxtəlif zamanlarda nağd və köçürmə vasitəsi ilə ödənişlər etməsini bildirmişdir. Həmçinin cavabdehlə dəfələrlə apardığı danışıqlar zamanı guya 10 mart 2020-ci il tarixli Aktı imzalayan şəxslərin onların işçisi olmadığı, belə bir aktı imzalamağa onların səlahiyyətlərinin olmaması və s. kimi müxtəlif bəhanələr gətirərək qeyd edilən ödənişi ödəməkdən imtina etmişlər. Göründüyü kimi cavabdehlə bağladıqları müqavilə əsasında bütün işlər tamamilə icra edilməsinə baxmayaraq cavabdeh qarşılığında bunun əvəzini ödəməkdən müxtəlif yollarla boyun qaçırmış, müqavilə üzrə öhdəliyini icra etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (direktoru) Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” dəyəri ƏDV daxil 309101,89 manat olan müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (Protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri (bundan sonra Mallar/İşlər/Xidmətlər) razılaşdırılımış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda cavabdehə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətlər göstərməyi, cavabdeh isə həmin mallar/işlər/xidmətləri təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə əsasında “Baku Knightsbridge” layihəsində hidroizolyasiya işlərinin icrasını görülməsini iddiaçı öhdəsinə götürmüşdür. Bundan başqa Malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə 129521 saylı xx.xx.2020-ci il tarixli, 449544 saylı xx.xx.2020-ci il tarixli, 464165 saylı xx.xx.2020-ci il tarixli, 458761 saylı xx.xx.2020-ci il tarixli Elektron Qaimələr də təqdim edilmişdir və bunun əsasında sifarişçi icraçıya müxtəlif vaxtlarda avans məbləğləri ödəmişdir. Belə ki, 2020-ci ildə müxtəlif vaxtlarda ümumilikdə avans olaraq cavabdeh iddiaçıya ümumilikdə ƏDV ilə birlikdə avans olaraq 132.212 manat məbləğində pul vermişdir. Uzun müddətdir cavabdeh mütəmadi olaraq iddiaçıdan gördüyü işləri təhvil verməyi, işdə mövcud olan qüsurların aradan qaldırılmasını tələb etsə də, sonuncu forma 2 Aktı tərtib edib gördüyü işləri sifarişçiyə təhvil verməkdən inadla imtina edir. Belə ki, cavabdeh iddiaçıya ümumilikdə ƏDV ilə birlikdə avans olaraq 132.212 manat məbləğində pul verməsini inkar etməsə də gördüyü işləri təhvil verməkdən müxtəlif uydurma bəhanələr gətirərək imtina edir. Əksinə, iddiaçı cavabdehə qarşı 19.946 manat məbləğində absurd pretenziya və Bakı Kommersiya məhkəməsində iddia tələbi irəli sürmüşdür. Göründüyü kimin cavabdeh iddiaçıya ümumilikdə ƏDV ilə birlikdə avans olaraq 132.212 manat məbləğində pul verməsi komersiya işi üzrə tərəflərin məhkəməyə təqdim ediyi sənədlər və işin digər halları ilə təsdiq edilir. Əksinə iddiaçı avans olaraq aldığı 132.212 manat məbləğində müqavilə üzrə iş gördüyünü forma 2 Aktı ilə təhvil verdiyini sübut edə bilmir. Göründüyü kimin iddiaçı avans olaraq qanunsuz, iş görmədən aldığı 132.212 manat məbləğində cavabdehə zərər vurmuşdur. İddiaçı cavabdehə vurduğu 132.212 manat məbləğində zərəri ödəməlidir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqavilədən görünür ki, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (Protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri (bundan sonra Mallar/İşlər/Xidmətlər) razılaşdırılımış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda cavabdehə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətlər göstərməyi, cavabdeh isə həmin mallar/işlər/xidmətləri təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli EBAG seriyalı 129521 saylı, xx.xx.2020-ci il tarixli EBAH seriyalı 449544 saylı, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 458761 saylı və xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 464165 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 27561,40 manat, 20614,55 manat, 29166,76 manat, 20709,03 manat, cəmi 98051,74 manat dəyərində görülmüş işlərə dair cavabdehə elektron qaimələr təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli “Baku Knightsbridge” layihəsində görülmüş işlərin aktından görünür ki, iddiaçı tərəfindən 19746 manat dəyərində görülmüş işlər cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (Protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri (bundan sonra Mallar/İşlər/Xidmətlər) razılaşdırılımış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda cavabdehə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətlər göstərməyi, cavabdeh isə həmin mallar/işlər/xidmətləri təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən işlər görülərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə işlər təhvil alınmışdır. Tərəflər arasında “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqavilə bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqaviləyə əsasən ödənilməmiş 19.746 manat borc iş materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” Müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat, vəkil xidmətləri üçün ödənilmiş 200 manat, cəmi 19.946 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar