Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2757/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “Cavabdeh1, Cavabdeh2nə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCtərəfindən avans olaraq ödənilmiş 490,020,00 (dörd yüz doxsan min iyirmi manat) manat vəsaitin və iddia ərizəsinə görə ödənilmiş 781 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh1 oğlnudan alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 və onun rəhbəri olduğu Cavabdeh2 MMC ilə müvafiq elektrik işlərinin yerinə yetirilməsi haqqında razılaşaraq müqavilə bağlanmışdır. "xxxx" MMC-yə məxsus olan Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Park Akademiya” layihəsi üzrə elektrik işləri üzrə razılaşdırılmış məbləğ 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN təşkil etmişdir. Sifarişçi "xxxx" MMC tərəfindən hesabatlar üzrə Cavabdeh2 MMCnin qanuni təmsilçisi Cavabdeh1 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödənilmişdir. Lakin işlərin görülməsi üçün aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1,437,552 (bir milyon dörd yüz otuz yeddi min beş yüz əlli iki manat, sıfır qəpik) AZN təşkil edir. Sonuncu tərəfindən təqdim edilmiş Forma 2 ilə real görülmüş işlərin arasında 883, 783,21 (səkkiz yüz səksən üç min, yeddi yüz səksən üç manat, iyirmi bir qəpik) AZN fərq yaranmışdır. Bundan əlavə Cavabdeh1 132,980,24 (yüz otuz ikimin doqquz yüz səksən manat, iyirmi dörd qəpik) anbar qalığı təqdim edilmişdir. Yuxarıda təqdim olunan xronologiya üzrə aparılmış üzləşdirmə zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 "xxxx" MMC-dən nəğd şəkildə qəbuletdiyi ümumiməbləğin 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN hissəsinə dair hər hansı bir iş yerinə yetirilməmiş və bu məbləğdə vəsait Cavabdeh1 qalmışdır. Bu fakt müvafiq üzləşdirmə aktı ilə rəsmiləşdirilmiş və Cavabdeh1 tərəfindən tam təsdiq edilmişdir. Bundan sonra Cavabdeh1 həmin məbləği "xxxx" MMC-yə qaytarmağa söz verərək, ona yeni iş verilərsə eyni məbləğ əvəzinə iş yerinə yetirmək istəyini ifadə etsədə bugünə kimiavans şəkilində aldığı 490,020,00 (dörd yüz doxsan min iyirmimanat, sıfır qəpik) AZN vəsaiti MMC-yə qaytarmamaqla əsassız varlanmışdır. Cavabdeh1 Cavabdeh2 MMC-nin rəhbəri kimi bu proseslərdə çıxış etməsinə baxmayaraq öhdəlikləri MMC-nin adından götürsədə ödənilmiş vəsaiti nəğd şəkildə fiziki olaraq şəxsən özü qəbuletmişdir.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslanıdırlmıdır ki, İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı MMC tərəfindən avans olaraq ödənilmiş 490,020,00 (dörd yüz doxsan min iyirmi manat) manat vəsaitin və iddia ərizəsinə görə ödənilmiş 781 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh1 alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC öz iddia tələbinin əsası kimi göstərmişdir ki, guya 1. "xxxx" MMC ilə Cavabdeh1 və onun rəhbəri olduğu Cavabdeh2 MMC ilə müvafiq elektrik işlərinin yerinə yetirilməsi haqqında razılaşaraq müqavilə bağlanmışdır. "xxxx" MMC-yə məxsus olan Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Park Akademiya” layihəsi üzrə elektrik işləri üzrə razılaşdırılmış məbləğ 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN təşkil etmişdir. 2. Sifarişçi "xxxx" MMC tərəfindən hesabatlar üzrə Cavabdeh2 MMCnin qanuni təmsilçisi Cavabdeh1 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödənilmişdir. Lakin işlərin görülməsi üçün aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1,437,552 (bir milyon dörd yüz otuz yeddi min beş yüz əlli iki manat, sıfır qəpik) AZN təşkil edir. Sonuncu tərəfindən təqdim edilmiş Forma 2 ilə real görülmüş işlərin arasında 883, 783,21 (səkkiz yüz səksən üç min, yeddi yüz səksən üç manat, iyirmi bir qəpik) AZN fərq yaranmışdır. Bundan əlavə Cavabdeh1 132,980,24 (yüz otuz ikimin doqquz yüz səksən manat, iyirmi dörd qəpik) anbar qalığı təqdim edilmişdir. Yuxarıda təqdim olunan xronologiya üzrə aparılmış üzləşdirmə zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 "xxxx" MMCdən nəğd şəkildə qəbul etdiyi ümumi məbləğin 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN hissəsinə dair hər hansı bir iş yerinə yetirilməmiş və bu məbləğdə vəsait Cavabdeh1 qalmışdır. Bu fakt müvafiq üzləşdirmə aktı ilə rəsmiləşdirilmiş və Cavabdeh1 tərəfindən tam təsdiq edilmişdir. Bundan sonra Cavabdeh1 həmin məbləği "xxxx" MMC-yə qaytarmağa söz verərək, ona yeni iş verilərsə eyni məbləğ əvəzinə iş yerinə yetirmək istəyini ifadə etsə də bu günə kimi avans şəkilində aldığı 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN vəsaiti MMC-yə qaytarmamaqla əsassız varlanmışdır. 3. xx.xx.2024-cü il tarixdə isə Park Akademiya layihəsi üzrə iş icraçısı Cavabdeh1 "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən borclu olduğu 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN borcun pay şəklində 45 (qırx beş) gün müddətində 250.000 (iki yüz əlli min manat, sıfır qəpik) ödəməyə hazır oduğunu qeyd etmişdir. Habelə səhətində və maddi imkanını nəzərə alaraq ondan 250.000 (iki yüzəllimin manat, sıfır qəpik) AZN borcunu qəbul edib, 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN borcunu ləğv edilməsini xahiş etmişdir. 4. Bundan sonra Cavabdeh1 hərəkətlərində cinayət tərkibinin əlamətləri müşahidə edildiyindən (təqdim etdiyi forma 2 sənədlərinin həqiqətə uyğun olmaması və yerinə yetirilməmiş işlərin daxil edilməsi) Yasamal RPİ-nə müvafiq şikayət ərizəsi təqdim edilmişdir. Yasamal RPİ-nin istintaq şöbəsində aparılmış araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə müstəntiq Ceyhun Mircavadlı tərəfindən HK-1 kitabında 1692 nömrəsi ilə qeydiyyata alınmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, "xxxx" MMC-yə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Aşağıdakılara əsasən iddia tələbinə etiraz edirəm. Hesab edirəm ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, ona görə də rədd edilməlidir:
1. Əvvəla bildirirəm ki, "xxxx" MMC ilə nə mənim, nə də rəhbəri olduğum Cavabdeh2 MMC (həmin dövrdə MMC-nin aktiv fəaliyyəti olmamışdır) arasında elektrik işlərinin yerinə yetirilməsi barədə heç bir müqavilə bağlanmamışdır. Ümumi məbləği 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN təşkil edən müqavilənin şifahi sövdələşmə əsasında bağlanmasını iddia etmək reallıqdan cox uzaqdır. Eyni zamanda iddiaçı istinad etdiyi həmin müqavilənin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Bəli, cavabdeh fiziki şəxs olaraq 2013-cü ilin əvvəlindən 2015-ci ilə qədər günəmuzd əmək haqqı hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində, “Elmlər Akademiyası” metrosu ilə üzbəüz yerləşən hündürmərtəbəli yaşayış binasında Park Akademiya layihəsi üzrə "xxxx" MMC-nin elektrik işlərini görmüş və 2015-ci il tarixdə işləri tam şəkildə təhvil vermiş, şirkət tərəfindən ona və orada onunla birlikdə çalışan digər ustalara elektrik işlərinin layihə üzrə yerinə yetirmələrinə dair heç bir irad bildirilməmişdir. Hazırda da qeyd olunan binada elektrik işləri yüksək səviyyədə olmuş, indiyə qədər heç bir problem yaşanmamışdır. Əksinə, iddiaçı vaxtilə həmin binanın fasad işıqlandırılması üzrə elektrik işlərini keyfiyyətsiz həyata keçirən və buna görə aralarında problemlər yaranan, hazırda isə iddiaçının biznes tərəfdaşı kimi bu işdə maraqlı olan və üçüncü şəxs kimi onu işə cəlb etməklə cavabdehə qarşı “mötəbər” sübutlar əldə olunmasında istifadə etdiyi "xxxx" MMC-nin dəstəyindən faydalanmağa çalışır. 2. İddia ərizəsində sifarişçi İddiaçı MMC tərəfindən hesabatlar üzrə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödənilməsi göstərilmişdir. Lakin iddiaçı həmin hesabatların təsdiqi olaraq heç mədaxil qəbzi və qaimə təqdim etməmişdir. Əgər cavabdehin "xxxx" MMC-dən nəğd şəkildə qəbul etdiyi ümumi məbləğin 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN hissəsinə dair hər hansı bir işin yerinə yetirilmədiyi və bu məbləğdə vəsaitin Cavabdeh1 qalması aşkar edilmişsə, nəyə görə 10 il bundan əvvəl görülən işlərə dair hesabatlar və 132,980,24 (yüz otuz ikimin doqquz yüz səksən manat, iyirmi dörd qəpik) məbləğdə anbar qalığı təqdim edilərkən bu məsələlər araşdırılmamış, bu barədə cavabdehə və müvafiq orqanlara rəsmi müraciət edilməmişdir? Bununla əlaqədar olaraq qeyd edim ki, sonradan İddiaçı MMC-nin rəhbərliyi dəyişdikdən sonra yeni rəhbərliyin dövründə şirkətdə fəaliyyətə başlayan , özünü şirkətin hüquqşünası kimi təqdim edən Elxan adlı şəxs tanışlarının vasitəsilə onu şirkətin “Salyan kazarması” deyilən yer ilə üzbə-üz yerləşən ofisinə çağırmış, o da həmin ofisə gedib orada Elxan adlı şəxslə görüşmüşdür. Elxan cavabdehə bildirmişdir ki, “sənlik burada bir iş yoxdur, lakin tikintidə müəyyən çatışmazlıq və problemlər var, biz təzə rəhbərlik olaraq bunları görürük və onları nizama salmaq istəyirik, biz sənə bir ərizə deyəcəyik, sən onu yaz, sənlik heç bir problem yoxdur, səni heç kim narahat etməyəcək”. Həmin şəxs onlar tərəfindən hazırlanmış üzləşdirmə aktına imza etdirmiş, həmin üzləşdirmə aktının məzmunu ilə tanış olmadan imzalamışdır. Ona bildirmişlər ki, “baxmayaraq ki, sən bu sənədləri imzaladın, sənlik bir şey yoxdur, narahat olma”. Doğrudan da bundan sonra onu uzun müddət heç kim narahat etməmişdir. 3. 2024-cü ilin yanvar ayının sonunda İddiaçı MMC-nin direktoru X4 ona zəng edərək şirkətin ofisinə dəvət etmişdir. O, ofisə getdikdə orada Fərhaddan başqa şirkətin əvvəlki hüquqşünası olan Elxan və bir nəfər tanımadığı şəxs onu qarşılayıb ona psixoloji təzyiqlər göstərərək bildirmişlər ki, “biz deyən formada ərizə yazmalısan, yazmasan səni Korrupsiyaya şikayət edəcəyik” bu sözləri Fərhad özü şəxsən ona demiş, o, etiraz etdikdə isə Fərhad bildirmişdir ki, “ərizəni ona görə yazdırırıq ki, biz daxildə özümüz bu işi bağlayaq, səni bir daha heç kim narahat etməyəcək”. Cavabdeh1 isə Fərhada bildirmişdir ki, “əgər məni bir daha narahat edən olsa, mən özüm sizin barənizdə prokurorluğa şikayət edəcəyəm”. Bundan sonra cavabdeh Fərhad Əliyevin diktəsi ilə xx.xx.2024-cü il tarixli ərizəni aldatma, hədə-qorxu və psixoloji təsir altında yazmağa məcbur olmuşdur. Əslində isə həmin ərizədə qeyd olunanların heç biri düzgün deyildir, onun tərəfindən şirkətin bir manat pulu belə mənimsənilməmişdir. Əgər belə hal olsaydı, köhnə rəhbərliyin vaxtında ondan işi təhvil almazdılar, həmin vaxt şikayət edərdilər. Ona görə də ərizədə yazılanlar ona qarşı aldatma, hədə-qorxu, təzyiq və təsir altında yazdırılmaqla hamısı şər və böhtandır! Cavabdeh tərəfindən imzalanan xx.xx.2019-cu il tarixli üzləşdirmə aktını, eləcə də cavabdeh tərəfindən yazılan və imzalanan xx.xx.2024-cü il tarixli ərizəsini müvafiq məhkəmə ekspertizası təyin etməklə həmin sənədlərin hansı şəraitdə və psixoloji vəziyyətdə imzalanmasını müəyyən etmək olar.
4. Bundan sonra iddiaçı cavabdehə qarşı əsassız ittihamlarını davam etdirmiş, Yasamal RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Yasamal RPİ-nin istintaq şöbəsində aparılmış araşdırmanın nəticəsində şikayət ərizəsində göstərilən xüsusatlar (Cavabdeh1 təqdim etdiyi forma 2 sənədlərinin həqiqətə uyğun olmaması və yerinə yetirilməmiş işlərin daxil edilməsi) öz təsdiqini tapmamışdır. Beləliklə də, araşdırma zamanı cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə xx.xx.2024-cü il tarixdə müstəntiq Ceyhun Mircavadlı tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı təxminən 10 ildən sonra əsassız olaraq və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı, nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Belə məlum olur ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Həmçinin iddia tələbinin özü belə tam aydın deyil. Hətta iddiaçı cavabdehin hərəkətini gah müqavilədən əmələ gələn öhdəliklərin pozulması, gah da əsassız varlanma hesab edir. Hər iki halda iddiaçının mövqeyi tamamilə yalnış nəticəyə doğurur. Beləliklə, hesab edirəm ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunması istənilən halda mümkünsüzdür və heç bir hüquqi nəticə yarada bilməz. Çünki, iddia tələbinin əsaslandığı müqavilənin özü reallıqda mövcud olmamışdır. Mövcud olmayan müqavilə isə öz-özlüyündə öhdəlik yarada bilməz. Bu isə o anlama gəlir ki, iddia tələbi bilavasitə hüquqi əsas olmadan verildiyi üçün rədd edilməlidir.
5. Daha sonra cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, e-2- 2(113)-2757/2025 saylı iş üzrə İddiaçı MMC tərəfindən avans olaraq ödənilmiş 490,020,00 (dörd yüz doxsan min iyirmi manat) manat vəsaitin və iddia ərizəsinə görə ödənilmiş 781 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh1 alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslanıdırılmışdır ki, İddia ərizəsindən də göründüyü kimi, iddiaçı təxminən 10 ildən sonra əsassız olaraq və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı, nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Belə məlum olur ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Həmçinin iddia tələbinin özü belə qeyrimüəyyəndir. Hətta iddiaçı cavabdehin hərəkətini gah müqavilədən əmələ gələn öhdəliklərin pozulması, gah da əsassız varlanma hesab edir. Hər iki halda iddiaçının mövqeyi tamamilə yalnış nəticə doğurur. 2. Bunları qeyd etməkdə məqsədim o deyil ki, iddiaçının tələbi haqlıdır, sadəcə müddəti ötürüb. Xeyr! Əksinə məqsədim məhkəmənin diqqətini iddiaçının yalan və əsassız iddialarla başqasının əmlakına yiyələnmək niyyətinə yönəltməkdir. Çünki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın əsassız olmasını qeyd edərək iddianın rədd olunmasını xahiş etdi. Həmçinin izahatında tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış borcun yaranmasından 3 ildən artıq vaxt keçdiyindən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir.
III. Məhkəmə baxışının hədləri:
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
12. İddiaçı MMC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli üzləşdirmə aktına əsasən Sifarişçi "xxxx" MMC-i tərəfindən hesabatlar üzrə Cavabdeh1 2 310 000 AZN ödənilmişdir. Cavabdeh1 həmin məbləğin 2 060 000 manat qəbul etməsini təsdiqləmiş 250 000 AZN hissəsini isə qəbul etməməyini bildirmişdir. Cavabdeh1 yerinə yetirilmiş işlər haqqında Forma 2 təqdim etmiş və Forma 2 əsasən yerinə yetirilmiş işlərin ümumi məbləğini 2 321 335.60 manat olduğunu göstərərək imzası ilə təsdiq etmişdir. Verilmiş Forma 2 Sifarişçi və Alten Group MMC tərəfindən yoxlanılmış, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1 437 552 manat olduğu müəyyən olunmuşdur. Cavabdeh1 tərəfindən təqdim olunmuş Forma 2 ilə real görülmüş işlərin arasında 883 783.21 manat fərq yaranmışdır.Bundan əlavə Cavabdeh1 132 980.24 məbləğində anbar qalığını təqdim etmişdir. Bu aktla bir daha təsdiq edirlər ki, Cavabdeh1 (250 000 azn nəzərə alınmamaqla) Sifarişçi "xxxx" MMC-i tərəfindən 2 060 000.00 pul ödənilmiş faktiki 1 437 552.00 iş yetirilmiş və 132980.24 azn anbar qalığı təqdim edilmişdir.Halhazırda akt tərtib edilən dövrə Cavabdeh1 490 020 manat borcu qalmışdır.
13. Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsə,o, iddiaçının 250 000 manat borcu qəbul edib,490 000 manat borc məbləğindən azad edilməsini xahiş etmişdir.
14. X1 ifadəsində Cavabdeh1 2008-ci ildən tanıdığını, onunla tikintidə tanış olduğunu, sonradan müxtəlif yerlərdə birgə işlədiyini, Avanqardda işləməyi də mənə o təklif etdiyini,lakin orada işləyən briqada üzvlərinin hamısını Cavabdeh1 cəlb etmədiyini, 2012-ci ildən 2015-ci ilə kimi Cavabdeh1 ilə birgə Avanqard MMC-yə məxsus binada işlədiyini, onlar tərəfindən elektrik işlərinin 2015-ci ildə tam yekunlaşdığını bildirmişdir.
15. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilən "xxxx"MMC tərəfindən məhkəməyə təqdim edəln Cavabdeh1 tərəfindən imzalanan aktlarla 12 dekabr 2016-ci ildə "xxxx" MMC-nin təhvil verdiyi işlər-in bəziləri əksini tapmışdır. V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. - 776.1-ci maddəsinə əsasən Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2- ci maddəsinə əsasən Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.[530] 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
19. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
Vİ.Məhkəmənin mövqeyi:
20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
21. İşin məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunan mübahisəsiz hallarından görünür ki, tərəflər İddiaçı MMC ilə Cavabdeh1 arasında şifahi formada elektrik işlərinin görülməsinə dair razılaşma olmasını mübahsələndirmir.Tərəflər arasında mübahisələndirilən hallar iddiaçı cavabdehə Cavabdeh1 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödədiyini, lakin onun təhvil verdiyi işdə qüsurlar olduğu üçün və "xxxx" MMC-dən nəğd şəkildə qəbuletdiyi ümumiməbləğin 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN hissəsinə dair hər hansı bir iş yerinə yetirilmədiyi üçün həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbini ümumiyyətlə qəbul etməyərək, iddiaçı tərəfindən ona 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödənilmədiyini, işlər görüldükcə ona müəyyən məbləğlərdə pul verildiyini, həmin verilən məbləğlərə uyğun olaraq işlər gördüyünü, onun tərəfindən 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN borcunun olmasına dair aktı, psixoloji təzyiq nəticəsində imzalamasını, işləri 2015-ci ildə təhvil verməsi əsası ilə ümumiyyətlə iddia müddətinin keçməsini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
22. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Elektrik NN" MMC-ni cavabdeh qismində cəlb etsə də, məhkəməyə “Elektrik NN" MMC ilə arasında hər hansı müqavilə olmasını, hər hansı öyhdəlik hüquq müasibətinin yaranmasını təsdiq edəcək heç bir sübut təqdim etməmiş, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunan işin mübahisəsiz hallarından da göründüyü kimi, işlərin görülməsinə dair yaranan öhdəlik hüquq münasibətləri iddiaçı ilə Cavabdeh1 arasında yaranmışdır. Bu səbəbdən cavabdeh “Elektrik NN" MMC-nə qarşı iddia tamamilə əsassızdır və rədd edilməlidir.
23. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında podrat xidmətlərinin göstərilməsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehdən 490020 manat pul tələb edərək, hazırki tələbinə dair məhkəməyə tərəflər arasında imzalanmış üzləşdirmə aktını təqdim edir, cavabdeh isə iddia tələbini qəbul etməyərək, həmin məbləğdə borclarının olmamasını,həmin aktı aldatma əsasında imzalanmasını iddia edir.
24. Məhkəmə mübahisəyə iddia müddəti müddəti baxımından qiymət vermədən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən görülmüş işlərin 2016-ci ildə təhvil verilməsi iş materiallarında olan sübutlarla, müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən təqdim edilmiş audit yoxlamalarının tarixi, şahid ifadələri və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən cavabdehə qarşı 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN pul tələbinə dair yeganə sübut cavabdehlə aralarında imzalanmış xx.xx.2019-cu üzləşmə aktı, həmçinin xx.xx.2024cü il tarixli cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətdir (borcunun azaldılması barədə). Cavabdeh həmin aktın aldatma yolu ilə imzaladığını iddia etsə də buna halı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2019-cu üzləşmə aktı ilə mövcud borcu etiraf etdiyindən , ona qarşı hissədə iddia əsaslı hesab edilə bilər. Lakin iddia müddətləri keçdiyindən iddia rədd edilməlidir.
25. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İddiaçı özü tərəflər arasında podrat münasibətlərinin olmasını qəbul edərək, tələb edilən pul tələbini, cavabdehin şifahi podrat razılaşmasına əsasən görməli olduğu işləri tam görməməsi ilə əsaslandırır. İddiaçı tərəfindən cavabdehin işləri ilə bağlı audit keçirməsi həmin auditin nəticələrinin 2015-2016-ci ildə yekunlaşması da bu halı təsdiq edir. Bununla da müəyyən olunur ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən müəyyən olunan 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.
26. Məhkəmə qeyd edir ki, ərəflər arasında xx.xx.2019-cu tarixli borcun etirafı barədə aktı mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qəbul edilsə belə, həmin aktın bağlanmasından da 6 ildən çox vaxt keçmiş, 2024-cü ildə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizənin tarixi (xx.xx.2024) artıq iddia müddəti keçdikdən sonra edildiyindən, hər bir halda artıq bitmiş iddia müddətinin kəsilməsinə səbəb ola bilməzdi. Bu səbəbdən Mülki Məcəllənin 373.2-ci maddəsində təsbit olunan müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti də ötürülmüş hesab edilməli və iddia rədd edilməlidir.
27. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh1, Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova