Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2761/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) X3 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış 457/21 nömrəli müqavilə üzrə 3511,75 (Üç min beş yüz on bir manat 75 qəpik) manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 55,12 (Əlli beş manat 12 qəpik) dövlət rüsumunun, ümumilikdə 3566,87 (Üç min beş yüz altmış altı manat 87 qəpik) manat pulun Cavabdeh MMC-nin hesabından tutularaq, iddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, FAM-88” MMC-nin Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna müraciəti əsasında, ünvan 1 ünvanda inşa olunacaq 1 (bir) ədəd, 3 (üç) mərtəbəli (+mansard) binanın tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınağlar ilə əlaqədar 457/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 2188,07 (İki min yüz səksən səkkiz manat 07 qəpik) olan 457/21 nömrəli müqavilə üzrə 3511,75 (Üç min beş yüz on bir manat 75 qəpik) manat bu günədək institutun hesabına ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
1. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan qiyabi qaydada keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
4. İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutu ilə Cavabdeh MMC arasında 457/21 nömrəli xx.xx.2021-ci il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə imzalanmışdır.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə ünvan 2 ünvanda inşa oluncaq 1 (bir) ədəd, 3 (üç) mərtəbəli (+ mansard) binanın tikintisində istifadə ediləcək inşaat materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun müəyyən edilməsi üçün sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən 3 (üç) mərtəbəli (+ mansard) bina üzrə sınaq sahəsi - 1854,30 m2'dir; Sınaq işlərinin qiyməti hər 1 (bir) m2 üçün - 1,00AZN (bir manat, 00 qəpik) dəyərində razılaşdırılır və bu Müqavilənin 2.1. bəndi üzrə ümumi qiymət (ƏDV-siz) - 1854,30 manat təşkil edir.
11. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən icraçı tərəfindən sifarişçiyə 2 nüsxədə təqdim olunmuş təhvil-qəbul aktı 3 iş günü müddətində təsdiq olunaraq, 1 nüsxəsi icraçıya təhvil verilməlidir. Təhvil-qəbul aktı təsdiq edilib qeyd olunan müddətdə təqdim edilmədikdə sınaq işləri qəbul edilmiş hesab olunur və sifarişçi ödənişin həyata keçirilməsini öhdəsinə götürür.
12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
14. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
17. İş materiallarına əlavə olunmuş yoxlama sınaq işlərinin təhvil-qəbulu üçün aktdan görünür ki, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən Cavabdeh MMC-yə cəmi 3511,75 manat (ƏDV daxil) məbləğində xidmət (ünvan 2 ünvanında yaşayış binasının tikintisində istifadə edilən in.aat materiallarının yoxlamasınaq işləri) göstərilmiş, Cavabdeh MMC də həmin aktı imza və möhürü ilə təsdiq etməklə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən xidmət göstərildiyini qəbul etmişdir.
18. Məhkəmə qeyd edir ki, müqavilənin 3.6-cı bəndindən də görünür ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər məhz təhvil-qəbul aktı üzrə həyata keçirilmişdir.
19. Ona görə də, məhkəmə hesab edir ki, 3511,75 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilməlidir.
20. Bundan başqa, məhkəmə dövlət rüsuumunun əvəzi olaraq 55,12 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
21. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024cü il tarixdə 55,12 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
22. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanılmış 457/21 nömrəli müqavilə üzrə 3511,75 (Üç min beş yüz on bir manat 75 qəpik) manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 55,12 (Əlli beş manat 12 qəpik) dövlət rüsumunun, ümumilikdə 3566,87 (Üç min beş yüz altmış altı manat 87 qəpik) manat pul Cavabdeh MMC-nin hesabından tutularaq, iddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində ümumi qaydada Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X4