Məhkəmə qərarları › İş №e-2-2(113)-2794/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2794/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2794/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 mart 2022-ci il tarixli L-XM-019/22/01 nömrəli və 27 may 2022-ci il tarixli 16/22 nömrəli xidmət müqavilələri üzrə qalıq borc 2874955,97 manatın, qalıq borcun əlavə dəyər vergisi 517492,08 manatın, qalıq borcun gecikdirilməsinə görə hesablanmış cərimə 287495,59 manatın, müəssisənin mənfəət itkisi olan 419850 manatın, cəmi 4102284,37 məbləğində pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. Sazişin məzmunu 1.1. “İddiaçı"nın “Cavabdeh”ə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 2794/2024 saylı iş üzrə kommersiya mübahisəsi üzrə pul tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə “İddiaçı” xx.xx.2022-ci il tarixli, L-XM-019/22/01 nömrəli partlayış işlərinin həyata keçirilməsi barədə Xidmət müqaviləsinə (bundan sonra “Partlayış işləri üzrə müqavilə”) əsasən, 2539184,77 AZN əsas borc, 253918,477 AZN cərimə borcu və nəhayət 378473 AZN mənfəət itkisi ilə əlaqədar borcun; 27 may 2022-ci il tarixli 16/22 nömrəli qazma işlərinin həyata keçirilməsi barədə Xidmət müqaviləsi (bundan sonra “Qazma işləri üzrə müqavilə”) üzrə 335771,2 AZN əsas borc, gecikən günlərə görə cərimə məbləği 33 577,12 manat və mənfəət itkisi 41377 olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 2874 955,97 AZN, qalıq borcun ƏDV-si, 517492.08 AZN, qalıq borcun gecikdirilməsinə görə hesablanmış cərimə 287495,59 AZN, müəssisənin mənfəət itkisi olan 419850 AZN, cəmi ******* AZN məbləğində pulun ödənilməsini məhkəmədən xahiş etmişdir. 1.2. “Saziş” üzrə “Cavabdeh” yuxarıda qeyd edilən hər iki müqavilə üzrə ümumilikdə, ******* AZN əsas borc, 258746 AZN ƏDV olmaqla, cəmi ƏDV daxil ******* AZN tutulması barədə “İddiaçı” ilə razılığa gəlir. 1.3. “Cavabdeh” “İddiaçı”ya olan ümumilikdə ******* AZN borc məbləğini ödəniş qrafikinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, “İddiaçı” isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki “Saziş”in 2-ci maddəsində öz əksini tapmışdır.

2. Ödəniş qrafiki № Ödəniş Ödəniş məbləği (Əsas məbləğ): ƏDV məbləği: tarixi: xx/xx/2024 235 000 AZN 42 300 AZN 1 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2024 235 000 AZN 42 300 AZN 2 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2024 235 000 AZN 42 300 AZN 3 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2025 235 000 AZN 42 300 AZN 4 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2025 235 000 AZN 42 300 AZN 5 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2025 262 478 AZN 6 47 246 AZN (qırx yeddi min (iki yüz altmış iki min dörd yüz yetmiş səkkiz iki yüz qırx altı manat) TOPLAM: manat) 1437478 AZN (bir milyon dörd yüz otuz yeddi 258 746 AZN (iki yüz əlli səkkiz min dörd yüz yetmiş səkkiz manat) min yeddi yüz qırx altı manat)

3. Hüquq və Öhdəliklər 3.1. “Cavabdeh” öhdəsinə götürür ki, “Saziş” üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2. Bu sazişin şərtlərinə əsasən “Cavabdeh”in yuxarıda qeyd edilmiş qrafikə uyğun “İddiaçı”ya ödəməli olduğu borc məbləğləri “İddiaçı” əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3. “Saziş”in imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar “Tərəflər” üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.4. “Saziş”in imzalanması sadəcə bu “Saziş”lə əhatə olunan məsələlərə aiddir və “Tərəflər” arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu “Saziş”də nəzərdə tutulan hallar istisna olmaqla, “Tərəflər” hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu “Saziş”in bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. “Tərəflər” razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. “Tərəflər” razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

4. Konfidensiallıq 4.1. “Tərəflər” aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfidensial məlumatın hazırkı “Saziş”ə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla yalnız “Tərəflər”in qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. “Tərəflər" hazırki öhdəliyi “Saziş”in imzalandığı andan üzərilərinə götürürlər.

5. Əlavələr və Düzəlişlər 5.1.“Tərəflər” razılığa gəlirlər ki, “Tərəflər"in birinin yazılı razılığı olmadan “Saziş”ə dəyişiklik edilə bilməz. “Saziş”in hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə “Tərəflər” razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 6.Mübahisələrin həlli 6.1. Hazırkı “Saziş” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı “Saziş”dən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı, yaxud onun şərtlərinin pozulması “Tərəflər” arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə “Tərəflər” aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.

7. Ford Major 7.1. “Tərəflər” bu “Saziş”lə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, “Tərəflər”in iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, “Tərəflər”in münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu “Saziş”in icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı “Saziş”in icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 8.Müqavilənin müddəti 8.1. "Saziş'' imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən “Tərəflər” üçün məcburi xarakter daşıyır. "Saziş" tam imzalandığı gündən və müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən qrafikə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. "Tərəflər" bu "Sazişi" mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. 8.3. Bu "Saziş" 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində tərtib edilmişdir. Nüsxələrin biri “Bakı Kommersiya Məhkəməsi"nə təsdiq edilmək üçün təqdim ediləcək, digər iki nüsxəsi isə "Tərəflər"də saxlanılacaqdır. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, tərəflər arasında 27 avqust 2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu Sazişi imzalamışlar. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2024-cü il tarixində saat 16:00da təyin olunmuş məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsini, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsini və işə onun iştirakı olmadan baxılaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, iş üzrə icraata xitam verilməsinin əsaslarının ona aydın olduğunu bildirmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna və qanunvericiliyə zidd olmadığına görə barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Sazişin məzmunu 1.1. “İddiaçı"nın “Cavabdeh”ə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 2794/2024 saylı iş üzrə kommersiya mübahisəsi üzrə pul tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə “İddiaçı” xx.xx.2022-ci il tarixli, L-XM-019/22/01 nömrəli partlayış işlərinin həyata keçirilməsi barədə Xidmət müqaviləsinə (bundan sonra “Partlayış işləri üzrə müqavilə”) əsasən, 2539184,77 AZN əsas borc, 253918,477 AZN cərimə borcu və nəhayət 378473 AZN mənfəət itkisi ilə əlaqədar borcun; 27 may 2022-ci il tarixli 16/22 nömrəli qazma işlərinin həyata keçirilməsi barədə Xidmət müqaviləsi (bundan sonra “Qazma işləri üzrə müqavilə”) üzrə 335771,2 AZN əsas borc, gecikən günlərə görə cərimə məbləği 33 577,12 manat və mənfəət itkisi 41377 olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 2874 955,97 AZN, qalıq borcun ƏDV-si, 517492.08 AZN, qalıq borcun gecikdirilməsinə görə hesablanmış cərimə 287495,59 AZN, müəssisənin mənfəət itkisi olan 419850 AZN, cəmi ******* AZN məbləğində pulun ödənilməsini məhkəmədən xahiş etmişdir. 1.2. “Saziş” üzrə “Cavabdeh” yuxarıda qeyd edilən hər iki müqavilə üzrə ümumilikdə, ******* AZN əsas borc, 258746 AZN ƏDV olmaqla, cəmi ƏDV daxil ******* AZN tutulması barədə “İddiaçı” ilə razılığa gəlir. 1.3. “Cavabdeh” “İddiaçı”ya olan ümumilikdə ******* AZN borc məbləğini ödəniş qrafikinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, “İddiaçı” isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki “Saziş”in 2-ci maddəsində öz əksini tapmışdır.

2. Ödəniş qrafiki № Ödəniş Ödəniş məbləği (Əsas məbləğ): ƏDV məbləği: tarixi: xx/xx/2024 235 000 AZN 42 300 AZN 1 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2024 235 000 AZN 42 300 AZN 2 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2024 235 000 AZN 42 300 AZN 3 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2025 235 000 AZN 42 300 AZN 4 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2025 235 000 AZN 42 300 AZN 5 (iki yüz otuz beş min manat) (qırx iki min üç yüz manat) xx/xx/2025 262 478 AZN 6 47 246 AZN (qırx yeddi min (iki yüz altmış iki min dörd yüz yetmiş səkkiz iki yüz qırx altı manat) TOPLAM: manat) 1437478 AZN (bir milyon dörd yüz otuz yeddi 258 746 AZN (iki yüz əlli səkkiz min dörd yüz yetmiş səkkiz manat) min yeddi yüz qırx altı manat)

3. Hüquq və Öhdəliklər 3.1. “Cavabdeh” öhdəsinə götürür ki, “Saziş” üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2. Bu sazişin şərtlərinə əsasən “Cavabdeh”in yuxarıda qeyd edilmiş qrafikə uyğun “İddiaçı”ya ödəməli olduğu borc məbləğləri “İddiaçı” əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3. “Saziş”in imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar “Tərəflər” üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.4. “Saziş”in imzalanması sadəcə bu “Saziş”lə əhatə olunan məsələlərə aiddir və “Tərəflər” arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu “Saziş”də nəzərdə tutulan hallar istisna olmaqla, “Tərəflər” hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu “Saziş”in bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. “Tərəflər” razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. “Tərəflər” razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

4. Konfidensiallıq 4.1. “Tərəflər” aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfidensial məlumatın hazırkı “Saziş”ə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla yalnız “Tərəflər”in qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. “Tərəflər" hazırki öhdəliyi “Saziş”in imzalandığı andan üzərilərinə götürürlər.

5. Əlavələr və Düzəlişlər 5.1.“Tərəflər” razılığa gəlirlər ki, “Tərəflər"in birinin yazılı razılığı olmadan “Saziş”ə dəyişiklik edilə bilməz. “Saziş”in hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə “Tərəflər” razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 6.Mübahisələrin həlli 6.1. Hazırkı “Saziş” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı “Saziş”dən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı, yaxud onun şərtlərinin pozulması “Tərəflər” arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə “Tərəflər” aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.

7. Ford Major 7.1. “Tərəflər” bu “Saziş”lə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, “Tərəflər”in iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, “Tərəflər”in münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu “Saziş”in icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı “Saziş”in icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 8.Müqavilənin müddəti 8.1. "Saziş'' imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən “Tərəflər” üçün məcburi xarakter daşıyır. "Saziş" tam imzalandığı gündən və müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən qrafikə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. "Tərəflər" bu "Sazişi" mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. 8.3. Bu "Saziş" 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində tərtib edilmişdir. Nüsxələrin biri “Bakı Kommersiya Məhkəməsi"nə təsdiq edilmək üçün təqdim ediləcək, digər iki nüsxəsi isə "Tərəflər"də saxlanılacaqdır. İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar