Məhkəmə qərarları › İş №e-2-2(113)-2797/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2797/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2797/2023 28.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 02/2022 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 02/2022 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02/2022 saylı xidmət müqaviləsinə əsasən, 8,493 manat ödənilmiş xidmət haqqı məbləğinin, illik 5% nəzərə alınmaqla 450 manat, 100 manat məbləğində mediasiya xərcləri olmaqla, ümumilikdə 9.043 manatın Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı xx.xx.2022-ci il tarixli, 02/2022 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə tərəflər məhkəməyə barışıq sazişi, eləcə də məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 20 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: (a) İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 02/2022 saylı xidmət müqaviləsi (bundan sonra "Müqavilə") bağlanılmış və cavabdeh mətbəx oturacaqlarının hazırlanması və quraşdırılması, tələb olunan bütün material və işçiliyin təmin olunmasını və müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə yerinə yetirməyi, İddiaçıya tam işlək vəziyyətdə təhvil verməyi, İddiaçı isə həmin işlərin nəticələrini təhvil alıb müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə - 16.986 manat xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. (b) Cavabdeh tərəfindən Müqavilə üzrə xidmətləri icra etmədiyindən İddiaçı "müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borc" tələbinə dair iddia ərizəsi ilə (bundan sonra "İddia ərizəsi") Bakı Kommersiya Məhkəməsinə (bundan sonra "Məhkəmə") müraciət etmiş və ödənilmiş 8.493 manat məbləğində xidmət haqqının qaytarılmasını tələb etmişdir. (c) Hal-hazırda iddiaçınm cavabdehə qarşı iddia tələbi tələbinə dair e-2-2(113)- 2797/2023 saylı iş Bakı Kommersiya Məhkəməsinin (hakim Leyla Əliyeva) icraatındadır. (d) Məhkəmə işinin gedişi zamanı cavabdeh tərəfindən 8.493 manat məbləğində borcdan 3.000 manat ödəniş olunmuşdur. (e) Tərəflər yaranmış mübahisənin məhkəmədənkənar həll etmək məqsədilə aralarında razılığa gələrək barışıq etmək niyyətindədilər. Tərəflər aşağıdakılar barədə razılaşırlar:

1. Cavabdeh 8.493 manat məbləğində borc məbləğindən qalan 5.493 manat məbləğində pulu 2023-cü ilin iyun, iyul, avqust və sentyabr ayları olmaqla (4 ay müddətinə) aşağıdakı cədvəldə göstərilmiş şəkildə hər təqvim ayının 1-i olmaqla İddiaçıya qaytarmağı öhdəsinə götürür: Məbləğ № Müddət (Ay ilə) (manatla)

1. İyun 2023-cü il 1374

2. İyul 2023-cü il 1373

3. Avqust 2023-cü il 1373

4. Sentyabr 2023-cü il 1373

2. İddiaçı müqaviləyə bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən imtina edir.

3. Tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.

5. Bu saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür. Bu Sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalnız bu sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.

6. Tərəflər razılaşır ki, bu sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar.

7. Bu sazişə hər hansı əlavə və ya dəyişiklik yalmz hər iki Tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.

8. Bu saziş tərəflərlə imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.

9. Bu saziş azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilir və imzalanır. Sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi cavabdehdə, bir nüsxəsi isə Bakı Kommersiya Məhkəməsində saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 02/2022 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 20 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflər aşağıdakılar barədə razılaşırlar:

1. Cavabdeh 8.493 manat məbləğində borc məbləğindən qalan 5.493 manat məbləğində pulu 2023-cü ilin iyun, iyul, avqust və sentyabr ayları olmaqla (4 ay müddətinə) aşağıdakı cədvəldə göstərilmiş şəkildə hər təqvim ayının 1-i olmaqla İddiaçıya qaytarmağı öhdəsinə götürür: Məbləğ № Müddət (Ay ilə) (manatla)

1. İyun 2023-cü il 1374

2. İyul 2023-cü il 1373

3. Avqust 2023-cü il 1373

4. Sentyabr 2023-cü il 1373

2. İddiaçı müqaviləyə bu sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən imtina edir.

3. Tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.

5. Bu saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür. Bu sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalmz bu sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.

6. Tərəflər razılaşır ki, bu sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar.

7. Bu sazişə hər hansı əlavə və ya dəyişiklik yalmz hər iki Tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.

8. Bu saziş tərəflərlə imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.

9. Bu saziş azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilir və imzalanır. Sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə, bir nüsxəsi isə Bakı Kommersiya Məhkəməsində saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar