Məhkəmə qərarları › İş №e-2-2(113)-2817/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2817/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2817/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Aaçar sözlər: xidmət müqaviləsi, dəbbə pulunun azaldılması) X6 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı xx.xx.2024-cü il tarixli, GTG/032/24 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X4 xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli Xidmət Müqaviləsi üzrə ödənilməmiş 15.769 (on beş min yeddi yüz altımış doqquz) manat 86 qəpik pul məbləginin, 2.356 (iki min üç yüz əlli altı) manat 75 qəpik cərimə məbləginin, 145 (yüz qırx beş) manat məbləgində dövlət rüsumunun və 1032 (bir min otuz iki) manat məbləgində vəkil haqqının cəmi - 19303.61 (on doqquz min üç yüz üç) manat 61 qəpik pul məbləginin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X10 oglu ilə aralarında xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli Xidmət Müqaviləsi və həmin tarixli, 01, 02, 03 nömrəli Qiymətlərin razılaşdırılması protokolları baglanmışdır. Həmin Xidmət Müqaviləsinin 4.1, 4.3 və 4.4-cü bəndlərinə əsasən, göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən olunur və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında Təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Hazırki Müqavilə üzrə hesablaşmalar Tərəflər arasında imzalanmış Təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 (otuz) iş günündən artıq müddətdə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1 (sıfır tam onda bir) % miqdarında cərimə ödəyir. Qeyd edir ki, 1. xx.xx.2024-cü il tarixli 01 nömrəli Təhvil-təslim aktına əsasən 2307 (iki min üç yüz yeddi) manat 72 qəpik, 2. xx.xx.2024-cü il tarixli 02 nömrəli Təhvil-təslim aktına əsasən 2307 (iki min üç yüz yeddi) manat 72 qəpik, xx.xx.2024-cü il tarixli 01 nömrəli Təhvil-təslim aktına əsasən 2307 (iki min üç yüz yeddi) manat 72 qəpik, Qeyd: xx.xx.2024-cü il tarixli, 01 və 02 nömrəli Təhvil-təslim aktı ilə ödənilməli olan 4615 manat pul cavabdeh tərəfindən bank hesablarına ödənilmişdir. 3. xx.xx.2024-cü il tarixli 03 nömrəli Təhvil-təslim aktına əsasən 10.192 (on min yüz doxsan iki) manat 43 qəpik (Qeyd: Gecikdirilmiş gün xx.xx.2024-cü il tarixdən-xx.xx.2025-ci il tarixədək 189 gün - çıxılmaqla müqavilədə nəzərdə tutulmuş 30 gün güzəştli müddət=159 gün x 0.1 x 10.192.43 /100=1620 manat 59 qəpik cərimə məbləgi). 4. xx.xx.2024-cü il tarixli 04 nömrəli Təhvil-təslim aktına əsasən 5.576 (beş min beş yüz yetmiş altı) manat 99 qəpik (Qeyd: Gecikdirilmiş gün xx.xx.2024-cü il tarixdənxx.xx.2025-ci il tarixədək 162 gün - çıxılmaqla müqavilədə nəzərdə tutulmuş 30 gün güzəştli müddət=132 gün x 0.1 x 5.576 manat 99 qəpik /100=736 manat 16 qəpik cərimə məbləgi). Ümumilikdə-20.384 (iyirmi min üç yüz səksən dörd) manat 86 qəpik məbləgində Sifarişçiyə xidmət göstərmişdir. Həmin məbləgdən yalnız-4615 (dörd min altı yüz on beş) manat məbləg Sifarişçi tərəfindən bank hesabına köçürülmüş qalan-15.769 (on beş min yeddi yüz altımış doqquz) manat 86 qəpik və müqavilədə nəzərdə tutulmuş qaydada hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1%-i miqdarında cərimə cəmi 2.356 (iki min üç yüz əlli altı) manat 75 qəpik cərimə məbləgi bu günədək iddiaçının bank hesabına köçürülməmişdir. Qeyd edir ki, Xidmət Müqaviləsi üzrə ödənilməmiş pulun ödənilməsi ilə baglı 53 dəfə Bakıda “Caspian Plazada” Sifarişçinin ünvanına getmiş, 3 dəfə şirkət rəhbərinin qəbulunda olmuş və hər dəfə ona bu yaxınlarda pul ödəniləcək deyərək onu aldatmışlar. Qeyd edir ki, müqavilə üzrə ödənilməmiş əsas borc məbləginin və hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1%-i miqdarında cərimə məbləginin ödənilməsi barədə həm poçt vasitəsilə həm də elektron qaydada cavabdehə göndərdiyi pretenziya məktublarına cavab verilməmiş və borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və bu hüququndan istifadə edir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 399.3, 448.1-ci və s. maddələri göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

3. Cavabdeh məhkəməyə elektron qaydada iddiaya etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı X4 Cavabdeh MMC-yə qarşı xx.xx.2024-cü il tarixli, GTG/032/24 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ödənilməmiş 15.769 (on beş min yeddi yüz altımış doqquz) manat 86 qəpik pul məbləğinin, 2.356 (iki min üç yüz əlli altı) manat 75 qəpik cərimə məbləginin, 145 (yüz qırx beş) manat məbləğində dövlət rüsumunun və 1032 (bir min otuz iki) manat məbləğində vəkil haqqının cəmi 19303.61 (on doqquz min üç yüz üç) manat 61 qəpik pul məbləğinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTG/032/24 saylı müqavilə üzrə cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2000 (iki min) manat və xx.xx.2024-cü il tarixdə 2615.44 (iki min altı yüz on beş manat qırx dörd qəpik) manat pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. Yəni cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməyə davam etdirilmişdir. Lakin iddiaçı tərəf özü də sahibkarlıq subyekti olmasına baxmayaraq, ödəniş üzrə gecikmələrin bu sferada tez-tez baş verdiyini nəzərə almamışdır. Eyni zamanda, cavabdeh şirkətlə görüşlər zamanı da iddiaçının etiraf etdiyi kimi, cavabdeh MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirəcəyini bildirmişidr. Bunun bariz sübutudur ki, xx.xx.2024-cü il tarixdə 2000 (iki min) manat və xx.xx.2024-cü il tarixdə 2615.44 (iki min altı yüz on beş manat qırx dörd qəpik) manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Əgər cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdə maraqlı olmasaydı və öhdəliklərdən yayınmaq istəsə idi, ümumiyyətlə heç bir ödəniş həyata keçirməzdi. İkinci əhəmiyyətli hal ondan ibarətdir ki, iddiaçı tərəfindən pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. Belə ki, iddiaçı Azər Soltanov pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh MMC-nin pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. İddia ərizəsi icraata götürülərkən məhkəmə tərəfindən prosessual tələblərə riayət olunmasına dair araşdırma hərtərəfli aparılmamış, iddiaçının pretenziya məktubunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etməməsinə hüquqi qiymət verilməmişdir. Hesab edir ki, hazırda AR MPM 10-1-ci maddəsində nəzərdə tutulan tələblər pozulduğuna görə iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının qaytarılması barədə qərardad şıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Prosessual Məcəllənin 10-1-ci maddəsinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili – Vəkil oğlu məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

9. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı X4 Cavabdeh MMC-yə 20.358.30 manat dəyərində xidmət göstərmiş cavabdeh həmin məbləğdən müxtəlif vaxtlarda 4615.44 iddiaçıya ödəniş etmiş nəticədə isə ƏDV daxil 15.796,86 manat göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir.

10. Hazırda iddiaçı X4 Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 15.796,86 manat məbləğində pulun tutulmasını tələb edir.

11. Cavabdeh iddiaya etiraz təqdim etsədə əslində tələb olunan borcun mövcud olduğunu etiraf edir, lakin prosessual qaydalara uyğun yəni (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinə zidd olaraq) məhkəməyə müraciət olunmadığını əsas gətirərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edir. Lakin cavabdeh özü də təsdiq edir ki, Azər Soltanov pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin hazırki iddianın geri qaytarılmasını xahiş etməsi iddia edilən qanunun tələblərinin pozulması ilə deyil məhkəmədə işin yubadılması ilə bağlı olmuşdur. Odur ki, məhkəmə göstərilən tələbi əsassız hesab edir.

12. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

13. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

17. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

18. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

19. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

20. Məhkəmə cavabdehin etirazları ilə bağlı tərəflər arasında xidmət müqaviləsindən irəli gələn işgüzar münasibətlərə nəzər salmağı zəruri hesab edir.

21. xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli xidmət müqaviləsi və həmin tarixli, 01, 02, 03 nömrəli Qiymətlərin razılaşdırılması protokolları baglanmışdır. Həmin Xidmət Müqaviləsinin 4.1, 4.3 və 4.4-cü bəndlərinə əsasən, göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən olunur və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında Təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Hazırki Müqavilə üzrə hesablaşmalar Tərəflər arasında imzalanmış Təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 (otuz) iş günündən artıq müddətdə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1 (sıfır tam onda bir) % miqdarında cərimə ödəyir.

22. İş materiallarına əlavə edilmiş 1. xx.xx.2024-cü il tarixli 01 nömrəli Təhvil-təslim aktına əsasən 2307 (iki min üç yüz yeddi) manat 72 qəpik, 2. xx.xx.2024-cü il tarixli 02 nömrəli Təhvil-təslim aktına əsasən 2307 (iki min üç yüz yeddi) manat 72 qəpik, xx.xx.2024-cü il tarixli 01 nömrəli Təhvil-təslim aktına əsasən 2307 (iki min üç yüz yeddi) manat 72 qəpik, Qeyd: xx.xx.2024-cü il tarixli, 01 və 02 nömrəli Təhvil-təslim aktı ilə ödənilməli olan 4615 manat pul cavabdeh tərəfindən bank hesablarına ödənilmişdir. 3. xx.xx.2024-cü il tarixli 03 nömrəli Təhvil-təslim aktına əsasən 10.192 (on min yüz doxsan iki) manat 43 qəpik, 4. xx.xx.2024-cü il tarixli 04 nömrəli Təhvil-təslim aktına əsasən 5.576 (beş min beş yüz yetmiş altı) manat 99 qəpik cəmi 15769,86 manat borc qalmışdır.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

27. Beləliklə, məhkəmə cavabdeh xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır.

28. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 15.769,86 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı X3 ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

29. İddia ərizəsində iddiaçı həmçinin müqavilədə nəzərdə tutulmuş qaydada hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1%-i miqdarında cərimə cəmi 2.356 (iki min üç yüz əlli altı) manat 75 qəpik cərimə manat cərimə pulunun cavabdehdən tutulmasını xahiş edir.

30. xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli müqavilənin 4.4-cü bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliyi yerinə yetirməli olduğu vaxtdan 30 (otuz) gün keçdikdən sonra, gecikdirilən hər gün üçün müvafiq nəzərdə tutulmuş xidməti dəyərinin 0,1% (iki) həcmində cərimə ödəyir.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

34. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı da xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli müqavilə üzrə sonuncu xidmət 2024-cü ilin sentyabr ayında göstərilməsinə və sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

35. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, iddiaçının yalnız 2356,75 manat məbləğində xidmət haqının gecikdirilməsi üçün dəbbə pulu hesabladığını, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 788,73 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

36. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 788,73 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq iddiaçı X3 ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

Həmçinin iş materiallarına əlavə edilmiş №-EM-700VK-9885/25 nömrəli, xx.xx.2025ci il tarixli Azərbaycan Respublikasinin Vəkillər Kollegiyasi elektron vəkil orderindən görünür ki, Vəkil qurumu (fərdi qaydada fəaliyyət göstərən vəkil): Şirvan Vəkil Bürosu Müqavilənin tarixi: xx-xx-2025 Müqavilə Vəkil: Vəkil (Vəkillik vəsiqəsi № VK-700) Hüquqi yardım göstərilən şəxs: X5 Vəkilə həvalə edilən tapşırığın mahiyyəti: pul tələbi Tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat: Bakı Kommersiya Məhkəməsində iddiaçının müdafiəçisi olmuş, xidmət göstərmiş və onun müqabilində 1032 manat pul almışdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

1. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında xx-xx-2025 tarixli müqavilə imzalanmış, 1032 manat məbləğində pul hüquqi yardım haqqı kimi vəkil bürosunun bank hesabına köçürülmüşdür.

2. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra ediməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını (4) və vəkilin bütün iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1032 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

37. Digər tərəfdən, xx.xx.2025-ci il tarixli 73152002 nömrəli qəbzdən görünür ki, X5 145 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə uyğun dövlət rüsumunun məbləği 145 manat təşkil etmişdir.

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. .

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, GTG/032/24 nömrəli Xidmət Müqaviləsi üzrə ödənilməmiş 15769.86 (on beş min yeddi yüz altmış doqquz manat səksən altı qəpik) əsas borc, 788.73 (yeddi yüz səksən səkkiz manat, yetmiş üç qəpik) manat cərimə, 1032 (bir min otuz iki) manat məbləgində vəkil haqqının cəmi – 17.590.59 (on yeddi min beş yüz doxsan manat əlli doqquz qəpik) pul məbləği və 145.00 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar