Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2829/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli 35/1901 nömrəli alqı-satqı müqaviləsi üzrə 1341.25 manat məbləğində əsas borc, 241.43 manat ƏDV borcu, 1016 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 106.02 manat gecikdirmə faizi, xx.xx.2022-ci il tarixli PCİ-LS03/22 nömrəli Satış və Xidmət Müqaviləsi üzrə isə 152937.77 manat əsas borc, 27528. 50 manat məbləğində ƏDV borcu və 6350.78 manat məbləğində gecikdirmə faizi olmaqla hər ikimüqavilə üzrə ümumilikdə 189521.75 manat yekun borc məbləğinin,eləcə də iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 479.52 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, barışıq sazişinin məzmununa görə:
1. Bu Barışıq sazişi (bundan sonra "Saziş") mübahisə tərəfləri olan "X2" MMC (bundan sonra "İddiaçı") və "X1" MMC (bundan sonra "Cavabdeh") arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır və Tərəflər bu Sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzaları ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda "Tərəf" və birlikdə "Tərəflər" adlandırılacaqdır.
2. Tərəflər arasında 01 avqust 2019-cu il tarixli, № 35/1901 saylı "alqı-satqı" və 21 aprel 2022-ci il tarixli № PCİ-LS-03/22 saylı "satış və xidmət müqavilələri" (bundan sonra - "Müqavilələr") bağlanmışdır.
3. Həmin müqavilələr üzrə hazırki tarixə Cavabdehin İddiaçıya 182 050 (yüz səksən iki min əlli) manat məbləğində ödənilməyən əsas borcu yaranmışdır.
4. Hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan № e-2-2(113)- 2829/2024 saylı iş üzrə tərəflər arasında məhkəmə prosesi davam edir.
5. Yuxarıda göstərilənlərə əsaslanaraq, Tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu "Barışıq Sazişi"ni bağladılar: 5.1. Cavabdeh 182 050 (yüz səksən iki min əlli) manat məbləğində əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, yeddi hissədə İddiaçıya ödəyəcəyini qəbul edir:
Ödənişin tarixi Ödənişin məbləği 20 aprel 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 may 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 iyun 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 iyul 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 avqust 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 sentyabr 2024-cü il tarixinə qədər 26 008 (iyirmi altı min səkkiz) AZN 5.2. Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzürlü hesab edilməyəcəkdir.
6. Tərəflər razılaşırlar ki, barışıq sazişinin 5.1-ci bəndində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir.
7. Cavabdeh tərəfindən barışıq sazişinin 5.1-ci bəndində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur.
8. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
9. Saziş Cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə İddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada Cavabdehdən tutularaq İddiaçıya veriləcəkdir.
10. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və Tərəflərdə saxlanılır. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə: Belə ki, barışıq sazişinin məzmununa görə:
1. Bu Barışıq sazişi (bundan sonra "Saziş") mübahisə tərəfləri olan "X2" MMC (bundan sonra "İddiaçı") və "X1" MMC (bundan sonra "Cavabdeh") arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır və Tərəflər bu Sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzaları ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda "Tərəf" və birlikdə "Tərəflər" adlandırılacaqdır.
2. Tərəflər arasında 01 avqust 2019-cu il tarixli, № 35/1901 saylı "alqı-satqı" və 21 aprel 2022-ci il tarixli № PCİ-LS-03/22 saylı "satış və xidmət müqavilələri" (bundan sonra - "Müqavilələr") bağlanmışdır.
3. Həmin müqavilələr üzrə hazırki tarixə Cavabdehin İddiaçıya 182 050 (yüz səksən iki min əlli) manat məbləğində ödənilməyən əsas borcu yaranmışdır.
4. Hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan № e-2-2(113)- 2829/2024 saylı iş üzrə tərəflər arasında məhkəmə prosesi davam edir.
5. Yuxarıda göstərilənlərə əsaslanaraq, Tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu "Barışıq Sazişi"ni bağladılar: 5.1 Cavabdeh 182 050 (yüz səksən iki min əlli) manat məbləğində əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, yeddi hissədə İddiaçıya ödəyəcəyini qəbul edir: Ödənişin tarixi Ödənişin məbləği 20 aprel 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 may 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 iyun 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 iyul 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 avqust 2024-cü il tarixinə qədər 26 007 (iyirmi altı min yeddi) AZN 20 sentyabr 2024-cü il tarixinə qədər 26 008 (iyirmi altı min səkkiz) AZN 5.2. Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzürlü hesab edilməyəcəkdir.
6. Tərəflər razılaşırlar ki, barışıq sazişinin 5.1-ci bəndində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir.
7. Cavabdeh tərəfindən barışıq sazişinin 5.1-ci bəndində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur.
8. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
9. Saziş Cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə İddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada Cavabdehdən tutularaq İddiaçıya veriləcəkdir.
10. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və Tərəflərdə saxlanılır. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova