Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2896/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X17 Meltem” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və sairə” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mənəvi zərər, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X8, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı “X17 Meltem” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və sairə” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X17 Meltem” MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMCnə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayına qədər hər ay üçün əsassız şəkildə alınan məbləğ daxil olmaqla, dəymiş maddi və mənəvi ziyan ilə bərabər ümumi məbləğə illik 5 faiz hesablanmaqla ümumilikdə 30.000 (otuz min) manat məbləğin və dövlət rüsumu üçün ödənilən məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 2022-ci ilin noyabr ayından etibarən Nizami Mall-da yerləşən 206 və 115 nömrəli mağazalara görə icarə müqaviləsi bağlanılmışdır. Müqavilələrdə icarə haqqı ƏDV daxil 100 manat və 160 manat (daha sonra 188.80 manat) qeyd edilib imzalanmışdır. Vergi Məcəlləsinə əsasən icarə haqqı ödənişlərinə görə ödəmə mənbəyindən tutulan 14 faiz vergi ödəməsi Nizami Mall MMC tərəfindən ödənilir. 2022-ci ilin noyabr ayından Cavabdeh MMC tərəfindən göndərilən elektron qaimə-faktura üzrə icarə haqqı ödənişləri rəsmi qaydada və nəğdsiz formada Cavabdeh MMC-yə məxsus Xalqbank hesabına ödənilirdi. Cavabdeh MMC tərəfindən 2024-cü ilin Yanvar ayından əsassız və qanunsuz şəkildə heç bir müqavilə əlavəsi belə mövcud olmayan və heç bir sənədə imza atılmayacağı halda məcbur şəkildə əvvəlcə hər mağaza üçün ayrılıqda 200 manat olmaqla toplam 400 manat, daha sonra isə 206 nömrəli mağaza üçün 700 manat əlavə icarə haqqı və mağaza daxilində kondisioneri belə mövcud olmayan, hətta mağazaya aid elektrik sayğacı ola-ola nəzərə alınmayan kommunal ödəniş üçün isə əlavə 25 manat olmaqla toplam 725 manat, 115 nömrəli mağaza üçün isə əlavə icarə haqqı 240 manat və kommunal üçün isə əlavə 40 manat olmaqla toplam 280 manat tələb edilməklə əsassız şəkildə alınırdı. 2024-cü ilin yanvar ayından tələb edilən əsassız ödənişlər nəğdsiz formada Nizami Mall mühasiblərinin (Rüfət Həmzəli, Fərid Məmmədzadə, Cavid Həsənov) öz şəxsi debet kartlarına və ya qeyd etdikləri müxtəlif debet kart hesablarına göndərilirdi. Onları qeyd edilir. Rüfət Həmzəli (mühasib) – 5261 6333 3344 4587 (kart nömrəsi) Rabitəbank 09 Yanvar 2024-cü il - 200 manat; 15 Yanvar 2024-cü il –200 manat; 23 Yanvar 2024-cü il – 725 manat; 25 Yanvar 2024-cü il – 280 manat; 17 Fevral 2024-cü il – 725 manat. Rüfət Həmzəli (mühasib) – 5239 1517 9214 0819 (kart nömrəsi) 28 Fevral 2024-cü il – 280 manat; 15 Mart 2024-cü il – 725 manat; 23 Mart 2024-cü il – 280 manat; 22 Aprel 2024-cü il – 725 manat; 23 Aprel 2024-cü il – 280 manat; 01 İyun 2024-cü il – 725 manat; 01 İyun 2024-cü il – 100 manat (rəsmi icarə haqqı) Fərid Məmmədzadə (mühasib) - 5243 7544 4776 7409 (kart nömrəsi) Unibank 27 İyun 2024-cü il -725 manat; 27 İyul 2024-cü il – 200 manat; 28 İyul 2024-cü il – 200 manat; 29 İyul 2024-cü il – 175 manat. Fərid Məmmədzadə (mühasib) – 5239 1517 6427 0180 (kart nömrəsi) 31 İyul 2024-cü il – 150 manat. Fərid Məmmədzadə (mühasib) - 5243 7544 4776 7409 (kart nömrəsi) Unibank 01 Sentyabr 2024-cü il – 725 manat Fərid Məmmədzadə (mühasib) – 52391517 6427 0180 (kart nömrəsi) 24 Sentyabr 2024-cü il – 725 manat Cavid Həsənov (mühasib) – 4169 7388 4615 3223 (kart nömrəsi) Kapital Bank 25 Oktyabr 2024-cü il – 725 manat Cavid Həsənov (mühasib) – 5522 0993 6756 7161 (kart nömrəsi) 26 Noyabr 2024-cü il – 725 manat. Cavid Həsənov (mühasib) –...............2040 (kart nömrəsi) 29 Dekabr 2024-cü il – 725 manat. Cavabdeh MMC tərəfindən hər ay elektron qaimə-faktura göndərilmişdən əvvəl, əsassız və qanunsuz şəkildə müqavilə şərtlərini pozaraq 15 Yanvar 2024-cü il tarixindən etibarən xəbərdalıq sms-i mesaj şəklində göndərməklə, sanki biz tərəfdən ödənişlərin gecikdirilməsi ilə bağlı məlumat verilirdi. Onlardan bəzilərinə nümunə kimi qeyd edilir ki, müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən göndərilməyən elektron qaimə-faktura üzrə May 2024-cü ilin aylıq icarə ödənişi 07 May-18 May-27 May 2024-cü il tarixlərində xəbərdarlıq mesajları ilə tələb edilir. Hətta 27 May 2024-cü il tarixində May ayının aylıq icarə ödənişinin 26 gün gecikdirildiyi qeyd edilmişdir. Halbuki May ayı üçün 29 May 2024cü il tarixində Cavabdeh MMC tərəfindən rəsmi elektron qaimə-faktura təqdim edilmişdir. Daha bir fakt İyun 2024-cü il tarixində baş vermişdir. Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən göndərilməyən elektron qaimə-faktura üzrə İyun 2024-cü ilin aylıq icarə ödənişi 10 İyun-25 İyun 2024-cü il tarixində xəbərdarlıq mesajları ilə tələb edilmişdir. Hətta 25 İyun 2024-cü il tarixində İyun ayının aylıq icarə ödənişinin 25 gün gecikdirildiyi qeyd edilmişdir. X14 MMC-dən 26 İyun 2024-cü il tarixində rəsmi elektron qaimə-faktura təqdim edilmişdir. Daha bir fakt 02 Yanvar 2025-ci il tarixində qeydə alınmışdır və sonuncunun nəticəsi olaraq Bakı Kommersiya Məhkəməsinə rəsmi qaydada müraciət olunmuşdur. Məhkəmə qərarına əsasən Nizami Mall tərəfdən əsassız və qanunsuz qərar qəbul etmə halı öz təsdiqini tapmışdır. Fəaliyyət göstərilən 115 nömrəli mağazaya 01 Noyabr 2022-ci il tarixindən 160 manat icarə haqqı ödənilməsinə baxmayaraq, 2024-cü ilin Yanvar ayından hər ay üçün əsassız alınan əlavə icarə və kommunal ödənişlər daxil 280 manat büdcəyi aşdığı üçün məcbur olaraq May 2024-cü il tarixində müqaviləyə iddiaçı tərəfdən xitam verilmişdir. Hətta 115 nömrəli mağaza üçün 01 Mart 2024-cü ildə müqavilə üzrə məbləğ dəyişdirilib ƏDV daxil 188.88 AZN qeyd edilsə də, alınan əlavə əsassız ödənişlər müqavilədə qeyd edilməmişdir. 2024-cü ilin Yanvar ayından əsassız şəkildə alınan və müqavilədə qeyd edilməyən icarə haqqı və kommunal ödənişlərinə görə isə yalnız 2024cü ilin Dekabr ayında tələbimiz əsasında mühasib Cavid Həsənov tərəfindən imzalı ödəniş qəbzi təqdim edilmişdir. 29 Dekabr 2024-cü il tarixində Cavid Həsənovun öz şəxsi debet kartına 725 manat icarə və kommunal daxil ödəniş edilmişdir. Müqabilində isə iddiaçıya Nizami Mall-a aid kassa-mədaxil order qəbzi və Cavid Həsənov tərəfindən imzalanmış qəbz üzərində “X17 Meltem 29 Dekabr 2024-cü il Dekabr İcarə ödənilib” möhürü ilə təsdiq edilmişdir. Nizami Mall MMC tərəfindən 02 Yanvar 2025-ci il tarixində Dekabr ayı 2024-cü il tarixində icarə haqqı üçün əsassız şəkildə alınan 725 manat və təqdim edilən Cavabdeh MMC-nin mühasibi Cavid Həsənova məxsus imzalı ödəniş qəbzi nəzərə alınmadan, Dekabr ayı 2024-cü il tarixində heç bir icarə ödənişi edilmədiyini bildirərək müqaviləyə 02 Yanvar 2025-ci il tarixli, 02 nömrəli bildirişlə dərhal xitam verilmişdir. Yalnız 08 Yanvar 2025-ci il tarixində Nizami Mall MMC tərəfindən Yanvar 2025-ci il tarixinə aid rəsmi elektron qaimə-faktura təqdim edilmişdir. "xxxx" Mall MMC tərəfindən göndərilən rəsmi elektron qaimə-fakturalar Asan İmza vasitəsi ilə Cavabdeh MMC direktoru Qanuni nümayəndə tərəfindən təsdiqlənib, rəsmi qaydada online kargüzarlığa göndərilmişdir. Dekabr 2024-cü il tarixində iddiaçının bütün hesablarına Dövlət Vergi Xidməti tərəfindən vergi borcu üzrə doldurulmuş sərəncam daxil olmuşdur və bu səbəbdən müqavilə üzrə Dekabr ayının rəsmi icarə haqqı məbləği 100 manat Cavabdeh MMC-yə müqavilə şərtlərinə uyğun şəkildə ödənilə bilməmişdir. Daha sonra sərəncam aradan qaldırılmış, Dekabr ayının rəsmi icarə haqqı məbləği 100 manat Nizami Mall MMC-yə ödənilmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixindən – xx.xx.2025-ci il tarixinə qədər iddiaçının fəaliyyəti Cavabdeh MMC tərəfindən qanunsuz şəkildə məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixində saat 15:00-da bəzi şəxsi əşyalar və sənədləri götürmək üçün mağazaya daxil olunduğu üçün Cavabdeh MMC tərəfindən etiraz edilmiş, hətta polis gücü tətbiq edərək mağazaya daxil olunmağı qanunsuz, müqaviləyə isə əsaslı xitam verildiyini bildirərək məcbur şəkildə açarlar alınaraq hədə-qorxu gəlməklə mağazaya giriş məhdudlaşdırılmışdır. Halbuki mübahisənin mülki məcəlləyə aid olduğu və həmin dövr ərzində mülki mübahisənin həll olunması üçün qanunverciliyə əsasən Bakı Kommersiya Məhkəməsinə müraciət edildiyi və hakim tərəfindən yekun məhkəmə qərarı veriləcəyi şifahi şəkildə izah edilsə də, Cavabdeh MMC obyektin onlara məxsus “özəl şəxsi mülk” olduğunu bildirmişdir. Bununla da qanunvericiliklə müəyyən olunmuş hüquqlar açıq şəkildə qəsdən kobudcasına pozulmuş, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatları yaymaqla iddiaçı barəsində mənfi rəy yaratmağa nail olmuşdur. Baş vermiş qanunsuz əməllərə görə dərhal “102” xidməti”nə məlumat verilmişdir. Ərazi üzrə Yasamal Rayonu 26-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edilərək, Nizami Mall-un əsassız və qanunsuz xitamına görə fəaliyyətin məhdudlaşdırılması ilə bağlı şikayət əsasında iş materialı Yasamal Rayon Prokurorluğuna yönləndirilmişdir. xx.xx.2025-ci il tarixində Yasamal Rayonu 26-cı Polis Bölməsinə yazılı şikayət ərizəsini təsdiqləyən sənəd isə 26-cı Polis Bölməsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli HK-1-128 saylı arayışda öz əksini tapmışdır. Haqsız verilən xitamın qurbanı olmaqla günlərlə çəkilmiş əzab, stress və bunun nəinki mənəvi, həmçinin də maddi olaraq ziyanda olmağı isə Cavabdeh MMC rəhbərliyini qətiyyən narahat etmirdi. xx.xx.2025-ci il tarixində Nizami Mall tərəfindən göndərilən 04 nömrəli xəbərdarlığa əsasən bizə məlum olmayan hansısa xx.xx.2025-ci il tarixində Nizami Mall MMC tərəfindən hətta rəsmi online kargüzarlıq vasitəsi ilə göndərildiyinə istinad edilən xəbərdarlığa əsasən bizə aid olmayan 205 nömrəli mağazada olan əşyaları götürməyimizi, mağazanı boş təhvil verməyimizi tələb edilmişdir. Nizami Mall MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 04 nömrəli bildirişində qeyd edilən məlum olmayan hansısa istinad edilən xx.xx.2025-ci il tarixli xitam üçün xəbərdarlıq bildirişi mövcud deyildir. Nizami Mall daxilində yerləşən 206 nömrəli mağazanın üzərində təzə mağazaların qurulması ilə bağlı xx.xx.2024-cü il tarixindən etibarən edilən təmir işləri ilə əlaqədar günlərlə məcbur şəkildə mağaza bağlı saxlatdırılmış, nəticədə mağaza tavanı yararsız hala salınmışdır. Bütün yan mağazalarda edilən təmir tam təhvil verildiyi halda, yalnız iddiaçının fəaliyyət göstərdiyi mağaza bugünə qədər tam təmirli şəkildə geri təhvil verilməmişdir. xx.xx.2022-ci il tarixli, RR/NM/028/22 saylı icarə müqaviləsinin 4.4-cü bəndinə əsasən “İcarəçi icarə obyektini normal halda İcarəyə verənə təhvil verir” yəni təhvil-təslim aktına əsasən İcarəyə verən obyekti normal halda icarəçidən təhvil almaq öhdəliyi yarandığı üçün, icarəçiyə də normal halda obyekti təslim etmək öhdəliyi yaranır. Ancaq təəssüflər olsun ki, öhdəlik Cavabdeh MMC tərəfindən qəti şəkildə təmin edilməmişdir. Son olaraq 14 Oktyabr 2024-cü il tarixində tavanın alçipan hissəsinin təmiri yarımçıq bitdikdən sonra, elektriki belə çəkilməyən, quraşdırılan paslı dəmir dirəkləri isə boyanmamış vəziyyətdə saxlanılmışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən verilən xitamın əsassız hesab edilməsi və ləğv edilməsi, fəaliyyətinin icarə sahəsində davam etdirilməsinin bərpa olunmasını, 13000 (on üç min) manat mənəvi zərər, dəymiş maddi ziyan - əsassız şəkildə alınan məbləğlərin cəmi 10220 (on min iki yüz iyirmi) manat, dəymiş maddi ziyan təmir səbəbi ilə 14-15-16-17 may və oktyabr ayının 14ü toplam 5 gün məcbur bağlı saxlatdırılan hər gün üçün 350 (üç yüz əlli) manat tariflə hesablanmaqla cəmi 5 gün * 350 manat = 1750 (min yeddi yüz əlli) manat, 2025-ci il yanvar-Fevral-Mart ayları əldən çıxmış fayda real zərər 39606 (otuz doqquz min altı yüz altı) manat, dövlət rüsumu 180 + 195 = 375 (üç yüz yetmiş beş) manat, cəmi 13000 + 10220 + 1750 + 39606 + 375 = 64951 manat (altmış dört min doqquz yüz əlli bir manat) pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-2896/2025 saylı qərardadı ilə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi M.Rzazadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında üçüncü şəxs A.Brızqunov bildirdi ki, cavabdeh ilə arasında icarə müqaviləsi bağlanmış, iddiaçının hazırda fəaliyyətinin bərpa edilməsini istədiyi mağaza ona icarəyə verilmiş, sahə onun sahiblik və istifadəsindədir. İddiaçının sahənin ona verilməsinə dair tələbinin təmin edilməsinə etiraz edir. İcarə sahəsini əsaslı təmir etdirmişdir. Müqavilə üzrə rəsmi bank köçürməsi ilə müqavilədə göstərilən icarə haqqından əlavə olaraq vergi ödəyir, icarə haqqı ümumi 700 manat təşkil edir, 218 manat müqavilədə göstərilmiş məbləğ rəsmi qaydada ödənilir, qalan 500 manatı isə nağd şəkildə olmaqla cavabdehin mühasibinə ödəyir.
7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (icarəçi) ilə cavabdeh (icarəyə verən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RR/NM/029/22 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Ş.Qurbanov, S.Əsgərova, Zərgərpalan və Ş.Əzizbəyov ünvanında yerləşən ərazidə mövcud olan 16 m-lik mağaza sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir.
11. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 135.59 (bir yüz otuz beş manat əlli doqquz qəpik) manat və bu məbləğdən əlavə əlavə dəyər vergisini icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödəyir (məbləğ ƏDV daxil hesablanmışdır), icarə müddəti 3 (üç) ay müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir.
12. Müqavilənin 13.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 (on beş) təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhviltəslim aktı əsasında təhvil verməlidir.
13. Müqavilənin 13.2-ci bəndinə əsasən tərəflər hazırkı müqavilənin müddətini vaxtından əvvəl xitam vermək hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı müqaviləni ləğv etmək istəyən tərəf 30 (altmış) təqvim günü əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
14. Müqavilənin 13.3.2-ci bəndinə əsasən icarə haqqının ödənişi 30 (otuz) təqvim günündən çox müddətə gecikdirildikdə müqavilənin 13.2-ci maddəsində göstərilən müddət nəzərə alınmadan icarəyə verən tərəfindən dərhal xitam verilə bilər.
15. Müqavilənin 13.6-cı bəndinə əsasən müqavilə (bir) ay öncədən ona xitam vermək və ya onu dəyişdirmək barədə tərəflərdən birinin müraciəti olmadıqda 2.1-ci bəndində nəzərdə tutulmuş eyni müddət üçün eyni şərtlərlə uzadılmış hesab edilir.
16. İddiaçı (icarəçi) ilə cavabdeh (icarəyə verən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RR/NM/028/22 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, S.Əsgərova, Zərgərpalan və Ş.Əzizbəyov ünvanında yerləşən ərazidə mövcud olan 16 m-lik mağaza sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir
17. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 84,75 (səksən dörd manat yetmiş beş qəpik) manat və bu məbləğdən əlavə əlavə dəyər vergisini icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödəyir (məbləğ ƏDV daxil hesablanmışdır) icarə müddəti 3 (üç) ay müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir.
18. Müqavilənin 13.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 (on beş) təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhviltəslim aktı əsasında təhvil verməlidir.
19. Müqavilənin 13.2-ci bəndinə əsasən tərəflər hazırkı müqavilənin müddətini vaxtından əvvəl xitam vermək hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı müqaviləni ləğv etmək istəyən tərəf 30 (altmış) təqvim günü əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
20. Müqavilənin 13.3.2-ci bəndinə əsasən icarə haqqının ödənişi 30 (otuz) təqvim günündən çox müddətə gecikdirildikdə müqavilənin 13.2-ci maddəsində göstərilən müddət nəzərə alınmadan icarəyə verən tərəfindən dərhal xitam verilə bilər.
21. Müqavilənin 13.6-cı bəndinə əsasən müqavilə (bir) ay öncədən ona xitam vermək və ya onu dəyişdirmək barədə tərəflərdən birinin müraciəti olmadıqda 2.1-ci bəndində nəzərdə tutulmuş eyni müddət üçün eyni şərtlərlə uzadılmış hesab edilir.
22. İddiaçı (icarəçi) ilə cavabdeh (icarəyə verən) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RR/NM/115/24 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Ş.Qurbanov, S.Əsgərova, Zərgərpalan və Ş.Əzizbəyov ünvanında yerləşən ərazidə mövcud olan 16 m-lik mağaza sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir.
23. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 188,8 (bir yüz səksən səkkiz manat səksən qəpik) manat və bu məbləğdən əlavə əlavə dəyər vergisini icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödəyir (məbləğ ƏDV daxil hesablanmışdır, ədv-siz qiymət 160 manat) icarə müddəti 3 (üç) ay müddətinə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir.
24. Müqavilənin 13.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 (on beş) təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhviltəslim aktı əsasında təhvil verməlidir.
25. Müqavilənin 13.2-ci bəndinə əsasən tərəflər hazırkı müqavilənin müddətini vaxtından əvvəl xitam vermək hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı müqaviləni ləğv etmək istəyən tərəf 30 (altmış) təqvim günü əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
26. Müqavilənin 13.3.2-ci bəndinə əsasən icarə haqqının ödənişi 30 (otuz) təqvim günündən çox müddətə gecikdirildikdə müqavilənin 13.2-ci maddəsində göstərilən müddət nəzərə alınmadan icarəyə verən tərəfindən dərhal xitam verilə bilər.
27. Müqavilənin 13.6-cı bəndinə əsasən müqavilə (bir) ay öncədən ona xitam vermək və ya onu dəyişdirmək barədə tərəflərdən birinin müraciəti olmadıqda 2.1-ci bəndində nəzərdə tutulmuş eyni müddət üçün eyni şərtlərlə uzadılmış hesab edilir.
28. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2406 11405120 nömrəli 99,9991 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11243428 nömrəli 99,9991 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10303613 nömrəli 100,005 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 724181 nömrəli 260,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 249672 nömrəli 260 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 773329 nömrəli 260,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCL 642564 nömrəli 260 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 150016 nömrəli 260 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 085932 nömrəli 260 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 132775 nömrəli 260 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 994706 nömrəli 100 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBED 529788 nömrəli 100 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
29. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 15,25 manat və 84,74 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 24,41 manat və 135,59 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 244,75 manat və 44,05 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 244,75 manat və 44,05 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarına görə 84,75 manat və 15,26 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarına görə 24,4 manat və 135,6 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarına görə 24,41 manat və 135,6 manat, xx.xx.2023cü il tarixli ödəniş tapşırığına görə 24,41 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına görə 135,59 manat və 24,41 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına görə 84,75 manat və 15,25 manat məbləğində ödəniş edilmişdir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********3 nömrəli arayışa görə “X17 Meltem” MMC Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, ev Salatın Əsgərova, Zərgərpalan və Şamil Əzizbəyov küçələrinin kəsişməsi ünvanında olduğu yer üzrə xx.xx.2024-cü il tarixdə uçota alınmışdır.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********2 nömrəli arayışa görə “X17 Meltem” MMC Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, ev Salatın Əsgərova, Zərgərpalan və Şamil Əzizbəyov küçələrinin kəsişməsi ünvanında olduğu yer üzrə xx.xx.2024-cü il tarixdə uçota alınmışdır.
32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-33759/2025 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X10 (müqavilənin başlanğıc tarixi: xx.xx.2023, işdən çıxarılma tarixi: xx.xx.2024), X4 (müqavilənin başlanğıc tarixi: xx.xx.2024, işdən çıxarılma tarixi: xx.xx.2024) və X6 (müqavilənin başlanğıc tarixi: xx.xx.2024) Cavabdeh MMC-də (işəgötürən) əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir.
33. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/8891 nömrəli məktubuna görə 416973******3223 nömrəli plastik kart X5, 523915******0819 nömrəli plastik kart X7, 523915******0180 nömrəli plastik kart isə X2 istifadəsindədir.
34. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, RB02/1911 nömrəli məktubuna görə 526163******4587 nömrəli plastik kart xx.xx.1995-ci ildə anadan olmuş, AA3677983 seriya nömrəli 29V0SN8 fin kodlu X10 adınadır.
35. Cavabdeh (icarəyə verən) ilə X3 (icarəçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, RR/NM/313-04/AF nömrəli icarə müqaviləsinə görə icarəyə verən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonıı, Ş.Qurbanov, S.əsgərova, Zərgərpalan və Ş.Əzizbəyov ünvanında yerləşən ərazidə mövcud olan 10 m2-İik mağaza sahəsini (icarə obyekti) İcarəçinin istifadəsinə verir, İcarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir.
36. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
37. İddia ərizəsi 4 hissədən ibarətdir: 1. İcarəyə verən tərəfindən müqaviləyə birtərəfli qaydada verilmiş xitamın ləğv edilməsi və iddiaçının sahədə fəaliyyətinin bərpa edilməsi;
2. 13000 manat mənəvi zərərin ödənilməsi; 3. İcarə haqqı adı altında alınmış 10220 manat pulun geri qaytarılması; 4. 1750 manat dəymiş zərərin və 39606 manat əldən çıxmış faydanın tutulması.
38. Məhkəmə iddianı birinci hissədə əsassız hesab edir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
40. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
41. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
42. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsi iddiaçının sahiblik və istifadəsinə verilmişdir.
44. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh müqaviləyə birtərəfli qaydada xitam verdiyini bildirmiş, icarə sahəsinin xx.xx.2025-ci il tarixdən geri təhvil verilməsini tələb etmiş, həmin bildiriş xx.xx.2025-ci il tarixdə iddiaçının vergi sistemində olan kabinetinə yerləşdirilmişdir.
45. İddiaçı hazırda həmin xitam bildirişinin əsassız olduğunu, bunun məhkəmə tərəfindən təsbit edilməsini, habelə müqavilənin qüvvədə olması səbəbindən icarə sahəsinin onun sahiblik və istifadəsinə geri qaytarılmasını tələb edir.
46. Tərəflər arasında bağlanmış müqavilənin 13.2-ci bəndində tərəflər müqavilənin birtərəfli qaydada ləğv edilməsinin mümkünlüyünü razılaşdırmışlar.
47. Bundan əlavə, adıçəkilən müqavilənin 13.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə qalır.
48. Müqavilənin 13.6-cı bəndinə əsasən müqavilə (bir) ay öncədən ona xitam vermək və ya onu dəyişdirmək barədə tərəflərdən birinin müraciəti olmadıqda 2.1-ci bəndində nəzərdə tutulmuş eyni müddət üçün eyni şərtlərlə uzadılmış hesab edilir.
49. Materiallardan görünür ki, cavabdeh müqavilə müddəti ərzində iddiaçıya müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmiş, bununla da xx.xx.2025-ci il tarixdə müqavilənin müddəti bitmiş, müqavilə müddəti cavabdehin buna etirazı olması səbəbindən uzadılmamışdır.
50. Hazırda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi qüvvədə olmadığı üçün iddiaçının müqaviləyə birtərəfli qaydada verilmiş xitamın ləğv edilməsi və iddiaçının sahədə fəaliyyətinin bərpa edilməsi barədə tələbi əsassız olduğundan təmin edilə bilməz.
51. Məhkəmə iddianı ikinci, 13000 manat mənəvi zərərin ödənilməsi hissəsində də əsassız hesab edir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".
54. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də Məhkəmə hesab edir ki, iddia tələbi mənəzi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir.
55. Məhkəmə iddianı üçüncü, icarə haqqı adı altında alınmış 10220 manat pulun geri qaytarılması hissəsində də əsassız hesab edir.
56. İddiaçı iddia ərizəsində icarə müqaviləsi üzrə ondan icarə müqaviləsində razılaşdırılmış icarə haqqından əlavə olaraq alınmış ödənişlərin geri qaytarılmalı olduğunu iddia edir.
57. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır.
58. Belə ki, tərəflər arasında şifahi razılığa əsasən aylıq icarə haqqının 206 nömrəli mağaza üzrə 700 manat, 115 nömrəli mağaza üzrə 280 manat artırılması tərəflər arasındakı watsapp yazışmaları və iddiaçının iddia ərizəsindəki etirafı ilə təsdiq edilir.
59. Mülki Məcəllənin 423.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
60. Normanın məzmununda qeyd edilmiş “işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə” ifadəsi onu nəzərdə tutur ki, məhkəmə müqavilənin hər hansı şərtinin tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilib-dəyişdirilmədiyini araşdırarkən tərəflər arasında formalaşmış işgüzar münasibətləri nəzərə almalıdır.
61. Hazırkı halda iddiaçı tərəfindən 2024-cü ilin yanvar ayından həmin ilin dekabr ayına qədər şifahi əldə edilmiş razılığa əsasən müəyyənləşdirilmiş icarə haqları ödənilmişdir.
62. İcarə haqlarının ödənildiyi dövr ərzində sahə iddiaçının sahiblik və istifadəsində olmuşdur. Bu səbəbdən icarə müqaviləsi üzrə ödənilmiş icarə haqlarının geri tələb edilməsi barədə iddia məhkəmə hesab edir ki, əsassız olduğu üçün təmin edilə bilməz.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
64. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
65. Məhkəmə iddianı sonuncu, 1750 manat dəymiş zərərin və 39606 manat əldən çıxmış faydanın tutulması hissəsində əsassız hesab edir.
66. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
67. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
68. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
69. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
70. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
71. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
72. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
73. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
74. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
75. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
76. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
77. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
78. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
80. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
81. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
82. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
83. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin vurduğu zərərlə əlaqədar olaraq ona əldən çıxmış fayda şəklində zərər dəydiyini, sahənin onun istifadəsindən geri alınmadığı halında qazanc əldə edə biləcəyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
84. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
85. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
86. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
87. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
88. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
89. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 375 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
90. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı “X17 Meltem” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və sairə” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 375 manat dövlət rüsumu iddiaçı “X17 Meltem” MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova