Məhkəmə qərarları › İş №e-2-2(113)-290/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-290/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-290/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi,pul) X11 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdə(nX7ndan) İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirmədiyi üçün vurulmuş maddi zərərin əvəzi qismində 135000 (bir yüz otuz beş min) manat, həmin işlərin gecikdirilməsinə görə cəmi 1 (bir) ay üçün 280500 (iki yüz səksən min beş yüz) manat, ödənilmiş icarə haqqının əvəzi qismində 6 (altı) ay üçün 93000 (doxsan üç min) manat, İddiaçı MMCnin direktoru Gəncəli İsmayılova vurulmuş mənəvi zərərin əvəzi olaraq10000 (on min) manat olmaqla, ümumilikdə 518500 manat dəyərində zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 808.50 (səkkiz yüz səkkiz manat 50 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1234.5 kv. sahəsi olan qeyri yaşayış obyekti fiziki şəxs X1 mülkiyyətindədir. Bakı şəhəri 53 saylt notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan obyekt İddiaçı MMC tərəfindən xx.xx.2033-cü il tarixədək aylıq 15500 manat icarə haqqı ödənilməklə icarəyə götürülmüşdür. Obyekt icarəyə götürüldükdən sonra “Karaca” adı altında ticarət obyekti kimi Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən uçota alınmışdır. Obyekt təmirsiz halda qəbul edilmiş, təmirə başlandıqdan sonra İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh MMC-nin direktoru X7 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən, Cavabdeh MMC mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirməyi (tam quraşdıraraq təhvil verməyi) öhdəsinə götürmüşdür. Bağlanmış müqaviləyə əsasən görüləcək işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 187000 (yüz səksən yeddi min) manat təşkil edir. Müqavilədə göstərilmiş müqavilə dəyərindən 175000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. Danışıqlara əsasən Cavabdeh MMC tərəfindən görüləcək işlər 1 (bir) aya yekunlaşmalı idi. Lakin müqavilə bağlandığı müddətdən 10 (on) aydan artıq müddət keçməsinə baxmayaraq hələdə cavabdeh şirkət üzərinizə götürdüyü öhdəliyi yerinə yetirilməmiş, görüləcək işlər tamamlanmamışdır. Hal-hazırda mağazanın havalandırma və soyutma sistemi işlərinin tam yerinə yetirilməməsi səbəbindən icarə müqaviləsi bağlandığı müddətdən 1 ildən çox müddət keçməsinə baxmayaraq hələdə mağazanın təmin işləri yekunlaşmamışdır. Mağazada görüləcək digər işlər də, havalandırma və soyutma sistemi tam qurulub başa çatdırılmadığından yekunlaşa bilmir. Yuxarıda qeyd olunan Podrat müqaviləsinin 2.3-cü bəndinin 2-ci hsissəsinə əsasən, işlərin yerinə yetirilməsində yubanma hallarına rəst gəldikdə podratçı tərəfindən icraçı bu barədə xəbərdarlıq edilir. Cavabdeh MMC-yə işlərin yekunlaşdırılması barədə tərəfimizdən dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq işlərin tamamlanması barədə heç bir hərəkət etməmişdir. Müqavilədə göstərilmiş müqavilə dəyərindən tərəfimizdən 175000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaiti ödənilsə də, görülmüş işlərin dəyəri ümumilikdə 40000 (qırx min) manat təşkil edir. Cavabdehlə aramızda imzalanmış Podrat Müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcraçı, Podratçının tapşırığına əsasən, müqaviləyə uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda yerləşən mağazada havalandırma və soyutma sistemi işlərini “İcraçı” “Podratçı” yerinə yetirilməsini öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, müqavilənin uçumi dəyəri ƏDV daxil olmaqla 187000 (bir yüz səksən yeddi min) manat təşkil edir. 2.4-cü bəndə əsasən, İcraçı müqavilə qeyd olunmuş tərkibdə, həcmdə və müddətdə xidməti işlərini layihəyə uyğun keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür, qurtarmış işləri, inşaat obyektini təhvil verir, obyektin vaxtında istismara verilməsini “Podratçı” ilə birlikdə təmin edir. İşlərin yerinə yetirilməsi zamanı, nöqsanlara yol verilərsə, i.lər keyfiyyətsiz aparılarsa “Podratçı” qarşısında maddi məsuliyyət daşıyır. İşlərin yerinə yetirilməsinin müqavilədə göstərilmiş müddətinin gecikdirilməsinə görə “Podratçı” qarşısında məsuliyyət daşıyır. İşlərin xidmətləri “Podratçının” müəyyən etdiyi müddətdə təhvil verməyə borcludur. Əks təqdirdə “İcraçı” hər gecikdirilmiş gün üçün xidmətin dəyərinin 5% -i məbləğində “Podratçı” tərəfindən cərimə olunur. Müqavilənin şərtlərinə uyğun olaraq razışlaşdırılmış qaydada İddiaçı MMC nəzərdə tutulmuş ödəniş məbləğindən 175000 manat cavabdehə ödənilmişdir. Bir müddət müqavilədə göstərilmiş işlər görüldükdən sonra tikintinin müqaviləyə uyğun getmədiyinin, havalandırma sisteminin qurulub başa çatdırılmamasının, gecikdirilməsinin şahidi oldum. Bundan əlavə, cavabdeh obyektin müqavilədə nərdə tutulmuş işlərinin yerinə yetirilməsi zamanı əsassız olaraq müxtəlif bəhanələrlə yubadaraq işi aramızda razılşadırılmış müddətdə, (2023-cü ilin avqust ayının sonlarına kimi tamamlamlı idi) tamamlamalı olduğu halda yerinə yetirməmişdir. Halbuki, İcraçı müqavilədə qeyd olunmuş tərkibdə, həcmdə və müddətdə xidməti işlərin layihəyə uyğun keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür, qurtarmış işləri, inşaat obyektini təhvil verir, obyektin vaxtında istismara verilməsini öhdəsinə götürmüş, Əks təqdirdə “İcraçının” hər gecikdirilmiş gün üçün xidmət dəyərinin 5% məbləğində “Podratşı tərəfindən” cərimə olunur. Müqaviləyə uyğun olaraq hər gecikdirilmiş günə görə xidmət dəyərinin 5% məbləğində ümumikdə gecikdirilmiş günlərə görə bir gün üçün 9350 manat olmaqla bir ay üçün ümumilikdə 280.500 manat təşkil edir. Və cərimə məbləği olaraq bir aylıq tələb etmək niyyətindəyik. Bundan başqa, obyektin hər ayı üçün İddiaçı MMC tərəfindən 15500 (on beş min beş yüz) manat məbləğində icarə müqaviləsinə uyğun olaraq icarə haqqı ödənilir. Cavabdeh tərəfindən işlərin yubadılması səbəbindən mağaza istismara verilmədiyindən gəlir gətirmir, buna görə də, ödənilmiş icarə haqqı da cavabdehdən tutulmalıdır. Ona görə də, ümumilikdə cavabdehdən 6 ay üçün icarə haqqı hər ay üçün 15500 (on beş min beş yüz) manatdan hesablanmaql ümumilkdə 93000 (doxsan üç min) manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Ümumilikdə cavabdeh tərəfindən ödəniləcək maddi zərərin həcmi 508500 (beş yüz səkkiz min beş yüz) manat təşkil edir. Bundan başqa, İddiaçı MMC-nin diroktoru Gəncəli İsmayılov tərəfindən dəfələrlə cavabdehə işlərin vaxtında yekunlaşdırılması tələb edilsə də, cavabdeh buna məhəl qoymadığından mənəvi sarsıntı və iztirablar keçirmişdir. Buna görə də, cavabdehdən maddi zərərlə yanaşı ondan həm də 10000 (on min) manat mənəvi zərərin ödənilməsi tələb edilir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirmədiyi üçün vurulmuş maddi zərərin əvəzi qismində 135000 (bir yüz otuz beş min) manat, həmin işlərin gecikdirilməsinə görə cəmi 1 (bir) ay üçün 280500 (iki yüz səksən min beş yüz) manat, ödənilmiş icarə haqqının əvəzi qismində 6 (altı) ay üçün 93000 (doxsan üç min) manat, olmaqla, ümumilikdə 508500 manat dəyərində zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 808.50 (səkkiz yüz səkkiz manat 50 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC ilə X2 arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 1234.5 kv. sahəsi olan qeyri yaşayış sahəsi İddiaçı MMC tərəfindən xx.xx.2033-cü il tarixədək aylıq 15500 manat icarə haqqı ödənilməklə icarəyə götürülmüşdür.

10. İddiaçı MMC (“podratçı”) ilə Cavabdeh MMC (“icraçı”) arasında 22 avqust 2023cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən, İcraçı, Podratçının tapşırığına əsasən, müqaviləyə uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda yerləşən mağazada havalandırma və soyutma sistemi işlərini “İcraçı” “Podratçı” yerinə yetirilməsini öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən, müqavilənin uçumi dəyəri ƏDV daxil olmaqla 187000 (bir yüz səksən yeddi min) manat təşkil edir. - 2.4-cü bəndinə əsasən, İcraçı müqavilə qeyd olunmuş tərkibdə, həcmdə və müddətdə xidməti işlərini layihəyə uyğun keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür, qurtarmış işləri, inşaat obyektini təhvil verir, obyektin vaxtında istismara verilməsini “Podratçı” ilə birlikdə təmin edir. - 2.4-cü bəndinə əsasən, işlərin yerinə yetirilməsi zamanı, nöqsanlara yol verilərsə, işlər keyfiyyətsiz aparılarsa “Podratçı” qarşısında maddi məsuliyyət daşıyır. - 2.4-cü bəndinə əsasən işlərin yerinə yetirilməsinin müqavilədə göstərilmiş müddətinin gecikdirilməsinə görə “Podratçı” qarşısında məsuliyyət daşıyır. İşlərin xidmətləri “Podratçının” müəyyən etdiyi müddətdə təhvil verməyə borcludur. Əks təqdirdə “İcraçı” hər gecikdirilmiş gün üçün xidmətin dəyərinin 5% -i məbləğində “Podratçı” tərəfindən cərimə olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100 000 manat pul köçürülmüşdür.

12. 25.08.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 00351 saylı hesab-fakturaya əsasən 18 000 manat pul köçürülmüşdür.

13. Cavabdeh MMC tərəfindən verilmiş AAÜ seriyalı 157907 saylı xx.xx.2023-cü il tarixli kassa mədəxil orderi qəbzi ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 27 000 manat pul ödənilmişdir.

14. Cavabdeh MMC tərəfindən verilmiş AAÜ seriyalı 157908 saylı xx.xx.2024-cü il tarixli kassa mədəxil orderi qəbzi ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 30 000 manat pul ödənilmişdir.

15. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.

16. "xxxx"MMC tərəfindən İddiaçı MMC-yə MT2408 ********* saylı xx.xx.2024-cü il tarixli 10.50 manat, MT2408 10613347 saylı xx.xx.2024-cü il tarixli 810.36 manat, MT2408 20240041 saylı xx.xx.2024-cü il tarixli 114 manat, MT2407 11797383 saylı xx.xx.2024-cü il tarixli 1269.22 manat,məbləğində elektron qaimə göndərilmişdir.

17. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına MT2408 10613346 saylı elektron qaiməyə əsasən 1.60 manat pul köçürülmüşdür.

18. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 123.6 manat pul köçürülmüşdür.

19. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 17.3 manat pul köçürülmüşdür.

20. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 193.6 manat pul köçürülmüşdür.

21. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 686.75 manat pul köçürülmüşdür.

22. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 96.61 manat pul köçürülmüşdür.

23. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 1075.61 manat pul köçürülmüşdür.

24. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 2100 manat pul köçürülmüşdür.

25. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 378 manat pul köçürülmüşdür.

26. "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli 41 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.

27. “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 19953.5 manat pul köçürülmüşdür.

28. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 3591 manat pul köçürülmüşdür.

29. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə MT2407 ******* saylı xx.xx.2024-cü il tarixli hesabına 47090.26 manat məbləğində elektron qaimə göndərilmişdir.

30. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 19953.5 manat pul köçürülmüşdür.

31. 01 iyul 2024-ü il tarixli İddiaçı MMC və X3 arasında imzalanmış xidmət müqaviləsinin məzmunundna görünür ki, ünvan 1 ünvanında yerləşən 1234.5 kv. sahəsi olan qeyri yaşayış sahəsində X3 havalandırma sisteminin tam quraşdırılmasını öhdəsinə götürmüş, hər iki tərəfin imzası ilə təsdiqlənərək, müqavilə üzrə ümumi dəyər 19570 manat müəyyən edilmişdir.

32. Məhkəmə iclasında dindirilən şahid X13 ğlunun ifadəsindən görünür ki, tərəglər arasında daşıqlarda iştirak etdiyni bildirmiş, cavabdeh tərəfindən danışıqlar zamanı layihəyə 166.000 dollar qiymət çıxarıldı. Daha sonra iddiaçı başqa bir təklif irəli sürdü,həmin təklifə əsasən, qiymət 187.000 azn müəyyənləşdirildi. Və belə razılaşdırıldı ki, biz işlərin görülməsi prosesinə başlayaq, sonradan nə kimi əlavələr olsa, onların ödənişləri də ödəniləcəkdir. Sonrasında görülən işlərin 4-cü mərtəbədə də həyata keçiriləcəyi təqdirdə 25.500 azn əlavə ödəniləcəyi bildirildi. Bir müddət sonra Crescent Mall məsələsi meydana çıxdı və biz də bildirdik ki, o işi də bizimkilər görər. Oradakı görülən işlərlə bağlı da 85.000 azn ödəniş danışıldı. Amma o işlə bağlı müqavilə olmadı. Çünki əvvəl iş görülürdü və şifahi danışıqlar kifayət etdi.Açılışa 1 gün qalmış biz Crescent Malldakı işi yekunlaşdırıb təhvil verdik. Proses 2024-cü ildə baş vermişdir.Afiyəddin Cəlilovdakı işin crescent malldakı işdən sonra davam etdirilməsini iddiaçə özü tələb etmişdir. Sadəcə işlər mərhələ-mərhələ həyata keçirilirdi. Crescent Malldakı işləri yekunlaşdırdıqdan sonra tərəflər arasında mübahisələr başladı. Mübahisə pulun məbləği ilə bağlı idi. Afiyəddin Cəlilovdakı obyektdə təxmini 56.000 azn-lik görülməli olan iş qalmışdı. Müqavilədə və danışıqlarda təhvillə bağlı müddət nəzərdə tutulmamışdır.Evfemiyanın təklifi ilə 2-ci obyektdə işlərin görülməsinə başlanıldı. Afiyəddin Cəlilovdakı obyektdəki işlərin ləngiməsi Evfemiyanın özünün təklifi ilə bağlıdır, çünki onlar Crescent Malldakı işin daha tez təhvil verilməsini istəyirdilər. V. Tətbiq edilən hüquq:

33. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

34. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

36. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

37. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

38. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, şahid ifadələr və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli podrat xidmətləri haqqında müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən podratçı tərəfindən görülməli olan havalandırma işlərinin dəyəri 187000 manat məbləğində müəyyən edilmiş, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq ümumi müqavilənin dəyəri olan 187 000 manat pul vəsaitindən 175 000 manat məbləğində pulu cavabdehin hesabına köçürmüşdür. Tərəflər arasında işin mübahisəsiz hallarından biri də, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilən qyr yaşayış sahəsində havalandırma işlərinin müəyyən hissəsinin görülməsidir. Tərəflər arasında mübahisələndirilən hal, cavabdeh iddianı qəbul etməyərək, iddiaçı tərəfindən ödənilən 175000 manat məbləğində işlərin görüldüyünü qeyd edir, iddiaçı isə, cavabdeh tərəfindən 40000 manat məbləğində işlərin gürüldüyünü qeyd edərək, onun tərəfindən cavabdehə artıq ödənilmiş 135000 manat pulu, işlərin gecikdirilməsinə görə dəymiş zərəri və əldən çəxmış faydanı tələb edir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin müqavilə üzrə cavabdeh tərəfidən gürlmüş işlərinin dəyərinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixndən məhkəmə ekspertizası təyin edilmiş, lakin tədqiqat obyektində iddiaçı tərəfindən görülməyən işlər tamamlandığı üçün, ilkin vəziyyət saxlanılmadığı üçün məhkəmə ekspertizası aparılmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli podrat xidmətləri haqqında müqaviləyə əsasən cavabdeh tərəfindən işlərin tam yerinə yetiriləməsi işin mübahisəsiz halı olduğundan, iddiaçı tərəfindən işlər tamamlandığı üçün ekspertiza rəyi verilməsindən imtina edildiyindən, müqavilə üzrə qeyri yaşayış sahəsində görüləcək işlərinin tamamının dəyərinin 187000 manat müəyyən edilməsi nəzərə alınaraq cavabdeh tərəfindən görülən işlərin dəyərini ancaq, iddiaçı tərəfindən işlərin tamamlanması üçün çəkilən xərclərlə müəyyən etmək mümkündür.

39. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin tam yerinə yetirilməməsi həmin işlərin tamamlanması üçün iş materiallarında olan iddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə olan alqı-satqı və xidmət müqavilələri,habelə cavabdehin nümayəndəsinin məhkəmə iclasında olan izahatı ilə təsdiq olunur.

40. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqları ilə təsdiq olunur ki İddiaçı MMC tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin tamamlanması üçün ümumilikdə 71342.34 manat məbləğində xərc çəkilmişdir.

41. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasənda, iddiaçının mübahisəli qeyri yaşayış obyektində cavabdeh tərəfindən görülməyən işlərin tamamlanması üçün çəkdiyi xərclər nəzərə alınmaqla, cavabdeh tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək mümkündür. Beləliklə, müqavilənin ümumi qiyməti 187 000 manat məbləğindən iddiaçı tərəfindən çəkilmiş 71342.34 manat xərc çıxıldıqda 115657.66 manat cavabdeh tərəfindən görülmüş ümumi işlərin dəyəri təşkil edir.

42. Lakin iddiaçı müqavilə üzrə nəzərdə tutulan 187 000 manat pul vəsaitindən 175 000 manat pulun ödənilməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə ödənilən məbləğdən, cavabdeh tərəfindən görülən işlərin dəyəri çıxılmaqla, qalan məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.(175000- 115657.66 =59342.34)

43. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC-dən İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirmədiyi üçün vurulmuş maddi zərərin əvəzi qismində 59342.34 manat əsas borc tutulmalıdır.

44. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin həmin işlərin gecikdirilməsinə görə cəmi 1 (bir) ay üçün 280500 manat cərimənin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, MM-nin 467-ci maddəsinin tələblərinə əsasən cərimə məbləği 3000 manat məbləğində müəyyən edilməlidir.

45. Bundan əlavə iddiaçı ödənilmiş icarə haqqının əvəzi qismində 6 ay üçün 93000 manat pulun tutulmasını xahiş etmişdir.

46. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 21, 443.4-cü maddəsinə əsasən, həmin hissədə (əldən çəxmış fayda) sübut təqdim olunmadığından iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, şahid ifadələrindən və tərəflərin izahatlarından, həmçinin müqavilənin məzmunundan göründüyü kimi, hazırki müqavilə üzrə işlərin tam təhvil verilmə anı göstərilməmişdir. Qeyd edilən halalr nəzərə alınmaqla, iddiaçı əldən çıxmış faydaya dair iddiasını sübut edə bilməmişdir.

47. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 808.78 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

48. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 277 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 59342.34 manat (əlli doqquz min üç yüz qırx iki manat otuz dörd qəpik) əsas borc, 3000 manat (üç min) və ödənilmiş 277 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar