Məhkəmə qərarları › İş №e-2-2(113)-2926/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2926/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2926/2021 17.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, İddiaçı MMC-nin vəkili X3, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri və vəkilləri Nümayəndə, X2 iştirakları ilə, İddiaçı "AS Texnoservis” MMC-nin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə tələbinə dair komersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "AS Texnoservis” MMC cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı MMC arasında imzalanmış 25.09.2019-cu il tarixli müqaviləyə xitam verilməsi, "xxxx" Şirkətinin A.R. filialının müqavilə üzrə öhdəliklərini kobudcasına pozması nəticəsində İddiaçı MMC-yə dəymiş 4.559.000 ( dörd milyon beş yüz əlli doqquz min ) ABŞ dolları maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 09 aprel 2021-ci il tarixindən sonra sahədə qalan, cavabdehin yaratmış olduğu əngəllər səbəbindən işçi sahədən çıxarılması mümkün olmayan İddiaçı MMC-yə məxsus olan əmlakların, alət və vasitələrin və mal–materialın istismarı dayandırılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və X6 ərizə verərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılması və işin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə göstərilmiş əsasla işin baxılmamış saxlanmasına etiraz etdi və eyni zamanda iddia ərizəsinin MPM-nin 259.0.5-ci maddəsi ilə baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X1 Vasif Rəsul oğlu tərəfindən təqdim edilmiş ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış 25.09.2019-cu il tarixli, ********** saylı müqavilədən yaranmışdır. Həmin müqavilənin predmetinə daxil olan işlər və xidmətlər Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan işlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1 və 40.2-ci maddələrinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Məhkəmə qeyd edir ki, 25.09.2019-cu il tarixli, ********** saylı müqavilənin 11.1 və 11.2-ci bəndlərinin məzmunundan görünür ki, müqavilədən irəli gələn mübahisələrə İngiltərə qanunları ilə London arbitrajında ingilis dilində baxılması barədə tərəflər razılığa gəlmişlər. Azərbayan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində icraata xitam verilməsi əsasları göstərilmişdir. Həmin maddəyə görə iş üzrə icraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və ya qanunvericilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. Azərbayan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bu o deməkdir ki, iş məhkəmədə baxılmalı deyildirsə, hakim bu halda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad çıxarmalıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Lakin iş məhkəmədə baxılmalı olmadığı halda iddia ərizəsi səhvən baxılmaq üçün məhkəmənin icraatına qəbul edilmişdirsə, bu zaman ərizəyə əsasən məhkəmədə başlanmış işin icraatına xitam verilməlidir. Mülki Prossesual Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin hazırki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, hazırki mübahisə ilə bağlı məsələlərə İngiltərə qanunları ilə London arbitrajında ingilis dilində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "AS Texnoservis” MMC-nin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar