Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-297/2023 22.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və X3 qarşı “ipoteka predmetinin əvəz edilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və X3 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ipoteka saxlayanın razılığı olmadan Cavabdeh2 MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində, həmin ünvanda inşa edilən və 01 iyun 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən X3 veriləcək ümumi sahəsi 166.6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə BOKT "xxxx" QSC-nin ipoteka hüququnun şamil edilməsi, həmçinin mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddiа ərizəsinə görə ödənilmiş 840 mаnаt dövlət rüsumu məbləğinin cavabdehlərdən tutularaq BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitinin artırılması məqsədilə, 18 ay müddətinə, 200.000 manat məbləğində krеdit xətti açılmış və bununlа bаğlı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X14 Məsuliyyətli Cəmiyyəti arasında 07 iyul 2017-ci il tarixli 005-KTİ-0001-17 saylı Krеdit xətti müqаviləsi bаğlаnmışdır. Kredit xətti Müqaviləsinin 1.2-ci bəndinə əsasən For Rest MMC-yə 200.000 manat məbləğində kredit verilmiş və bununla bağlı 13 iyul 2017-ci il tarixli, 005-KTİ-0001- 17 Kredit Müqaviləsi imzalanmışdır. 07 iyul 2017-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 07 iyul 2017-ci il tarixdə bağlanmış 005-KTİ- 0001 saylı X7 əsasən X3 məxsus ünvan 1 ünvanında yerləşən, dəyəri 550.000 manat məbləğində qiymətləndirilmiş, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsi BOKT "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyulmuş əmlak BOKT "xxxx" QSC-nin girovu kimi dövlət reyestrində (reyestr nömrəsi **********06-05101- 083002, qeydiyyat nömrəsi **********) 11 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC 07 iyul 2017-ci il tarixli, 005-KTİ-0001-17 saylı Kredit Xətti Müqaviləsi və 13 iyul 2017-ci il tarixli 005-KTİ-0001-17 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 15 fevral 2019-cu il tarixə olan 120.686,52 manat əsas borcu, 25. 617,21 manat məbləğində faiz borcu kapitallaşdırılaraq, cəmi 146.303,73 manat kredit borcunun 36 ay müddətinə geri qaytarılmasına dair "xxxx" MMC ilə BOKT "xxxx" QSC arasında 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavə imzalanmışdır. Bununla əlaqədar olaraq 07 iyul 2017ci il tarixli 005-KTİ-0001-17 saylı X7 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavə edilmişdir. 07 iyul 2017-ci il tarixli 005-KTİ-0001-17 saylı X7 edilmiş 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavə 21 iyul 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. 07 iyul 2017-ci il tarixli, 005-KTİ- 0001-17 saylı X7 edilmiş 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavənin 1.2-ci bəndində qeyd edilir ki, tərəflər razılaşır ki, For Rest MMC ilə BOKT Embafinans QSC arasında 07 iyul 2017-ci il tarixdə bağlanmış, 005- KTİ-0001-17 saylı Kredit xətti müqaviləsinin təminatı olan, X5 ilə BOKT "xxxx" QSC arasında bağlanmış 005-KTİ-0001-17 saylı Sonrakı ipoteka müqaviləsi həmçinin "xxxx" MMC ilə BOKT Embafinans QSC arasında bağlanmış 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavənin də təminatıdır. "xxxx" MMC-nin BOKT "xxxx" QSC qarşısında kredit öhdəliklərinin icrasının təminatı olan əmlak ipoteka saxlayanın razılığı və məlumatı olmadan qanunvericiliyin tələblərinə zidd olaraq Cavabdeh2 MMC tərəfindən sökülmüşdür. Nəticədə kredit öhdəliyi təminatsız qalmış və BOKT Embafinans QSC-nin qanunla qorunan mənafeyi və maraqları pozulmuşdur. Cavabdeh X5 qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə yüklü əmlakı cavabdeh ARAZ-2011 A” MMC ilə birlikdə qanunsuz olaraq tamamilə məhv edərək BOKT Embafinans QSC-nin xeyrinə yüklü olan əmlakın yerində yeni bina inşa edilmişdir. Hesab edirik ki, ipoteka saxlayanın məlumatı və razılığı olmadan yüklü olan əmlakın sökülməsi və yerində başqa bir binanın inşa edilməsi ilə ipoteka saxlayana münasibətdə qanunsuz hərəkətə yol verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X8 iddiaya etiraz edərək, iddianı onlara münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsi BOKT "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Sonradan qeyd edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi bina Cavabdeh2 MMC tərəfindən pilot layihə çərçivəsində sökülmüş və yerində çoxmərtəbəli binanın tikintisinə başlanılmışdır. Cavabdeh2 MMC X5 ilə 01 iyun 2022-ci il tarixdə müqavilə bağlayaraq sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə elə həmin yerdə tikiləcək binada 166,6 kvm qeyri yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmişlər. Həmçinin məhkəmə qeyd edir ki, BOKT "xxxx" QSC-nin "xxxx" MMC, X5 və X6 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Sumqayıt Kommersiya Məhkəməsinin icraatındadır. İşin yuxarıda qeyd edilmiş hallarını heç bir tərəf mübahisələndirməmişdir. Hazırda iddiaçı tərəf verilmiş kreditin təminatsız qaldığını, onların xəbəri olmadan qeyri-yaşayış sahəsinin sökülərək yerində çoxmərtəbəli binanın tikildiyini və ipoteka ilə yüklü edilmiş əmlakın əvəzində Cavabdeh2 MMC ilə müqavilə bağlanaraq X3 166,6 kv.m qeyri-yaşayış sahəsi verildiyindən, ipotekanın X3 veriləcək ümumi sahəsi 166.6 kv.m olan qeyri-yaşayış sahəsinə şamil edilməsini xahiş edir. Məhkəmə hazırkı mübahisənin həlli baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsaəsn İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Yuxarıda sadalanmış normaların məzmunundan da, göründüyü kimi ipoteka hüququ daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Yəni qeyd edilməlidir ki, hər hansı bir əmlakın ipoteka ilə yüklü edilməsi üçün zəruri olan ilk şərt əmlakın mövcud olması və onun da, dövlət reyestrində qeydə alınmasıdır. Hazırkı halda isə, X3 məxsus olmuş BOKT "xxxx" QSC-də ipoteka ilə yüklü edilmiş Cavabdeh2 MMC tərəfindən sökülmüş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində Cavabdeh2 MMC ilə müqavilə bağlanaraq X3 veriləcək 166,6 kv.m qeyri-yaşayış sahəsi isə dövlət reyestrində qeydiyyatına alınmamışdır. Qeyd edilmiş əmlakın da, dövlət reyestrində qeydə alınmaması yəni dolayısı ilə mövcud olmaması ipotekanın qeyd edilmiş sonuncu əmlaka şamil edilməsi halını istisna edir. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və X3 qarşı “ipoteka predmetinin əvəz edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-297/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-297/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver