Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3004/2023 08.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X17 qızının katibliyi, iddiaçı “Masallı İsti- Su X9” MMC-nin nümayəndəsi vəkil Nümayəndə, cavabdeh “X13" ASC-nin nümayəndəsi X7 iştirakı ilə,ilə, İddiaçı “Masallı İsti-Su X9” MMC-nin cavabdeh “X13" ASC-yə qarşı ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Masallı İsti-Su X9” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Unibank KB" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, Umis-30/14 saylı ipoteka müqaviləsinə əsasən “Masallı İsti-su Fatmeyi X15” MMC-nin Masallı rayonu Qəriblər kəndində yerləşən əmlak kompleksi üzrə (külək, daşqın və sel nəticəsində məhv olmuş) ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X8 arasında xx.xx.2014-cü il tarixli UM30/14 saylı əsas kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, xx.xx.2018ci il tarixədək illik 17% ödəmək şərti ilə ******* ABŞ dolları, xx.xx.2015-ci il tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 24% ödəmək şərti ilə 200000 AZN məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli Umis-30/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən “Masallı İsti-Su X9” MMC-nin mülkiyyətində olan Masallı rayonu Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda X4 zamin durmuşdur. İpoteka predmetinin ilkin qiyməti isə ******* manat məbləğində qiymətləndirilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak kompleksi Masallı rayonunun dağlıq ərazisində yerləşir. 2017-2018-ci illərdə Masallı rayonu ərazisində baş vermiş güclü külək, daşqın və sel nəticəsində ipotekaya qoyulmuş əmlak kompleksinin 80%-dən çox hissəsi məhv olmuş, qalan hissəsi isə yararsız hala düşmüşdür. Bu barədə "xxxx" ASC-yə dəfələrlə şifahi və yazılı məlumatlar verilmiş, ərazinin foto şəkilləri banka göndərilmişdir. Bank tərəfindən isə MMC-yə heç bir güzəştlər olunmamışdır. Dəfələrlə banka müraciət olunaraq kreditin aylıq ödənişində güzəştlər olunmasını, faiz və cərimənin azaldılmasını xahiş etsək də heç bir nəticəsi olmamışdır. Hal-hazırda “Masallı İsti-Su X9” MMC-nin əmlaklarına daxil olan tikililəri son illərdə yəni 2021-ci il tarixdən sonra tikilmiş və təmir olunmuşdur. Lakin ipotekaya qoyulmuş əmlaklar isə 2003-2013-cü illərdə tikilmiş əmlaklardır. İpotekaya qoyulmuş əmlaklar faktiki olaraq məhv olduğundan ipotekaya xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən “Masallı İsti-Su X9” MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2017-2018-ci illərdə təbii fəlakət nəticəsində məhv edilmiş 80% tikillərin əvəzində onların yerləşdiyi yerində deyil, aralıda eyni təyinatlı yeni tikillər inşa edilmiş, digər 20% tikililər isə yarasız hala düşmüşlər. Odur ki, məhkəmədən ipotekaya qoyulan əmlakların bir qisminin məhv edildiyini, digərlərin isə yararsız hala düşdüyünü nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda izahatında hazırda ipotekaya qoyulmuş kompleksin fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X13" ASC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında tək-tək deyil, bir necə tikilidən ibarət 6 ha sahədə yerləşən kompleksin ipotekaya qoyulduğunu və həmin kompleksdə ayrı-ayrı əmlakların məhv olunmasının ipotekaya xitam verilməsi üçün əsas olmadığını, həmçinin 2020-ci ildə ümumi kompleksin likvid qiymətinin ******* manat məbləğində müəyyən edilməsi, həmin kompleksdə əmlakların mövcudluğunu təsdiq edildiyini nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli Umis-30/14 saylı İpoteka saxlayan “Unibank KB" ASC ilə ipoteka qoyan “Masallı İsti-Su X9” MMC arasında bağlanmış sonrakı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə İpoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində 1 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində reyestr nömrədi **********27-12301, qeydiyyat nömrəsi ********** qeydiyyatı aparılmış, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə “Masallı İsti-Su X9” MMC-nə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Masallı rayonu Qəriblər kəndində yerləşən Əmlak kompleksi kimi müəssisəni (bundan sonra sonrakı ipoteka predmeti) ipoteka saxlayana yenidən ipoteka qoyur (sonrakı ipoteka) xx.xx.2020-ci il tarixli 2(050)-24/2020 saylı Masallı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı “Unibank KB" ASC-nin cavabdehlər X5, X2 və Masallı “İsti-Su Fatimeyi-X15” MMC-yə qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» barədə iddiası qismən təmin olunmuş, cavabdehlər X3 və X1 müştərək qaydada xx.xx.2014-cü il tarixli UM-30/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08,10.2014-cü il tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 631375,37 ABŞ dolları əsas, 343106,10 ABŞ dolları faiz, 3000 ABŞ dolları cərimə olmaqla, cəmi 977481,47 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə), xx.xx.2015-ci il tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 168396,98 manat əsas, 71509,81 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 240906,79 manat məbləğində borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulması,tələbin ipoteka predmeti olan cavabdeh Masallı “İsti-Su Fatimeyi-X15" MMC-nin mülkiyyətində olan Masallı rayonu, Qəriblər kəndində yerləşən Əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılması və əmlakın hərracda satışından əldə olunan vəsait hesabına cavabdehlərin “Unibank KB" ASC-yə olan borc ödənilməsi, ipoteka predmeti olan Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan ən gec 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılması, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X3 və X1 müştərək qaydada tutulması, cavabdehlər X3 və X1 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində cəmi 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X6 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) hesabına tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmiş, İddiaçı "X16-X15" MMC-nin cavabdehlər "xxxx" ASC-yə, X5 və Masallı rayon 1 saylı Notariat Kontoruna qarşı «ipoteka müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsızlığı» tələbi barədə iddiası təmin edilməmiş, iddiaçı "X16-X15" MMC tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cəmiyyətin özünə aid edilmişdir. xx.xx.2021-ci il tarixli 2(106)-1279/2021 saylı Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsindən görünür ki, cavabdeh X8 və iddiaçı və cavabdeh “Masallı İsti-Su X9” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(050)-24/2020 saylı qətnaməsi cavabdeh X8 və iddiaçı və cavabdeh “Masallı İsti-Su X9” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli 2(102)-109/2022 saylı Azərbaycan Respubliaksı Ali Məhkəməsi Mülki kollegiyasının qərarından görünür ki, həm ilk, həm qarşılıqlı iddialar üzrə cavabdeh X8 və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Masallı İsti-Su X9” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli 2(106)-1279/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Reyestr nömrəsi **********27-12301, inventar nömrəsi 690 olan Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, balans saxlayıcı “Masallı İsti-Su X9” MMC Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən İsti -Su Sanatoriyasında 64 ədəd müxtəlif təyinatlı tikillər vardır. İİİ.Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun 48.1.4-ci maddəsinə əsasən ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2014-cü il tarixdə UM-30/14 nömrəli kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə ipoteka qoyan “Masallı İsti-Su X9” MMC arasında Umis-30/14 nömrəli sonrakı ipoteka müqaviləsi imzalanmış və sözügedən müqaviləyə əsasən ipoteka qoyan mülkiyyətində olan Masallı rayonu Qəriblər kəndində yerləşən “İsti-Su Sanatoriyası” əmlak kompleksini ipotekaya qoymuşdur. İpoteka qoyan “Masallı İsti-Su X9” MMC məhkəməyə müraciət edərək 2017-2018-ci illərdə baş vermiş güclü külək, daşqın və sel nəticəsində Masallı rayonunun dağlıq ərazisində yerləşən ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin 80%-dən çox hissəsi məhv edildiyini, qalan hissəsinin isə yararsız hala düşdüyünü nəzərə alaraq, xx.xx.2014cü il tarixli Umis-30/14 nömrəli sonrakı ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş “Masallı İsti-Su X9” MMC mülkiyyətində olan “İsti-Su Sanatoriyası” əmlak kompleksinin texniki pasportundan göründüyü kimi, sözügedən kompleks 6 ha səhədə yerləşməklə 64 ədəd müxtəlif təyinatlı (onlardan 42-si istirahət evləri) tikillərdən ibarətdir və ipotekaya tikillər ayri-ayrılıqda deyil, “İsti-Su Sanatoriyası” əmlak kompleksi bütövlüklə qoyulmuş və iddiaçının istinad etdiyi kimi həmin kompleks hazırda fəaliyyət göstərir. Göründüyü kimi ipotekaya 6 ha səhədə 64 ədəd müxtəlif təyinatlı tikillərdən ibarət “İsti-Su Sanatoriyası” əmlak kompleksi ipotekaya bütövlüklə qoyulmuş, əmlak kompleksinin ərazisində yerləşən 64 ədəd tikillərin təxminən 80% məhv edilsə də, onlar təzələri ilə əvəz edilmiş (iddiaçının istinad etdiyi kimi) və kompleksin hazırda fəaliyyətinin davam etdirilməsi tikillərin mövcudluğu təsdiq edilir. İddiaçı tələbində kompleksin ayrı-ayrı tikillərin məhv edilməsinə istinad etsə də, “İsti-Su Sanatoriyası” əmlak kompleksinin bütövlüklə məhv edilməsi və bunun nəticəsində fəaliyyətsiz olması ilə bağlı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “İsti-Su Sanatoriyası” əmlak kompleksini bütövlüklə ipotekaya qoyduğuna görə həmin kompleksdə yerləşən müxtəlif təyinatlı tikillərdən 63 ədədin belə məhv edilməsi ipoteka müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı "Masallı İsti- Su X9" MMC-nin cavabdeh "X13" ASC-yə qarşı "Masallı İsti-Su X9" MMC ilə “Unibank KB" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, Umis-30/14 saylı ipoteka müqaviləsinə əsasən "Masallı İsti-su Fatmeyi X15" MMC-nin Masallı rayonu Qəriblər kəndində yerləşən əmlak kompleksi üzrə (külək, daşqın və sel nəticəsində məhv olmuş) ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı "Masallı İsti-Su X9" MMC-nin cavabdeh "X13" ASC-yə qarşı "Masallı İsti-Su X9" MMC ilə “Unibank KB" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, Umis-30/14 saylı ipoteka müqaviləsinə əsasən "Masallı İsti-su Fatmeyi X15" MMC-nin Masallı rayonu Qəriblər kəndində yerləşən əmlak kompleksi üzrə (külək, daşqın və sel nəticəsində məhv olmuş) ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3004/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3004/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver