Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3037/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi,
1. İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı.
I. Kommersiya mübahisəsinin mahiyyəti:
2. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 1593 manat məbləğində əsas borcun, 2166.48 manat məbləğində cərimənin, ödənilmiş 57,60 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3817,08 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı MMC ilə Cavabdeh MMC arasında 05\24 saylı, 20 may 2024-cü il tarixli Podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinin 1.1 və 1.2-ci bəndlərinə əsasən, Podratçı sifarişçinin sifarişi ilə “İmişli rayonunda yerləşən mövcud pambıqtəmizləmə zavodunun layihəsinin konstruksiya hissəsində gücləndirmə işlərinin yerinə yetirilməsi”ni, Sifarişçi isə sifarişin yerinə yetirilməsi əvəzinə “Podratçıya” muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən, müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 3186 manat müəyyən edilmişdir. Müqavilənin 1.10-cu bəndinə əsasən, 1.9-cu bənddə göstərilən ümumi məbləğin 50%-i müqavilə imzalandıqdan sonra 5 bank günü ərzində avans şəklində ödənilməsi, digər 50%-nin isə layihə işlərinin tam qüsursuz təhvil verilməsindən sonra 5 bank günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1.6-cı bəndinə əsasən, sifarişin yerinə yetirilməsinə müqavilə imzalandığı tarixdən başlanılmalı və 90 təqvim günü ərzində tam şəkildə təhvil verməlidir. Müqavilənin 2.3-cü bəndinə əsasən, podratçı şifarişi müqavilənin 1.6-cı bəndində göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə, hər yubadılan gün üçün ümumi məbləğin 5% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən avans olaraq Cavabdeh MMC-nin hesabına ümumi məbləğin 50%-i miqdarında, yəni 1593 manat məbləğində pul köçürülmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilmədiyindən, müqavilənin 2.3-cü bəndinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (3186*0.5%*136gün)=2166.48 manat məbləğində cərimə hesablanmışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli podrat xidmətləri haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən "Podratçı" "Sifarişçi"nin sifarişi ilə İmişli rayonunda yerləşən mövcüd pambıq təmizləmə zavodunun layihəsinin konstruksiya hissəsində gücləndirmə işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən "Sifarişçi" isə sifarişin yerinə yetirilməsinin əvəzinə "Podratçı"ya muzd ödəməyi öhdəsinə götürür. - 1.5-ci bəndinə əsasən Sifariş "Sifarişçi" tərəfindən təhvil-təslim aktı əsasmda təhvil alınacaqdır. Əgər "Sifarişçi"nin hər hansı bir qüsura istinad edərək sifarişi təhvil almamağı ilə "Podratçı" razı deyilsə, o zaman sonuncu öz hesabma müstəqil ekspert dəvət edə bilər. Qüsur təsdiq olunsa "Podratçı" müqavilənin 2-ci bəndinə əsasən məsuliyyət daşıyacaqdır. Təhvil-təslim aktı əsasmda qəbul olunmuş sifariş "Sifarişçi"nin mülkiyyətinə keçir və bu mülkiyyət hüquqi mövcud qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir. - 1.8-ci bəndinə əsasən müqavilənin məbləği: 2700 manat, bundan başqa 18% ƏDV - 486.00 manat. Cəmi: 3186.00 manat. - 1.9-cu bəndinə əsasən müqavilənin qiyməti "Sifarişçi" tərəfindən "Podratçı"nın bank hesabma aşağıdakı ardıcıllıqla bank köçürməsi ilə ödəniləcəkdir: 1.9. -cu bəndində göstərilən ümumi məbləğin 50%-i müqavilə imzalandıqdan sonra 5 (beş) bank günü ərzində avans şəklində ödənilir; 1.9. -cu bəndində göstərilən ümumi məbləğin 50%-i layihə işləri tam qüsursuz təhvil verildikdən sonra 5 (beş) bank günü ərzində ödənilir.
- 2.3-cü bəndinə əsasən "Podratçı" sifarişi müqavilənin 1.6.-cı bəndində göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə, hər yubadılan gün üçün müqavilənin ümumi məbləğinin 0.5% həcmində cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2024 tarixində bağlanmış “Podrat Müqaviləsi №05/24 ” müqavilənin 2.3 bəndinə əsasən, öhdəliyin icra edilməməsinə görə xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinədək 2166.48 manat cərimə hesablanmışdır. Beləliklə, xx.xx.2025 tarixinə "xxxx" MMC-nin İddiaçı MMC-yə 1593 manat əsas, 2166.48 manat cərimə borcu mövcuddur.
11. Cavabdeh tərəfindən iddiaçıya AA2406 10327606 saylı xx.xx.2024-cü il tarixli 1593 manat məbləğində alınmış avans ödənişləri barədə eleketron qaimə-faktura göndərilmişdir.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış 27 avqust 2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 1593 manat borcu mövcuddur.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur. V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli il tarixli podrat xidmətləri haqqında müqaviləyə öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə işlər (yükvurma-yükboşaltma işləri, nəqliyyat-ekspedisiya xidmətləri və s.) yerinə yetirmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Halhazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçınə olan borcu 1593 manat təşkil edir.
19. İddiaçı tərəfindən qeyd edilən dəyərdə işlərin yerinə yetirilməsi və borcun olması faktı xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir.
20. Odur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli podrat xidmətləri haqqında müqavilə üzrə 1593 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 2166.48 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Göründüyü kimi cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
23. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 75 manat məbləğində müəyyən edilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 57.60 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
25. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 1593 manat (bir min beş yüz manat doxsan üç) manat əsas borc,75 (yetmiş beş) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova