Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-304/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Səyadulla oğlunun nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə və nümayəndə X2 iştirakları ilə, İddiaçı Səyadulla oğlunun Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Səyadulla oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 5750 manat görülmüş işlərin dəyəri, 10000 manat vurulmuş mənəvi zərərə görə kompensasiya, 210 manat hüquqi xidmətlərə görə vəkilə ödənilmiş haqq olmaqla cəmi 15960 manat pulun tutulub iddiaçıya ödənilməsi, bundan əlavə ödənilmiş dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (fiziki şəxs fərdi sahibkar) İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli TRN-LG03-2116 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə (daha sonra – Müqavilə) bağlanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməyimə baxmayaraq cavabdeh öz öhdəliklərini tam yerinə yetirməmiş, görülmüş işlərin (xidmətlərin) pulunu tam ödəməmiş, iddiaçıya xeyli borcu qalmışdır. Belə ki, Müqaviləyə əsasən iddiaçı fiziki şəxs fərdi sahibkar kimi cavabdehin sifarişi ilə Heydər Əliyev adına Neft emalı zavodunda çənlərdə qaynaq işlərinin keyfiyyətinə nəzarət xidmətlərini yerinə yetirməyi, cavabdeh isə görülən işlərin (xidmətlərin) haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə ilə həyata keçirilən işlər xüsusi peşəkarlıq tələb edən işlərdir. İddiaçı müvafiq sertifikata malik olmaqla bu xidmət üzrə peşəkardır və cavabdeh iddiaçının peşəkarlığını yoxlayaraq müvafiq müsabiqədən sonra iddiaçı ilə müqavilə bağlamışdır. İddiaçı müqavilə üzrə öz üzərimə düşən işləri layiqincə yerinə yetirmiş və işləri (xidmətləri) təhvil alınmışdır, heç bir irad, etiraz və narazılıq olmamışdır. Muqavilə üzrə görülmüş işlərin, yerinə yetirilmiş xidmətlərin təhviltəslimi, görülmüş işlərin təfsilatı və bu barədə hesabatlar (raport), cavabdehin (sifarişçinin) nəzarətində olan xüsusi proqram təminatı - “Pcloud proqramı” vasitəsilə sistemə yerləşdirilirdi və sifarişçinin (cavabdehin) meneceri Vüqar Məmmədov bunları qəbul edib təsdiqləyirdi. Yalnız bundan sonra çənlərin hidrotestə buraxılmasına icazə verilirdi. Aparılan qaynaq işləri və qaynaq tikişləri üzrə keyfiyyətə nəzarəti həyata keçirdikdən və bu barədə müsbət raport tərəfimdən verildikdən sonra sözügedən çənlər hidrotest (təqyiqli su vasitəsilə test yoxlanışı) üçün hazır hesab edilir və hidrotest aparılmasına icazə verilirdi. Qaynaq işlərinin keyfiyyət nəzarəti iddiaçıya həvalə edilmiş yuxarıda bəhs etdiyim bütün çənlər hidrotestə buraxılmışdır. Həmin çənlərdə aparılmış qaynaq işlərinin keyfiyyəti barədə iddiaçıya cavabdeh tərəfindən hər hansı qüsur bildirilməmiş, heç bir irad və ya etiraz olmamışdır. Malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair aprel və may ayları üzrə elektron qaimələr cavabdeh tərəfində təsdiq edilmişdir. Bu işlərin qəbul ediyini bir daha təsdiq edir. Lakin iyun ayı üzrə elektron qaiməni cavabdeh əsassız olaraq təsdiq etməmişdir, halbuki müvafiq işlər (xidmətlər) həyata keçirilmişdir. İddiaçı iyun ayını 15-dək işləri (xidmətlər) icra etmişdir, həmin gündən etibarən iddiaçının zavoda girişi bloklanmışdır, giriş kartı deaktiv edilmişdir. Cavabdeh öz yazışmalarında da iddiaçının 15 iyun 2022-ci i tarixindən zavoda giriş kartımın blok edilməsini qeyd etmiş, 15 iyun gününədək iddiaçıya işlərin icrasını həvalə etmişdir. Cavabdeh müqavilə üzrə işləri xx.xx.2022-ci il tarixində dayandırmışdır, həmin tarixdən də iddiaçı müqavilə üzrə xidmət (iş) icra etmir. Müqavilənin bağlandığı tarixdən (xx.xx.2021-ci il) dayandırıldığı tarixədək (xx.xx.2022-ci il) iddiaçı müqavilə üzrə xidmətləri (işləri) icra etmişdir. İddiaçı cavabdehin müqavilə üzrə tapşırığı əsasında ünvan 1 ünvanında yerləşən zavodun (neft emalı zavodu) 63-cü sahəsində yerləşən 63-T-001 Methanolçəninin qaynaq işlərinin keyfiyyətinə nəzarət edirdi, bundan başqa 8 ədəd çənə də nəzarət edirdi, həmin çənlərlə bağlı işlər də iddiaçıya həvalə olunmuşdu. Hər gün zavodun 6-cı qapısından içəri girərək iş sahəsinə gedir və müvafiq işləri (xidmətləri) həyata keçirirdi. İşlər bu şəkildə davam edirdi və iddiaçıya ödənişlər edilirdi, hərçənd ki, xidmət haqqları vaxtında ödənilmirdi, ancaq 2022-ci ilin aprel ayınadək olan xidmət haqqları tam ödənilmişdir, lakin 2022-ci ilin aprel, may və iyun (15 iyunadək) ayları üzrə görülmüş işlərin qiyməti olan 5750 (2300 + 2300 + 1150 = 5750) manat iddiaçıya ödənilməmişdir. Dəfələrlə göndərilən pretenziyaya, edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Müqavilənin 2.2.1 bəndinə əsasən sifarişçi icraçının göstərdiyi xidmətlərin qiymətini bu müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməlidir. Müqaviləyə əlavə olunan (Əlavə № 1) 01 sentyabr 2021-ci il tarixli TRN-LG03-2116-PA001 nömrəli X1 əsasən xidmətlərin qiyməti aylıq 2300 manat müəyyən edilmişdir. Müqavilənin 6.6-cı bəndinə görə bu müqavilənin bitməsinə 15 gün qalmış, tərəflərin biri digərini müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq etmədiyi halda, müqavilə növbəti 1 il müddətinə həmin şərtlərlə uzadılmış sayılır. Beləliklə, cavabdeh Müqavilə öhdəliklərinə əməl etməyərək görülmüş işlərin dəyərini ödəməmiş, İddiaçı isə müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam yerinə yetirmişdir. Cavabdeh görülmüş işlərin dəyərini ödəməməklə öz öhdəliyini icra etməmişdir. Onu da qeyd edim ki, tərəfimdən görülmüş işlərin dəyərini cavabdeh baş podratçı olan digər təşkilatdan tam almışdır, lakin mənə tam ödəməmişdir (2022-ci ilin aprel, may, iyun ayları üzrə ödənişlər həyata keçirilməyib). Cavabdehin ucbatından iddiaçı həm də böyük mənəvi zərərə uğramışdır. Belə ki, ümid edilən haqqı almadığı üçün ailənin dolanışığı, maddi tələbatını təmin edə bilməmişdir, sarsıntıya məruz qalmış, borc almağa, başqalarından kömək istəməyə məcbur olmuşdur. Bütün bunlar iddiaçının sarsıntı, stress və iztirab keçirməyinə səbəb olmuşdur. Odur ki, cavabdehin maddi zərərlə yanaşı ayrıca iddiaçıya böyük bir mənəvi zərər vurduğu şübhəsizdir. Mənəvi zərərin həcmini 10000 manat olaraq qiymətləndirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı Səyadulla oğlunun nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tələb olunan görülmüş işlərin dəyəri kimi 5750 manat məbləğində olan vəsaitdən 2300 manat aprel ayı, 2300 manat may ayı və 1150 manat isə iyun ayı üçün nəzərdə tutulan ödəniləcək məbləğdir, aprel və may ayları üçün Cavabdeh MMC tərəfindən elektron qaimələr təsdiq edilsə də, iyun ayı üçün olan elektron qaimə təsdiq edilməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddianı qəbul etməyərək izahatında İddiaçı Səyadulla oğluna pul ödənilməyən dövrlər üzrə işlərin təhvil-təslim aktlarına əsasən müqavilənin 4.2-ci bəndinə əsasən təhvil verilmədiyini, bununla yanaşı ümumiyyətlə iddiaçının tam həcmdə görülən işləri əks etdirən aktı imzalamadığını nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, qaynaq işlərinin keyfiyyətinə gündəlik nəzarətin həyata keçiriləcəyinə baxmayaraq, İddiaçı Səyadulla oğlunun bəzi aylarda, əsasən iyun ayında işə gündəlik getmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, izahatında cəmiyyətin direktoru vəzifəsində işlədiyini, Heydər Əliyev adına Neft emalı zavodunda çənlərdə qaynaq işlərinin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə digər bir şirkətlə müqavilənin imzalandığını, lakin özünü müvafiq sertifikatının olmasına baxmayaraq, iş yükünün çox olması və qaynaq işlərinin keyfiyyətinə gündəlik nəzarətin həyata keçiriləcəyini nəzərə alaraq, həmin nəzarətin həyata keçirilməsini eyni sertifikata malik olan fərdi sahibkar kimi fəaliyyət göstərən İddiaçı Səyadulla oğluna tapşırıldığını və müvafiq xx.xx.2021-ci il tarixli xidməti müqavilənin imzalandığı, iddiaçıya 2021-ci il sentyabr, oktyabr, noyabr və dekabr, həmçinin 2022-ci ilin yanvar, fevral və mart ayları üçün xidmət haqqı ödənildiyini, hər ay üçün nəzərdə tutulan təhvil-təslim aktlarının tərtib edilmədiyini, həmçinin yekun nəzarət aktını məhz İddiaçı Səyadulla oğlunun imzalanmaqdan imtina etdiyini nəzərə alaraq, 2022-ci ilin aprel, may və iyun ayları üçün ödənişlərin aparılmadığını bildirmişdir. Bununla yanaşı izahatında bildirmişdir ki, 7 ay üçün ödənişlər aparılsa da, yalnız 4 ay üçün təhvil-təslim aktı tərtib edilmiş, 3 ay üzrə təhviltəslim aktı tərtib edilməməsinə baxmaraq pul ödənilmiş, 2022-ci ilin aprel və may ayları üçün elektron qaimə şirkət tərəfindən təsdiq edilsə də, 2022-ci ilin iyun ayında təhvil-təslim aktların tərtib edilmədiyini, işi əks etdirən yekun aktının İddiaçı Səyadulla oğlunun imzalamaqdan imtina etdiyini və həmin ayı sonuncunun işə gündəlik getmədiyini nəzərə alaraq həmin ay üçün elektron qaimənin şirkət tərəfindən təsdiq edilmədiyini, odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli TRN-LG03-2116 nömrəli İddiaçı Səyadulla oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində İddiaçı Səyadulla oğlu Cavabdeh MMC-nin sifarişi əsasında müqaviləyə əlavə hissəsində qeyd edilən xidmətlərin göstərilməsini öz öhdəsinə götürür, Cavabdeh MMC isə İddiaçı Səyadulla oğluna bu müqavilənin əlavə hissəsində qeyd edilmiş və razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli EBBX seriyalı 410030 nömrəli 2300 manat məbləğində və xx.xx.2022-ci il tarixli EBBV seriyalı 877270 nömrəli 2300 manat məbləğində elektron qaimələrdən görünür ki, iddiaçının müqavilə üzrə göstərdiyi 4600 manat məbləğində xidmət sistem tərəfindən təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hüquqi yardım üçün Bakı şəhəri 2 saylı Vəkil Bürosuna 211 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC Heydər Əliyev adına Neft emalı zavodunda çənlərdə qaynaq işlərinin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə digər bir şirkətlə müqavilə imzalamış və sözügedən qaynaq işlərinin keyfiyyətinə nəzarəti fərdi sahibkar kimi fəaliyyət göstərən İddiaçı Səyadulla oğluna tapşıraraq xx.xx.2021-ci il tarixdə tərəflər xidməti müqaviləni imzalamışlar, iddiaçıya 2021-ci il sentyabr, oktyabr, noyabr və dekabr, həmçinin 2022-ci ilin yanvar, fevral və mart ayları üçün, hətta 3 ay üzrə təhvil-təslim aktı tərtib edilməməsinə baxmaraq xidmət haqqı ödənilmiş, həmçinin aylıq təhvil-təslim aktı tərtib edilməyən 2022-ci ilin aprel və may (elektron qaimələr şirkət tərəfindən təsdiq edilib) və iyun (elektron qaimə şirkət tərəfindən təsdiq edilməyib) ayı üçün xidmət haqqı ödənilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xidmət haqqı tələbi hissəsində iddia qismən, yəni 2022-ci ilin aprel və may ayları üçün təmin edilməlidir, belə ki, cavabdeh aylıq təhvil-təslim aktının tərtib edilmədiyinə istinad etsə də, əvvəlki aylıq təhvil-təslim aktın tərtib edilməyən 3 ay üçün ödənişləri etməklə işi faktiki qəbul etmiş, mübahisəli aylar üzrə də, Cavabdeh MMC elektron qaimələri təsdiq etməklə işi faktiki qəbul etmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, 2022-ci ilin iyun ayının xidmət haqqı təmin edilə bilməz, belə ki, Cavabdeh MMC sözügedən ay üçün elektron qaiməni təsdiq etməməklə işi faktiki qəbul etməmişdir. Məhkəmə 10000 manat məbləğində vurulmuş mənəvi zərərə görə kompensasiya tələbi ilə bağlı qeyd edir ki, mənəvi zərərlə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə 210 manat məbləğində xərc təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Səyadulla oğlunun iddiası qismən təmin edilməli və Cavabdeh MMC-dən 4600 manat məbləğində əsas borc və 210 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc tutularaq İddiaçı Səyadulla oğluna ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4600 manat məbləğində əsas borc və 210 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc tutularaq İddiaçı Səyadulla oğluna ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-304/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-304/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver