Məhkəmə qərarları › İş №e-2-2(113)-3086/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3086/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3086/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Bakı Dövlət Universiteti” X4rşı əmlak tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əmlak tələbi, mülkiyyətin müdafiəsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “Yusi KO" MMC-nin cavabdeh "Bakı Dövlət Universiteti" X6rşı əmlakın təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Dövlət Universitetindən xx.xx.2019-cu il tarixli aktda qeyd olunan malların alınaraq ona təhvil verilməsi, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı vəkil Bürosuna ödənilmiş 400 manat pulun, dövlət rüsumunun əvəzi kimi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 04 noyabr 2016-cı il tarixdə podrat müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən, BDU-nun ərazisində “Yüksək Texnologiyalar Mərkəzi” adlanan binanın tikintisinin şirkət tərəfindən aparılması nəzərdə tutulmuşdur. Daha sonra Universitet rəhbərliyinin dəyişdirilməsi səbəbindən işlər yarımçıq dayandırılmışdır. Bundan sonra "xxxx" MMC-yə məxsus mal-material, alətlər və avadanlıqlar BDU-nin saxlancında (tikinti ərazisində) qalmışdır. İşlərin dayandırılması, görülmüş işlərin təhvil verilməsi və "xxxx" MMC-yə məxsus BDU-nun anbarında qalan tikinti və s. materiallarla bağlı tərəflər arasında üzləşmə aktları bağlanmışdır. Bundan sonra iddiaçı tərəfindən ona məxsus əmlakı geri qaytarmaq istədikdə cavabdeh tərəfindən buna şərait yaradılmamışdır. Dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq ona məxsus əmlakların geri qaytarılması və ya təhvil verilməsinə heç bir şərait yaradılmamışdır. Sonuncu dəfə cavabdehə rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə 005 saylı “Pretenziya” ünvanlanmış və onlara məxsus avadanlıqların 10 gün ərzində geri qaytarılması xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəf hərəkətsiz qalmaqla "xxxx" MMC-yə məxsus malları özündə saxlamaqda davam etmişdir. Qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cı il tarixli aktla 289 sayda malların "xxxx" MMC-yə aid olması və cavabdehdə saxlanması təsdiqlənmiş, daha sonra yenidən tərəflər arasında xx.xx.2019-cı ildə akt imzalanaraq əlavə 18 sayda malların "xxxx" MMC-yə məxsus olması təsdiq edilmişdir. Hazırda ona məxsus əmlakın cavabdehdə saxlanılması iddiaçının hüquqlarının pozulması ilə yanaşı şirkətin maliyyə itkisi ilə qarşılaşmasına qədər gətirib çıxarmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə qeyd etmişdir ki, iddia tələbində qeyd edilmiş siyahı üzləşmə aktında qeyd edilənlərə uyğun olaraq tərtib olunmuşdur. Siyahı üzrə olan əmlaklar iş görüldüyü üçün ora aparılıb qoyulmuş, əksəriyyətindən istifadə olunmuşdur. Siyahıda qeyd edilən əksəriyyəti tikintidə istifadə olunan avadanlıqlardır. Hazırda iddiaçı həmin əmlakların yenisi ilə əvəz edilməsini istəmir, keçən müddət ərzində tikinti materiallarının yararsız vəziyyətə düşməsi onlara məlumdur, sadəcə olaraq aktda qeyd edilənlərin geri qaytarılmasını tələb edir. Sonda o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, tərəflər arasında qismən razılıq əldə olunmuşdur. Belə ki, üzləşmə aktı cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən siyahıda qeyd edilən 3000 kv metr laminatlardan başqa, digər bütün malların verilməsinə etiraz etmirlər. Eksperimental ekspertiza da keçirilsə təsdiq edilər ki, cavabdehdə həmin laminatlar yoxdur. Sonuncu tərtib edilmiş aktdan əvvəl tərəflər arasında bir akt da tərtib edilmiş, həmin aktda laminatlar qeyd olunmamıəşdır. Daha sonra sonuncu akt tərtib edilərkən laminatlar qeyd edilmiş, halbuki faktiki olmamışdır. Hansısa işçinin səhvi ucbatından ola bilər ki, aktda səhvliyə yol verilərək qeyd olunmuşdur. Həmin əmlakların hazırkı vəziyyəti barədə iddiaçı tərəfə qarantiya vermir. Belə ki, qeyd edilən əmlakların orada saxlanması müddətindən 4 il keçmiş, 2019-cu ildən 2024-cü ilə kimi materialların vəziyyəti dəyişilə bilər. Üzləşmə aktını yazan əməkdaşlar iddianın təmin olunduğu təqdirdə gəlib gördükləri əmlakların üzləşmə aktında qeyd edilən əmlaklar olduğunu təsdiqləyə bilərlər. Sonda iddia tələbinin qismən təmin olunmasına etiraz etməmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Bakı Dövlət Universiteti (Sifarişçi) və İddiaçı MMC (İcraçı) arasında imzalanmış 04 noyabr 2016-ci il tarixli 29 nömrəli Mallar (İşlər və Xidmətlər) üzrə Satınalma müqaviləsindən görünür ki, “Sifarişçi” Bakı Dövlət Universitetinin “Yüksək Texnologiyalar Mərkəzi”nin tikintisi işlərinin satın alınmasına görə “İcraçı”nın 2969753,34 AZN təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən “İcraçı”, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan malların təhvil verilməsini öhdəsinə götürmüşdür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərini ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr, cari ilin sonuna az vaxt qaldığından, müqavilə məbləğinin 50%-i qədərində avans ödənişi aparılması nəzərə alınması şərtləşdirilmişdir. Tender prosedurunda iştirak etmiş nazirliyin birbaşa tabeliyində olan internat tipli müəssisələri tərəfindən əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, Azərbaycan Respublikası Milli valyutası manatla 30 bank günündə gec olmamaq şərti ilə aparılır. xx.xx.2019-cu il tarixli akta əsasən Bakı Dövlət Universiteti və İddiaçı MMC Bakı Dövlət Universitetinin ərazisində yerləşən “Yüksək Texnologiyalar Mərkəzi”nin binasının yarımçıq tikilisində qalan 289 adda müxtəlif mal-materiallın təhvil-təslim (Forma-2) aktında olmadığını və inşaat işlərini aparan İddiaçı MMC-yə məxsus olduğunu təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli akta əsasən Bakı Dövlət Universiteti və İddiaçı MMC Bakı Dövlət Universitetinin ərazisində yerləşən “Yüksək Texnologiyalar Mərkəzi”nin binasının yarımçıq tikilisində qalan 18 adda müxtəlif mal-materiallın təhvil-təslim (Forma-2) və xx.xx.2019-cu il tarixli aktlarda olmadığını, həmçinin inşaat işlərini aparan İddiaçı MMC-yə məxsus olduğunu təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən kər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 159-cü maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmçinin “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında satınalma müqaviləsindən irəli gələn alqı-satqı və podrat münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq cavabdehin ərazisində yerləşən binanın tikintisi üçün işlərə başlamış, lakin cavabdeh hüquqi şəxsin rəhbərliyində olan dəyişikliklə əlaqədar olaraq iddiaçı tərəfindən işlərin görülməsi dayandırılmışdır. Bu zaman iddiaçıya məxsus olan əmlaklar cavabdehdə qalmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, aktlarda göstərilən 289 və 18 adda əşyalar iddiaçıya məxsusdur və cavabdeh tərəfdə qalmışdır. Cavabdeh 3000 kv.metr laminatlar istisna olmaqla, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli aktlarda qeyd olunan malların onun saxlancında olduğunu qəbul etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında siyahıda qeyd edilən 3000 kv.metr laminatlardan başqa digər bütün malların iddiaçıya qaytarılmasına etiraz etmədiyini qeyd etmişdir. Lakin cavabdeh tərəf həmin əmlakın cavabdehdə olmaması və ya iddiaçıya təhvil verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanaraq möhürlənmiş xx.xx.2019-cu il tarixli aktla 3000 kv.metr laminatın cavabdehə olması təsdiq olunduğundan, cavabdehin həmin hissədə etirazı əsassızdır. Göründüyü kimi iddiaçı işlərin görülməsi ilə əlaqədar müvafiq əşyaları cavabdehin ərazisində qalmaqla, ona məxsus olan əmlaklara mülkiyyət hüquqları məhdudlaşmışdır. İddiaçıya məxsus olan 289 adda və 18 adda malların cavabdehin sahibliyində olması xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli üzləşmə aktları, həmçinin nümayəndələrin izahatı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının MM-in 157.2-ci maddəsinə əsasən cavabdehin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək hüququ vardır. Beləliklə məhkəmə qanunvericilik normalarını, iddiaçıya məxsus əmlakların cavabdehin qanunsuz sahibliyində olması və iddiaçının həmin əmlakı tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən xx.xx.2019-cu il tarixli aktda qeyd olunan 289 adda mallar və xx.xx.2019-cu il tarixli aktda qeyd olunan 18 adda mallar alınaraq iddiaçıya təhvil verilməlidir. Bununla belə məhkəmə, cavabdehdə olan iddiaçıya məxsus əşyaların uzun müddət istifadəsiz olaraq saxlanıldığını, həmçinin bəzilərinin tikinti materialları olduğu üçün istifadə müddətlərinin olduğunu, iddiaçının həmin əşyaların, keçən müddət ərzində yararsız vəziyyətə düşməsi ilə razılaşdığını nəzərə alaraq hesab edir ki, həmin əmlakların mümkün amortizasiyası nəzərə alınmalıdır. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 400 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Bakı Dövlət Universiteti” X5 xx.xx.2019-cu il tarixli aktda qeyd olunan 289 adda mallar (mümkün amortizasiyaları nəzərə alınmaqla): 33 kisə sement, 42 kisə şpaklevka, 20 kisə kafel yapışdırıcısı, 7 kisə izolatex, 12 vedrə parakontakt, 12 vedrə ruberoid, 2 rulon d32 su şlanqı, 100 p.m kabel 2.5 mm, 100 p.m kabel 3x4 mm, 300 p.m kabel 3x6 mm, 500 p.m Kabel PVSnq (qırmızı) 3x4, 400 p.m d20 elektrik şlanq, 50 p.m d40 elektrik şlanq, 300 ədəd ciloz, 100 kq bolt qayka, 1 k-t nivelir, 200 p.m d8 mm tros, 30 m2 penoplast, 2 qutu antipas boya (qırmızı), 2 qutu antipas boya (göy), 40 p.m. profil c, 40 p.m. profil alümin (suvaq üçün), 100 p.m. flənş, 100 ədəd köşə (malyar), 05 ədəd elektrik qutu (plastmas), 600 p.m telefon kabeli, 20 kisə fitinq (borular üçün), 100 p.m boru izolyasiyası, 40 ədəd dikt 1520x1520x18mm, 20 m3 taxta, 3002 lesa (ayaqaltı), 5 t armatur, 24 p.m. metal profil 150x150, 12 p.m ikitavr N24, 200 kq bitum, 20 metr kəndir, 9 ədəd projektor, 9 ədəd vanna, 20 ədəd dəbliqə, 7 ton conta, 136 ədəd konsol 2m, 47 ədəd rod, 18 ədəd izolyasiya 10sm, 9 paket əlcək, 8 ədəd vedrə (plastik), 8 ədəd vedrə (metal), 4 ədəd araba, 8 top yumurta izolyasiya, 4 ədəd mişar, 2 ədəd 3lük (elektrik), 20 ədəd Lampa 150 Vt, 4 cüt rezin çəkmə, 15 kq yanmış məftil, 3 ədəd rolik, 3 ədəd yumuşaq birləşmə 60x30, 1 qutu xamut 87x95, 1 qutu xamut 63x76, 18 ədəd sosok DN25, 8 ədəd keçid DN 40/32, 5 ədəd keçid DN 50/40, 1 ədəd keçid DN 50/32, 3 ədəd keçid DN 75/50, 2 ədəd keçid DN 80/70, 2 ədəd keçid DN110/80, 2 ədəd TE DN 80/50/80, 21 ədəd sosok DN32, 5 ədəd mufta DN20, 6 ədəd dirsək DN50/90, 2 ədəd dirsək DN 100/90, 16 ədəd dirsək DN 76/90, 2 ədəd kollektor DN100, 8 ədəd manometr (su), 1 ədəd primus forsunka, 4 ədəd sverlo, 50 ədəd xamut (plastik) 100, 2 ədəd qaynaqçı maskası, 7 qutu elektrod, 66 ədəd selikon, 20 ədəd izolenta, 36 ədəd izolenta 10sm, 36 ədəd kağız skoç, 53 ədəd laqonda daşı 230, 1 ədəd nasos CP 750, 1 ədəd nasos 75F, 1 ədəd nasos MKP-60, 50 kq mismar 70, 10 kq mismar 70 (beton), 8 ədəd bel, 2 ədəd çadırlıq, 9 ədəd malyar skoçu, 2 ədəd stol, 4 ədəd stul, 3 ədəd çomadan (plastik), 2 ədəd çomadan (metal), 2 ədəd perforator, 4 ədəd drel, 1 ədəd qaynaq aparatı, 1 dəst ayaqaltı (təkərli), 1 ədəd metrə 50m, 1 ədəd metal lövhə 2x1, 1 ədəd qaldırıcı mexanizm, 1 ədəd armatur əyən, 3 ədəd boru 150/6m, 2 ədəd boru 150/4m, 15 ədəd sahə gödəkçəsi, 1 top metal xammal, 7 ədəd metal lövhə 3.30x1.26, 12 m şveller, 1 ədəd taxta kəsən dəzgah, 39 ədəd exentr 20/15, 4 ədəd xət vuran ip, 1 ədəd keçid 90x60/50x25, 1 ədəd keçid 50x50/50x30, 1 ədəd keçid 60x50/60x30, 1 ədəd keçid 60x35/37, 1 ədəd keçid 50x25/80x18, 1 ədəd keçid (bronz), 1 ədəd keçid 55x25/40x25, 2 ədəd keçid 50x25/50x20, 1 ədəd keçid 50x30/50x20, 1 ədəd keçid 50x25/22x22, 1 ədəd keçid 50x30/25x40, 1 ədəd keçid 60x30/60x50, 1 ədəd keçid 60x35/40x40, 1 ədəd keçid 60x50/60x35, 1 ədəd keçid 30x15/20x15, 1 ədəd keçid 20x20/30x15, 3 ədəd keçid 30x20/20x20, 1 ədəd keçid 40x20/30x15, 1 ədəd keçid 25x15/35x20, 1 ədəd keçid 50x20/40x15, 1 ədəd keçid 45x15/40x15, 1 ədəd keçid 55x20/50x20, 1 ədəd keçid 55x20/50x15, 1 ədəd keçid 60x45/60x35, 1 ədəd keçid 50x25/40x30, 2 ədəd keçid 50x20/30x20, 2 ədəd keçid 50x20/35x20, 1 ədəd keçid 35x20/25x15, 1 ədəd keçid 30x30/22x22, 1 ədəd keçid 70x40/60x30, 1 ədəd keçid 50x30/40x25, 1 ədəd keçid 60x30/60x25, 1 ədəd keçid 50x25/40x20, 2 ədəd dirsək (90°) 40x25, 2 ədəd dirsək (90°) 27x27, 1 ədəd dirsək (90°) 30x30, 1 ədəd dirsək (90°) 60x30, 1 ədəd dirsək (90°) 70x35, 1 ədəd dirsək (90°) 20x20, 1 ədəd dirsək (90°) 40x20, 5 ədəd dirsək (90°) 20x30, 1 ədəd dirsək (90°) 35x15, 3 ədəd dirsək (90°) 20x20, 1 ədəd dirsək (90°) 30x20, 1 ədəd dirsək (90°) 20x20, 1 ədəd dirsək (90°) 20x15, 1 ədəd dirsək (90°) 25x20, 1 ədəd dirsək (90°) 15x15, 2 ədəd dirsək (90°) 27x27, 3 ədəd dirsək (90°) 30x10, 1 ədəd dirsək (90°) 35x10, 1 ədəd Keçid 30x20(yuvarlaq), 1 ədəd keçid 32x35 (yuvarlaq), 1 ədəd keçid 50x45 (yuvarlaq), 1 ədəd kanal 50x30, 1 ədəd kanal 50x40, 1 ədəd kanal 60x30, 1 ədəd kanal 56x30, 1 ədəd kanal 30x20, 12 ədəd KON 144x25-55x25, 2 ədəd kanal 50x20(2m), 1 ədəd kanal 25x22(2m), 1 ədəd kanal 40x15, 2 ədəd kanal 40x20, 2 ədəd kanal 40x25, 1 ədəd kanal 15x15, 2 ədəd kanal 30x10, 1 ədəd kanal 35x35, 1 ədəd kanal 30x20, 3 ədəd kanal 70x40, 1 ədəd kanal 60x35, 3 ədəd kanal 50x20, 2 ədəd kanal 60x25, 1 ədəd kanal 80x50, 1 ədəd kanal 55x25, 1 ədəd kanal 50x25, 1 ədəd kanal 20x20, 2 ədəd kanal 50x35, 1 ədəd kanal 20x28, 1 ədəd kanal 20x35, 1 ədəd kanal 25x25, 9 ədəd Adaptır 19x19(h=20), 5 ədəd kanal 60x50, 1 ədəd kanal 60x30, 1 ədəd kanal 60x25, 1 ədəd kanal 60x35, 1 ədəd kanal 40x30, 8 ədəd kanal 40x25, 1 ədəd kanal 30x20, 4 ədəd kanal 35x25, 1 ədəd kanal 40x34, 3 ədəd kanal 45x25, 2 ədəd kanal 40x20, 1 ədəd kanal 20x10, 4 ədəd kanal 25x15, 2 ədəd kanal 60x25, 2 ədəd kanal 35x25, 6 ədəd kanal 35x15, 2 ədəd kanal 40x30, 2 ədəd kanal 60x30, 2 ədəd kanal 50x15, 1 ədəd kanal 40x15, 2 ədəd kanal 35x15, 1 ədəd kanal 10x10, 1 ədəd Kanal 15x15, 1 ədəd Kanal 30x10, 1 ədəd kanal 20x20, 1 ədəd kanal 25x25, 1 ədəd kanal 80x20, 1 ədəd kanal 26x26, 1 ədəd kanal 20x20, 1 ədəd kanal 50x25, 1 ədəd kanal 40x15, 1 ədəd keçid 50x20/30x20, 1 ədəd keçid 30x20/30x30, 1 ədəd keçid 50x30/40x25, 2 ədəd keçid 80x50/50x25, 1 ədəd keçid 50x20/50x25, 1 ədəd keçid 50x25/22x22, 1 ədəd keçid 80x20/60x25, 2 ədəd dirsək (90°) 45x25, 2 ədəd dirsək (90°) 40x40, 1 ədəd dirsək (90°) 30x15, 1 ədəd dirsək (90°) 55x40, 1 ədəd dirsək (90°) 60x20, 1 ədəd dirsək (90°) 35x35, 1 ədəd dirsək (90°) 50x25/37x37, 1 ədəd dirsək (90°) 50x20, 1 ədəd dirsək (90°) 50x25, 1 ədəd dirsək (90°) 60x35, 1 ədəd dirsək (90°) 50x25/37x37, 1 ədəd dirsək (90°) 40x35, 1 ədəd dirsək (90°) 40x25, 1 ədəd dirsək (90°) 80x20, 1 ədəd dirsək (90°) 55x20, 1 ədəd dirsək (90°) 55x15, 1 ədəd dirsək (90°) 55x30, 1 ədəd dirsək (90°) 35x35, 6 ədəd dirsək (90°) 50x20, 1 ədəd dirsək (90°) 40x20, 2 ədəd dirsək (90°) 25x25, 1 m kanal (Yuvarlaq) 0300, 2.9 m kanal (Yuvarlaq) 0400, 1.9 m kanal (Yuvarlaq) 0440, 1.7 m kanal (Yuvarlaq) 0441, 1.2 m kanal (Yuvarlaq) 0350, 1.6 m kanal (Yuvarlaq) 0250, 1 m kanal (Yuvarlaq) 0300, 1.4 m kanal (Yuvarlaq) 0400, 2 ədəd dirsək (90° yuvarlaq) 35x35, 3 ədəd dirsək (90° yuvarlaq) 25x25, 3 ədəd dirsək (90° yuvarlaq) 45x45, 1 ədəd dirsək (90° yuvarlaq) 40x40, 1 ədəd pantalon 25x50, 1 ədəd pantalon 40x20, 1 ədəd pantalon 40x25-20x20- 50x25, 1 ədəd pantalon 45x25-30x15-25x50, 1 ədəd pantalon 35x10-30x10-50x225, 1 ədəd dirsək (45°) 35x20, 1 ədəd dirsək (45°) 15x15, 3 ədəd dirsək (45°) 30x20, 1 ədəd dirsək (45°) 13x13, 1 ədəd dirsək (45°) 30x20, 2 ədəd dirsək (45° yuvarlaq) 240x240, 3 ədəd dirsək (45° yuvarlaq) 400x400, 2 ədəd üçlük (yuvarlaq) 500x240, 2 m yuvarlaq spiral kanal 315, 1 ədəd yuvarlaq spiral kanal dirsəvi 315/90, 1 ədəd yuvarlaq spiral kanal dirsəvi 315/45, 2 ədəd mufta 315, 1 ədəd çaka makina, 1 ədəd kenet makina, 1 ədəd kordon makina, 1 ədəd xətt vuran makina, 1 ədəd şilindir makina, 1 ədəd 2 gözlü səyyar sanitar qovşaq; Həmçinin, xx.xx.2019-cu il tarixli aktda qeyd olunan 18 adda mallar (mümkün amortizasiyaları nəzərə alınmaqla): 3000 m2 laminat, 10 ədəd plastik boru 1 m-lik 050, 55 ədəd plastik boru 2m-lik 050, 18 ədəd plastik boru 2m-lik 0100, 10 ədəd plastik boru 2m-lik 075, 1 ədəd profil 6m, 1 ədəd profil 1.8m, 1 ədəd sveller 3.9m, 7 ədəd alçıpan, 1 ədəd yumşaq birləşmə 50x80, 1 ədəd yumşaq birləşmə 50x25, 2 ədəd yumşaq birləşmə 60x35, 1 ədəd yumşaq birləşmə 25x15, 2 ədəd dəmir mufta 0400, 5 ədəd dəmir mufta 0300, 1 ədəd keçid 600x350, 27 ədəd dəmir qutu 45x45, 23 ədəd dəmir qutu 40x40 alınaraq İddiaçı MMC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və 400 (dörd yüz) manat hüquqi xidmət haqqının əvəzi cavabdeh “Bakı Dövlət Universiteti” X5 iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar