Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3138/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh3 142 747,99 (bir yüz qırx iki min yeddi yüz qırx yeddi manat doxsan doqquz qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 432,75 (dörd yüz otuz iki manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixə təyin olunmuş ilk hazırlıq iclasında iddiaçının nümayəndəsi iştirak etsə də, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında tərəflər iştirak etməmiş, tərəflərin məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında tərəflər iştirak etməmiş, tərəflərin məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdir. Tərəflər xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasına gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 432,75 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3138/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3138/2024
02.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver