Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3161/2021 15.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «7 №-li X4» MMC-nin cavabdeh X2rşı «xidmət müqaviləsi üzrə pul» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «7 №-li X4» MMC cavabdeh X2rşı «xidmət müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 18.792 (on səkkiz min yeddi yüz doxsan iki) manat məbləğində əsas borcun, 93.780 (doxsan üç min yeddi yüz səksən) manat məbləğində cərimə-dəbbə pulunun, 5000 (beş min) manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 939 (doqquz yüz otuz doqquz) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, «7 №-li X4» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, tərəflər arasında 14.12.2020-ci il tarixli, xidmət göstərilməsi haqqında A/7-M nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı Maksakov Nikolay Sifarişçi “7 №-li X4” MMC-nin sifarişi əsasında yuxarıda qeyd edilən müqavilənin əlavələrində göstərilən çertyoj üzrə “Fizuli-Əhmədbəyli-Şuşa” avtomobil yolunun tikintisi üçün Yataqxana və Ofis binasını 1 həftə müddətində Fizuli rayonu ərazisində qurmaq xidmətini göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1 -ci maddəsinə əsasən görüləcək işlərin ümumi qiymət üzrə 30% avans (əvvəlcədən ödəniş) məbləği olan 18.792 (on səkkiz min yeddi yüz doxsan iki) manat X5 bank hesabına ödənilmişdir. Lakin “7 №-li X4” MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib avans məbləğini ödəsə də, X7 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək xidmət müqaviləsində razılaşdırılan xidməti göstərməmişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən X6 09.02.2021 -ci il tarixdə mübahisənin məhkəməyə qədər nizamlanmasına dair xəbərdarlıq-pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış müqaviləyə xitam verildiyini və ondan 13.02.2021-ci il tarixə qədər “7 №-li X4” MMC tərəfindən ödənilmiş 18.792 (on səkkiz min yeddi yüz doxsan iki) manat avans məbləğinin geri qaytarılması tələb edilmişdir. Lakin, cavabdeh bu günə qədər borcu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3161/2021 saylı 15.09.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sifarişçi “7 №-li X4” MMC ilə icraçı X7 arasında bağlanmış 14.12.2020-ci il tarixli, xidmət göstərilməsi haqqında A/7-M nömrəli müqavilədən görünür ki, icraçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən xidmətləri razılaşdırılmış tarixəcən icra etməyi, sifarişçi isə həmin xidmətləri qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən ödənişlər müqavilənin əlavəsində göstərilən və tərəflər arasında imzalı şəkildə təsdiqlənmiş ümumi qiymət üzrə 30 % Avans (əvvəlcədən ödəniş), 20 % ilk təhvil-təslim aktı imzalandıqdan sonra, 50% yekun təhviltəslim aktına əsasən ödənilir. Həmin Müqavilənin 5.2.1-ci bəndinə əsasən xidməti bu müqavilənin şərtlərinə uyğun Sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir. Həmin Müqavilənin 5.2.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək icraçının vəzifəsidir. 14.12.2020-ci il tarixli xidmət göstərilməsi haqqında A/7-M nömrəli müqaviləyə edilmiş 1 nömrəli əlavədən görünür ki, icraçı Sifarişçinin təqdim etdiyi çertyoj üzrə Yataqxana binasını (bundan sonra layihə) Fizuli rayonu ərazisində, Sifarişçinin göstərdiyi yerdə 7 (yeddi) iş günü müddətində qurmağı razılaşdırılmışdır. Həmin Əlavənin 2-ci bəndinə əsasən layihə üzrə istifadə olunacaq bütün materiallar, daşınma, işçilik və bu məsələdən irəli gələn bütün xərclər icraçı tərəfindən qarşılanması razılaşdırılmışdır. Həmin Əlavənin 3-cü bəndinə əsasən görülən işlər üzrə binanın çöl divarları 100 mm-lik, daxili arakəsmələr 50 mm-lik Sendviç paneldən hazırlanması razılaşdırılmışdır. Həmin Əlavənin 4-cü bəndinə əsasən sendviç panelin üst dəmir qalınlığı 4 mm, ara hissəsi isə poleretan materialdan hazırlanması razılaşdırılmışdır. Həmin Əlavənin 5-ci bəndinə əsasən binanın damı fermalar atılmaqla şiferlərlə, daxili tabam asma tabanla qurulması razılaşdırılmışdır. Həmin Əlavənin 6-cı bəndinə əsasən çertyoj üzrə bütün qapı və pəncərələr, santexnika aksesuarlan,elektrik aksesuarlan, bütün santexniki və elektrik təchizatı icraçı tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. Həmin Əlavənin 7-ci bəndinə əsasən çertyoj üzrə yalnız beton işləri və binanın pol hissəsi sifarişçi tərəfindən öz hesabına həyata keçirilməsi razılaşdırılmışdır. Həmin Əlavənin 8-ci bəndinə əsasən görülən işlərə İcraçı tərəfindəni (bir) il zəmanət verilməsi razılaşdırılmışdır. Həmin Əlavənin 9-cu bəndinə əsasən yataqxana binası üzrə layihənin ümumi dəyəri 307.8 kv.m olmaqla, 32 320 (otuz iki min üç yüz iyirmi) manat təşkil etməsi razılaşdırılmışdır. 14.12.2020-ci il tarixli xidmət göstərilməsi haqqında A/7-M nömrəli müqaviləyə edilmiş 2 nömrəli əlavədən görünür ki, icraçı Sifarişçinin təqdim etdiyi çertyoj üzrə Ofis binasını (bundan sonra layihə) Fizuli rayonu ərazisində, Sifarişçinin göstərdiyi yerdə 7 (yeddi) iş günü müddətində qurmağı razılaşdırılmışdır. Həmin Əlavənin 2-ci bəndinə əsasən layihə üzrə istifadə olunacaq bütün materiallar, daşınma, işçilik və bu məsələdən irəli gələn bütün xərclər icraçı tərəfindən qarşılanması razılaşdırılmışdır. Həmin Əlavənin 3-cü bəndinə əsasən görülən işlər üzrə binanın çöl divarları 100 mm-lik, daxili arakəsmələr 50 mm-lik Sendviç paneldən hazırlanması razılaşdırılmışdır. Həmin Əlavənin 4-cü bəndinə əsasən sendviç panelin üst dəmir qalınlığı 4 mm, ara hissəsi isə poleretan materialdan hazırlanması razılaşdırılmışdır. Həmin Əlavənin 5-ci bəndinə əsasən binanın damı fermalar atılmaqla şiferlərlə, daxili tabam asma tabanla qurulması razılaşdırılmışdır. Həmin Əlavənin 6-cı bəndinə əsasən çertyoj üzrə bütün qapı və pəncərələr, santexnika aksesuarlan,elektrik aksesuarlan, bütün santexniki və elektrik təchizatı icraçı tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. Həmin Əlavənin 7-ci bəndinə əsasən çertyoj üzrə yalnız beton işləri və binanın pol hissəsi sifarişçi tərəfindən öz hesabına həyata keçirilməsi razılaşdırılmışdır. Həmin Əlavənin 8-ci bəndinə əsasən görülən işlərə İcraçı tərəfindəni (bir) il zəmanət verilməsi razılaşdırılmışdır. Həmin Əlavənin 9-cu bəndinə əsasən Ofis binası üzrə layihənin ümumi dəyəri 287,32 kv.m olmaqla, 30 200 (otuz min iki yüz) manat təşkil etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş, 16.02.2020-ci il tarixli 377 nömrəli ödəniş tapşırığından görünür ki, “7 №-li X4” MMC tərəfindən “X5 hesabına ümumilikdə 18792 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “7 №-li X4” MMC ilə X7 arasında bağlanmış 14.12.2020-ci il tarixli xidməti müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, müqavilənin əlavələrində göstərilən çertyoj üzrə “Fizuli-Əhmədbəyli-Şuşa” avtomobil yolunun tikintisi üçün Yataqxana və Ofis binasını 1 həftə müddətində Fizuli rayonu ərazisində qurmaq xidmətini göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini icra etmişdir, lakin cavabdeh öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış müqavilə əsasında tərtib edilmiş əlavələr, ödəniş tapşırığı təqdim edilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilədə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməmiş bu səbəbdən müqavilə öhdəlikləri üzrə iddiaçı tərəfindən ödənilmiş 18792 manat pul ona geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 93.780 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 93.780 manat cərimənin cavabdedən tutulmasını zəruri hesab edir. Məhkəmə iddia tələbinin 5000 (beş min) manat əldən çıxmış fayda ilə bağlı qeyd edir ki: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddi hüquq normasının tələblərini işin hallarına tətbiq edən zaman cavabdehin müqavilədə göstərilməsi nəzərdə tutulan xidmət işçi sahəsinin qurulmasına yönəlmişdir ki, cavabdehin həmin öhdəlikləri yerinə yetirmədiyi halda iddiaçının digər şəxslər qarşısında olan öhdəliklərinin təmin edə bilməməsinə səbəb olmuşdur. Bu səbəbdən də iddiaçının çəkdiyin xərclərin əvəzi olaraq 5000 manat cavabdehdən tutuıması tələbi təmin edilməlidir. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 939 manatın tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməli, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə müvafiq olaraq hesablanmış 939 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “X3 18.792 (on səkkiz min yeddi yüz doxsan iki) manat məbləğində əsas borc, 93.780 (doxsan üç min yeddi yüz səksən) manat məbləğində cərimə-dəbbə pulu, 5000 (beş min) manat əldən çıxmış fayda haqqı, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 939 (doqquz yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla cəmi 118.541 (bir yüz on səkkiz min beş yüz qırx bir) manat tutularaq, iddiaçı «7 №-li X4» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X3 18.792 (on səkkiz min yeddi yüz doxsan iki) manat məbləğində əsas borc, 93.780 (doxsan üç min yeddi yüz səksən) manat məbləğində cərimə-dəbbə pulu, 5000 (beş min) manat əldən çıxmış fayda haqqı, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 939 (doqquz yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla cəmi 118.541 (bir yüz on səkkiz min beş yüz qırx bir) manat pul tutularaq iddiaçı «7 №-li X4» MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3161/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3161/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver