Məhkəmə qərarları › İş №e-2-2(113)-319/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-319/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-319/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, mediasiya xərci və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqavilələrinin ləğv edilməsi və Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə xx.xx.2020ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, cəmi 87553,65 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat cəmi 151718,02 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat cəmi 127941,16 manat borcun və ödənilmiş 600 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC (indiki Cavabdeh MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2021ci il tarixli, PDL – 30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL – 51/20 saylı Tikintidə Subpodrat müqaviləsinə əsasən ardıcıllığa uyğun olaraq "xxxx" MMC Astara rayonunun Xiçəsu və Şəvqo kəndlərində, Lerik rayonun Loda kəndində modul tipli ibtidai məktəb binalarının tikinti-təmir işlərini həyata keçirməlidir. "xxxx" MMC (indiki Cavabdeh MMC) isə həmin məktəblərə görə ödənişləri etməlidir (bundan sonra Modenco MMC). "xxxx" MMC ilə Cavabdeh MMC (keçmiş adı:"xxxx" MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən "xxxx" MMC Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərini həyata keçirmişdir. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən Cavabdeh MMC-nin yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun ödəmək öhdəliyi vardır. Lakin, cavabdeh müəssisə icra edilmiş işlərin dəyərini ödəmir və üzərinə düşən öhdəliklərin icrasından məqsədli şəkildə yayınır. Qeyd edilməlidir ki, yuxarıda qeyd olunan müqavilə üzrə işlərin ümumi smeta dəyəri ƏDV daxil 87472,67 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən ƏDV daxil 25134,44 manat məbləğində vəsait ödənilmişdir. Yerdə qalan 62338,23 manat məbləğində vəsait ödənilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, Astara rayonu Xiçəsu kənd ərazisində inşa edilmiş məktəbin tikintisi zamanı smeta dəyərindən kənar əlavə xərclər çəkilmişdir. Qeyd olunan əlavə xərclər barəsində cavabdeh müəssisəyə məlumat verilmişdir. Lakin, cavabdeh müəssisə bu xərclərin də ödənişindən yayınmışdır. Əlavə xərclərin dəyəri ƏDV daxil 25215,42 manat təşkil etmişdir. Ümumilikdə cavabdeh müəssisənin Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, cəmi 87553,65 manat borcu mövcuddur. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh müəssisə ilə bizim müəssisə arasında imzalanmış digər müqaviləyə, yəni xx.xx.2020-ci il tarixli, PDL30/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən "xxxx" MMC Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərini həyata keçirmişdir. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən Cavabdeh MMC-nin bizim tərəfimizdən yerinə yetirilmiş işlərin dəyərini müqvailə şərtlərinə uyğun ödəmək öhdəliyi vardır. Lakin,cabadeh müəssisə tərəfimizdən icra edilmiş işlərin dəyərini ödəmir və üzərinə düşən öhdəliklərin icrasından məqsədlişəkildə yayınır. Qeyd edilməlidir ki, yuxarıda qeyd olunan müqavilə üzrə işlərin ümumismeta dəyəri ƏDV daxil 110956,78 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən ƏDV daxil 30612,24 manat məbləğində vəsait ödənilmişdir. Yerdə qalan 80344,54 manat məbləğində vəsait ödənilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, Astara rayonu, Şəvqo kənd ərazisində inşa edilmiş məktəbin tikintisi zamanı tərəflərindən smeta dəyərindən kənar əlavə xərclər çəkilmişdir. Qeyd olunan əlavə xərclər barəsində cavabdeh müəssisəyə məlumat verilmişdir. Lakin, cavabdeh müəssisə bu xərclərin də ödənişindən yayınmışdır. Əlavə xərclərin dəyəri ƏDV daxil 71373,48 manat təşkil etmişdir. Ümumilikdə cavabdeh müəssisənin Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, cəmi 151718,02 manat borcu mövcuddur. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh müəssisə ilə imzalanmış digər müqaviləyə, yəni xx.xx.2020-ci il tarixli, PDL52/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən "xxxx" MMC Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərini həyata keçirmişdir. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən Cavabdeh MMC-nin yerinə yetirilmiş işlərin dəyərini müqvailə şərtlərinə uyğun ödəmək öhdəliyi vardır. Lakin, cavabdeh müəssisə tərəfindən icra edilmiş işlərin dəyərini ödəmir və üzərinə düşən öhdəliklərin icrasından məqsədli şəkildə yayınır. Qeyd edilməlidir ki, qeyd olunan müqavilə üzrə işlərin ümumi smeta dəyəri ƏDV daxil 110112,61 müəyyən edilmişdir. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən ƏDV daxil 57987,63 manat məbləğində vəsait ödənilmişdir. Yerdə qalan 52124,98 manat məbləğində vəsait ödənilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, Lerik rayonu, Loda kənd ərazisində inşa edilmiş məktəbin tikintisi zamanı tərəfindən smeta dəyərindən kənar əlavə xərclər çəkilmişdir. Qeyd olunan əlavə xərclər barəsində cavabdeh müəssisəyə məlumat verilmişdir. Lakin, cavabdeh müəssisə bu xərclərin də ödənişindən yayınmışdır. Əlavə xərclərin dəyəri ƏDV daxil 75816,18 manat təşkil etmişdir. Ümumilikdə cavabdeh müəssisənin Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat, cəmi 127941,16 manat borcu mövcuddur. Yuxarıda qeyd olunan müqavilələrin 6.1-ci bəndinin tələbinə görə işlər Forma-2 və təhvil təslim aktı əsasında təhvil verilməlidir. Müəyyən mərhələlər üzrə cavabdeh müəssisə tərəfindən sənədlər imzalanmışdır. Sonradan, cavabdeh tərəfindən işin son nəticəsi üzrə sənədləşmələri həyata keçirilməsi təklif olunmuş və tərəfdən qəbul olunmuşdur. İşin nəticəsi, yəni işlərin bitib təhvil verilməsi mərhələsində cavabdeh müəssisə qərəzli şəkildə təqdim etdiyi Forma-2 və təhvil təslim aktlarını imzalamaqdan boyun qaçırmışdır. Çəkilmiş əlavə xərclər barəsində də, cavabdehə aktlar təqdim edilmiş, lakin cavabdeh həmin sənədləri də, imzalamaqdan yayınmışdır. Yuxarıda istinad olunan müqavilələrin 6.2-ci bəndinin tələbinə görə podratçı, Subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində Subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini Subpodratçıya qaytarmalı və yaxud Subpodratçıya İşlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər Podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər Subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında Podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, hər üç müqavilə üzrə işin əsas mahiyyəti müqavilədə qeyd olunan işlərin müəssisə tərəfindən icra edilməsidir. Cavabdeh müəssisə aktları, digər sənədləri imzalamaqdan boyun qaçırsa və ya başqa formada yayınsa da, məktəblərin tikilməsi və istismara verilməsi faktını (halını) inkar edə bilmir. Məktəblər inşa edilib, istismara təhvil verilib və hal-hazırda da, həmin məktəblər istifadə edilməkdədir. Yəni yuxarıda qeyd olunan işlərin görülməsi xüsusi sübuta ehtiyacı olmayan, artıq hamıya məluma olan haldı.

3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, hazırkı Modenco MMC (əvvəlki "xxxx"MMC ) ilə müqavilələr üzrə modul tipli ibtidai məktəbin quraşdırılması zamanı görüləcək iş və xidmətlərin göstərilməsi ilə əlaqədar subpodrat müqaviləsi imzalanmışdır. Həmin Subpodrat müqaviləsi üzrə görüləcək iş və xidmətlərin, həmçinin alınacaq materialların qiymətləri müqavilələrin ayrılmaz tərkib hissələri olan əlavə razılşma protokolları ilə tərəflər arasında razılaşdırlaraq rəsmləşdirilmişdir. Əlavə olaraq tərəflər arasında müqavilələr üzrə daim üzləşmələr aparılmış şəxsən "xxxx" MMC-nin direktoru X3 tərəfindən imzalanmış və möhürlənmiş Modenco MMC -tərəfindən öhdəliklərin tam icra edilməsi, "xxxx" MMC-yə qeyd edilən müqavilələr üzrə heç bir borcun qalmadığı barədə üzləşmə aktı və ayrılıqda borcun olmaması barədə etiraflar rəsmləşdirilmişdir. Həmçinin qeyd edilən Müqaviləyə əsasən subpodratçı qarşısında öhdəliklər tam icra edilmiş və müqavilə üzrə tərəflər arasında əvvəlcədən razılaşdırılan məbləğ nəzərdə tutulan həcmdə subpodratçının müqavilədə göstərilən rekvizitləri üzrə və kəsdiyi e-qaimələr əsasında bank hesablarına köçürülmüşdür. İddiaçı tərəfindən bu günədək kəsilmiş e-qaimələr üzrə tam ödəniş həyata keçirilmiş ödənilməmiş vəsait qalmamışdır. Həmçinin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş müqavilə şərtləri pozulmuşdur. Qeyd olunanlara əsasən tərəflər öz sərbəst iradələrinə əsasən müqavilələr və onun şərtlərini razılaşdırmaqla fəaliyyət göstərmişlər. İddiaçının əsassız varlanma niyyəti olaraq hazırkı məhkmədə qaldırdığı iddia nə görülən nə dəki təhvil verilən heç bir işin təsdiqedici sənədləri yoxdur bu səbədən də nə müqvilə ilə razılşdırılmış, nə də ki, görülməsini təsdiq edən hər hansı fəaliyyət sənədi ortaya qoyulmamışdır. Ehtimal olunur ki, iddiaçı hansısa cüzi miqdarda işləri öz niyyəti ilə etmiş və özünün iddiası əsasında xırda məbləğdə əlavə xərci yaranmışdır ki, bu da , nə həmin işlərin təhvil verilməsi, nədə ki müqavilə ilə razılaşdırılması ilə hayata keçirilmədiyi üçün iqtisadi fəaliyyət subyektinin riskləri sırasında ola biləcək nəticədir.

4. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin atırılmasına dair ərizə verərək Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-52 20 saylı tikintidə subpodrat müqavilələrinin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, PDL - 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsi kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 13524 manat, cəmi 101077,65 manat; xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 23003 manat, cəmi 174 721,02 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL- 52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat, gecikdirilmiş müddət üçün illik 5 % hesablanmaqla 17099 manat, cəmi 145040,16 manat borcun və ödənilmiş 400 manat mediasiya xərci və 310 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh “Modenco’' MMC-yə (keçmiş adı: “Providence Doytch İ.imited MMC) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqavilələrinin ləğv edilməsi və Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə xx.xx.2020ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, cəmi 87553,65 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat cəmi 151718,02 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat cəmi 127941,16 manat borcun və ödənilmiş 600 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, eyd edilməlidir ki, cavabdeh tərəf uzun müddət yaranmış borcu ödəmədiyi üçün geckdirilmiş müddət görə illik 5 faiz həddində faiz ödənilməsinin tələb edilməsi hüququndan istifadə etmək qərarına gəlinmiş və məhz bu səbəbdən də iddia tələbinin dəqiqşləşdirilməsinə və həcminin artırılmasına zərurət yaranmışdır. xx.xx.2020-ci il tarixli, PDL - 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, cəmi 87553,65 manat borca görə müqavilə müddəti bitdikdən məhkəməyə müraciət olunan tarixədək gecikdirilmiş müddət üçün illik 5 faiz olaraq hesablanmış məbləğ ƏDV daxil 13524 manat təşkil edir. Hesablanması qaydası: xx.xx.2020-ci il tarixli. PDL 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə işlər 3 aya tamamlanıb təhvil verilməliydi və cavabdeh tərəf xx.xx.2020-ci il tarixdə ödənişi tam etməli idi. Belə olan halda gecikdirilmiş müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət olunan gün) hesablanmalıdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət 3 il 1 ay 3 gün edir. Gün hesabı olaraq isə 1128 gün edir - 3 il X 365 gün + 30 (1 ay) + 3 gün = 1128 gün. 87 553,65 manat ümumi borcun 1 illik (365 günlük) 5 taizi 4377 manat təşkil edir-87553.65 : 100 x 5% = 4377 manat. 4377 manat məbləğin günlük qarşılığı 11,99 manat təşkil edir - 4377.68 : 365 gün = 11.99 manat. Ümumi gecikdirilmiş gün sayı 1128 gün olduğu üçün həmin müddət üçün illik 5 % hesablaması ilə məbləğ 13524 manat təşkil edir - 1128 x 11.99 azn = 13524 manat. xx.xx.2020-ci il tarixli, P D L -30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, cəmi 151718,02 manat borca görə müqavilə müddəti bitdikdən məhkəməyə müraciət olunan tarixədək gecikdirilmiş müddət üçün illik 5 faiz olaraq hesablanmış məbləğ ƏDV daxil 23003 manat təşkil edir. Hesablanması qaydası: xx.xx.2020-ci il tarixli, PDL - 30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə işlər 3 aya tamamlanıb təhvil verilməliydi və cavabdeh tərəf xx.xx.2020-ci il tarixdə ödənişi tam etməli idi. Belə olan halda gecikdirilmiş müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət olunan gün) hesablanmalıdır. xx.xx.2020ei il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət 3 il 12 gün edir. Gün hesabı olaraq isə 1107 gün edir - 3 il x 365 gün + 12 gün = 1107 gün. 151718,02 manat ümumi borcun 1 illik (365 günlük) 5 faizi 7585 manat təşkil edir - 15171 8.02 : 100 x 5% = 7585 manat. 7585 manat məbləğin günlük qarşılığı 20,78 manat təşkil edir - 7585.90 : 365 gün = 20.78 manat. Ümumi gecikdirilmiş gün sayı 1107 gün olduğu üçün həmin müddət üçün illik 5 % hesablaması ilə məbləğ 23003 manat təşkil edir - 1107 x 20.78 azn = 23003 manat. xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu Loda kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat cəmi 127941,16 manat borca görə müqavilə müddəti bitdikdən məhkəməyə müraciət olunan tarixədək gecikdirilmiş müddət üçün illik 5 faiz olaraq hesablanmış məbləğ ƏDV daxil 17099 manat təşkil edir. Hesablanması qaydası: xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə işlər 3 aya tamamlanıb təhvil verilməliydi və cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə ödənişi tam etməli idi. Belə olan halda gecikdirilmiş müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cii il tarixədək (məhkəməyə müraciət olunan gün) hesablanmalıdır. xx.xx.2021-ei il tarixdən xx.xx.2023-cii il tarixədək olan müddət 2 il 8 ay 6 gün edir. Gün hesabı olaraq isə 976 gün edir - 2 il x 365 gün +- 240 (8 ay) + 6 gün = 976 gün. 127941,16 manat ümumi borcun 1 illik (365 günlük) 5 faizi 6397 manat təşkil edir- 127941.16: 100 x 5% = 6397 manat. 6397 manat məbləğin günlük qarşılığı 17,52 manat təşkil edir-6397 : 365 gün = 17.52 manat. Ümumi gecikdirilmiş gün sayı 976 gün olduğu üçün həmin müddət üçün illik 5 % hesablaması ilə məbləğ 17099 manat təşkil edir - 976 x 17.52 azn = 17099 manat. İddia tələbinin həminin artırılması ilə əlaqədar iddianın artırılmış dəyərinə uyğun olaraq dövlət rüsumunun çatışmayan hissəsi ödənilərək tamamlanmışdır. Hazırkı iddia tələbinin dəyəri illik 5 % hesablama ilə birgə 417840,01 manat olduğundan dövlət rüsumunun ümumi məbləği 710.84 manat təşkil edir, jş materiallarına əlavə edimiş ödəniş qəbzlərinə görə mediasiya və dövlət rüsumu olaraq 658 manat ödəniş edilmişdir və dövlət rüsumunun çatışmayan hissəsi olan 53 manat hissəsi ödənilmiş və hazırki ərizəyə əlavə edilmişdir.

6. Cavabdehin nümayəndəsinin dəqiqləşmiş iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, iddaçı borcun yaranmasını nəinki sübut edən dəlilləri təqdim edə bilmir, ümumiyyətlə belə bir borcun olmasını, yaranmasını və mövcudluğunu hər hansı rəsmi sənədlə, dolayı sənədlərlə, Qiymət razılaşma protokolları, təhvil təslim aktları, qaimə fakturları, müqavilələr və ya tərəflər arası münasibətləri müəyyən edən səndləri təqdim edə bilmir. Heç qeyd etdiyi işlərin həyata keçirilməsini təsdiq edən digər debitor və kreditorlarla münasibətlərin və ya öhdəliklərin olmasını təsdiq edən heç bir sənəd bu günədək təqdim edilməmişdir. Çünki belə bir borc yoxdur bu iddiaçının öz şəxsi öhdəliklərini (şəxsi borclarını) tələbkarlar qarşısında örtmək üçün uydurulmuş bir tələbdir. Əlavə olaraq Modenko MMC tikinti sahəsində böyük və peşəkar işçi heyətinə, müvafiq lisenziyaya malik tanınmış müəsissə olmaqla Dövlət Satınalmasında Təhsil Nazirliyinin keçirdiyi bir sıra modul tipli müəsissələrin tikintisi üzrə 2017-2023-cü illərdə satınalma müsabiqələrində qalib olaraq ölkə ərazisində çoxsaylı modul tipli məktəb inşa edərək dövlətə təhvil vermişdir. Bu səbəbdən iddia rədd edilməlidir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi etiraz ərizələrinin məzmununa uyğun çıxış edərək iddia tələbi tamamilə qanunsuz və əsassız olduğu üçün rədd olunmasını xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. - Podratçı "xxxx" MMC ilə Subpodratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarındn istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini hjəmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar,smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur.

13. Müqavilənin 1.3-cü bəndinə əsasən əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və əlavələr hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında görülən işlər barədə tam razılaşmanı əhatə edir.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçının öhdəlikləri:

15. Müqavilənin 3.1.6-cı bəndinə əsasən subpodratçıdan müqavilə ilə müəyyən olunmuş müddətdə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işləri təhvil almaq.

16. Müqavilənin 3.1.7-ci bəndinə əsasən subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəmək.

17. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin qiyməti əlav ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır.

18. Müqavilənin 5.2-ci bəndinə əsasən işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır.

19. Müqavilənin 6.1-ci bəndinə əsasən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpotratçı tərəfindən 2 saylı formanın təqdim edilməsi ilə təsdiq edilir.

20. Müqavilənin 6.2-ci bəndinə əsasən podratçı, subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim emtəzsə, işlər supodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.

21. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə (forma 2) “2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərin qəbul Aktı” adlı sənəddə görülməli olan işlərin ümumi dəyəri 87472,67 manat müəyyən edilmişdir.

22. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Astara rayonu, Xıçəsu 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 21594,44 manat həcmində müəyyən edilmişdir.

23. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 2 saylı əlavədə Astara rayonu, Xıçəsu 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 6164,18 manat olmuşdur.

24. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə əlavə işlər ƏDV xaric 21369 manat müəyyən edilmişdir.

25. 06.07.2020-cı il tarixli EBAL987073 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 25134,44 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.

26. - Podratçı "xxxx" MMC ilə Subpodratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən:

27. Müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarındn istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini hjəmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.

28. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar,smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur.

29. Müqavilənin 1.3-cü bəndinə əsasən əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və əlavələr hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında görülən işlər barədə tam razılaşmanı təşkil edir.

30. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçının öhdəlikləri:

31. Müqavilənin 3.1.6-cı bəndinə əsasən subpodratçıdan müqavilə ilə müəyyən olunmuş müddətdə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işləri təhvil almaq.

32. Müqavilənin 3.1.7-ci bəndinə əsasən subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəmək.

33. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin qiyməti əlav ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır.

34. Müqavilənin 5.2-ci bəndinə əsasən işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır.

35. Müqavilənin 6.1-ci bəndinə əsasən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpotratçı tərəfindən 2 saylı formanın təqdim edilməsi ilə təsdiq edilir.

36. Müqavilənin 6.2-ci bəndinə əsasən podratçı, subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim emtəzsə, işlər supodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.

37. Müqavilənin 11.2-ci maddəsinə əsasən tərəflərdən hər biri digər tərəfi 30 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir.

38. xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə (forma 2) “2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərin qəbul Aktı” adlı sənəddə görülməli olan işlərin ümumi dəyəri 110956,78 manat müəyyən edilmişdir.

39. xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Astara rayonu, Şəvqo kəndi 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 3328,69 manat həcmində müəyyən edilmişdir.

40. xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Astara rayonu, Şəvqo kəndi 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 27283,55 manat olmuşdur.

41. xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə əlavə işlər ƏDV xaric 60486 manat müəyyən edilmişdir.

42. 06.07.2020-cı il tarixli EBAL987259 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 27283,55 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.

43. - Podratçı "xxxx" MMC ilə Subpodratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarındn istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini hjəmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.

44. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar,smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur.

45. 10.08.2020-cı il tarixli EBAN463437 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 11800 manat həcmində, xx.xx.2020-ci il tarixli, EBAT593447 saylı e-qaimə üzrə 24127,20 manat həcmində və xx.xx.2020-ci il tarixli, EBAV229390 saylı e-qaimə üzrə 17930,43 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.

46. xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə işlərin ümumi dəyəri 110.112,61 manat təşkil etmişdir.

47. xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Lerik rayonu, Loda kəndi 20 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 53857,67 manat olmuşdur.

48. xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə əlavə işlər ƏDV xaric 64251 manat müəyyən edilmişdir.

49. xx.xx.2020-ci il tarixli, PDL-5/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəso kəndində yerinə yetrilmiş təmir-tikinti işlərinin qəbul aktı üzrə görülmüş işlər 21369 manat olmuşdur.

50. 21.04.2021-ci il tarixli xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-21/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-30/20 saylı müqavilələr üzrə yekun üzləşmə aktı olan 1 saylı əlavəyə əsasən Astara rayon Xıçəso kənd 40 yerlik modul tipli məktəbin tikintisi üzrə bütün işlər yerinə yetirilib, məktəb direktorundan heç bir irad olmadığı, Astara rayon Şəvqo kənd 40 yerlik modul tipli məktəbin tikintisi üzrə su çəni doldurulmadığı və kombinin qoşulmadığı, qalan bütün işlər yerinə yetirildiyi, Lerik rayon Loda kənd 20 yerlik kənd məktəbinin tikintisi üzrə işlər yerinə yetirildiyi, amma göstərilən qüsurlar aradan qaldırılmalı olduğu qeyd olunmuşdur. (Qüsurlar-istinad divarlarının bəzi yerləri yenidən suvanmalı və emulsiya ilə rənglənməli, Beton yol və səkinin üstündən sement qum məhlulu ilə hamarlayıcı qatın verilməsi, girişdə sol tərəfdə yaşıllıq sahəsi betonlanmalı, Pilləkəndə qopmuş aqlay daşları bərpa olunmalı, aqlay tinləri və metal məhəccər uduqları cilalanmalı, Metal hasarda qüsurlar aradan qaldırılmalı və rənglənməli, Sınmış bardürlər düzəldilməli, Kombi otağının sökülüb, yenidən layihəyə uyğun quraşdırılmalı, su axıdan borunun çıxışı 15m məsafəyə uzadılmalı, Daxildə döşəməyə linonium vurulmalı, təmizlik işləri aparılmalı). Həmçinin "xxxx" MMC-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydə əsasən 6800 manat məbləğ müqabilində qeyd olunan bütün qüsurları 12 gün müddətində aradan qaldırmağı və obyektləri tam təhvil verilməsi öhdəliyi götürülmüşdür.

51. 24.01.2021-ci il tarixdə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-21/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-30/20 saylı müqavilələr üzrə yekun üzləşmə aktına əsasən PDL-51/20 saylı müqavilə üzrə qalıq borc-12799,47 manat, PDL-21/20 saylı müqavilə üzrə qalıq borc 2223,88 manat və PDL-30/20 saylı müqavilə üzrə qalıq borc 2820,94 manat borc qaldığı və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

52. 18.04.2024-cü il tarixli Bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya Astara rayonu Xiçəsu kəndində yerləşən məktəbə görə 3000 manat və 18300,37 manat; Astara rayonu Şəvqo kəndində yerləşən məktəb üzrə 23121,65 manat; Lerik rayonu Loda kəndində yerləşən məktəb üzrə isə 10.000 manat, 20446,79 manat və 15195,26 manat ödənişlər edilmişdir.

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 10/9943 saylı rəyinə əsasən Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış təmi-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 73416 manat məbləğində olduğu, Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmi tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 21369 manat məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 93318 manat (ƏDV-siz və əmtə əşyaları nəzərə alınmadan)məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktən üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60486 manat məbləğində olduğu, Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 92669 manat (ƏDV-siz və əmtəə əşyalara nəzərə alınmadan) məbləğində olduğu və Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 64251 manat məbləğində olduğu müəyyən edilmişdir.

54. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

55. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsinə dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

57. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

58. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

59. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

60. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.

61. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.

62. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir.

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

64. İşdə olan xx.xx.2023-cü il tarixli pretezniyadan da (cavabdehə poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixində çatdırılıb) göründüyü kimi iddiaçı sifarişçi olan cavabdehdən müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməsini və müqavilənin ləğvi məsələsinə 5 gün ərzində münasibət bildirilməsi xahiş olunmuşdur.

65. Bundan əlavə tərəflər arasında bağlanmış hər üç müqavilənin 11.2-ci maddəsinə əsasən tərəflərdən hər biri digər tərəfi 30 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir.

66. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə öhdəlikləri üzrə tələbləri yerinə yetirilmədiyindən, iddiaçı mülki qanunvericiliyin və alarından bağlanmış müqavilənin qeyd edilən bəndlərinə əsasən müqavilənin ləğvi tələbini irəli sürmüşdür.

67. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin və müqavilələrin bəndlərinə əməl edilərək aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə çatdırıldığı üçün xx.xx.2023-cü il tarixindən tərəflər arasında bağlanmış müqavilələr ləğv edilmiş hesab edilməlidir.

68. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli PDL- 21/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-52 20 saylı tikintidə subpodrat müqavilələri üzrə icra edilmiş öhdəliklər üzrə yaranmış borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən tələb etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclaslarında bildirsə də ki, qeyd olunan məktəbləri iddiaçı deyil, cavabdeh şirkət özü tikmişdir, lakin həmin məktəblərin Cavabdeh MMC tərəfindən və ya hətta İddiaçı MMC deyil, başqa şirkət tərəfindən tikilməsini təsdiq edən hər hansı bir sənəd (sənədlərin sayının çoxluğuna istinad edərək) məhkəməyə ümumiyyətlə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə cavabdehin bu cür arqumentini əsassız və sadəcə borcun ödənilməsindən yayınmaq məqsədi ilə irəli sürüldüyü qənaətə gəlir.

69. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsinə dair hüquq münasibətləri yarandığından müqavilə üzrə yaranmış mübahisəyə də mülki qanunvericiliyin podrat müqaviləsinə dair normaları əsasında hüquq dəyərləndirilmə aparılması qanunauyğundur.

70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

71. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

72. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

73. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

74. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

75. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

76. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

77. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

78. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

79. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

80. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

81. Məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

83. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikinti eskpertizasının nəticəsi olaraq verilmiş rəydən də görünür ki, tərəflər arasında bağlanmış müqavilələrə müvafiq olaraq adıçəkilən ünvanlarda məktəblər tikilmiş, Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış təmi-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 73416 manat məbləğində olduğu, Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmi tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 21369 manat məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 93318 manat (ƏDV-siz və əmtə əşyaları nəzərə alınmadan)məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktən üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60486 manat məbləğində olduğu, Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 92669 manat (ƏDV-siz və əmtəə əşyalara nəzərə alınmadan) məbləğində olduğu və Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 64251 manat məbləğində olduğu müəyyən edilmişdir.

84. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri ƏDV daxil 61496,40 manat (ekspert rəyinə əsasən ƏDV-siz məbləğ 73416 manat – 21300,37 manat (Astara rayonu, Xiçəsu kəndində olan məktəbə görə ödəniş məbləği) = 52115,63 manat + 18%ƏDV) ; əlavə xərclərə görə ƏDV daxil 25215 manat, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə ödəniş məbləğləri çıxılmaqla smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat, əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat; xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə ödəniş məbləğləri çıxılmaqla smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat, əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat məbləğində borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

85. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla xx.xx.2020-ci il tarixli, PDL - 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 13524 manat, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 23003 manat və xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə isə gecikdirilmiş müddət üçün illik 5 % hesablanmaqla 17099 manat məbləğində borc hesablanmışdır.

86. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

87. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

88. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

89. Belə ki, məhkəmə hesab edir ki, əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla xx.xx.2020-ci il tarixli, PDL - 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 13524 manat, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 23003 manat və xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə isə gecikdirilmiş müddət üçün illik 5 % hesablanmaqla 17099 manat məbləğində borc manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.

90. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərci və 310 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

91. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

92. Digər tərəfdən MPM-in:

93. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

94. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

95. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

96. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

97. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

98. Odur ki, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun məbləği 710 manat və iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat cavabdehə aid edilməlidir.

V. Nəticə:

99. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2021-ci il tarixli, PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqavilələri xx.xx.2023-cü il tarixindən ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsiüzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri ƏDV daxil 61496,40 manat; əlavə xərclərə görə ƏDV daxil 25215 manat, borcun gecikdirilməsinə görə 13524 manat faiz borcu; xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat, əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, borcun gecikdirilməsinə görə 23003 manat faiz borcu; xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat, əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat manat, borcun gecikdirilməsinə görə 17099 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 710 manat tutularaq İddiaçınə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar