Məhkəmə qərarları › İş №e-2-2(113)-320/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-320/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-320/2023 07.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (İddiaçı) Cavabdehnə qarşı kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (İddiaçı) Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) (hazırkı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) (VÖEN: **********) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mexanizmlə qazma işlərinə görə ******* manat və dolğu işlərinə görə 82280 manat olmaqla, ümumilikdə ******* (bir milyon beş yüz doxsan dörd min doqquz yüzəlli beş) manat, pul öhdəliyinin gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 66456 (altmış altı min dörd əlli altı) manat, mobilizasiya xərclərinə görə 488271 (dörd yüz səksən səkkiz min iki yüz yetmiş bir) manat, boş dayanma xərclərinə görə 531000 (beş yüz otuz bir min) manat, mütəxəssis rəyinə görə çəkilən xərcin əvəzi olaraq 3200 (üç min iki yüz) manat, vəkil xərcinin əvəzi olaraq 510 (beş yüz on) manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat, dövlət rüsumunun əvəzi olaraq 2132,4 (iki min bir yüz otuz iki qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikasında Filialından tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Azərbaycan Respublikasında Filialı arasında xx.xx.2021-ci il tarixli, 2059-089 nömrəli podrat müqaviləsi bаğlаnmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Əhmədbəyli-Horadiz-X1 Tikinti Layihəsi üzrə müqavilənin tərkib hissəsi olan Əlavə 2-də müəyyən edilmiş işləri yerinə yetirməyi, cavabdeh isə iddiaçının gördüyü işin müqabilində Əlavə 2-də razılaşdırılmış dəyəri ödəməyi öhdəsinə götürmüşdür. Əlavə 2-də (Kəşf Xülasəsi, 2059-Tİ-3 bölümü) müəyyən edilmiş icra edilməsi nəzərdə tutulan ümumi miqdarı 720000 m3 “normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işlərinin 90% hissəsi qranitbazalt qaya tipli suxur birləşmələrdən təşkil edildiyi üçün iddiaçı tərəfindən miqdarı 249000 m3 görülmüş qazma işlərinin 90%-i mexanizmlə aparılmışdır. Müqavilənin Əlavə 2-yə (Kəşf Xülasəsi, 2059-Tİ-5 bölümü) əsasən isə “qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi” işlərinin vahid qiyməti hər 1 m3 üçün 10 manat müəyyən edilmişdir. Lakin cavabdeh həmin işləri ”normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri kimi, vahid qiyməti hər 1m3 üçün 3.25 manat olmaqla dəyərləndirərək ödəmişdir. Bununla podratçıya edilən ödənişlərdə mexanizmlə qazma işlərinin dəyəri nəzərə alınmamışdır. Nəticə etibarı ilə cavabdeh iddiaçıya görülmüş, miqdarı 249000 m3 olan qazma işlərinin 90%, yəni 249000 m x 90% = 224100 m3 görə hər 1 m3 6.75 manat (10 - 3.25) hesablanaraq ******* (bir milyon beş yüz on iki min altı yüz yetmiş beş) manat borcu yaranmışdır. Bundan başqa, müqavilə ilə müəyyən edilmiş dolğu işləri (Əlavə 2, Kəşf Xülasəsinin 2059-Tİ-7 və 2059-Tİ-8 nömrəli hissələr) çətin relyefli ərazilərdə aparılmışdır. Podratçı tərəfindən qazmadan dolğuya qaya tipli material ilə birinci və ikinci laylarla 25317 m3-dən artıq dolğu işləri görülmüşdür. Lakin şirkət həmin işləri qaya tipli materialın dolğusu işləri kimi dəyərləndirmiş və hər 1 m 5.25 manat hesablayaraq, 5.25 manat x 25.317 m3 = 132914,25 manat ödəmişdir. Halbuki, bu işlər müqavilənin Əlavə 2 əsasən dolğuda qazma işləri kimi dəyərləndirilməli və hər 1 m3 üçün 8.50 (5.25+3.25) manat hesablanaraq 215194,5 manat ödəniş edilməli idi. Nəticə etibarı ilə (215194,5-132914,25=82280) 82280 (səksən iki min iki yüz səksən) manat borc yaranmışdır. Digər tərəfdən cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və 10 aydır ki, pul məbləğinin ödənilməsini gecikdirmişdir. Belə olan halda, mülki qanunvericiliyin müddəalarına əsasən (AR MM 445-ci maddə) (1512675+82280) = ******* pul vəsaitlərinin 10 ay müddətində qaytarılmamasına illik 5% olmaqla 66456 (altmış altı min dörd yüz əlli altı) manat pul tutulmalıdır. Belə ki, qeyd olunan tələb üzrə “AR Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, ”...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir”. Bundan əlavə, podrat müqaviləsinin 16-cı bəndinə əsasən cavabdeh işlərin icrasını dayandırdığı halda iddiaçıya mobilizasiya və boşdayanma xərclərini ödəmək öhdəliyini götürmüşdür. Cavabdeh heç bir əsas gətirilmədən 2022-ci ilin avqust ayından iddiaçıya müqavilə ilə müəyyən edilmiş bütün işlərin dayandırılmasını bildirmişdir. Müqavilənin qüvvədə olmasına baxmayaraq, cavabdehin təşəbbüsü ilə iddiaçı sahədə işlərin icrasını dayandırmışdır. Nəticə etibarı ilə iddiaçı itkilərə məruz qalaraq ziyanla qarşılaşmışdır.

3. Daha sonra iddiaçı 10 noyabr 2022-ci il tarixində “elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”i vasitəsilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək, Cavabdeh Azərbaycan Respublikasında Filialının əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, iddiaçı “X5” MMC tərəfindən cavabdehə qarşı verilmiş iddia ərizəsində ümumilikdə 2686934,40 manat məbləğində pul tələb edilmişdir. Tərəflər arasında Əhmədbəyli-Horadiz-X1 tikinti layihəsi çərçivəsində 2059-089 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 2 kəşf xülasəsi sənədində torpaq işləri təsnifatlandırılmış və müvafiq nömrələr (Poz No) altında sıralanmışdır. Hər sırada işin təsviri, görüləcək işin qabaqcadan ehtimal edilən həddi, bu işlərə görə müəyyən edilən vahid qiymət və ən sonda açıqlama/izahat hissəsində bir sinifdə göstərilən işin nədən ibarət olduğu, onun əlavə ünsürləri və bu ünsürlərə görə əlavə ediləcək ödəniş məbləğləri vahid qiymətlə göstərilmişdir. Müqavilə üzrə xidmət haqqı konkret bir məbləğdə deyil, hər bir xidmət üzrə ayrı-ayrılıqda bir vahid (bir m3) üçün müəyyən edilmişdir. İşlərin həcmi və qiyməti bu kəşf xülasəsi əsasında işlər görüldükdən sonra hesablanaraq ödəniləcəkdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən bəndlər Əlavə 2-Kəşf Xülasəsində 2059-Tİ-3 Poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” və 2059-Tİ-8 Poz nömrəli “Qruntun qazmadan qazılması” işləridir ki, bu işlərin vahid qiyməti müvafiq olaraq 3,25 manat/m³ və 5,25 manat/m³ olmuşdur. Əlavə 2-Kəşf Xülasəsində işlərin xüsusi əlamətlərlə birlikdə göstərilməsi və onların hər vahidə görə qiymətləndirilməsi o demək deyil ki, həmin işlərin hamısı podratçı tərəfindən icra edilməlidir. Məsələn, qazma işlərinin aparıldığı ərazi qayalıq ərazi olmadığı halda həmin qazma işlərinə görə 3,25 manat/m³ vahid qiymət müəyyən edilmişdirsə, qayalıq ərazi olduğu halda xüsusi mexanizmlərdən istifadə olunmaqla qazma işlərinin aparılmasına görə 10 manat/m³ vahid qiymət müəyyən edilmişdir. Əlavə 2-dən göründüyü kimi, qiymətlər ərazinin xüsusiyyətləri (qayalıq və ya düzənlik olması), qazma işlərinin partlayıcı vasitələrlə və/və ya xüsusi qurğularla aparılması, əldə edilən qruntun yol dolğusu kimi istifadə edilməyə yararlı olub-olmaması, yararlı olmadıqda nəqliyyat vasitəsi ilə daşınması kimi faktorlardan asılı olaraq dəyişir. Belə ki, çıxarılmış qrunt yol dolğusu üçün yararlı olduqda qazma+dolğu kimi yayılma+dolğunun kipləşdirilməsi üçün 5,25/m³ manat qiymət müəyyən edilmişsə, qazmanın xüsusi qurğular vasitəsi ilə aparılaraq sonradan dolğunun edilməsi 6,75 manat/m³ əlavə ödənişlə, qazmanın partlayıcı vasitələrlə aparılaraq sonradan dolğunun edilməsi isə 3,25 manat/m³ əlavə ödənişlə müəyyən edilmişdir. Yəni qazmanın partlayıcı vasitələrdən istifadə edilərək aparılmasına görə xüsusi əlavə məbləğ müəyyən edilmişdir. Təsadüfi deyil ki, müqavilənin 9.2-ci maddəsi ilə ödəniş forması “Aralıq ödənişi” (“Hakediş (aralıq) ödənişi”) kimi müəyyən edilmişdir. Bu formada ödəniş aparılarkən, hər ayın sonunda görülmüş işlərin miqdarı, vahid qiyməti, icmalı aylıq “hak ediş” sənədlərində göstərilir və bu sənədi müqavilənin tərəfləri imzalayırlar. Məhz bu sənəd əsasında sifarişçi tərəf müəyyən edilmiş məbləği podratçıya ödəyir. Müqavilənin 1.2.1.-ci bəndində qeyd edildiyi kimi, bu müqavilənin bağlanmasına əsas cavabdehlə 16 №-li Xüsusi Təyinatlı Yol İstismarı (“İdarə”) arasında bağlanmış Əhmədbəyli-Horadiz-X1 tikintisi layihəsi ana müqaviləsidir. İşəgötürənin (“sifarişçinin”) idarə ilə bağladığı və razılaşdığı ana müqavilə və əlavələri yuxarıda qeyd edilən müqavilənin əvəzedilməz əlavələridir. Bu səbəbdən müqavilə üzrə podratçıya cavabdeh tərəfindən ödənilən haqlar şirkətə yalnız həmin idarənin təsdiqi əsasında ödənilir və bu təsdiqin verilməsi də müəyyən sənədlərin mövcudluğu ilə şərtləndirilir. Bir sözlə, idarənin təsdiqləmədiyi işlər üzrə podratçıya ödəniş edilə bilməzdi. İddia tələblərinə cavabdehin cavabı: 1) görülmüş qazma işlərinin 90%-nin 2059-Tİ-5 Poz nömrəsi çərçivəsində görüldüyü halda, 2059-Tİ-3 Poz nömrəsi ilə görülmüş iş kimi ödənilməsinə cavab: iddiaçı məhkəməyə müraciət etmədən öncə cavabdeh şirkətə göndərdiyi xx.xx.2022-ci il tarixli pretenziya məktubunda 2059-Tİ-3 poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işlərə və onun qiymətinə (3,25 manat/m³); 2059-Tİ-5 POZ nömrəli “Qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi” və onun qiymətinə (10 manat/m³) istinad etdikdən sonra, 224250 m3 sahənin 28% hissəsinin qayalıq ərazi olduğunu, buna görə 62790168 m3 sahədə qazma işlərinin xüsusi mexanizmlərlə aparıldığını və görülən işin 2059-Tİ-5 Poz nömrəli iş kimi qiymətləndirilərək 10 manat/m³ üzərindən ödənilməli olduğunu iddia etmiş, buna görə 62790168 manat ödənilməsi tələbini irəli sürmüşdür. Bundan sonra iddiaçı, mediasiya prosesinə başlamaq üçün cavabdehə təklif göndərərkən və iddia ərizəsində öz iddiasını tamamilə dəyişərək və genişləndirərək, 720000 m³ sahənin 90%-nin xüsusi mexanizmlə qazılmalı olduğuna istinad edərək, hal-hazıradək icra etmiş olduğu 249000 m³ sahədəki işlərin 90%-nin, yəni 224100 m3 sahə üçün 10 manat/m³ vahid qiymət ilə qiymətləndirilməli olduğuna istinad edərək, ******* manat məbləğində pul tələbi ilə çıxış etmişdir. Bir sözlə, iddiaçının xx.xx.2022-ci il tarixli pretenziyasından bu günədək onun tələbləri 3 qata yaxın artmışdır. Bu hərəkətləri ilə və özünün icra etdiyi işlərə qeyri-müəyyən və düzgün olmayan yanaşması ilə iddiaçı tələblərinin əsassız olduğunu və istinad etdiyi faktiki halların həqiqətə uyğun olmadığını sübuta yetirmiş olur. Digər bir yandan, nə pretenziya məktubu, nə də iddia ərizəsində iddia edilənlər həqiqəti əks etdirmir. Belə ki, 1.1.1 bənddə, iddiaçının gördüyü iş aylıq “hakediş” adlanan sənəddə əks olunmaqla, bu sənədə əlavə kimi icmallar, yaşıl dəftər, görülən işin növü, metrajı, vahid qiymətli, bu qiymət üzərindən dəyəri, hansı tutulmaların olacağı göstərilməklə, hakediş (aralıq) sənədinin üst vərəqində cəmi məbləğ, net və ƏDV daxil ödəmə məbləği və tutmalar göstərilir. Yəni “hakediş (aralıq) üst vərəqi” altında hakediş (aralıq) icmalı, hakediş (aralıq) yaşıl dəftər, tutmaların icmalı və görülən işlərin metrajını göstərən sənədlər birlikdə hakediş (aralıq) sənədini təşkil edir. Bu baxımdan müqavilənin xx.xx.2021-ci il tarixdə imzalanmasından sonra dekabr ayında iddiaçı işlərə başlamış, avqust 2022-ci ilədək xx.xx.2022-ci il tarixli 1 saylı yanvar ayı üçün, xx.xx.2022-ci il tarixli 2 saylı fevral ayı üçün, xx.xx.2022-ci il tarixli 3 saylı mart ayı üçün, xx.xx.2022-ci il tarixli 4 nömrəli aprel ayı üçün, xx.xx.2022-ci il tarixli 5 nömrəli may və iyun ayları üçün, xx.xx.2022-ci il tarixli 6 saylı iyul ayı üçün hakediş (aralıq) sənədləri tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilmədən imzalanmışdır. 1.1.1-ci bəndə əsasən iddiaçının imzasıyla təsdiqlənmiş 1 saylı “hakediş (aralıq)” sənədində 2059- Tİ-3 POZ nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 48010436 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m³ vahid qiymətlə hesablandığı qeyd edilmişdir. Barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 389894,36 manat olmuşdur və bu məbləğ də iddiaçı tərəfindən qəbul edilərək imzalanmışdır. Bu imza təsdiq edir ki, icra olunmuş iş iddia edildiyi kimi 2059-Tİ-5 Poz nömrəli “Qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi işi deyil, 2059-Tİ-3 Poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işi olmuşdur. Bu vəziyyət sonradan tərtib edilən digər hakediş (aralıq) sənədlərində də təkrarlanmışdır. İddiaçının öz imzası ilə təsdiq etdiyi yazılı sənədin əksini iddia etməsi indiki halda yalnız bunu göstərən digər bir yazılı sənədin mövcud olduğu halda mümkün ola bilərdi. Bu cür sənədin mövcud olmadığı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur. Digər tərəfdən, sözügedən hakediş (aralıq) sənədinə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 034661 saylı hesabfaktura kəsilmiş və həmin hesab-fakturada da eyni qiymətlər göstərilmişdir. 1.1.2. iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 2 saylı hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 32782861 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m³ vahid qiymətlə hesablandığı qeyd edilmişdir. Barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 18862935 manat olmuşdur və bu məbləğ də iddiaçı tərəfindən etirazsız qəbul edilərək imzalanmışdır. İddiaçı öz imzası ilə təsdiq etdiyi 2 nömrəli hakediş (aralıq) əsasında xx.xx.2022-ci il tarixli, 373473 saylı 18862935 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. Beləliklə, hakediş (aralıq) sənədindəki məbləğlər bir daha mübahisəsiz şəkildə hesab-fakturada göstərilərək qəbul edilmişdir. 1.1.3. iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 3 saylı Hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 45000 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m³ vahid qiymətlə hesablandığı qeyd edilmişdir. Bu minvalla barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 250455 manat olmuşdur və bu məbləğ də iddiaçı tərəfindən etirazsız qəbul edilərək imzalanmışdır. İddiaçı öz imzası ilə təsdiq etdiyi 3 nömrəli hakediş (aralıq) əsasında xx.xx.2022-ci il tarixli, 374295 saylı 250455 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. Beləliklə, hakediş (aralıq) sənədindəki məbləğlər bir daha mübahisəsiz şəkildə hesab-fakturada göstərilərək qəbul edilmişdir. 1.1.4. iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 4 saylı Hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 54644,663 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m³ vahid qiymətlə hesablandığı qeyd edilmişdir. Bu minvalla barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 206130,55 manat olmuşdur və bu məbləğ də iddiaçı tərəfindən etirazsız qəbul edilərək imzalanmışdır. İddiaçı öz imzası ilə təsdiq etdiyi 4 nömrəli hakediş (aralıq) əsasında xx.xx.2022-ci il tarixli, 374351 saylı 206130,55 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. Beləliklə, hakediş (aralıq) sənədindəki məbləğlər bir daha mübahisəsiz şəkildə hesab fakturada göstərilərək qəbul edilmişdir. 1.1.5. iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 5 saylı Hakediş (aralıq) sənədində (may və iyun ayları üçün) 2059-Tİ-3 Poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 21632,930 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m³ vahid qiymətlə hesablandığı qeyd edilmişdir. Bu hakediş (aralıq) həmçinin 2059-Tİ-4 Poz nömrəli “qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi” işləri çərçivəsində 3182,760 m3 işlərin görüldüyü, eləcə də müqavilənin imzalandığı və işlərə başlanıldığı vaxtdan ilk dəfə qayalıq ərazidə işlər görüldüyü və partlayıcı maddələrdən istifadə edildiyi göstərilmişdir. Bu səbəbdən hesablama 6,50 manat/m³ vahid qiyməti ilə aparılmış və heç bir şəkildə mübahisə yaranmadan iddiaçıya ödənilmişdir. Bununla da iddiaçının 82280 manat tələb etdiyi və 5,25 manat/m³ vahid qiymətinin üzərinə 2059-Tİ-8 Poz nömrəli “Qruntun qazmadan qazılması” kimi əlavə 3,25 manat /m³ vahid qiymətinin gəlməli olduğunu bildirdiyi əsas tamamilə aradan qalxmış olur. Çünki iddiaçının dolğu miqdarı kimi istinad etdiyi 25317 m³ sahəsində işin partlayıcı vasitələrlə aparıldığını iddia etsə də, hakediş (aralıq) sənədindən göründüyü kimi, partlayıcı vasitələrlə görülən qazma işi sadəcə 3182,760 m³ sahəsində aparılmışdır. Bu minvalla 5 saylı hakediş (aralıq) sənədi üzrə görülmüş işin dəyəri ƏDV daxil 243923,50 manat olmuş, iddiaçı tərəfindən bu göstəricilərin əks olunduğu sənəd imzalanaraq mübahisəsiz qəbul edilmişdir. İddiaçı öz imzası ilə təsdiq etdiyi 5 nömrəli hakediş (aralıq) əsasında xx.xx.2022-ci il tarixli, 866515 saylı 243923,50 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. Beləliklə, hakediş (aralıq) sənədindəki məbləğlər bir daha mübahisəsiz şəkildə hesab-fakturada göstərilərək təsdiq edilmişdir. 1.1.6. iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 6 saylı Hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli “Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 3306,250 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat /m³ vahid qiymətlə hesablandığı qeyd edilmişdir. Bu minvalla barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 40662,40 manat olmuşdur və bu məbləğ də iddiaçı tərəfindən etirazsız qəbul edilərək imzalanmışdır. İddiaçı öz imzası ilə təsdiq etdiyi 6 nömrəli hakediş (aralıq) əsasında xx.xx.2022-ci il tarixli, 867278 saylı 40662,40 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. Beləliklə, hakediş (aralıq) sənədindəki məbləğlər bir daha mübahisəsiz şəkildə hesab-akturada göstərilərək qəbul edilmişdir. Göründüyü kimi, görülmüş işin hansı növdə olduğu, kəşf xülasəsində hansı “Poz” nömrəsi altında adlandırıldığı, bir vahidinin qiymətinin nə olduğu, aybaay iddiaçı tərəfindən hansı işlərin görüldüyü və hansı miqdarda görüldüyü hakediş sənədlərində dəqiq olaraq müəyyən edilmiş və iddiaçının öz imzası və dolayısı ilə iradə ifadəsi ilə təsdiq edilmişdir. İmzalanmış bütün hakediş (aralıq) sənədlərində vahid qiyməti 10 manat/m³, “Poz” nömrəsi 2059-Tİ-5 olan “Qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi” işi olmamış, görülmüş xidmətlərə görə ödənişlər hakediş (aralıq) sənədlərinə müvafiq olaraq aparılarkən heç bir etiraz yaranmamışdır. Əksinə, bu məbləğlər etirazsız formada hesab-fakturalarda əks etdirilmişdir. Göstərilənlərə bağlı bütün hakediş sənədləri, onlara uyğun olaraq tərtib edilmiş hesab-fakturalar, ödənişlərin cavabdeh tərəfindən tam olaraq icra edildiyini göstərən bütün ödəniş sənədləri əlavə edilmişdir. Məlum olduğu kimi, qanunla qadağan olunmuş müddəaların əks olunduğu hallar istisna olmaqla, müqavilələr tərəflər arasında münasibətlərin tənzimlənməsi zamanı üstün qüvvəyə malik olur. Hazırkı müqavilənin 10.2.1-ci bəndinə əsasən podratçı, öhdəsinə götürdüyü işləri, məsuliyyətli bir peşəkar/ehtiyatlı ticarətçi olaraq, elm və peşə qaydalarına uyğun olaraq yerinə yetirməyi qəbul etdiyi üçün ona verilən layihəyə və texniki sənədlərə uyğun olaraq işi həyata keçirməklə bu layihələrin və texniki sənədlərin sahənin tələblərinə, elm və peşə qaydalarına uyğun olduğunu, ayrıca sahəni, istifadə olunacaq hər cür materialın keyfiyyət baxımından uyğunluğunu yoxlamış, qəbul etmiş və bu şəkildə işi yerinə yetirmə məsuliyyətini öz üzərinə almış hesab olunur. Yəni müqavilənin bu şərtinə əsasən, podratçının bu sahədə peşəkar mütəxəssis olması nəzərə alınaraq ona tapşırılmış iş və layihə çərçivəsində görüləcək işi, bu işin hansı vasitələrlə aparılmalı olduğunu qabaqcadan bildiyi və müqaviləni də bu şərtləri bilərək bağladığı ehtimal edilir. Müqavilənin 9.2.3-cü bəndinə əsasən podratçı həyata keçirdiyi aylıq aralıq ödəniş nüsxələrinin əlavəsində tələb olunan sorğunu, miqdarı, əlavələri, var isə yol sənədinin surətlərini, qiymət protokollarını, həyata keçirilən iş dəyişikliyi əmr formalarını və işəgötürən tərəfindən özlərindən tələb olunan digər bütün sənədləri sifarişçiyə təqdim etməlidir. 2022-ci ilin yanvar ayından həmin ilin avqust ayınadək hansı işlərin görüldüyünü, bu işlərinin hansı qiymətlə ödənilməli olduğunu, miqdarını imza edən iddiaçı ümumilikdə 6 hakediş (aralıq) sənədindən heç birində hazırkı iddia ərizəsində irəli sürdüyü tələblərlə çıxış etməmiş, həmin göstəricilərə heç bir formada etiraz bildirməmiş, hakediş (aralıq) sənədlərinə ən azından onların etirazlarını göstərən bir sənəd və ya ifadə belə əlavə edilməmişdir. Heç bir hakediş (aralıq) sənədinə etiraz etməmiş, gördüyü hər hansı işin bu sənəddə göstərilmədiyini/düzgün göstərilmədiyini bildirməmiş, bununla bağlı bir sənəd, etiraz, rəy belə tərtib etməmiş, əksinə məbləğləri təsdiq edən hesab-fakturalar tərtib edərək ödənişləri qəbul edən iddiaçının heç bir sənəd, heç bir sübut olmadan söz üzərində 90% işin xüsusi mexanizmlərlə görüldüyünü iddia etməsi tamamilə qəbuledilməzdir. Cavabdeh tərəfindən təqdim edilən sənədlər iş aparılmış sahənin əsl vəziyyətini əks etdirir. Belə ki, bu sənədlərdən göründüyü kimi, iddiaçının gördüyü qazma işlərinin yalnız 6 nömrəli hakediş (aralıq) sənədində göstərilən 3182,760 m3 sahədə partlayıcı vasitələrlə qazma aparılmış, qalan ərazi isə tamamilə qayasız ərazi olduğundan (2059-Tİ-3 Poz nömrəli iş) buna uyğun olaraq qazma işlərinin dəyəri hesablanmış, hakediş (aralıq) sənədlərində əks etdirilmiş, iddiaçı tərəfindən hesab fakturada göstərilmiş və tam şəkildə ödənilmişdir. Digər tərəfdən, iddiaçının yalnız sözlərə əsasən iddia etdiyi kimi 224100 m3 ərazidə qazma işlərinin 2021-ci ilin dekabr ayından 2022-ci ilin avqust ayınadək icra edilməsi texniki cəhətdən mümkünsüzdür. Qeyd edilən rəqəm bu vaxt kəsiyi üçün çöx böyük olmaqla, iddiaçı tərəfindən mülkiyyətində neçə belə xüsusi mexanizm olduğu və ya icarəyə götürüldüyü, sahəyə gətirildiyi, bu işin gündəlik hansı şəkildə sənədləşdirildiyi və/və ya ödəniş sənədlərində əks etdirildiyi, bu sənədlərin cavabdehə təqdim edildiyi sübuta yetirilməlidir. Tərəflər arasında imzalanmış müqavilədə qırıcı mexanizmlərlə işlərin görülməsi nəzərdə tutulmamışdır. İmzalanmış baş müqaviləyə əsasən baş idarəyə göndərilən hakediş (aralıq) sənədlərində cavabdehin məsləhətçi firması olan “Proyapı Mühendislik ve Müşavirlik A.Ş.” tərəfindən də razılıq verilən sənədlərdə də qırıcı mexanizmlərlə qazma işləri olmamışdır. Göstərilən səbəblərdən iddia tələbinin birinci bəndinin əsaslandığı halların reallıqla əlaqəsi yoxdur, bu halların tam əksi isə cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının öz imzası ilə təsdiq edilmişdir. Odur ki, bu bənd üzrə tələb edilən ******* manat məbləğində pul tələbi rədd edilməlidir. 2) 2059-Tİ-8 Poz nömrəli dolğu işinə aid 5,25 manat/m3 vahid qiymətə, partlayıcı vasitələrlə qazma ilə aparıldığından 3,25 manat/m³, əlavə ödəniş edilməli olması ilə bağlı iddia tələbinə cavabdehin cavabı iddiaçının digər iddiası isə ikinci bənddə qazmadan dolğuya qaya tipli material ilə dolğu işlərinin aparılmasına görə 2059-Tİ-8 Poz nömrəli işə əlavə olaraq bu qazma işlərinin partlayıcı vasitələrlə aparılmasına görə əlavə 3,25 manat/m³ ödəniş edilməli olması ilə bağlıdır. Bu tələbə əsasən cavabdeh tərəfindən guya 215194,50 manat ödənilməli oldğu halda, 132914,25 manat ödənilmiş və 82280 manat əskik ödəniş edilmişdir. Qazma işləri kəşf xülasəsinin demək olar bütün bəndlərində vardır. Bu işləri fərqləndirən partlayıcı vasitələrlə və ya qırıcı mexanizmlərlə aparılması, əldə olunan materialın yol çəkilməsi üçün istifadə oluna bilməsi və ya bilməməsi, bilmədikdə daşınması kimi amillərdir. İddiaçı qazma metrajından danışarkən bu metrajı iddia ərizəsində 249000 m3 olaraq göstərmişdir. Halbuki faktiki olaraq görülmüş bütün işlərin metrajı 249000 m3 deyil. İddiaçı bir öncəki tələbində bu sahənin 90%-də işlərin xüsusi mexanizmlərlə aparıldığını bildirməklə bu sahənin içindəki 25317 m3 sahədə də işlərin partlayıcı vasitələrlə deyil, xüsusi mexanizmlərlə aparıldığını etiraf etmişdir. Əslində podratçı tərəfindən nə xüsusi mexanizmlərlə, nə də partlayıcı vasitələrlə qazma işləri aparılmadığından dolğu işlərinin də bu yolla aparılmadığı aydın olur. Faktiki olaraq podratçı tərəfindən partlayıcı vasitələrlə dolğu 25317 m3 sahədə deyil, hakediş (aralıq) sənədində göstərildiyi kimi 3182,760 m3 sahədə aparılmış, bu sahədə isə iddiaçının dediyi kimi dolğu (qruntun qazmadan qazılması) işləri görülməmişdir. Birinci bəndlə bağlı cavabdeh cavabında ətraflı şəkildə hakediş (aralıq) sənədlərində hansı işlərin görüldüyü, hansı həcmdə görüldüyü və bu işlərin qiymətinin necə hesablandığı, eləcə də bu faktların iddiaçının öz imzası ilə təsdiq edildiyi məhkəmənin diqqətinə çatdırılmışdır. Dolayısı ilə orada açıqlanan faktlar bu bəndə də təsbit edilməlidir. 3) müqavilə üzrə işlərin dayandırıldığı müddətə görə mobilizasiya və boşdayanma xərclərinin tələb olunmasına dair iddiaya cavabdehin cavabı iddia ərizəsində 2022-ci ilin avqust ayından etibarən cavabdeh tərəfindən heç bir əsas göstərilmədən işlərin dayandırılmasına dair göstəriş verildiyi və cavabdeh tərəfin təşəbbüsü ilə işlərin dayandırıldığı, bunun nəticəsində iddiaçının əhəmiyyətli miqdarda itki və zərərə məruz qaldığı irəli sürülmüşdür. Müqavilənin 16-cı maddəsinə uyğun olaraq işlərin dayandırıldığı halda sifarişçinin podratçının mobilizasiya və boşdayanma xərclərini ödəmək öhdəliyinə istinad edilərək, bu tələb çərçivəsində mobilizasiya xərcləri adı altında 488271 manat və boşdayanma xərcləri adı altında 531000 manat olmaqla, ümumilikdə bu bənd üzrə ******* manat iddiası irəli sürülmüşdür. Bu iddianın nə dərəcədə saxta və əsassız olduğu rəqəmlərdən görünməkdədir. Tərəflərin imzaladıqları bütün 6 hakediş (aralıq) sənədi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək görülmüş işlərin ümumi dəyəri 1319695,16 manatdır. Bunun qarşılığında podratçının 3 aylıq itkiləri isə guya ******* manat olmuşdur. Hətta işlərin görüldüyü halda belə, bu işlərə görə aylıq ƏDV daxil 150000 manat qazanmayan iddiaçı, 3 ay boşdayanma dövründə bu rəqəmin təxminən 7 qatını istəməyi ağlabatan deyildir. Digər tərəfdən, iddiaçının müqavilənin 16.1.1-ci maddəsi çərçivəsində hər hansı tələb haqqı yoxdur. Çünki bu maddədə sifarişçinin (işəgötürən) podratçıya yazılı bildiriş verdiyi hallara istinad edilir. Cavabdeh tərəfindən iddiaçının qeyd etdiyi tarixlərlə işlərin dayandırılması barədə heç bir yazılı bildiriş verilməmişdir. Buna aid sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əslində iddiaçının yazılı bildiriş almadan işi dayandırma, təxirə salmaq, yavaşlatma kimi haqları yox idi və o, müqavilənin bu şərti barədə qabaqcadan məlumatlı idi. Əksinə, iddiaçının bu davranışları və işi yazılı bildiriş verilmədən dayandırmağı özlüyündə müqavilənin xitamı üçün bir əsas yaratmaq olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yeganə yazılı bildiriş müqavilənin 16.1.1-ci maddəsinə istinad edən xx.xx.2022-ci il tarixli, KR-20-11 saylı xitam bildirişidir. Boşdayanma və mobilizasiya xərclərinin necə hesablandığı bəlli deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi tamamilə birtərəfli, iddiaçının maraqlarını müdafiə edən və əsaslandırılmamış, kifayət qədər aydın olmayan hesablamalara istinad edən bir rəydir. Bu səbəbdən həmin rəyin mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. Mütəxəssis rəyində istifadə olunmuş hesablama texnikası tamamilə xətalıdır. İddiaçı əslində işin görüldüyü vaxtlarda da çəkdiyi bütün xərcləri sanki ödənilməmiş xərc kimi bu rəydəki məbləğlərə artırmışdır. Eyni zamanda, təqdim edilmiş rəydə və iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2021-ci il tarixli, 150 nömrəli Qərarına istinad edilərək mobilizasiya xərclərinə görə müqavilənin ümumi qiymətinin 10,1% faiz həcmində pul tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2021-ci il tarixli, 150 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları toplusu”nun (7 nömrəli əlavə) 1.1-ci bəndində qeyd olunmuşdur ki, “Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları toplusu” adlı bu toplu müəssisələrin, binaların və qurğuların tikintisinin yekun (toplu) smeta hesablamalarında layihənin adı ilə müəyyən edilən tikintinin növündən asılı olaraq, müvəqqəti titul bina və qurğuların tikintisi üzrə vəsaitin miqdarının təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Müvəqqəti bina və qurğulara tikinti işləri aparılan zaman tikinti işlərinə xidmət göstərmək məqsədilə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün xüsusi inşa edilmiş və ya uyğunlaşdırılmış istehsalat, anbar, köməkçi, yaşayış və ictimai bina və qurğular aiddir. İddiaçının istinad etdiyi 10,1% faiz “Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları toplusuna 1 nömrəli əlavə”sindəki titul müvəqqəti bina və qurğuların tikintisi üzrə xərclərin smeta normalarına aid cədvəlin 3.7-ci bəndində müəyyən edilmiş və qeyd olunan 10,1% faiz “dəmir yolları və avtomobil yolları üçün uzunluğu 50 m-dən çox olan körpülər və yolötürücüləri” smeta normasına aiddir və boşdayanma, eləcə də mobilizasiya ilə bağlı məsələlərə şamil edildiyi göstərilməmişdir. Bu səbəbdən, tələbin hansı məntiqlə hesablandığı, nəyə görə 10,1% üzərindən hesablanmalı olduğu və nəyə görə müqavilənin ümumi qiymətindən (4882709,49 manat) bu faizin hesablandığı – bu detallara iddiaçı tərəf ümumiyyətlə toxunmamış, sonradan yalnız mütəxəssis rəyini əsas gətirmişdir. Müqavilənin 6.1.3.-cü maddəsinə əsasən, “... Əlavə 2-də mövcud olan vahid qiymətlərə, işin podratçının məsuliyyət daşıdığı hissəsinin icra edilməsi üçün lazım olan bütün personal xərcləri...hər cür material, ehtiyat hissə, inşaat sahəsi təsisatları, inşaat sahəsi səfərbərliyi...yaşayış və yerləşmə kimi ümumi xərclər...personalın və işçilərin əmək haqqı və xərcləri və bütün şəxsi hüquqları, hər cür vergi və xərclər və buna bənzər digər ödənişlər ilə bu müqavilə mövzusu olan işin icrası ilə əlaqədar bütün xərclər daxildir, sadəcə X8 daxil deyil” və belə olan təqdirdə, müqavilə çərçivəsində iddiaçının gördüyü mobilizasiya xərclərinin boşdayanma müddətinə şamil edilməsi mümkün deyildir. Digər tərəfdən, bu 3 aylıq müddətdə hansı işçilər və komanda işə cəlb olunmuş, nə kimi məsrəflər çəkilmiş, bunlar hamısı yazılı sübutlarla sübut edilməli və rəy də bu sübutlar əsasında verilməli idi. Bir halda ki, iddiaçının öz işçilərinin həmin müddətdə başqa layihələr üzrə işlərə cəlb edibetmədiyi belə iş materiallarından aydın olmur, hansı boşdayanma xərclərindən söhbət gedə bilər? Həmçinin bir daha bildirilir ki, işlərin aktiv şəkildə görüldüyü vaxtlarda belə qazanılmış məbləğin boşdayanma dövründə çəkilən xərclərdən daha az olması nə dərəcədə məntiqlidir? İddiaçının öz pul tələblərini sübut edən heç bir dəlili olmadığından və məhkəməyə təqdim edilmədiyindən, əsassız tələb edilən məbləğə görə illik dəbbə pulu hesablanması da əsassız və qanunsuzdur. İddiaçının istinad etmiş olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarı hazırkı münasibətlərə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının məzmunundan göründüyü kimi, onun qəbul edilməsinə əsas kimi bankla (kreditorla) borclu arasında kredit müqaviləsi əsasında yaranmış münasibətlər çıxış edir. Təsadüfi deyil ki, Qərarda qeyd olunur: “Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir.”. Qərarın nəticə hissəsində isə deyilir: “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarının qəbul edilməsində məqsəd bankların pul kreditləri verərkən borclu tərəfindən kreditin qaytarılmasının gecikdirildiyi hallarda bankın əmanətçilərinin mənafeyini qorumaqdır. Nəticə etibarı ilə, bu Qərar yalnız predmeti “pul” olan və bank və ya kredit təşkilatlarının tərəf qismində çıxış etdiyi müqavilələrə şamil edilə bilər. Hazırkı işdə isə müqavilənin predmetini iddiaçı tərəfindən müəyyən işlərin görülməsi təşkil edir və ona bu görülən işlərə görə muzd ödənilir. Burada bir növ podratçının gördüyü işlərin alqı-satqısı keçirilmiş olur. Odur ki, iddiaçı tərəf tamamilə qanunauyğun olmayan formada 5% dəbbə pulunun ödənilməsi tələbi ilə çıxış edir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752, 756, 759, 770, 442, 445, 448-ci maddələrinə istinad olunmuşdur.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasında Filialı ilə “işverən” İddiaçı MMC-“podratçı” arasında xx.xx.2021 tarixli, 2059-089 nömrəli podrat müqaviləsi imzalanmışdır. 5.1.1-ci bənddə müəyyən edilmişdir ki, bu müqavilənin mövzusu və əhatə dairəsi Əlavə-2 xülasədə göstərilmişdir. 6.1.1-ci bəndə əsasən müqavilə dəyəri və müqavilə dəyərini təşkil edən vahid qiymət tarifləri Əlavə-2-də verilmişdir. 6.1.2-ci bəndə əsasən işin vahid qiymətli olmasını nəzərə alaraq, Əlavə-2-də göstərilən miqdarların dəqiq miqdarlar olmadığı qəbul olunur, dəqiq miqdarların işin sonunda tərtib ediləcək yekun hesabatda göstəriləcəyi səbəbiylə istehsalat miqdarında meydana gələ biləcək artım və ya azalmalar dəyişiklik hesab edilməyəcəkdir. 16.1.1-ci bəndə əsasən işəgötürən hər hansı bir vaxtda podratçıya 15 (on beş) gün əvvəl yazılı bildiriş vermək şərtiylə bu müqaviləni ləğv edə və ya işlərin icrasını dayandıra bilər. Bu halda işəgötürən podraçıya əsaslandırılmış mobilizasiya və boşdayanma xərclərini ödəyəcəkdir. Bu halda, işəgötürən podratçıya ləğv edilmə tarixinə qədər ödənilməmiş olan və ödənmə vaxtı gələnə bütün ödənməmiş əmək haqlarını ödəyəcəkdir. Ancaq bu ləğv səbəbiylə podratçının məruz qalacağı hər hansı bir xərc və ya zərər səbəbiylə işəgötürənin hər hansı məsuliyyəti olmayacaq və podratçı heç bir iddia irəli sürməyəcəkdir.

9. “Əhmədbəyli-Horadiz-X1 tikintisi” layihəsinin “torpaq işləri” əlavə-2 cədvəldən məlum olur ki, ərazinin təmizlənməsi işi üzrə hər m2 üçün 0.2 manat, bitki qatının çıxarılması h=20 sm və təkrar istifadə edilməsi üçün ehtiyat saxlanması işi üzrə hər m3 üzrə 1,75 manat, normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırması işi üzrə hər m3 üzrə 3,25 manat, qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi hər m3 üzrə 6,5 manat, qaya ipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi hər m3 üzrə 10 manat, qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə laylay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) hər m3 üzrə 5,50 manat, qruntun qazmadan qazılması, nəqliyyat, yararlı hissəsinin ehtiyata (stoka) yığılması, ehtiyatdan dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (kazıdan) hər m3 üzrə 5,25 manat olmaqla, ümumlikdə 4.882.709,49 manat görüləcək işlər razılaşdırılmışdır. Əlavə-2 İddiaçı MMC və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının möhürləri ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC “sifarişçi” X2 “icraçı” olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli CNL- QŞB/2021 saylı və İddiaçı MMC “sifarişçi” X4 “icraçı” olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli CNL-KAN/2021 saylı xidmət müqavilələrində xidmətin göstərilməsi tərəflər arasında razılaşdırılmışdır.

11. xx.xx.2022 tarixli hesab fakturada 330.418,95 manat ümumi məbləğ, 389.894,36 manat ƏDV-li məbləğ, 385.894,16 manat yekun ödəniləcək məbləğ göstərilmiş, işlərin icmalında qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi, qaya tipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi və qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) işləri üzrə məbləğ hesablanmamışdır.

12. xx.xx.2022 tarixli hesab fakturada 159.855,38 manat ümumi məbləğ, 188.629,35 manat ƏDV-li məbləğ, 188.629,35 manat yekun ödəniləcək məbləğ göstərilmiş, işlərin icmalında qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi, qaya tipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi, qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) işləri üzrə məbləğ hesablanmamışdır.

13. xx.xx.2022 tarixli hesab fakturada 212.250 manat ümumi məbləğ, 250.455 manat ƏDV-li məbləğ, 246.454,80 manat yekun ödəniləcək məbləğ göstərilmiş, işlərin icmalında qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi, qaya tipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi və qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) işləri üzrə məbləğ hesablanmamışdır.

14. xx.xx.2022 tarixli hesab fakturada 174.686,91 manat ümumi məbləğ, 206.130,55 manat ƏDV-li məbləğ, 203.730,43 manat yekun ödəniləcək məbləğ göstərilmiş, işlərin icmalında qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi, qaya tipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi və qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) işləri üzrə məbləğ hesablanmamışdır.

15. xx.xx.2022 tarixli hesab fakturada 206,714,83 manat ümumi məbləğ, 243.923,50 manat ƏDV-li məbləğ, 183.119,87 manat yekun ödəniləcək məbləğ göstərilmiş, işlərin icmalında qaya tipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi və qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) işləri üzrə məbləğ hesablanmamışdır.

16. xx.xx.2022 tarixli hesab fakturada 34.459,66 manat ümumi məbləğ, 40.662,4 manat ƏDV-li məbləğ, 39.862,35 manat yekun ödəniləcək məbləğ göstərilmiş, işlərin icmalında qaya tipli süxurların partladılması və maşınlara yüklənməsi, qaya tipli süxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi və qruntun ocaqdan qazılması, nəqliyyat, dolğu yerinə lay-lay yayılması, 10% su əlavə edilməklə qruntun isladılması və kipləşdirilməsi (ocaqdan) işləri üzrə məbləğ hesablanmamışdır.

17. EBBS seriyalı, 034661 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən məlum olur ki, 389.894,36 manat, EBCB seriyalı, 373473 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən məlum olur ki, 188.628,90 manat, EBCB seriyalı, 374295 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən məlum olur ki, 250.455 manat, EBCB seriyalı, 374351 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən məlum olur ki, 206.129,48 manat, EBCC seriyalı, 866515 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən məlum olur ki, 243.923,50 manat, EBCC seriyalı, 867278 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən məlum olur ki, 40.62,40 manat xx.xx.2021-ci il tarixli, 2059-089 saylı müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh Azərbaycan Respublikasındakı Filialına ödənilməsi üçün təqdim edilmişdir.

18. xx.xx.2022-ci il tarixli 010AZ**********6 nömrəli ödəniş tapşırığı üzrə 200.000 manat, xx.xx.2022-ci il tarixli 010AZ**********9 nömrəli ödəniş tapşırığı üzrə 127.118,64 manat, xx.xx.2022-ci il tarixli 010AZ**********3 nömrəli ödəniş tapşırığı üzrə 127.118,64 manat, xx.xx.2022-ci il tarixli 010AZ**********8 nömrəli ödəniş tapşırığı üzrə 152.149,44 manat, xx.xx.2022-ci il tarixli 010AZ**********5 nömrəli ödəniş tapşırığı üzrə 262.010,52 manat Cavabdehnə məxsus bank hesabından İddiaçı bank hesabına köçürülmüşdür.

19. xx.xx.2022-ci il tarixli 111OPX122271223D saylı ödəniş tapşırığından məlum olur ki, 33.629,11 manat, xx.xx.2022-ci il tarixli **********/500234520 saylı ödəniş tapşırığından məlum olur ki, 124.213,77 manat, xx.xx.2022-ci il tarixli **********/510903837 saylı ödəniş tapşırığından məlum olur ki, 15.562,55 manat, xx.xx.2022-ci il tarixli **********/513575907 saylı ödəniş tapşırığından məlum olur ki, 15.562,55 manat Cavabdeh Azərbaycan Respublikası Filialının bank hesabından İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.

20. xx.xx.2022-ci il tarixli **********1635 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 36.000 manat, xx.xx.2022-ci il tarixli **********762963 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 22.881,36 manat, xx.xx.2022-ci il tarixli **********0614 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 22.881,36 manat, xx.xx.2022-ci il tarixli **********9237 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 27.386,9 manat, xx.xx.2022-ci il tarixli **********7162 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 47.161,89 manat, xx.xx.2022-ci il tarixli **********741228 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 6.053,24 manat, xx.xx.2022-ci il tarixli **********9835 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 22.358,48 manat, xx.xx.2022-ci il tarixli **********954887 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 2.801,26 manat, xx.xx.2022-ci il tarixli **********0295 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 2.801,26 manat Cavabdeh Azərbaycan Respublikası Filialı tərəfindən İddiaçı ƏDV sub-uçot hesabına köçürülmüşdür.

21. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 1.469.001 manat- 2.198.401 manat intervalındadır. İddiaçı MMC tərəfindən avqust-oktyabr aylarında həyata keçirilmiş boşdayanma səbəbindən ödənişlərin və mobilizasiya xərclərinin cəmi 424.991,622 manat təşkil edir. Torpaq işlərinin aparılmasının dayandırılmasına görə Cənub Nəqliyyat Layihə” MMC hər ay 849 min manat- 1298 min manat intervalında itkiyə məruz qalır.

22. Cavabdeh Azərbaycan Respublikasındakı Filialına İddiaçı MMC tərəfindən göndərilmiş pretenziya məktubunda üç gün müddətində 710.184 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir.

23. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli **********663800 nömrəli çıxarışından məlum olur ki, ********** nömrəli vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyata alınmışdır.

24. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə və ona əlavələrdə görüləcək işlər və həmin işlərə uyğun ödəmələr tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır. İşlər görülmüş, görülmüş işlərə dair hesab-fakturalar tərtib edilmiş, müvafiq ödənişlər edilmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən biridir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

27. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia təmin olunmamalıdır.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

29. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə münasibətdə qeyd olunmalıdır ki, rəy çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada verildiyinə, mübahisəli olduğuna görə həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz.

30. İddiaçının tələblərindən biri mexanizmlə qazma işlərinə görə ******* (bir milyon beş yüz on iki manat altı yüz yetmiş beş) manat, dolğu işlərinə görə 82280 (səksən iki min iki yüz səksən) manat, ümumilkdə ******* (bir milyon beş yüz doxsan dörd min doqquz yüz əlli beş) manat pul məbləğinin cavabdehdən tutulmasından ibarətdir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, məhkəməyə təqdim edilmiş “hakediş raporu” və “hakediş icmalı” sənədlərində iddiaçının qeyd etdiyi işlər üzrə hərhansı işlərin görülməsi öz təsdiqini tapmır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfin vəsatətinə uyğun olaraq, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert vəsatətində ekspertizanın keçirilməsi üçün zəruri hesab olunan sənədlərin təqdim edilməsini təklif etsə də, həmin sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə sübuta yetirilmir.

32. Pul öhdəliyinin gecikdirilməsi üçün illik 5% olmaqla 66456 (altımış altı min dörd yüz əlli altı) manatın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında hər-hansı icra edilməmiş öhdəliyinin olması öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.

33. İddiaçı eyni zamanda mobilizasiya xərclərinə görə 488271 (dörd yüz səksən səkkiz min iki yüz yetmiş bir) manat, boşdayanma xərclərinə görə 531000 (beş yüz otuz bir min) manat pulun cavadehdən tutulmasını tələb etmişdir. İddiaçı həmin hissədə də iddiasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır.

34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi sübuta yetirilmədiyindən rədd olunmalıdır.

35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar