Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-321/2023 03.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri X7, X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X11 Qeydiyyatı idarəsi tərəfindən 19 dekabr 2017-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçisi və direktoru Qanuni nümayəndə1 olmuşdur. Bakı şəhəri 44 saylı notarial kontorunda təsdiq olunmuş 11 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC DƏDRX-dən verilmiş MA seriyalı ******* nömrəli, 07 may 2010-cu il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 Q ünvanında yerləşən və ümumi sahəsi 8920,45 kv.m olan qeyri-yaşayış sahəsini 25 dekabr 2017-ci il tarixdən 25 dekabr 2019-cu il tarixə qədər "xxxx" MMC-nin təsisçisi və direktoru Qanuni nümayəndə1 icarəyə vermişdir. BA seriyalı 909738 nömrəli Daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən "xxxx" MMC "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27 oktyabr 2018-ci il tarixdən 26 oktyabr 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta məbləği 180923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat müəyyən olunmuşdur. 11 aprel 2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11 qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmaqla Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış "xxxx" və 03 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin birgə mülkiyyətlərində olan, müxtəlif növ kommersiya sahələrinin icarəyə verilməsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin 26 mart 2019-cu il tarixdə yanması nəticəsində cəmi 384 nəfər icarəçiyə məxsus ümumilikdə 26.511.289 manat dəyərində tikinti, elektrik, yüngül sənaye, təsərrüfat və sair mallardan ibarət əmlak yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılan zaman "xxxx" MMC-də fəaliyyət göstərmiş icaraçilərə cəmi 8.422.063 manat, "xxxx" və "xxxx" MMC-də fəaliyyət göstərmiş icarəçilərə cəmi 8.859.888 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən icarəçilərə cəmi 2.123.726 manat maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. "xxxx" MMC-də fəaliyyət göstərmiş 106 icarəçiyə cəmi 3.394.400 manat, "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən 130 icarəçiyə qarşılıqlı razılıq əsasında 1.103.500 manat vəsait ödənilmişdir. Bаş vеrmiş hаdisəyə görə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bаş vеrmiş hаdisə zаmаnı «Аzsığоrtа» Аçıq Səhmdаr Cəmiyyətində 27 oktyabr 2018-ci il tarixdən 26 oktyabr 2019-cu il tarixədək 180923 mаnаt məbləğində sığоrtа оlunmuş "xxxx" MMC-nə külli miqdаrdа mаddi ziyаn dəymişdir. Həmçinin "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat vəsait direktor Qanuni nümayəndə1 tərəfindən ödənilmişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 "xxxx" MMC аdındаn "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilməmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmаmışdır. Hаlbuki sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı"xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin ərizə qəbul edilməsinə baxmayaraq ərizəyə də, rəsmi cavab verilməmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilərək təklifdə qeyd olunanların 10 gün ərzində qəbul edilməsi və ya tərəflərin mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlməsi təklif olunmuş, razılığa gəlmədikdə isə, ilkin mediasiya sessiyasının mediasiya təşkilatı tərəfindən aparılacağı nəzərə çatdırılmışdır. Lakin təklif 29 sentyabr 2022-ci il tarixdə qəbul olunmasına baxmayaraq təklifə münasibət bildirilməmişdir. Buna görə də, 10 rəsmi iş günündən sonra "xxxx" MMC tərəfindən Bakı şəhəri 11 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Həmçinin "xxxx" MMC və Qanuni nümayəndə1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin e-poçtuna elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya göndərilərək orada qeyd olunanlara 5 gün müddətində rəsmi münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin pretenziyaya baxılmasına baxmayaraq buna da, münasibət bildirilməmişdir. İlkin mediasiya sessiyası 24 oktyabr 2022-ci il tarixə təyin olunmasına baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. Buna görə də, Bakışəhəri 11 saylı Mediasiya təşkilatı tərəfindən "xxxx" MMC-nə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-nə ödəməli olduğu sığorta ödənişi 180.773 manat (150 manat franşiza çıxıldıqdan sonra), 26 mart 2019-cu il tarixdən 3 il 6 ay müddət üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230.000 manat təşkil edir. Cavabdeh iddiaya yazılı etiraz (iddia müddətinin tətbiq edilməsi barədə ərizə) təqdim edərək göstərmişdir ki, iddiaçı tərəf xx.xx.2019-cu il tarixli yanğın hadisəsindən sonra 1 ay ərzində cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmiş, sğorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etmişdir. Ona görə də təxminən xx.xx.2019cu ildən başlanmaqla 7 iş günü ərzində cavabdeh iddiaçıya sığorta ödənişini həyata keçirməli idi. İddiaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsini tələb edir, həmin məbləğin hesablanması qaydasına diqqət yetirildikdə məlum olur ki, hesablama 1272 gün (3 il 5 ay 23 gün) müddət üçün hesablanmışdır. Bu o deməkdir ki, iddiaçı dəbbə pulunun hesablanması zamanı da cavabdeh sığortaçının 3 il 5 ay 23 gün əvvəl sığorta ödənişini icra etməli olduğunu təsdiqləyərək penya məbləğini qeyd etdiyi müddətdən götürmüşdür. Bundan əlavə, cavabdeh mətbuatda açıqlama verərək bildirmişdir ki, "xxxx" ticarət mərkəzi bizdə sığorta olunmayıb, yalnız ona yaxın zərərçəkənlərdən şirkətimizə müraciət daxil olub”. O cümlədən həmin yanğın hadisəsindən zərər çəkmiş digər sığortalılara, tərəflərindən xx.xx.2019-cu ildə "xxxx" Firması, xx.xx.2019-cu ildə "xxxx" Firması, xx.xx.2019-cu ildə X3, xx.xx.2019-cu ildə "xxxx" MMC, xx.xx.2019-cu ildə Abdullayev Elçin Səhrab oğluna sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, hazırkı mübahisə üzrə sığorta qanunvericiliyi sığorta ödənişinin icra müddətini 7 iş günü müəyyən etmişdir. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərin nəzərə alınmaqla iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf onlara yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyini bildirmiş, onlar da həmin hökmün qəbul edilməsini gözləmiş, bаş vеrmiş hаdisəyə görə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmü əldə etdikdən sonra cavabdehə təqdim etmiş, cavabdeh tərəf onlara sığorta ödənişinin məbləğinin yüksək olmasını, onlara yalnız sığorta ödənişinin verilməsinə razı olduqlarını, dəbbə pulunu ödəməyəcəklərini bildirmiş, bundan sonra məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən 2022-ci ilin yayında borc etiraf edildiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi G.Nağıyeva iddia tələbinə etiraz edib iddiaya dair yazılı etirazın (iddia müddətinin tətbiq edilməsi barədə ərizə) məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yanğın, yəni sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişinin verilməsi ilə bağlı iddiaçı hadisədən 1 ay keçməmiş cavabdehə müraciət etmiş, sığorta ödənişinin verilməsi üçün tələb edilən bütün sənədləri təqdim etmişdir. Lakin iddiaçıya sığorta ödənişinin verilib verilməyəcəyi barədə rəsmi məlumat verilməmişdir. Baş vermiş yanğın hadisəsinin sığorta hadisəsi olmasını, həmin hadisə nəticəsində iddiaçıya sığorta ödənişinin verilməli olmasını qəbul edirlər, lakin hesablanmış dəbbə pulu hissəsində iddia tələbini qəbul etmirlər. İddia tələbi sığorta ödənişinin verilməsi hissəsində əsaslı olmasına baxmayaraq 3 illik iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə sığorta ödənişinin veriləcəyi ilə bağlı hər hansı vəd verilməmişdir. Lakin iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi halda vaxtında Məhkəməyə müraciət etməmiş, yalnız 3 il 6 ay keçdikdən sonra məhkəməyə iddia ərizəsi verməklə iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ş.Xudiyev iddia tələbinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbə Qapı 2,3; 2-ci mərtəbə -Qapı 4,5; 3-cü mərtəbə Qapı 6-da olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. 17 mart 2021-ci il tarixli “Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X6 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X10, "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X15 barəsində Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir. "xxxx" MMC ilə (icarəyə verən) "xxxx" MMC (icarəçi) arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarəyə verir, icarəçi isə bu icarə müqaviləsində gələcəkdə “qeyri-yaşayış sahəsi” adlanacaq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, qapı 2 və 3, 1-ci mərtəbədə, 2-ci mərtəbədə qapı 4 və 5, 3cü mərtəbədə Qapı 6-da aşağıdakı sahələri icarəyə götürür: 1137.7 kv.m əsas sahədən (zaldan) və 41,1 kv.m köməkçi sahədən (36,8 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1178,8 kv.m olan zirzəmini 1137,7 kv.m əsas sahədən (Zaldan) və 41,1 kv.m köməkçi sahədən (36,8 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1178,8 kv.m olan zirzəmini 945,65 kv.m əsas sahədən (zaldan) və 253,3 kv.m köməkçi sahədən (211,1 kv.m zirzəmiyə girişdən, 37,9 kv.m pilləkən qəfəsindən və 4.3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1198,95 kv.m olan 1-ci mərtəbəni; 1166,8 kv.m əsas sahədən (zaldan) və 42,2 kv.m köməkçi sahədən (36,9 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan ümumi sahəsi 1209,0 kv.m) olan 2-ci mərtəbəni 1166,8 kv.m əsas sahədən (zaldan) və 42,2 kv.m köməkçi sahədən (36,9 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1209,0 kv.m olan 3-cü mərtəbəni 1166,8 kv.m əsas sahədən (zaldan) və 42,2 kv.m) köməkçi sahədən (36,9 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1209 kv.m olan 4-cü mərtəbəni 924,9 kv.m əsas sahədən (zaldan) və 156,7 kv.m köməkçi sahədən ( 63,4 kv.m pilləkən qəfəsindən 4.,3 kv.m liftdən) 89,0 kv.m dəhlizdən (eyvandan) ibarət olan, ümumi sahəsi 1081,6 kv.m olan 5-ci mərtəbəni 655,3 kv.m dam üstü mərtəbəsində yerləşən sahəni cəmi birlikdə 8920,45 kv.m olan sahəni icarəyə götürür. "xxxx" MMC-yə məxsus BA 909738 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 81Q ünvanında yerləşən ticarət obyekti 150 manat azadolma məbləği olmaqla 180923 manat məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutumaq hüququndan məhrum ediməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90000 (doxsan min) manat pulun 40000 (qırx min) manatının zərərçəkmiş şəxs X1, 50000 (əlli min) manatı zərərçəkmiş şəxs X4 verilməsi hökm edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 05 aprel 2019-cu il tarixli 1155/CFİ-143/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş A.Salmanovaya Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 2383-2387 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 6500 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 500 manat azadolma məbləği çıxılaraq faktiki 6000 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 12 iyun 2019-cu il tarixli 1482/CFİ-131/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş X9 rayonu, C.ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakda xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 8100 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 100 manat azadolma məbləği çıxılaraq faktiki 8000 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 12 iyun 2019-cu il tarixli 1488/Fİ-045/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş X9 rayonu, C.ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 18000 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 1000 manat azadolma məbləği çıxılaraq faktiki 17000 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 22 may 2019-cu il tarixli 1375/CFİ-132/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş "xxxx" MMC-yə Nizami rayonu, Q.Qarayev və C.Naxçıvanski küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 9637 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 150 manat azadolma məbləği çıxılaraq faktiki 9487 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli 1031/CFİ-133/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş “ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 11120 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 1000 manat azadolma məbləği çıxılaraq faktiki 10120 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli 1033/CFİ-134/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş "xxxx" Firmasına Nizami rayonu, C.ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 2937 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 150 manat azadolma məbləği çıxılaraq faktiki 2787 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir. 26 mart 2019-cu il tarixli Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Elektron Elmi-İstehsalat MMC-yə 6000 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə "xxxx" Firmasına 2787 manat, xx.xx.2019cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə "xxxx" Firmasına 10120 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 9487 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə Abdullayev Elçin Səhrab oğluna 17000 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə Abdullayev Elçin Səhrab oğlunun hesabına 8000 manat pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Bu səbəbdən iddiaçı, cavabdehdən sığorta ödənişinin və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Materiallardan görünür ki, sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, sığorta hadisəsi baş verdikdən sonra bir ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən bütün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə sığorta müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı). Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 701 (yeddi yüz bir) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-321/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-321/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver