Məhkəmə qərarları › İş №e-2-2(113)-3211/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3211/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3211/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin geri qaytarılması, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2602.11 manat manat məbləğində sığorta ödənişi, 46.02 dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 2648.53 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC-yə məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh1 istifadəsinə verilmiş və Cavabdeh3 idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra “ASC”) “icbari sığorta” qaydasında sığortalanmış **-AE-*** dövlət qeydiyyat nişanlı “BMW minik” markalı avtomobillə X4 idarə etdiyi, **-OA-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 53 minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinərək, AR İXM-in 327.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, AR İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **- AE-*** dövlət qeydiyyat nişanlı “BMW minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP6025812 saylı protokoldan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə **-AE-*** dövlət qeydiyyat nişanlı “BMW minik” markalı avtomobillə **-OA-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 53 minik” markalı avtomobilin iştirakları ilə yol-nəqliyyat hadisəsi törədilmiş, yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinərək, AR İXM-in 327.1 və 332.4-cü maddələri inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, AR İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC-nin sığorta aktından və zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində **-OA-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 53 minik” markalı avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 3040 manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 2602.11 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli BS- S-24/0529 saylı pretenziya məktubundan görünür ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün onlara pretenziya göndərilmişdir. “Onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, pretenziya məktubu və iddia ərizəsi Cavabdeh2 MMC-yə “onlayn kargüzarlıq” sistemi vasitəsilə göndərilmişdir. Cavabdehlərin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizələrinin surətinin görünür ki, onlar 2602.11 manat məbləğində pulu 5 dəfəyə hissə-hissə olmaqla ödəməyə razılıq vermiş və borclarını etiraf etmişlər. Həmin ərizədə onlar hər ayın 5-ə kimi ödəniş etməyə söz versələr də bu günə qədər razılaşmaya əməl etməmişlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC iddia ərizəsinə etiraz edərək bildirdi ki, Cavabdeh2 MMC iş üzrə cavabdehlikdən çıxarılmalıdır. Çünki MMC sadəcə maşını Cavabdeh1 lizinqə verib, onun adına etibarnamə verib və lizinq müqaviləsinə əsasən bütün məsuliyyət lizinq alanın üzərindədir. Beləliklə, Cavabdeh2 MMC-yə aid hissədə iddia tələbinin təmin edilməməsini xahiş edir.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, hadisə onun tərəfindən törədilib, həmin an maşının sahibi yanında olub. Sürücüluk vəsiqəsinin vaxtı bitdiyi üçün etibarnaməsi olmayıb. İçkili olub maşını idarə edərkən, yüngül hadisə baş verib. Dəymiş zərərin ödənilməsini öz üzərinə götürür, ödəyəcəyinə söz verir, sadəcə uzun müddətə möhlət verilməsini xahiş etmişdir.

6. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, maşını lizinqə götürüb, hadisə zamanı iştirak edib. Hadisə zamanı maşını Cavabdeh3 idarə edib, o isə maşında yanında oturub.

7. Digər cavabdehlərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlər iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. xx.xx.2022-ci il tarixli XL-005/22 saylı daxili lizinq müqaviləsinə əsasən BMW 320i-minik, sedan, qara qəngli 2007-ci il tarixli avtomobil Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-dən lizinqə götürülmüşdür.

11. XL/E/1600 saylı xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi BMW 320i-minik markalı, 77AE872 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi hüququ Cavabdeh1 verilmişdir.

12. xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus BMW 320i- 77AE872 nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır.

13. xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən Mercedes Benz E 53 AMG markalı 99OA777 nəqliyyat vasitəsinə 3040 manat dəyərində zərər dəydiyi qeyd olunmuşdur.

14. xx.xx.2024-cü il tarixli, İXP6025812 saylı protokoldan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə **-AE-*** dövlət qeydiyyat nişanlı “BMW minik” markalı avtomobillə **-OA-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 53 minik” markalı avtomobilin iştirakları ilə yol-nəqliyyat hadisəsi törədilmiş, yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinərək, AR İXM-in 327.1 və 332.4-cü maddələri inzibati məsuliyyətə cəlb edilmişdir.

15. xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən Mercedes Benz E 53 AMG markalı 99OA777 nəqliyyat vasitəsinə 3040 manat dəyərində zərər dəydiyi və 3040 manat məbləğində sığorta ödənişi olduğu qeyd olunmuşdur.

16. xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 2602.11 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür.

17. Cavabdeh1 və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə ünvanladıqları ərizədə 2602 manat ödəniş məbləğinin 5 hissəyə bölərək beş aya ödənilməsinə şərait yaradılması xahiş edilmişdir.

18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

22. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

23. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

24. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

25. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

26. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

27. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

28. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

29. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli XL-005/22 saylı daxili lizinq müqaviləsinə əsasən BMW 320i-minik, sedan, qara qəngli 2007-ci il tarixli avtomobil Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-dən lizinqə götürülmüş, xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus BMW 320i- 77AE872 nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmış, xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən Mercedes Benz E 53 AMG markalı 99OA777 nəqliyyat vasitəsinə 3040 manat dəyərində zərər dəydiyi qeyd olunmuş, xx.xx.2024-cü il tarixli, İXP6025812 saylı protokoldan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə **-AE-*** dövlət qeydiyyat nişanlı “BMW minik” markalı avtomobillə **-OA-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 53 minik” markalı avtomobilin iştirakları ilə yol-nəqliyyat hadisəsi törədilmiş, yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinərək, AR İXM-in 327.1 və 332.4-cü maddələri inzibati məsuliyyətə cəlb edilmiş, xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən Mercedes Benz E 53 AMG markalı 99OA777 nəqliyyat vasitəsinə 3040 manat dəyərində zərər dəydiyi və 3040 manat məbləğində sığorta ödənişi olduğu qeyd olunmuş və Cavabdeh1 və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə ünvanladıqları ərizədə 2602 manat ödəniş məbləğinin 5 hissəyə bölərək beş aya ödənilməsinə şərait yaradılması xahiş edilmişdir.

31. Məhkəmə hesab edir ki, iş üzrə iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməməlidir. **-AE-*** dövlət qeydiyyat nişanlı “BMW minik” markalı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olsa da, hadisə zamanı (daxili lizinq müqaviləsi və etibarnamə əsasında) həmin nəqliyyat vasitəsinə qanuni sahiblik hüququ Cavabdeh1 məxsus olmuş, hadisəni bilavasitə törədən isə Cavabdeh3 olmuşdur.

32. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, İXP6025812 saylı protokoldan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə **-AE-*** dövlət qeydiyyat nişanlı “BMW minik” markalı avtomobillə **-OA-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 53 minik” markalı avtomobilin iştirakları ilə yol-nəqliyyat hadisəsi törədilmiş, yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinərək, AR İXM-in 327.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, eyni zamanda sürücü kimi idarə etmə hüququ və nəqliyyat vasitəsinə qanuni əsasla (lizinq müqaviləsi və etibarnamə) sahiblik hüququ Cavabdeh1 olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən artıq ödənilmiş sığorta məbləğinin cavabdehlər Cavabdeh1 (nəqliyyat vasitəsinin hadisə törədilən zaman qanuni sahibi) və Cavabdeh3 (nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarəedən və hadisəni bilavasitə törədən şəxs) tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia həmin hissədə təmin olunmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. İş materiallardan göründüyü kimi iddiaçı tərəfindən 46,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 46,60 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2602,11 manat sığorta ödənişi və dövlət rüsumunun əvəzi olaraq 46,60 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar