Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3229/2024 16.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma, cərimə, dəymiş ziyan) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin ċavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MTK iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ondan tutulmuş 8037,76 manat cərimə məbləği, həmin vəsaitə görə ödənilmiş 665,5 manat faiz məbləği, müqavilə üzrə nəzərdə tutulmuş 2813,2 manat məbləğində gecikmə faizi və 3215,1 manat məbləğində cərimə, 8703,26 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 23434,82 manat məbləğində vurulmuş maddi zərər, həmçinin 23434,82 manat məbləğində dəymiş mənəvi zərər, əlavə olaraq 275 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 47144,64 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli 32110***-*******01L saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı MTK-ya 120 ay müddətində (xx.xx.2032-ci ilədək) illik 30%-dan artıq olmamaq şərti ilə 2 milyon manat həcmində kredit limiti açılmışdır. Qeyd olunan kredit limiti üzrə ayrılmış kredit borcu hər zaman iddiaçı tərəfindən vaxtında ödənilmiş və heç bir gecikmə olmamışdır. xx.xx.2024-cü il tarixdə isə kredit borcu tam bağlanmışdır. Lakin, cavabdeh tərəfindən iddiaçıya heç bir əsas olmadan 10500,0 (on min beş yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. Cərimənin tətbiq olunmasına əsas kimi isə cavabdeh tərəfindən iddiaçının başqa bankla da əməkdaşlıq etməsi gətirilmişdir. İlk öncə onu qeyd edək ki, cavabdeh müvafiq “etiraz” ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 8037,76 manat pul vəsaitinin tutulduğunu etiraf etdiyi üçün, iddiaçı da tutulan əsassız vəsaitin həmin həcmdə olduğunu qəbul edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəaları, həmçinin mülki qanunvericiliyin tələbləri baxımında, cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuş və bunun nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, iddiaçıdan əsassız tutulmuş 8037,76 manat məbləğ başqa bir kreditordan (fiziki şəxsdən) illik 28 % həcmində borc şəklində alınmış vəsait olmuşdur. Əsassız tutulmuş 8037,76 (səkkiz min otuz yeddi manat yetmiş altı qəpik) manat həcmində pul vəsaitinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində iddiaçıya tərəfindən təxminən 665,5 manat həcmində digər kreditora faizlər ödənilməsinə səbəb olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsi”nin 9.11-ci bəndinə əsasən gecikdirilmiş ödəniş məbləğinin əsas məbləğinə müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsinin (30 %) üzərinə 5 % gəlməklə gecikmə faizinin hesablanması nəzərdə tutulmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən pozulduğu üçün 8037,76 manat məbləği həmin bənd üzrə gecikdirilməsi 2813,2 manat təşkil edir. Bundan başqa, tərəflər arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsi”nin 9.11-ci bəndinə əsasən gecikdirilmiş ödəniş məbləğinin 40 % həcmində cərimə hesablanması nəzərdə tutulmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən pozulduğu üçün 8037,76 manat məbləği həmin bənd üzrə gecikdirilməsi 3215,1 manat təşkil edir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı hazırda çoxmərtəbəli bina tikintisi fəaliyyəti ilə məşğuldur və ötən 3 ay 18 gün ərzində ondan əsassız tutulmuş və əsassız tutulmaya görə digər kreditora ödənmiş olduğu faiz dərəcəsi ilə birlikdə olan 8703,26 manat pul vəsaitinin 100 % faizi həcmində, yəni 8703,26 manat həcmində sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir əldə etməkdən məhrum olmuşdur. Beləliklə, əsassız tutulmuş 8037,76 manat, həmin vəsaitə görə ödənilmiş 665,5 manat faiz, müqavilə üzrə nəzərdə tutulmuş 2813,2 manat gecikmə faizi və 3215,1 manat cərimə, 8703,26 manat həcmində əldən çıxmış fayda olmaqla, cəmi 23434,82 manat məbləğində iddiaçıya maddi zərər dəymişdir. Qeyd olunan dəymiş 23434,82 manat həcmində maddi zərərin 100 %-i həcmində də mənəvi zərərin dəyməsi kimi qəbul olunmalıdır. Çünki, iddiaçı pilot layihə icra etməklə çoxmərtəbəli bina tikintisi fəaliyyəti ilə məşğuldur. Həmin tikilməkdə olan binadan pilot layihə üzrə yaşayış və ya qeyri-yaşayış sahələri sökülən vətəndaşlara mənzillərin və qeyri-yaşayış sahələrinin verilməsi nəzərdə tutulur. İddiaçı həmin vətəndaşların müvəqqəti məskunlaşdığı mənzillərin aylıq icarə haqqını ödəyir. Bu baxımdan da, iddiaçının tikməkdə olduğu çoxmərtəbəli binanı tez bir müddətdə icra edərək öz sakinlərinə təhvil vermək öhdəliyi vardır. Lakin, hazırda iddia predmetini təşkil edən əsassız tutulmalar iddiaçıya öz öhdəliklərini planlaşdırdığı müddətdə icra etməyə mane olmaqla, onun sahibkarlıq fəaliyyətini məhdudlaşdırır. Bu da istər iddiaçının, istərsə də vətəndaşların qanunla qorunan hüquqlarına zərər vurur. Ona görə də hazırkı iddia üzrə dəymiş maddi zərər 23434,82 manat hesablandığı üçün, dəymiş mənəvi zərərin həcmi də həmin məbləğin 100 %-i həcmində hesablanır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 439, 442.1, 446, 449, 1091, 1092, 1096-cı maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsində qeyd edilənlərə uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* №-li qoşulma razılaşmasına əsasən MTK bankın internet saytında pdf və ya asan.doc formatında yerləşdirilmiş kompleks bank xidmətləri müqaviləsinin (KBXM) şərtlərini qəbul edərək ona qoşulub. KBXM kredit və qeyri-kredit məhsullarına dair müxtəlif bank xidmətlərini, o cümlədən kreditin verilməsini nəzərdə tutur. Tərəflər arasında xx.xx.2022-ci ildə əsas kredit limiti razılaşması imzalanıb və Bank həmin razılaşma çərçivəsində MTK-ya xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci ilədək qaytarmaq şərtilə 300000 manat, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci ilədək qaytarmaq şərtilə 900000 manat kredit verib. MTK xx.xx.2024-cü ildə 182317 manat ödəyərək xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə öhdəliyini və 01-xx.xx.2024-cü ildə 822403 manat ödəyərək xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə öhdəliyini vaxtından əvvəl tam icra etmişdir. KBXM-nin 9.10-cu bəndinə görə kreditverən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldildiyi təqdirdə isə ödəniləcək əsas borc məbləğinin 1 faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malikdir. MTK tərəfindən vaxtından əvvəl icra olunmuş öhdəlik üzrə əsas borcun qalıq hissəsi 1.004.720 manat (182317+822403) olub və bank həmin məbləğdən müqavilədə göstəriləndən də az, 0,8 % hesabı ilə 8037,76 manat komissiya tutub. Həmin məbləğ iddiaçının başqa bankla əməkdaşlıq etdiyi üçün ona tətbiq olunan cərimə deyil, kredit öhdəliyinin vaxtından əvvəl icrasına görə komissiya haqqıdır ki, KBXM-nin 9.10-cu bəndinə əsasən onun ödənilməsini tələb etmək Bankın hüququ, komissiya haqqını ödəmək isə MTK-nın vəzifəsidir. AR MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, kredit öhdəliyinin vaxtından əvvəl icrasına görə komissiya haqqının tutulması müqavilə şərtlərinə uyğundur və Bankın bu hərəkəti hüquqazidd olmadığı üçün iddiaçıya zərər vuran davranış sayılmır. İddiaçı özü də maddi və mənəvi zərər məruz qaldığını əsaslandırmayıb və müvafiq sübutları məhkəməyə təqdim etməyib. Halbuki AR MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və ya etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasından görünür ki, bu razılaşmanın predmetini, əsas kredit limiti razılaşmasına əsasən “Kreditverən” "Borc alan”a ******* (iki milyon) AZN məbləğində 120 (bir yiiz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində "Borcalan” ona kredit verilməsi barədə Kreditverənə müraciət etmək hüququna malikdir. Kredit limiti çərçivəsində “Borcalan”a verilən kreditlər kredit razılaşmasının şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə, habelə gücləndirilmiş elektron imza və ya əl imzası ilə bağlanması ilə rəsmiləşdirilir və bu kredit limiti razılaşması çərçivəsində veriləcək hər bir kredit iizrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin Ödənilməsinə dair digər spesifik şərtlər bu kredit limiti razılaşması və/və ya ayrılmaz, tərkib hissəsi hesab edilən kredit razılaşmaları ilə müəyyən ediləcəkdir. Borcalan tərəfindən bu əsas kredit limiti razılaşmasının imzalanması ilə Borcalan Kreditverənin https://www.bankrespulika.az/az/pages/kompleks-bank-xidmetimuqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOG formalında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir, Borcalan ilə Kreditverən arasında olan münasibətlərin bu kredit limiti razılaşması və/və ya kredit razılaşmaları və KBXM ilə tənzimləndiyini qəbul edir, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirir. 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasından görünür ki, https://www.bankrespulika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininın şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə “Borcalana” 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 (otuz) faizdən çox olmamaq şərtilə ******* (iki milyon) AZN məbləğində kredit limiti açılmışdır. Bu kredit limitinə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona AZN, ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər, “Borcalan” və 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürərək məsuliyyət daşıyırlar. Razılaşmanın 2-ci bəndinə əsasən “Kreditverən” 32110422-13X348001L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 14 (on dörd) faiz dərəcəsi ilə xx.xx.2025-cıi il tarixinədək , 3 (üç) ay güzəşt olmaqla 300000 (üç yüz min) AZN məbləğində borc pul vəsaitini dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir. “Borcalan” bu kreditin verilməsinə görə 1500 (bir min bes yüz) AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 1500 (bir min bes yüz) AZN xidmət haqqı 32110***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir. 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasından görünür ki, https://www.bankrespulika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininın şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə “Borcalana” 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 (otuz) faizdən çox olmamaq şərtilə ******* (iki milyon) AZN məbləğində kredit limiti açılmışdır. Bu kredit limitinə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona AZN, ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər, “Borcalan” və 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürərək məsuliyyət daşıyırlar. Razılaşmanın 2-ci bəndinə əsasən “Kreditverən” 32110422-13X348001L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 13 (on üç) faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixinədək 3 (üç) ay güzəşt olmaqla 900000 (doqquz yüz min) AZN məbləğində bore pul vəsaitini Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir. “Borcalan” bu kreditin verilməsinə görə 4500 (dörd min beş yüz) AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 4500 (dörd min beş yüz) AZN xidmət haqqı 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir. 08 aprel 2022-ci il tarixli ******* nömrəli Qoşulma Razılaşmasından görünür ki, tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Müştəri müraciətinə (müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə və/və ya Banka yaxınlaşmaqla Bank xidmətlərindən istifadə edilməsinə dair iradə ifadəsi) əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən Bank və Müştəri arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və Bankın https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında (Bundan sonra RİS adlandırılacaq) PDF və ya ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi (bundan sonra KBXM) və müvafiq razılaşmalar ilə tənzimləndiyini bu razılaşmanı imzalayaraq qəbul edir. Məsafədən bank xidmətlərinin göstərilməsinə dair Kompleks Bank Xidmətləri Müqaviləsindən görünür ki, banka gəlmədən elektron sənəd mübadiləsi yolu ilə Bank Respublika ASC-nin müştəriyə təklif etdiyi Bank xidmətləri ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranmasına və onlara xitam verilməsinə dair münasibətləri tənzimləyir və tərəflərin iradə ifadəsini elektron sənəd mübadiləsi yolu ilə bildirdiyi müqavilədir. Müqavilə 9.1-ci bəndinə əsasən Bank (Kreditverən) Müştərinin (Borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 17-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq Müştəriyə kredit razılaşması və ya Əsas kredit limiti razılaşması əsasında kreditlər verir. Müqavilənin 9.10-cu bəndinə əsasən kreditverən Borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 (bir) faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldildiyi təqdirdə isə ödəniləcək əsas borc məbləğinin 1 (bir) faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 19.9-cu bəndinə əsasən müştəri bu müqaviləni elektron qaydada təsdiq edərək bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə bank xidmətlərinin (kredit və qeyri-kredit) göstərilməsinə dair müraciətinin bu müqavilənin müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olması üçün səbəb olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir. Cavabdeh ASC-nin hesabdan çıxarışına əsasən müəyyən olunur ki, İddiaçı MTK-yə məxsus olan 32-1383480-1 nömrəli hesabdan xx.xx.2024-cü il tarixində 182317 manat, 01-xx.xx.2024-cü tarixlərində 822403 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit razılaşmaları bağlanmış və cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək iddiaçıya ******* manat kredit vermişdir. İddiaçı hesabına daxil olan həmin kredit məbləği üzrə xx.xx.2024-cü ildə 182317 manat ödəniş edərək xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə öhdəliyini və 01-xx.xx.2024cü ildə 822403 manat ödəniş edərək xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə öhdəliyini vaxtından əvvəl tam icra etmiş və cavabdeh tərəfindən 0,8% komissiya haqqı olaraq 8037,76 manat pul tutulmuşdur. Tərəflər arasında imzalanmış Kompleks Bank Xidmətləri müqaviləsinin 9.10-cu bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirilməsi nəticəsində müvafiq ödənişlə kreditin tam bağlanması halında ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malik olmuş və müqavilənin 19.9-cu bəndinə əsasən iddiaçı müqaviləni elektron qaydada təsdiq edərək, məcburi hüquqi qüvvəyə malik olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin müqavilə bağlamaq təklifi və müqavilə şərtləri ilə razılaşaraq qəbul etmiş, eyni zamanda həmin razılıq tam və qeyd şərtsiz olmuşdur. Bu isə onu göstərir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmamış, tərəflər arasında olan müqavilə əsasında 0,8% komissiya haqqı tutmuşdur. İddiaçının vaxtından əvvəl öhdəliyini icra edərək qalıq borcu tam ödəməsi nəticəsində cavabdeh tərəfindən həmin ödənişə uyğun olaraq əsas borcun qalıq hissəsinin 1 faizi həcmində komissiya haqqının tutulması barədə müqavilə şərti qanunvericiliyə zidd olmamışdır. Belə ki, qanunvericilikdə hazırkı halda ödəliyin vaxtından əvvəl icra edilərək borc məbləğinin tam ödənilməsi zamanı 1% komissiya haqqının tutulmasını qadağan edən hər hansı bir norma möcud deyildir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlərdən gəlir əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları həmin gəlirləri əldə etmək imkanlarından məhrum edir. Buna görə də kredit borcu vaxtından əvvəl ödənildiyi halda bank faktiki olaraq müqavilə bağlanarkən sonuncu ödəniş gününə qədər əldə etməli olduğu fazilərdən məhrum olur. Bu baxımdan bankın vaxtından əvvəl kredit borcu tam ödənildiyi halda qalıq borcun 1% faizi həcmində komissiya haqqı tutması ağlabatandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi 8037,76 manat cərimə məbləğinin tələb edilməsi hissəsində əsassız olduğu üçün rədd edildiyindən, həmin məbləğə əsasən iddiaçı tərəfindən tələb edilən digər faiz və gecikmə məbləğləri, həmçinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində də iddia tələbi rədd edilməlidir. Nəticə Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin ċavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3229/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3229/2024
16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver