Məhkəmə qərarları › İş №e-2-2(113)-3233/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3233/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3233/2022 03.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, nümayəndə X2 və Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbləri barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 03 saylı (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış 100812,46 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1950 manat pulun, ödənilmiş 400 manat dövlət rüsumunun müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixli, 03 saylı Müqavilə (işlərin görülməsi barədə) imzalanmışdır. Müqavilə əsasında icraçı olaraq İddiaçı MMC tərəfindən sifarişçi - Cavabdeh MMC-nin sifarişi ilə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən “X8”nda müqavilənin 1 saylı əlavəsində göstərilən işləri icra edilməsi, sifarişçinin isə öz növbəsində görülmüş işlərin razılaşdırılmış qiymətini ödəmək öhdəliyi vardır. Həmin Müqaviləsinin 3.1, 3.2, 7.2-ci bəndlərinə əsasən işlərin yerinə yetirilməsini təsdiq edən təhvil-təslim aktları hər iki tərəfdən imzalandıqdan sonra, sifarişçi (Cavabdeh MMC) görülən işlərin dəyərini Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura sifarişçiyə təqdim edildiyi gündən etibarən 3 iş günü ərzində icraçıya ödəməlidir. Bildiririk ki, qeyd olunan müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-nin sifarişi ilə müqavilədə nəzərdə tutulmuş işlər görülmüş və faktiki olaraq və müvafiq təhvil-təslim aktları ilə cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə görülmüş işlər üzrə cavabdeh tərəfindən ümumi olaraq İddiaçı MMC-yə ödənilməli cəmi 100812,46 manat məbləğində borc yaranmışdır. Beləki cavabdehə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə əsasən ümumi ödənilməli məbləğ 602981.68 manat olmuşdur. Bu məbləğdən 502169,22 manat məbləğində vəsait artıq cavabdeh tərəfindən ödənilmişdir. Nəticədə yuxarıda göstərilən qalıq borc məbləği, yəni 100812,46 manat qalıq məbləğ ödənilməmişdir. Bildiririk ki, borcun ödənilməsi əsaslarından biri olaraq, ən son təqdim edilmiş elektron qaimənin tarixi 16 dekabr 2021-ci il tarixinə təsadüf etmişdir və bu tarixdən də hazırki günə kimi 4 aydan çox müddət keçmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, həmçinin hər hansı əsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. İddiaçı dəfələrlə Cavabdeh MMC-nin rəhbərliyi ilə görüşüb bu münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Həmçinin mübahisənin müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasında həll edilməsi üçün elektron məhkəmə portalı vasitəsilə müvafiq pretenziya da cavabdehə iddiaçı tərəfindən göndərilmiş, lakin həmin pretenziya məktubuna da əsaslandırılmış cavab verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmır. Tərəflər arasında imzalanmış, yuxarıda adı çəkilən müqavilə predmetinə görə və mahiyyətçə podrat müqaviləsidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3526/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair 2-2(113)-3526/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı pul tələbi ilə bağlı 2-2(113)-3233/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı işinə birləşdirilmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə ödənilmiş 100000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkdiyimiz xərclərə görə 214275,62, ƏDV görə 38569, 61 və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 642 manat məbləğində pulun cavabdeh İddiaçı MMC tərəfindən tutularaq Cavabdeh X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh X3 ilə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02 iyun 2021-ci il tarixli, AZ 02/0621 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi qismində çıxış edən “X9” MMC icraçı qismində çıxış edən Cavabdeh MMC-yə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən “X8”nda müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsini tapşırır, Sifarişçi isə görülən işlərin müqabilində icraçı Cavabdeh MMC-yə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. Daha sonra Cavabdeh MMC İddiaçı MMC ilə 14 iyun tarixli, 03 nömrəli podrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən sifarişçi qismində çıxış edən Cavabdeh MMC sözügedən Zirə qəsəbəsində yerləşən “X8”nda müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsini tapşırır və görülən işlərin müqabilində sifarişçi, İddiaçı MMC-yə razılaşdırılmış məbləği ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən icraçı İddiaçı MMC ona təqdim olunmuş obyektdə cəlb olunmuş iş qüvvəsi, maşın mexanizması və əl alətləri ilə sözügedən müqavilənin şərtlərinə, sifarişçi Cavabdeh MMC-nin texniki tapşırığına uyğun şəkildə, razılaşdırılmış müddətdə, yüksək peşəkarlıqla, keyfiyyətli şəkildə yerinə yetirib təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.2-cimaddəsinə əsasən icraçı müqavilənin müddəaları ilə öz öhdəliyinə düşən vəzifələrin yerinə yetirilməsinə görə vahid və tam məsuliyyət daşıyır, yəni bu müqavilənin yerinə yetirilməsi ilə bağlı icraçı tərəfindən cəlb edilmiş bütün işçilər, nümayəndələr və subiçraçılar icraçının tam nəzarəti altında olmalıdırlar, sifarişçinin işçiləri kimi sayılmamalıdırlar və onların işlərinə görə də sifarişçi qarşısında birbaşa olaraq icraçı cavabdehlik daşıyır. Müqavilənin 4.2.8-ci maddəsinə əsasən icraçı tamamladığı işləri sifarişçiyə və qanunla müəyyən olunan səlahiyyətli təşkilatlara tam və ya hissə-hissə təhvil verməli, onların etdiyi iradları sözsüz və birmənalı 3 gün ərzində aradan qaldırmalıdır. Həmçinin müqaviləyə əsasən vaxt cədvəlindəki texniki spesifikasiyalara və müqavilənin müddəalarına uyğun olaraq 30 dekabr 2021-ci il tarixi işlərin tam başa çatma vaxtı kimi nəzərdə tutulmuşdur. Lakin qeyd olunan vaxtda cavabdeh təşkilat nəinki işləri başa çatdırmış, əksinə işləri yarmçıq və keyfiyyətsiz görərək, öhdəliklərini icra etmədən ərazini tərk etmişdir. Bildirirəm ki, cavabdeh şirkət tərəfindən müqavilədən irəli gələn öhdəlikləri pozmuşdur. İşlər tamamilə keyfiyyətsiz və natamam şəkildə görülmüşdür. Bunun nəticəsində bizə xeyli maddi ziyan dəymişdir. Sübut qismində təqdim etdiyimiz 30 avqust 2021-ci il tarixli təhvil-təslim aktından və forma-2 arayışından görünür ki, ümumilikdə yekun olaraq 344759,86 manat dəyərində mal-material Cavabdeh MMC-ə təhvil verilmişdir. Bununla yanaşı, 30 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktına və Forma-2 arayışına əsasən ümumilikdə 330463,95 manat dəyərində mal-material Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmçinin, 14 iyun 2021-ci il tarixli, 03 saylı işlərin və xidmətlərin təhvil-təslim edilməsinə dair akta və Forma-2 arayışına əsasən ümumilikdə 36294,58 manat dəyərində mal-material Cavabdeh MMC-ə təhvil verilmişdir. Təqdim etdiyimiz “X12” tərəfindən verilmiş “X11 Zavodunun mövcud vəziyyətinə dair texniki uyğunluq hesabatının texniki müayinəsi”ndən bəlli olur ki, A hissəsində ventilyasiya qurğusunun içi tozludur, quraşdırma tamamlanmamışdır, K hissəsində ventilyasiya cihazları dizaynda göstərildiyi kimi quraşdırılmayıb, ventilyasiya borusu deformasiya olunub, örtük yoxdur. Şəkil 5-dən məlum olur ki, istilik şəbəkəsi natamam quraşdırılıb, şəkil 7-dən görünür ki, cihazların içi tozludur.Şəkil13 və 14-dən görünür ki, cihazlar natamam quraşdırılıb və içi tozludur. Bildirirəm ki, “ClimaLine” tərəindən verilmişxx.xx.2022-ci il tarixli Abşeron rayonu, Zirə qəsəbəsində "zeytun bağları" ərazisində zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun havalandırma sisteminin qüsurlarının aşkarlanması, bu qüsurların bərpa edilməsi və natamam işlərin tamamlanması barədə akta nəzər salsaq, işlərin həqiqətən də qüsrlu şəkildə icra edildiyini görmək mümkündür. Belə ki, həmin akta əsasən süfrəlik zeytun zavodunda havalandırma kanallarının bərkidilmə (xamutlama) işləri düzgün qurulmamışdır. Kanallar sökülərək, xamutlarla bərkidilməklə yenidən quraşdırılmalıdır və quraşdırılma smetada nəzərə alınmışdır. Havalandırma kanalları layihəyə uyğun işlənməmişdir. Kanalların birləşməsi, bina xaricində quraşdırılması nəzərə alınaraq işləndiyindən (layihəyə uyğun deyil) əlavə kanal altı dayaqların quraşdırılmasına ehtiyac vardır və quraşdırılma smetada nəzərə alınmışdır.Hava kanallarından deformasiya olanları mövcuddur və təmiri smetada nəzərə alınmışdır. Hava kanal setkalarından mövcud olmayanları var və smetada nəzərə alınmışdır.Havalandırma kanalları çöl qurğulara birləşdirilməmişdir və birləşdirilmə smetada nəzərə alınmışdır.Çöl qurğularının boru xətləri quraşdırılmamışdır və uraşdırılması və material smetada nəzərə alınmışdır.Çöl qurğularının kabelləşmə işləri görülməmişdir və smetada nəzərə alınmışdır.Ventilyasiya qurğuları uzun müddət kənar ərazidə qaldığından, əsən külək nəticəsində içəriləri qumla dolmuşdur. Təmizləmə işləri smetada nəzərə alınmışdır.Ventilyasiya qurğuları layihədə göstərildiyi kimi quraşdırılmamışdır və yerdəyişmələr edilməsi smetada nəzərə alınmışdır.Havalandırma sistemi (çöl qurğular daxil) test edilməmiş və sifarişçiyə təhvil verilməmişdir və smetada nəzərə alınmışdır.Zeytun yağı zavodunda isə havalandırma kanallarının bərkidilmə (xamutlama) işləri düzgün qurulmamışdır. Kanallar sökülərək, xamutlarla bərkidilməklə yenidən quraşdırılmalıdır, smetada nəzərə alınmışdır. Hava kanallarından deformasiya olanları mövcuddur, təmiri smetada nəzərə alınmışdır. Hava kanal setkalarından mövcud olmayanları var, smetada nəzərə alınmışdır. Havalandırma kanalları çöl qurğulara birləşdirilməmişdir, birləşdirilmə smetada nəzərə alınmışdır. Çöl qurğularının boru xətləri quraşdırılmamışdır, quraşdırılması və material smetada nəzərə alınmışdır. Çöl qurğularının kabelləşmə işləri görülməmişdir, smetada nəzərə alınmışdır. Ventilyasiya qurğuları uzun müddət kənar ərazidə qaldığında, əsən külək nəticəsində içəriləri qumla dolmuşdur, təmizləmə işləri smetada nəzərə alınmışdır.Ventilyasiya qurğuları layihədə göstərildiyi kimi quraşdırılmamışdır. Yerdəyişmələr edilməsi smetada nəzərə alınmışdır. Havalandırma sistemi (çöl qurğular daxil) test edilməmiş və sifarişçiyə təhvil verilməmişdir. Ofis binasında isə rekuperatorlar quraşdırılmamışdır, quraşdırılması smetada nəzərə alınmışdır. Boru xətləri çəkilməmişdir, smetada nəzərə alınmışdır. Kabelləşmə işləri və qurğuların sınağı, təhvil-təslimi olunmalışdır, smetada nəzərə alınmışdır. Müqavilənin “Tərəflərin maddi məsuliyyəti” adlı bəndinin 10.1-ci maddəsinə əsasən tərəflər müqavilənin şərtlərinə əsasən işlərin vaxtında və keyfiyyətli görülməsini təmin etməli, hər hansı bir mübahisəli məsələlər qarşılıqlı müzakirə yolu ilə həll edilməlidir. Müqavilə öhdəlikləri çərçivəsində əlavə xərclərə məruz qalan tərəf əsaslanmış hesabatı qarşı tərəfə təqim etməlidir və qarşılıqlı müzakirə əsasında qərarlar verilməlidir. Müqavilənin 10.3-cü maddəsinə əsasən icraçı işlərin görülməsi zamanı sifarişçinin əmlakına və/ və ya hər hansı üçüncü şəxslərə vurduğu zərərə görə birbaşa özü və vurduğu zərərin tam məbləği həcmində məsuliyyət daşıyır. Lakin göründüyü kimi müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, iddiaçıya xeyli miqdarda maddi zərər vurulmuşdur. Həmçinin müqavilədə nəzərdə tutulan qaydada icraçı məsuliyyət daşımalı olduğu halda vurduğu zərərin əvəzini ödəməkdən yayınmaqda davam edir. Bütün bu qüsurların aradan qaldırılması üçün və natamam işlərin tamamlanması üçün dəfələrlə cavabdehə müraciət edilmişdir. Belə ki, tərəfimizdən preteziya məktubu göndərilmiş və buna baxmayaraq,cavabdeh şirkət heç bir tədbir görülməmişdir. "xxxx" MMC tərəfindən verilmiş təklif formuna əsasən cavabdeh tərəfindən iddiaçıya yekun olaraq 214275,62 manat, ƏDV-yə görə 38569,61 məbləğində zərər vurmuşdur. Nəticədə müqavilənin göstərilən müddətə icra edilməməsinə görə 100000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkdiyimiz xərclərə görə 214275,62 manat, ƏDV görə 38569, 61 manat məbləğində pul bizə ödənməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsində və etirazında qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını, Cavabdeh MMC-nin iddiasının rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, Cavabdeh MMC-nin iddiasını qəbul etməyərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, tələb olunan 100812,46 manat məbləğ həcmdə işlər görülmüş, Cavabdeh MMC tərəfindən görülmüş işlər müvafiq təhviltəslim aktlarına əsasən qəbul edilmiş və işlərin qüsürları barədə heç bir irad bildirilməmişdir. Bununla yanaşı o, qeyd etmişdir ki, Cavabdeh MMC bir sıra işlərin "xxxx" MMC tərəfindən keyfiyyətsiz və natamam görüldüyünə istinad etsə də, mübahisələndirilən işlərin əksərriyəti "xxxx" MMC tərəfindən icra edilməmiş, bir sıra mübahisəli işlərlə bağlı isə bu iddia çərçivəsində pul tələb edilməmişdir. Həmçinin Cavabdeh MMC-nin keyfiyyəti yoxlayan “TWİ” şirkətin tərtib etdiyi sənədə istinad etməsi ilə bağlı bildirmişdir ki, sözügedən yoxlama təhvil-təslim aktı tərtib ediləndən sonra aparılmış və həmin aktda "xxxx" MMC-nın gördüyü işlərdən yalnız havalandırma sistemin boruların birində deformasiyanın və dörd borunun üzərində başlığın olmadığının aid olduğunu və həmin qüsurların işi təhvil alandan sonra yarandığını nəzərə alaraq iddia tələbinin təmin, Cavabdeh MMC-nin iddiasının rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və bir daha izahatında 100812,46 manat məbləği həcmdə işlərin görüldüyünü və bununla bağlı təhvil-təslim aktının formal olsa da belə tərtib edildiyini, lakin sonradan “TWİ” şirkətinin yoxlama apardığını və "xxxx" MMC tərəfindən işlərin keyfiyyətsiz və natamam görüldüyünü aşkar etdiyini, bununla yanaşı əlavə olaraq digər qüsurların “ClimaLine” tərəfindən yoxlama zamanı müəyyən etdiyini və müvafiq aktın tərtib etdiyi nəzərə alaraq iddia tələbinin təmin olunmasını, "xxxx" MMC-nin iddiasının rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 iyun 2021-ci il tarixli 03 nömrəli podrat müqaviləsindən görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən “X5” Cavabdeh MMC İddiaçı MMC-yə müqavilənin 1 saylı əlavəsində göstərilən işlərin yerinə yetirilməsini tapşırır, Cavabdeh MMC isə görülmüş işlərin müqabilində icraçıya razılaşdırılmış məbləği ödəyir. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, İddiaçı MMC Zirə zeytun bağları layihəsi üzrə 602981,68 manat məbləğində iş görmüşdür. xx.xx.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hüquqi yardım üçün 1950 manat məbləğində pul ödəmişdir. xx.xx.2022-ci il tarixli 91331901 nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı MMC 40 manat məbləğində müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunu ödəmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tikintinin aparılması üçün nəzərdə tutulmuş mal və materialları Cavabdeh MMC-yə təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında podrat müqaviləsi bağlanmış, podratçı İddiaçı MMC tərəfindən 602981,68 manat məbləğində işlər görülmüş, sifarişçi Cavabdeh MMC tərəfindən isə təhvil-təslim aktlara əsasən 602981,68 manat məbləğində görülmüş işlər qəbul edilsə də, həmin vəsaitdən 100812,46 manat məbləğində borcu ödənilməmişdir. işlər görülən işlərin bir qisminin dəyərini İddiaçı MMC-yə ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin əsas borc və hüquqi yardımla bağlı tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 100812,46 manat məbləğində əsas borc və 1950 manat məbləğində hüquqi yardım üçün ödənilmiş xərc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC-nin faiz borcu tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı MMC faiz borcunu məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb etdiyinə görə tələb həmin hissədə rədd edilməlidir, belə ki, İddiaçı MMC Cavabdeh MMC-nin ödənilməmiş əsas borcdan faydalanması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə İddiaçı MMC-nin 400 manat məbləğində dövlət rüsumu tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb qismən, yəni müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 40 manat hissədə təmin edilməli, digər hissədə rədd edilməlidir, belə ki, İddiaçı MMC-nin ödədiyi 400 manatı mediasiya xərci kimi yox, dövlət rüsumu kimi tələb etmişdir. Məhkəmə Cavabdeh MMC-nin tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh MMC 100812,46 manat məbləğində işlərin İddiaçı MMC tərəfindən görüldüyünü qəbul etmiş bununla bağlı tərəflərin rəhbərləri və mühəndisləri tərəfindən təhvil-təslim aktları imzalanmış, işlərin keyfiyyətli və qüsursuz olması ilə bağlı heç bir qeydlər aparılmamışdır. Bu isə o, deməkdir ki, sonradan hər hansı qüsurların aşkar edilməsi, işin keyfiyyətsiz görülməsinə istinad edilməsi əsassızdır. Bununla yanaşı məhkəmə gedişatında müəyyən edilmişdir ki, keyfiyyətsiz və natamam görülən əksər işlər "xxxx" MMC tərəfindən icra edilməmiş, mübahisələndirilən bir sıra işlərlə bağlı isə bu iddia çərçivəsində pul tələbi irəli sürülməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" MMC-nın gördüyü işlərdən yalnız havalandırma sistemin boruların birində deformasiyanın və dörd borunun üzərində başlığın olmaması keyfiyyətsiz və qüsurlu iş kimi qiymətləndirilə bilməz, belə ki, həmin qüsurlar təhvil-təslim aktı tərtib ediləndən sonra aşkar edildiyinə görə, onların sonradan yaranması ehtimalları vardır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh MMC-dən 100812,46 manat məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 1950 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi 40 manat cəmi 102802,46 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissəsində rədd edilməlidir. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə öhdəlikləri üzrə ödənilmiş 100000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkilən xərclərə görə 214275,62 manat, ƏDV görə 38569,61 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 642 manat məbləğində pul tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 100812,46 manat məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 1950 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi 40 manat cəmi 102802,46 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə öhdəlikləri üzrə ödənilmiş 100000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkilən xərclərə görə 214275,62 manat, ƏDV görə 38569,61 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 642 manat məbləğində pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar