Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3246/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı sığorta ödənişinin tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı sığorta ödənişinin tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən borc məbləği ödənildiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı sığorta ödənişinin tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizə baxılmamış saxlanılsın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 1 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3246/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3246/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver