Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3251/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-nə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər: podrat müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh QSC-nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 5703,1 manat qalıq borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77,04 manat dövlət rüsumunun əvəzinin, cəmi 5780,14 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında CL 09-2022 saylı, 30 avqust 2022-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı/icraçı həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirərək, ümumilikdə 37476,99 manat təşkil edən beton dəlmə və kəsmə işlərini görmüş və müvafiq təhvil-təslim (Forma 2; Forma 3) aktları əsasında cavabdehə/sifarişçiyə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının yerinə yetirmiş olduğu/təhvil verdiyi işlərin dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, cəmi 31773,89 manat ödəniş etmiş, nəticədə onun iddiaçıya 5703,1 manat ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, yerinə yetirilmiş işlərinin dəyərinin ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 752-ci maddələrinə istinad olunmuşdur. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında CL 09- 2022 saylı, 30 avqust 2022-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin predmeti 1.2-ci bənddə müəyyən edilərək qeyd edilmişdir ki, sifarişçinin təqdim etdiyi tikinti sahəsində, layihə-smeta sənədlərinə uyğun olaraq tikinti norma və qaydalarına riayət etməklə beton dəlmə və kəsmə işlərinin, Sifarişçi tərəfindən təyin edilmiş iş qrafikləri ilə müəyyən olunan müddət ərzində görülməsidir və bu məqsəd ilə Sifarişçi İcraçıya İşlərin yerinə yetirilməsini tapşırır, Sifarişçi isə görülmüş işlərin müqabilində İcraçıya razılaşdırılmış məbləği ödəyir. Müqavilənin 1.3-cü bəndinə əsasən hər ayın birinci on gün ərzində, əvvəlki ayın işlərinin başa çatdırılması haqqında Yerinə yetirilmiş işlər aktı tərtib olunması və ona əsasən hesab-faktura təqdim edilməsi şərtləşdirilmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən işlər müqavilənin Əlavələrində razılaşdırılmış vahid qiymətlərlə yerinə yetirilib qurtardıqdan sonra, “Sifarişçi” tərəfindən təsdiqlənmiş və qəbul edilmiş Təhvil-Təslim Aktı və həmin Akta uyğun olaraq “Sifarişçiyə” təqdim olunan hesab-faktura əsasında ödəniləcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqaviləyə əsasən Sərbəst qiymətlərlə göstərilən xidmətlərə sərbəst qiymətlərin razılaşdırılması 1 saylı Əlavədən görünür ki, İcraçı İddiaçı MMC ilə Sifarişçi Cavabdeh QSC arasında müxtəlif adda göstərilən xidmətlərin müqavilə qiymətləri 8658.84 manat olaraq müəyyən edilmiş, hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqaviləyə əsasən Sərbəst qiymətlərlə göstərilən xidmətlərə sərbəst qiymətlərin razılaşdırılması 2 saylı Əlavədən görünür ki, İcraçı İddiaçı MMC ilə Sifarişçi Cavabdeh QSC arasında dərinliyi 1 sm olan müxtəlif diametrli xidmətlərin müqavilə qiymətləri müəyyən edilmiş, hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 1 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2022-xx.xx.2022 dövr üzrə 7338 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 2 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2022-xx.xx.2022 dövr üzrə 6338 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 3 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2022-xx.xx.2022 dövr üzrə 1490,35 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 4 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2022-xx.xx.2022 dövr üzrə 1440 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 5 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023 dövr üzrə 4316,75 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 6 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023 dövr üzrə 1331,75 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 7 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023 dövr üzrə 795,20 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 8 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023 dövr üzrə 3007 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 9 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023 dövr üzrə 1784 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 10 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023 dövr üzrə 261,75 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 11 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023 dövr üzrə 177,35 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 12 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023-ci il dövr üzrə 873 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 13 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023-ci il dövr üzrə 1607 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli CL 09-2022 saylı müqavilə üzrə 14 nömrəli Yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma №2) əsasən xx.xx.2023-xx.xx.2023-ci il dövr üzrə 1000 manat dəyərində görülmüş işlər Cavabdeh QSC tərəfindən təhvil alınmışdır; İş materiallarında olan EBCİ seriyalı, 982877 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 8658,84 manat, EBCJ seriyalı, 302185 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7478,84 manat, EBCK seriyalı, 629607 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1758,61 manat, EBCM seriyalı, 685461 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1699,20 manat, EBCM seriyalı, 685461 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1699,20 manat, EBCO seriyalı, 852522 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5093,77 manat, EBDA seriyalı, 885805 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1571,47 manat, EBDC seriyalı, 493643 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 938,34 manat, EBDF seriyalı, 679913 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3548,26 manat, EBDH seriyalı, 373065 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2105,12 manat, EBDJ seriyalı, 867404 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 308,87 manat, EBDL seriyalı, 762591 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 209,27 manat, EBDP seriyalı, 866843 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1030,14 manat, EBDP seriyalı, 866847 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1896,26 manat İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. 26 aprel 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 77,44 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı MMC-yə məxsus sub-uçot hesabından çıxarışa əsasən Cavabdeh QSC tərəfindən xx.xx.2023-ci il tarixində 1800 manat məbləğində, xx.xx.2023-cü il tarixində 1697,90 manat məbləğində, xx.xx.2023-cü il tarixində 1192,38 manat məbləğində, xx.xx.2023-cü il tarixində 400,16 manat məbləğində, xx.xx.2023-cü il tarixində 626,40 manat məbləğində ödənişlər edilmişdir. İddiaçı MMC-nin Paşabank ASC-də olan bank hesabından çıxarışa əsasən Cavabdeh QSC tərəfindən xx.xx.2023-ci il tarixində EBCİ 982877, EBCJ 302185 saylı qaimələr üzrə 10000 manat məbləğində, xx.xx.2023-cü il tarixində EBCJ 302185 EBCM 685461 qaimələr üzrə 5116 manat məbləğində məbləğində ödənişlər edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq təqdim edilən tikinti sahəsində, layihə-smeta sənədlərinə uyğun olaraq tikinti norma və qaydalarına riayət etməklə beton dəlmə və kəsmə işlərini görsə də, iddiaçıya cavabdeh tərəfindən nəzərdə tutulmuş ödənişlər edilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – yerinə yetirilmiş işlərin qəbulu aktı (Forma №2) ilə təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərdən əlavə MPM-in 119-cu maddəsinə əsasən hesab edirəm ki, iddia tam təmin olunduğundan ödənilmiş 77,04 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh QSC-dən CL09-2022 saylı, 30 avqust 2022-ci il müqaviləyə əsasən 5703 (beş min yeddi yüz üç) manat 10 (on) qəpik borc və 77 (yetmiş yeddi) manat 4 (dörd) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3251/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3251/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver