Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3283/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X40, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 019/21 №-li Podrat müqaviləsinə görə ödənilməli olan ƏDV daxil 143363,62 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında Soyuq anbar, Mexaniki avadanlıq otağı, Akkumulyator otağı və Sanitar qovşağının tikintisi layihəsi üzrə xx.xx.2021-ci il tarixdə 019/21 №-li Podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq ötən müddət ərzində Cavabdeh MMC-yə avans və digər formada ƏDV daxil 283266,80 manat ödəniş edilmişdir (xx.xx.2021-ci il tarixli BD1 №-li, xx.xx.2021-ci il tarixli BD2 №-li, xx.xx.2021-ci il tarixli BD1 №-li, xx.xx.2021-ci il tarixli 598840-598 №-li, xx.xx.2022-ci il tarixli BD1 №-li, xx.xx.2022-ci il tarixli BD1 №-li, xx.xx.2022-ci il tarixli BD2 №-li, xx.xx.2022-ci il tarixli 598840-691 №-li, xx.xx.2022-ci il tarixli BD1 №-li, xx.xx.2022-ci il tarixli BD3 №-li, xx.xx.2022-ci il tarixli BD1 №-li, xx.xx.2022-ci il tarixli 598840-708 №-li, xx.xx.2022-ci il tarixli 598840-788 №-li ödəniş tapşırıqları əlavə olunur). Cavabdeh MMC tərəfindən isə yerinə yetirilmiş işlərin cəmi dəyəri ƏDV daxil 240871,17 manat təşkil etmiş, bu barədə vurulmuş EBBC seriyalı 262018 №-li, EBBF seriyalı 887552 №-li, EBBH seriyalı 266118 №-li, EBBP seriyalı 528880 №-li, EBBQ seriyalı 276870 №-li, EBBZ seriyalı 732591 №-li və EBBZ seriyalı 732938 №-li elektron qaimələr təerəfimizdən təsdiq edilmişdir.(elektron qaimələr əlavə olunur). Bundan başqa Cavabdeh MMC-yə ƏDV daxil 100967,99 manat məbləğində malmaterial, yanacaq verilmiş, maşın, mexanizm və texnika ilə xidmət göstərilmişdir. Belə ki, Cavabdehə 2021-ci ilin may ayında 9473,50 manat, iyun-iyul aylarında 8690,90 manat, sentyabr ayında 22874,85 manat, oktyabr ayında 2358,00 manat, noyabr ayında 9294,88 manat, dekabr ayında 9165,69 manat və 2022-ci ilin yanvar ayında 23709,18 manat, ümumilikdə ƏDV xaric 85566,10 manat məbləğində (ƏDV daxil 100967,99) mal-material, yanacaq verilmiş, xidmət göstərilmişdir. Cavabdeh 85566,10 manat məbləğibdə (ƏDV xaric) mal-material, yanacaq aldığını, xidmət göstərildiyini imzası və möhürü ilə təsdiq etmiş, bu barədə vurulmuş xx.xx.2022-ci il tarixli EBCL seriyalı 225496 №-li, EBCL seriyalı 225844 №-li, EBCL seriyalı 226083 №-li, EBCL seriyalı 226148 №-li, EBCL seriyalı 226210 №-li, EBCL seriyalı 226425 №-li və EBCL seriyalı 226519 №-li,,elektron qaimələr təsdiq edilmişdir (müvafiq sənədlər əlavə olunur). Tərəfimizdən edilmiş ödənişlər və göstərilmiş xidmətlərin dəyəri ümumilikdə ƏDV daxil384234,79 (283266,90 + 100967,99) manat təşkil edir. Artıq ödənilmiş ƏDV daxil42395,63 (283266,80 - 240871,17) manatın, verilmiş mal-materialın, yanacağın, eləcə də göstərilmiş xidmətlərin dəyərinin (ƏDV daxil 100967,99 manat), ümumilikdə 143363,62 (42395,63 + 100967,99) manat məbləğində pulun ödənilməsi üçün tərəfimizdən edilmiş şifahi və yazılı müraciətlərə baxmayaraq Cavabdeh borcu ödəməmiş, ödəməmə səbəbinə izah verməmişdir. xx.xx.2023-cü il tarixdə sifarişli poçtla Cavabdeh MMC-nin hüquqi ünvanına pretenziya məktubu göndərilmiş, lakin məktub ünvanda olmaması və qanunu təmsilçinin +99450 ***-**-** №-li telefona cavab verməməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra məktub xx.xx.2023-cü il tarixdə onlayn kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Bakı 4 saylı Mediasiya Təşkilatının Cavabdehə göndərdiyi bildiriş geri qaytarılmış, telefon nömrəsinə dəfələrlə zəng edilməsinə baxmayaraq, cavab verilməmişdir.
3. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 70088,02 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh MMC xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən icra edilmiş subpodrat işləri 2021-ci ilin may ayında başlamış və 2022-ci ilin dekabr ayına qədər davam etmişdir. Müqavilədə subpodrat işlərinin dəyəri ƏDV daxil 632 887,94 manat məbləğində qiymətləndirilmişdir. Subpodrat işləri icra edildiyi dövrdə 2021-ci ilin avqust ayında, habelə 2022-ci ilin fevral və may aylarında işlərin həcmi sifarişçi tərəfindən artırılmışdır. Bunun nəticəsində cavabdeh tərəfindən icra edilmiş podrat işlərinin dəyəri ƏDV daxil 875 974,62 manata çatmışdır. Tamamlanmış işlərin dəyərinin rəsmiləşdirilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya Forma-2 tipli təhvil-qəbul aktları göndərilmiş, iddiaçı 01, 02,03, 04 və 05 saylı Forma2 aktlarını təsdiq edərək nüsxəsini cavabdehə qaytarsa da, qalan forma-2 aktlarının təsdiqli nüsxəsini cavabdehə təqdim etməmişdir. Forma-2 aktlarından əlavə, cavabdeh tərəfindən iddiaçıya Elektron qaimələr göndərilmişdir. İddiaçı həmin qaimələrdən 8-ni qəbul və təsdiq etmiş, qalanını isə təsdiq etməmişdir. İddiaçı tərəfindən Məhkəməyə təqdim olunmuş Elektron qaimələrdən əlavə, cavabdehin iddiaçıya təqdim etdiyi, ümumi məbləği 171 081,12 manat təşkil edən EBCL seriyalı 589814 №-li Elektron qaimə də iddiaçı tərəfindən təsdiq edilmişdir. Bununla iddiaçı tərəfindən qəbul edilərək təsdiq olunmuş Elektron qaimələrin ƏDV daxil ümumi məbləği iddia ərizəsində göstərilən 240 871,17 manat deyil, 411 952,29 manat təşkil edir (240 871,17 + 171 081,12 = 411 952,29). Yuxarıda sadalanan Forma-2 aktları və Elektron qaimələr subpodrat işlərinin 411 952,29 manat dəyərində olan qisminin cavabdeh tərəfindən tamamlandığını və iddiaçı tərəfindən qəbul olunduğunu təsdiq edir. Subpodrat işlərinin qalan hissəsinin tamamlandığını sübut edən Forma-2 aktlarının təsdiqli nüsxələri iddiaçı tərəfindən cavabdehə qaytarılmadığına görə onları hazırda Məhkəməyə təqdim edə bilmirik, lakin subpodrat işlərinin cavabdeh tərəfindən tam həcmdə icra olunduğuna və tamamlandığına dair aşağıdakı dəlillər və sübutları təqdim edirik. Sifarişçi "xxxx" MMC ilə podratçı İddiaçı MMC (iddiaçı) arasında bağlanmış AZ-PT/2021-046R nömrəli xx.xx.2021-ci il tarixli Podrat Müqaviləsi çərçivəsində tikinti-quraşdırma işlərinin icrası həmin layihəyə subpodratçı qismində cəlb olunmuş Cavabdeh MMC-yə (cavabdehə) həvalə edilmişdir. Digər sözlə, iddiaçı həmin iş həcmini bölmədən onu bütövlüklə cavabdehə ötürmüşdür. Cavabdeh isə həmin iş həcmini öz işçi qüvvəsi və öz subpodratçıları vasitəsilə həyata keçirirdi. Subpodrat işlərinin ay ərzində tamamlanan qisimləri subpodratçı (cavabdeh) tərəfindən podratçıya (iddiaçı), podratçı tərəfindən də sifarişçiyə təhvil verilirdi. Beləliklə, podratçının sifarişçiyə təhvil verdiyi işlər subpodratçı (cavabdeh) və onun sub-subpodratçıları tərəfindən icra olunmuş işləridir. Sifarişçi ilə podratçı arasında podrat işlərinin təhvili haqqında “Yeku hesabat”lar imzalanmışdır. 2021-ci ilin may ayından 2022-ci ilin dekabr ayınadək olan dövrü əhatə edən həmin hesabatlardan görünür ki, podrat işlərinin çeşidi və həcmi iddiaçı ilə cavabdeh arasında imzalanmış 019/21 №-li xx.xx.2021-ci il tarixli Podrat müqaviləsində nəzərdə tutulan tikintiquraşdırma işlərinin eynisidir. Bununla yanaşı, cavabdeh (subpodratçı) ilə onun sub-subpodratçıları arasında imzalanmış təhvil-qəbul aktlarının məzmunundan da görünür ki, həmin aktlarda əks olunan podrat işləri məhz 019/21 №-li xx.xx.2021-ci il tarixli Podrat müqaviləsində nəzərdə tutulan tikinti-quraşdırma işlərinin tərkib hissəsinə daxildir. Beləliklə, iddiaçının sifarişiyə təhvil verdiyi podrat işlərindən kiçik bir hissə istisna olmaqla, qalan bütün iş həcmi məhz subpodratçının (cavabdehin) və onun subsubpodratçılarının icra etdikləri iş həcmləridir. İzah olunan faktları cavabdehin sub-subpodratçıları, eləcə də layihənin icrasında iştirak etmiş bir sıra şəxslər təsdiq edə bilərlər. Şahidlərin çağırılması barədə tərəfimizdən ayrıca vəsatət veriləcəkdir. İddia ərizəsində göstərilən ödəmələrdən bir neçəsinin hazırkı mübahisə predmetinə heç bir aidiyyəti yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli BD1 №-li (15 000 manat), xx.xx.2022-ci il tarixli BD1 №-li (15 000 manat), xx.xx.2022-ci il tarixli BD2 №-li (15 000 manat), xx.xx.2022-ci il tarixli 598840-691 №-li (14 929 manat), xx.xx.2022-ci il tarixli BD1 №-li (7 000 manat) və xx.xx.2022-ci il tarixli 598840-708 №-li (5 169 manat) ödəniş tapşırıqları tərəflər arasında bağlanmış digər bir podrat müqaviləsi – 032/21 nömrəli xx.xx.2021-ci il tarixli “Sub-subsubpodrat Müqaviləsi” əsasında yerinə yetirilmiş işlərin qarşılığında iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğlərə aiddir. İddia tələbinin azaldılması barədə xx.xx.2024-cü il tarixli ərizəsində iddiaçı yuxarıda qeyd olunan məbləğləri iddiadan doğru olaraq kənarlaşdırmışdır. Göründüyü kimi, 019/21 №-li xx.xx.2021-ci il tarixli Podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlərin qarşılığında iddiaçı tərəfindən cavabdehə muzd olaraq 177 958,10 manat (və ya ƏDV daxil 209 990,56 manat) ödənilmişdir. ddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə malmaterial və yanacaq verilmiş, habelə mexanizm və texnika ilə xidmət göstərilmiş, həmin malmaterial və xidmətlərin dəyəri ƏDV daxil 100 967,99 manat təşkil etmişdir. İlk növbədə nəzərinizə çatdırmaq istərdik ki, iddiaçının Məhkəməyə təqdim etdiyi “As İnşaat-N MMC-dən Odeion Construction MMC-yə verilən material, beton və mexanizmlərin siyahısı”, habelə “Odeion MMC-yə verilmiş İcarə və Materialların dəyəri haqqında 01 Dekabr tarixinə arayış” adlı sənədlər saxtadır. Belə ki, Odeion Construction MMC-nin direktoru Qanuni nümayəndə2 həmin sənədlərə imza etməmişdir, onun imzası kimi qələmə verilmiş imzalar saxtadır. Həmin saxta imzaların kim tərəfindən icra olunduğunu Odeion Construction MMC-nin sabiq təsisçisi X18 bilməlidir: MMC-nin o saxta sənədlərdə əks olunan möhürü xx.xx.2023-cü il tarixinədək MMC-nin sabiq təsisçisi X9 olduğuna görə məhz adıçəkilən şəxs saxta imzaların kənarına MMC-nin möhürünü vura bilərdi. xx.xx.2023-cü il tarixində X10 MMC-dəki təsis payının üçüncü şəxsə keçməsi ilə əlaqədar sabiq təsisçi N.N.Quliyeva həmin möhürü xx.xx.2023-cü il tarixli Təhvil-təslim Aktı ilə yeni təsisçiyə təhvil vermişdir. Aktın surətini qoşmada təqdim edirik. Bununla yanaşı, olduqca əhəmiyyətli digər bir faktı da nəzərinizə çatdırırıq: MMC-nin möhürü N.N.Quliyevada olduğu dövrdə o, cavabdeh Odeion Construction MMC-nin təsisçisi olmaqla yanaşı, İddiaçı MMC-nin işçisi olmuşdur. Bu hal o saxta sənədlərin hazırlanmasında sabiq təsisçi N.N.Quliyevaya təsir olunduğuna dəlalət edir. Hesab edirik ki, saxta siyahıları və arayışı hazırlayanların məqsədi iddiaçının bir gün ərzində, xx.xx.2022-ci il tarixində cavabdehə göndərdiyi 7 (yeddi) ədəd elektron qaimə üçün hüquqi əsas yaratmaqdan ibarət olmuşdur. İddiaçının təqdim etdiyi siyahıların saxtalığına dəlalət edən digər bir faktı da nəzərinizə çatdırırıq: tərəflər arasında eyni dövrü əhatə edən həqiqi siyahılar vardır ki, onları Odeion Construction MMC-nin direktoru Qanuni nümayəndə2 şəxsən imzalamış və öz istifadəsində olan möhürlə təsdiq etmişdir. Saxta sənədlərlə həqiqi sənədlərin müqayisəsi oradakı möhürlər və imzalar arasındakı fərqi aydın şəkildə nümayiş etdirir. Həqiqi siyahıları qoşmada təqdim edirik. İddiaçının mal-material təchizatı və icarə xidmətləri ilə bağlı pul tələblərinə münasibətdə qeyd etməliyik ki, həmin malmaterial və xidmətlərin dəyəri tərəflər arasında imzalanan “Subpodratçının aylıq ödəniş sənədləri” (forma-2 aktları) əsasında cavabdehdən hissə-hissə tutulmuşdur. Həmin sənədlərin “Tutmalar/Deductions” cədvəlində subpodratçıdan (cavabdehdən) tutulan həm avans ödənişləri, həm keyfiyyət zəmanəti üçün tutulan məbləğ, həm də malmaterialların/xidmətlərin aylıq məbləği öz əksini tapmışdır. Göründüyü kimi, forma-2 aktlarında iddiaçının təmin etdiyi mal-materialın qiyməti və icarə xidmətlərinin haqqı cavabdehin təhvil verdiyi işlərin dəyərindən çıxılmış, yəni muzdun məbləğini azaltmışdır. Muzddan çıxılmış məbləği təkrar tələb etmək tamamilə əsassız və yanlışdır.
6. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 100967,99 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh MMC xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin iddiasının tamamilə rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin iddiasının təmin edilməsi, İddiaçı MMC-dən 817.701,99 manat (səkkiz yüz on yeddi min yeddi yüz bir manat doxsan doqquz qəpik) məbləğində pulun və ödənilmiş 1.107,70 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı MMC xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən verilmiş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində qeyd edir ki, onun tərəfindən icra edilərək İddiaçı MMC-yə təhvil verilmiş əsas və əlavə subpodrat işlərinin dəyəri ƏDV daxil 893 001,06 manata çatmışdır. Tamamlanmış işlərin dəyərinin rəsmiləşdirilməsi məqsədilə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 14 ədəd Forma 2 tipli təhvil-qəbul aktları göndərilmiş, İddiaçı MMC onlardan 01,02, 03, 04 və 05 saylı aktları təsdiq edərək nüsxəsini Cavabdeh MMC-yə təqdim etsə də, qalan Forma-2 aktlarının təsdiqli nüsxəsini qaytarmamışdır. Forma-2 aktlarından əlavə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə elektron qaimələr göndərilmiş, onlardan 8-i, o cümlədən 171 081,12 manat məbləğində EBCL seriyalıi 589814 Ns-li elektron qaimə qəbul və təsdiq edilmiş, qalanları isə təsdiq edilməmişdir. Bildiririk ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 893 001,06 manat məbləğində işlərin yerinə yetirilməsini təsdiq edən hər hansı bir sənəd və Forma- 2 tipli heç bir akt göndərilməmişdir. O ki qaldı elektron qaimə məsələsinə, Cavabdeh MMC-nin təqdim etdiyi və təsdiq edilmiş ƏDV daxil 411 952,29 manat məbləğində 8 elektron qaimədən 4-ü İddiaçı MMC, qalan 4-ü isə sistem tərəfindən təsdiqlənmişdir. Təəccüb doğuran məqam odur ki, ilk 7 qaimədən sonuncusu (7-cisi) xx.xx.2022-ci il tarixdə vurulduğu halda, 8-ci qaimə nədənsə 14 ay sonraxx.xx.2023-cü il tarixdə vurulmuşdur. Sistem tərəfindən təsdiqlənmiş və heç bir əsası olmayan 171081,12 manat məbləğində EBCL seriyalı 589814 nömrəli həmin (8-ci) elektron qaimə pretenziya məktubu onlayn kargüzarlıq vasitəsilə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə göndərildikdən 3 gün sonra (işlər sifarişçi "xxxx" MMC-yə təhvil verildikdən altı ay sonra)-xx.xx.2023-cü il tarixdə, həftənin şənbə günü və bayram öncəsi, iş gününün sonu, saat 16:07:54-də məqsədli şəkildə vurulmuş və bununla da geri qaytarılma imkanı itirilmilşdir. Cavabdeh MMC həmçinin iddia ərizəsində göstərir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AZ-PT/2021-046R N°-İi podrat müqaviləsi çərçivəsində tikinti-quraşdırma işlərinin icrası həmin layihəyə subpodratçı qismində cəlb olunmuş Cavabdeh MMC-yə həvalə edilmişdi. Cavabdeh MMC isə həmin iş həcmini öz işçi qüvvəsi və öz sub-subpodratçıları vasitəsilə həyata keçirirdi. Ay ərzində tamamlanmış işlər Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə, İddiaçı MMC tərəfindən isə "xxxx" MMC-yə təhvil verilirdi. Beləliklə, İddiaçı MMC-nin "xxxx" MMC-yə təhvil verdiyi işlər Cavabdeh MMC və onun sub-subpodratçıları tərəfindən icra olunmuş işlərdir. Bildiririk ki, Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş işlərin dəyəri ƏDV daxil 240 871.17 (ƏDV-siz 204 128,11) manat təşkil edir. İşlərin qalan hissəsi isə İddiaçı MMCnin öz işçi qüvvəsi və cəlb etdiyi subpodratçdar (FASTTECH MMC, fiziki şəxs X61, fiziki şəxs Yalçın Vəliyev) tərəfindən yerinə yetirilmişdir, hansı ki, bu barədə müvafiq sənədlər (müqavilələr, yerinə yetirilmiş işlərin qəbulu aktları, elektron qaimələr, ödəniş sənədləri) məhkəməyə təqdim edilmişdir. Beləliklə, “MDM X53 dəmir beton işlərinin görülməsi” layihəsi üzrə Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş işlərin ümumi dəyəri ƏDV daxil 240 871,17 manat (ƏDV-siz 204 128,11 manat) təşkil edir. Cavabdeh MMC iddia ərizəsində qeyd edir ki, onun tərəfindən icra edilmiş podrat işlərinin dəyəri ƏDV daxil 1.033 737,43 manata çatmışdır. Tamamlanmış işlərin dəyərinin rəsmiləşdirilməsi məqsədilə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 7 ədəd Forma 2 tipli təhvil-qəbul aktları göndərilmiş, İddiaçı MMC Forma-2 aktlarının 2-ci təsdiqli nüsxəsini Cavabdeh MMC-yə geri qaytarmamışdır. Forma-2 aktlarından əlavə Cavabdeh MMC tərəfindən İddiaçıMMCyə elektron qaimələr göndərilmiş, onlardan 7-si qəbul və təsdiq edilmiş, qalanları ¡sə təsdiq edilməmişdir İddiaçı MMC tərəfindən qəbul edilərək təsdiq olunmuş elektron qaimələrin ƏDV daxil ümumi məbləği 886 916,98 manat təşkil edir. Bildiririk ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 1033737,43 manat məbləğində işlərin yerinə yetirilməsini təsdiq edən hər hansı bir sənəd və Forma-2 tipli heç bir akt göndərilməmiş və belə bir sənəd ümumiyyətlə olmamışdır. O ki qaldı elektron qaimə məsələsinə, Cavabdeh MMC tərəfindən təqdim edilmiş və təsdiqlənmiş ƏDV daxil 886916,99 manat məbləğində 7 elektron qaimə olmuşdur. Təəccüb doğuran məqam odur ki, ilk 6 qaimə dörd ay ərzində, xx.xx.2022-ci il tarixdən başlayaraq qısa fasilələrlə xx.xx.2022-ci il tarixədək vurulduğu halda, 7-ci (sonuncu) qaimə nədənsə 14 ay sonra- xx.xx.2023-cü il tarixdə vurulmuşdur. Qeyd etmək lazımdır ki, heç bir əsası olmayan 212447,20 manat məbləğində EBCL seriyalı 589725 JVe-li həmin (sonuncu) uelektron qaimə ilkin iddia üzrə pretenziya məktubu onlayn kargüzarlıq vasitəsilə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə göndərildikdən 3 gün sonra (işlər sifarişçi "xxxx" Birgə Müəssisəsinə təhvil verildikdən bir il sonra) - xx.xx.2023- cü il tarixdə, həftənin şənbə günü və bayram öncəsi, iş gününün sonu, saat 16:07:55-də məqsədli şəkildə vurulmuş və bununla da geri qaytarılma imkanı məhdudlaşdırılmışdır. Maraqlı digər məqam ondan ibarətdir ki, CavabdehMMC “MDM X53 dəmir beton işlərinin görülməsi” layihəsi üzrə heç bir əsasa söykənməyən 171 081,12 manat məbləğində EBCL seriyalı 589814 JVe-li elektron qaiməni də eyni gündə, eyni saatda, eyni dəqiqədə saniyə fərqi ilə vurmuşdur. Cavabdeh MMC iddia ərizəsində eləcə də qeyd edir ki, "xxxx" Birgə Müəssisəsi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AZF-0104-005 Ne-li podrat müqaviləsi çərçivəsində elektrik-quraşdırma işlərinin icrası həmin layihəyə subpodratçı qismində cəlb olunmuş Cavabdeh MMC-yə həvalə edilmişdi. Cavabdeh MMC isə həmin iş həcmini öz işçi qüvvəsi və öz sub-subpodratçıları vasitəsilə həyata keçirirdi. Ay ərzində tamamlanmış işlər Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə, İddiaçı MMC tərəfindən isə "xxxx" Birgə Müəssisəsinə təhvil verilirdi. Beləliklə, İddiaçı MMC-nin "xxxx" Birgə Müəssisəsinə təhvil verdiyi işlər Cavabdeh MMC və onun sub-subpodratçıları tərəfindən icra olunmuş işlərdir. Bildiririk ki, Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş işlərin dəyəri ƏDV daxil 674 469.80 (ƏDV-siz 571 584,56) manat təşkil edir. İşlərin qalan hissəsi isə İddiaçı MMC-nin cəlb etdiyi subpodratçılar (“RS Enerji“ MMC, fiziki şəxs İlkin Əmrahlı) tərəfindən yerinə yetirilmişdir, hansı ki, bu barədə müvafiq sənədlər (müqavilələr, yerinə yetirilmiş işlərin qəbulu aktları, elektron qaimələr, ödəniş sənədləri) məhkəməyə təqdim edilmişdir. Beləliklə, “Heydər Əliyev adma X48 (NEZ) Modernizasiya və Rekonstruksiyası Layihələri Çərçivəsində Əsas Tikinti İşləri-Paket B” layihəsi üzrə Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş işlərin ümumi dəyəri ƏDV daxil 674 469,90 manat (ƏDV-siz 571 584.56 manat) təşkil edir. Eləcə də, qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmiş malmaterial və göstərilmiş xidmətlərin dəyəri (ƏDV daxil 100 867.99 manat) “Subpodratçmm aylıq ödəniş sənədləri” (aktlar) əsasında Cavabdeh MMC-dən hissə- hissə tutulmuşdur. Bildiririk ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmiş mal-material və göstərilmiş xidmətlərin dəyəri (ƏDV daxil 100 867,99 manat) tutulmamış, hissə-hissə tutulmanı təsdiq edən sənəd Cavabdeh MMC tərəfindən təqdim edilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
II. Tərəflərin mövqeləri:
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini (iddia ərizəsinə verilmiş sonuncu əlavə) müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi və 100967,99 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Cəfərov iddia tələbini (iddia ərizəsinə verilmiş sonuncu əlavə) müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi və 100967,99 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci layihə üzrə işlər tərəflər arasında imzalanmış təhvil aktları ilə qəbul edilmiş, lakin qarşılıqlı iddiaçının bildirdiyi kimi həmin aktlarda iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialların dəyəri çıxılmamışdır. İddiaçı tərəfindən cavabdehə verilmiş, lakin dəyəri ödənilməmiş materiallar barədə tərtib edilmiş aktlar üzrə cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin dəyəri ödənilməmişdir. Birinci layihə üzrə qalan işlər iddiaçının özü, habelə onun cəlb etdiyi digər subpodratçılar tərəfindən icra edilmişdir. Həmin layihə üzrə cavabdeh tərəfindən ilk iddia ərizəsi verilənə qədər borcun ödənilməsi onlardan tələb edilməmişdir. Belə ki, tərəflərindən hazırkı iş üzrə pretenziya verildikdən bir neçə gün sonra cavabdeh onlara iki qaimə göndərmiş, həmin qaimələrin geri qaytarılması üçün nəzərdə tutulmuş 5 gün qeyri-iş günlərinə təsadüf etdiyi üçün geri qaytarmaq imkanı itirilmişdir. İkinci subpodrat müqaviləsi üzrə cavabdeh ümumiyyətlə ilkin podrat müqaviləsi üzrə onların ilk sifarişçiyə təhvil verdikləri işlərdən daha artıq işi icra etdiyini iddia edir, halbuki belə bir hal əsassızdır. Bundan əlavə, cavabdeh ikinci müqavilə üzrə tərtib etdiyi imzasız aktlarda (ümumiyyətlə cavabdehin işə əlavə etdiyi imzasız aktları iddiaçı ilk dəfədir ki, görür, həmin aktlar daha əvvəl onlara təqdim edilməmişdir) qeyd etdiyi qiymətlər müqavilənin əlavəsində nəzərdə tutulmuş qiymətlərdən fərqlidir, tərəflər arasında sonradan qiymətlərin dəyişdirilməsi ilə bağlı razılıq olmamışdır, əgər müqavilənin əlavəsi ilə nəzərdə tutulmuş qiymətlər nəzərə alındıqda onların ikinci müqavilə üzrə artıq ödəməsinin olduğu da görünər. Belə ki, onların ikinci müqavilə üzrə cavabdehə ödəməli olduqları hər hansı borcu yoxdur. İddiaçıdan tələb edilən vəsaitin əsası yoxdur.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci müqavilə üzrə tərəflər arasında 2021-ci ilin sonuna qədər görülmüş işlərlə bağlı təhvil aktları imzalansa da, 2022ci ilin sonlarına qədər həmin müqavilə üzrə qalan işlərlə bağlı tərəflər arasında akt imzalanmamışdır. Halbuki, həmin müqavilə üzrə işlər iddiaçı tərəfindən ilkin sifarişçiyə ("xxxx" MMC) təhvil verilmiş, lakin məhkəməyə qalan işlərin kim(lər) tərəfindən görülməsini təsdiq edən sübut təqdim edilməmişdir. Bu da bir daha onu təsdiq edir ki, həmin qalıq işlər aktlar olmasa da, qarşılıqlı iddiaçı tərəfindən icra edilmişdir. İkinci layihə üzrə işlərin bir qismi İlkin Əmrahlı, bir qismi "xxxx" MMC, habelə əksər hissəsi cavabdeh tərəfindən icra edilmişdir. Həmin aktlarda işlərin ilkin podrat müqaviləsində nəzərdə tutulmuş həcmdən artıq olmasının səbəbi işlər görüldükdən sonra iddiaçının sifarişinin dəyişməsi, bir işi onlara yenidən, təkrarən gördürməsi olmuşdur.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci müqavilə üzrə işlərin təxminən 70 faizi tərəflərindən icra edilib iddiaçıya təhvil verilmişdir. 2021-ci ilin sonlarına qədər həmin işlərlə bağlı tərəflər arasında aktlar imzalansa da, 2022-ci ilin sonlarına qədər görülmüş işlərlə bağlı sənədləşmə aparılmamışdır. Lakin qalan işlərin əksər hissəsi tərəflərindən icra edilmişdir. Həmin işlərlə bağlı iddiaçıya vaxtında elektron qaimə göndərib borcu tələb etməməsinin səbəbi cavabdeh MMC-nin vergi ilə bağlı problemlərinin olması olmuşdur. İddiaçı borcu tələb etdikdən sonra tərəfindən hazırkı iddia ərizəsi verilmişdir. İlk iddia tələbinin əsassız olmasının səbəbi odur ki, müqavilə üzrə iddiaçı tərəfindən onlara materiallar verilmiş olsa da, həmin materialların dəyəri hər dəfə təhvil aktı imzalan zaman ümumi məbləğdən dəyərinin çıxılması olmuşdur. Bu səbəbdən onlardan materialların dəyəri ikinci dəfə tələb edilə bilməz. Bundan əlavə, o, bir müddət direktor kimi MMC-nin fəaliyyətindən kənar edilmiş, iddiaçının təqdim etdiyi aktlar da həmin vaxt MMC-lərinin ikinci möhürü ilə imzalanmışdır. Həmin möhür sonradan təsisçi tərəfindən ona təhvil verilmişdir. Həmin aktlarda olan imzalar da ona məxsus deyildir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə hər hansı məlumat verməmişlər.
16. Məhkəmə iclasının üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
17. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. İddiaçı və cavabdeh arasında 17 may 2021-ci il tarixli, 019/21 saylı podrat müqaviləsi bağlanmışdır.
19. 17 may 2021-ci il tarixli, 019/21 saylı podrat müqaviləsinin 01 saylı, xx.xx.2021-ci il tarixli Əlavəsində (X23) görüləcək işlər, onların həcmi və dəyəri razılaşdırılmışdır.
20. 17 may 2021-ci il tarixli, 019/21 saylı podrat müqaviləsinin 02 saylı, xx.xx.2021-ci il tarixli Əlavəsində (X23) iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin adı və dəyəri razılaşdırılmışdır.
21. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş may 2021-ci il tarixli İddiaçı MMCdən Cavabdeh MMC-yə verilən material və mexanizmlərin siyahısına görə 9473,50 manat məbləğində material verilmişdir.
22. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş iyun-iyul 2021-ci il tarixli İddiaçı MMC-dən Cavabdeh MMC-yə verilən material və mexanizmlərin siyahısına görə 8690 manat məbləğində material təhvil verilmişdir.
23. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş sentyabr 2021-ci il tarixli İddiaçı MMC-dən Cavabdeh MMC-yə verilən material və mexanizmlərin siyahısına görə 22874,85 manat məbləğində material təhvil verilmişdir.
24. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş oktyabr 2021-ci il tarixli İddiaçı MMC-dən Cavabdeh MMC-yə verilən material və mexanizmlərin siyahısına görə 2358 manat məbləğində material təhvil verilmişdir.
25. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş noyabr 2021-ci il tarixli İddiaçı MMC-dən Cavabdeh MMC-yə verilən material və mexanizmlərin siyahısına görə 9294,88 manat məbləğində material təhvil verilmişdir.
26. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş dekabr 2021-ci il tarixli İddiaçı MMC-dən Cavabdeh MMC-yə verilən material və mexanizmlərin siyahısına görə 9165,69 manat məbləğində material təhvil verilmişdir.
27. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş yanvar 2022-ci il tarixli İddiaçı MMC-dən Cavabdeh MMC-yə verilən material beton və mexanizmlərin siyahısına görə 23709,18 manat məbləğində material təhvil verilmişdir.
28. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBCL 225496 nömrəli 11178,73 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 225844 nömrəli 10254,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 226083 nömrəli 26992,32 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 226148 nömrəli 2782,44 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 226210 nömrəli 10967,96 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 226425 nömrəli 10815,51 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 226519 nömrəli 27976,83 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
29. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli EBBC 262018 nömrəli 105020 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBF 887552 nömrəli 20740 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBH 266118 nömrəli 51234,42 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBP 52880 nömrəli 12185,86 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBQ 276870 nömrəli 17861,78 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 732591 nömrəli 21744,90 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 732938 nömrəli 12083,94 manat məbləğində elekron qaimələr göndərilmişdir.
30. İddiaçı və cavabdeh arasında imzalanaraq möhürlə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 1 saylı təhvil aktına əsasən görülmüş işlərin ümumi dəyəri 17576,70 manat, tutulacaq məbləğ 5272,97 manat, cəmi ödənilməli məbləğ 14518,40 manat təşkil edir.
31. İddiaçı və cavabdeh arasında imzalanaraq möhürlə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 2 saylı təhvil aktına əsasən görülmüş işlərin ümumi dəyəri 67954,81 manat, tutulacaq məbləğ 6798,48 manat, cəmi ödənilməli məbləğ 56120,05 manat təşkil edir.
32. İddiaçı və cavabdeh arasında imzalanaraq möhürlə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 3 saylı təhvil aktına əsasən görülmüş işlərin ümumi dəyəri 12893,40 manat, tutulacaq məbləğ 1289,34 manat, cəmi ödənilməli məbləğ 11168,18 manat təşkil edir.
33. İddiaçı və cavabdeh arasında imzalanaraq möhürlə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 4 saylı təhvil aktına əsasən görülmüş işlərin ümumi dəyəri 66662,38 manat, tutulacaq məbləğ 6666,24 manat, cəmi ödənilməli məbləğ 55063,12 manat təşkil edir.
34. İddiaçı və cavabdeh arasında imzalanaraq möhürlə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 5 saylı təhvil aktına əsasən görülmüş işlərin ümumi dəyəri 87835,68 manat, tutulacaq məbləğ 8783,57 manat, cəmi ödənilməli məbləğ 72552,27 manat təşkil edir.
35. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 89000 manat, xx.xx.2021-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 25000 manat, xx.xx.2021-ci il tarixli 598840-598 nömrəli ödəniş tapşırığına görə 18419 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 15000 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 15000 manat, xx.xx.2022-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığına görə 15000 manat, xx.xx.2022-ci il tarixli 598840-691 nömrəli ödəniş tapşırığına görə 14929 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 10327 manat, xx.xx.2022-ci il tarixli BD3 nömrəli ödəniş tapşırığına görə 5137,1 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 7000 manat, xx.xx.2022ci il tarixli 598840-708 nömrəli ödəniş tapşırığına görə 5169 manat, xx.xx.2022-ci il tarixli 598840-788 nömrəli ödəniş tapşırığına görə 10075 manat, xx.xx.2022-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığına görə 10000 manat məbləğində vəsait köçürülmüşdür.
36. İddiaçı MMC (podratçı) ilə X29 (subpodratçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 019/22 nörməli podrat müqaviləsinə görə subpodratçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə podratçı üçün həmin müqaviləyə əlavədə (qiymətlərin razılaşdırılması protokolu) göstərilmiş qiymətlərə müvafiq işləri yerinə yetirir, podratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir.
37. xx.xx.2022-ci il tarixli, 019/22 nörməli podrat müqaviləsinə Əlavə-Qiymətlərin razılaşdırılması protokolu ilə xx.xx.2022-ci il tarixli, 019/22 nörməli müqaviləyə əsasən görüləcək işlər və qiymətləri göstərilmişdir.
38. İddiaçı MMC (sifarişçi) ilə X19 (podratçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 018/22 nörməli podrat müqaviləsinə görə podratçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə sifarişçi üçün həmin müqaviləyə əlavədə (qiymətlərin razılaşdırılması protokolu) göstərilmiş qiymətlərə müvafiq işləri yerinə yetirir, sifarişçi isə yerinə yetirilmiş işlərin dəyərini podratçıya ödəyir.
39. xx.xx.2022-ci il tarixli, 018/22 nörməli podrat müqaviləsinə Əlavə-Qiymətlərin razılaşdırılması protokolu ilə xx.xx.2022-ci il tarixli, 018/22 nörməli müqaviləyə əsasən görüləcək işlər və qiymətləri göstərilmişdir.
40. İddiaçı MMC (podratçı) ilə "xxxx" MMC (subpodratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 031A/21 nörməli podrat müqaviləsinə görə subpodratçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə podratçı üçün həmin müqaviləyə əlavədə (qiymətlərin razılaşdırılması protokolu) göstərilmiş qiymətlərə müvafiq işləri yerinə yetirir, podratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir.
41. xx.xx.2021-ci il tarixli, 031A/21 nörməli podrat müqaviləsinə Əlavə-Qiymətlərin razılaşdırılması protokolu ilə xx.xx.2021-ci il tarixli, 031A/21 nörməli müqaviləyə əsasən görüləcək işlər və qiymətləri göstərilmişdir.
42. İddiaçı MMC (sifarişçi) ilə X62 (podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 032/21 nörməli podrat müqaviləsinə görə podratçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə sifarişçi üçün həmin müqaviləyə əlavədə (qiymətlərin razılaşdırılması protokolu) göstərilmiş qiymətlərə müvafiq işləri yerinə yetirir, sifarişçi isə yerinə yetirilmiş işlərin dəyərini podratçıya ödəyir.
43. xx.xx.2021-ci il tarixli, 032/21 nörməli podrat müqaviləsinə Əlavə-Qiymətlərin razılaşdırılması protokolu ilə xx.xx.2021-ci il tarixli, 032/21 nörməli müqaviləyə əsasən görüləcək işlər və qiymətləri göstərilmişdir.
44. “Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında” 1 nömrəli 2022-ci il avqust tarixli, 01 oktyabr 2022-ci il tarixli, 01 noyabr 2022-ci il tarixli, 01 dekabr 2022-ci il tarixli aktlarda (Podratçı: İddiaçı MMC, Subpodratçı: Yalçın Vəliyev) Məmmədli kəndi, kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar layihəsində görülmüş işlər öz əksini tapmışdır.
45. “Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında” noyabr 2021-ci il tarixli, dekabr 2021-ci il tarixli, yanvar 2022-ci il tarixli, 01 fevral-15 fevral 2022-ci il tarixli, 16 fevral-28 fevral 2022-ci il, 01 mart-31 mart 2022-ci il tarixli, 01 aprel-16 aprel 2022-ci il tarixli aktlarda (Sifarişçi: İddiaçı MMC, Podratçı: "xxxx" MMC) Məhəmmədli qəsəbəsi MDM soyuq anbarların tikilməsi layihəsində görülmüş işlər öz əksini tapmışdır.
46. “Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında” oktyabr 2021-ci il tarixli və noyabr 2021-ci il tarixli aktlarda (Sifarişçi: AS İnşaat-N” MMC, subpodratçı: X62) Məhəmmədli qəsəbəsi MDM soyuq anbarların tikilməsi layihəsində görülmüş işlər öz əksini tapmışdır.
47. X18 ilə X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-7335 reyestr nömrəli təsis payının alqı-satqı müqaviləsinə görə X18 Cavabdeh MMC-də olan nizamnamə kapitalının məbləği 9 manat, nizamnamə kapitalındakı payı 9 pay, nizamnamə kapitalındakı faizi 90% olan paydan 9 manat məbləği, 90%-i X6 mülkiyyətinə vermişdir.
48. xx.xx.2023-cü il tarixli təhvil təslim aktına görə Cavabdeh MMC-nin möhürü X12 tərəfindən X7 təhvil alınmışdır.
49. 19.11.2021-ci il tarixli, BD1 nömrəli ödəniş tapşırığına görə 24000 manat, xx.xx.2021-ci il tarixli BD4 nömrəli ödəniş tapşırığına görə 34345 manat məbləğində pul İddiaçı MMC tərəfindən X59 məxsus bank hesabına köçürülmüşdür.
50. xx.xx.2022-ci il tarixli, 598840-735 nömrəli ödəniş tapşırığına görə 20000 manat, xx.xx.2022-ci il tarixli 598840-662 nömrəli ödəniş tapşırığına görə 4974 manat, xx.xx.2022ci il tarixli, OD2 nörməli ödəniş tapşırığına görə 4000 manat, xx.xx.2022-ci il tarixli, 598840-707 nömrəli ödəniş tapşırığına görə 15000 manat, xx.xx.2022-ci il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 6030 manat, xx.xx.2022-ci il tarixli, OD2 nömrəli ödəniş tapşırığına görə 27380 manat məbləğində pul İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
51. 27.12.2022-ci il tarixli, BD3 nömrəli ödəniş tapşırığına görə 10623,41 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 2000 manat, xx.xx.2022-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2022-ci il tarixli BD4 nömrəli ödəniş tapşırığına görə 4238,72 manat, xx.xx.2022-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığına görə 2925,54 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 3000 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 2000 manat, xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə 3296,55 manat, xx.xx.2022-ci il tarixli BD 13 nömrəli ödəniş tapşırığına görə 3000 manat məbləğində pul İddiaçı MMC tərəfindən X20 məxsus bank hesabına köçürülmüşdür.
52. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tikintiquraşdırma işlərinin təhvil-təslim aktına görə İddiaçı MMC xx.xx.2021-ci il tarixli, AZ- PT2021-046R saylı müqaviləyə əsasən X44 və Avadanlıq otağı tikintisi üzrə tikintiquraşdırma işlərini tamamlamışdır.
53. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tikintiquraşdırma işlərinin təhvil-təslim aktına görə İddiaçı MMC xx.xx.2021-ci il tarixli, AZ- PT2021-046R saylı müqaviləyə Əlavə 5-ə əsasən X44 və Avadanlıq otağı tikintisi üzrə tikinti-quraşdırma işlərini tamamlamışdır.
54. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tikintiquraşdırma işlərinin təhvil-təslim aktına görə İddiaçı MMC xx.xx.2021-ci il tarixli, AZ- PT2021-046R saylı müqaviləyə Əlavə 4-ə əsasən X44 və Avadanlıq otağı tikintisi üzrə tikinti-quraşdırma işlərini tamamlamışdır.
55. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tikintiquraşdırma işlərinin təhvil-təslim aktına görə İddiaçı MMC xx.xx.2021-ci il tarixli, AZ- PT2021-046R saylı müqaviləyə Əlavə 3-ə əsasən X44 və Avadanlıq otağı tikintisi üzrə tikinti-quraşdırma işlərini tamamlamışdır.
56. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tikintiquraşdırma işlərinin təhvil-təslim aktına görə İddiaçı MMC xx.xx.2021-ci il tarixli, AZ- PT2021-046R saylı müqaviləyə Əlavə 2-yə əsasən X44 və Avadanlıq otağı tikintisi üzrə tikinti-quraşdırma işlərini tamamlamışdır.
57. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 032/21 nömrəli sub-sub-subpodrat müqaviləsinə görə sub-sub-subpodratçı (Cavabdeh MMC) müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində sub-subpodratçının (İddiaçı MMC) təchiz etdiyi materialla və sub-subpodratçı üçün həmin müqaviləyə əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymətlərlə müvafiq elektrik işlərini yerinə yetirir, sub-subpodratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir.
58. Müqavilənin 2.2-ci bəndinə görə işlər yerinə yetirilmiş işlərin qəbulu aktı (forma 2) ilə təhvil verilir.
59. xx.xx.2021-ci il tarixli, 032/21 nömrəli sub-sub-subpodrat müqaviləsinə Əlavə X23na görə görüləcək işlərin ümumi dəyəri 22100,71 manat olması razılaşdırılmışdır.
60. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli EBCL 589725 nömrəli 212447,20 manat, xx.xx.2022-ci il tarixli EBBV 338714 nömrəli 169151,53 manat, xx.xx.2022-ci il tarixli EBBT 137352 nömrəli 169151,53 manat, xx.xx.2022-ci il tarixli EBBR 578749 nömrəli 170850,80 manat, xx.xx.2022-ci il tarixli EBBP 447962 nömrəli 70716,22 manat, xx.xx.2022-ci il tarixli EBBP 394398 nömrəli 80240,30 manat, xx.xx.2023-cü il tarixli EBCL 589814 nömrəli 171081,12 manat, xx.xx.2022-ci il tarixli EBBT 137352 nömrəli 169151,53 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 732938 nömrəli 12083,94 manat, xx.xx.2022-ci il tarixli EBBZ 732591 nömrəli 21744,90 manat, xx.xx.2022-ci il tarixli EBBQ 276870 nömrəli 17861,78 manat, xx.xx.2022-ci il tarixli EBBP 52880 nömrəli 12185,86 manat, xx.xx.2021-ci il tarixli EBBH 266118 nömrəli 51234,42 manat, xx.xx.2021-ci il tarixli EBBF 887552 nömrəli 20740,27 manat, xx.xx.2021-ci il tarixli EBBC 262018 nömrəli 105020 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
61. İddiaçı ilə "xxxx" Birgə Müəssisəsi arasında xx.xx.2020-ci il tarixdə sub-subpodrat müqaviləsi bağlanmışdır.
62. İddiaçı ilə "xxxx" Birgə Müəssisəsi arasında xx.xx.2020-ci il tarixli sub-subpodrat müqaviləsinin 01, 02, 03, 04, 05, 06 saylı Əlavələri bağlanmışdır.
63. "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır.
64. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 17 may 2021-ci il tarixli, 1 nömrəli X23 ilə 17 may 2021-ci il tarixli, AZ-PT/2021-046R nömrəli müqavilə ilə icrası nəzərdə tutulmuş işlərin qiyməti (703208,82 manat) razılaşdırılmışdır.
65. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 04 avqust 2021-ci il tarixli, 2 nömrəli X23 ilə 17 may 2021-ci il tarixli, AZ-PT/2021-046R nömrəli müqavilə ilə icrası nəzərdə tutulmuş işlərin qiyməti (16904,68 manat) razılaşdırılmışdır.
66. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 3 nömrəli X23 ilə 17 may 2021-ci il tarixli, AZ-PT/2021-046R nömrəli müqavilə ilə icrası nəzərdə tutulmuş işlərin qiyməti (115056,36 manat) razılaşdırılmışdır.
67. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2022-ci il tarixli, 4 nömrəli X23 ilə 17 may 2021-ci il tarixli, AZ-PT/2021-046R nömrəli müqavilə ilə icrası nəzərdə tutulmuş işlərin qiyməti (177900,01 manat) razılaşdırılmışdır.
68. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5 nömrəli X23 ilə 17 may 2021-ci il tarixli, AZ-PT/2021-046R nömrəli müqavilə ilə icrası nəzərdə tutulmuş işlərin qiyməti (20548,87 manat) razılaşdırılmışdır.
69. İddiaçı ilə İlkin Əmrahlı arasında xx.xx.2022-ci il tarixdə sub-sub-subpodrat müqaviləsi bağlanmış, müqavilənin 2 ədəd qiymət razılaşma protokolları ilə görüləcək işlərin dəyəri və həcmi razılaşdırılmışdır.
70. İddiaçı ilə İlkin Əmrahlı arasında imzalanmış Heydər Əliyev adına X48 yenidən qurulması yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2022-ci il tarixli (mart, aprel, may) akta görə görülən işlərin ümumi dəyəri 131355,31 manat, Heydər Əliyev adına X48 yenidən qurulması yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2022-ci il tarixli (xx.xx.2022-xx.xx.2022 tarixinə olan hakedis) akta görə görülən işlərin ümumi dəyəri 15391,64 manat, Heydər Əliyev adına X48 yenidən qurulması yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2022-ci il tarixli (iyun) akta görə görülən işlərin ümumi dəyəri 34895,26 manat, Heydər Əliyev adına X48 yenidən qurulması yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2022-ci il tarixli (xx.xx.2022-xx.xx.2022 tarixinə olan hakedis) akta görə görülən işlərin ümumi dəyəri 12520,04 manat təşkil edir.
71. X30 tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli EBCC 092713 nömrəli 24827,71 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBW 362621 nömrəli 50984,64 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBW 617956 nömrəli 120363,33 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 604760 nömrəli 18162,14 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 606441 nömrəli 14773,65 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
72. 04.07.2022-ci il tarixli, 598840-77 nömrəli ödəniş tapşırığına görə 25000 manat, xx.xx.2022-ci il tarixli 598840-789 nömrəli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2022-ci il tarixli, 598840-775 nömrəli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2022-ci il tarixli, OD3 nömrəli ödəniş tapşırığına görə 86355,31 manat, xx.xx.2024-cü il tarixli, OD4 nömrəli ödəniş tapşırığına görə 34895,26 manat, xx.xx.2022-ci il tarixli. OD1 nömrəli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2022-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığına görə 2000 manat, xx.xx.2022-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığına görə 5000 manat, xx.xx.2022-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına görə 4000 manat, xx.xx.2022-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına görə 2500 manat, xx.xx.2022-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına görə 4411,68 manat məbləğində pul "xxxx" MMC tərəfindən X21 məxsus bank hesabına köçürülmüşdür.
73. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə sub-sub-subpodrat müqaviləsi bağlanmış, müqavilənin əlavəsində görüləcək işlərin adı, həcmi, qiyməti razılaşdırılmışdır.
74. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış Heydər Əliyev adına X48 yenidən qurulması yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2021-ci il tarixli (noyabr) akta əsasən "xxxx" MMC tərəfindən görülən işlərin ümumi dəyəri 40000,21 manat təşkil edir.
75. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli EBBO 125403 nömrəli 104331,98 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
76. xx.xx.2021-ci il tarixli 598840-619 nömrəli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşrığına görə 10000 manat, xx.xx.2021-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2021-ci il tarixli OD5 nömrəli ödəniş tapşırığına görə 10000 manat məbləğində pul "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
77. "xxxx" MMC (sub-subpodratçı) ilə X30 (sub-sub-subpodratçı) arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 003/22 nömrəli sub-sub-subpodrat müqaviləsinə görə sub-subsubpodratçı müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində sub-subpodratçının təchiz etdiyi materialla və sub-subpodratçı üçün həmin müqaviləyə əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymətlərə müvafiq elektrik işlərini yerinə yetirir, sub-subpodratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir.
78. "xxxx" MMC (sub-subpodratçı) ilə "xxxx" MMC (sub-sub-subpodratçı) arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, 027/21 nömrəli sub-sub-subpodrat müqaviləsinə görə sub-sub-subpodratçı müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində subsubpodratçının təchiz etdiyi materialla və sub-subpodratçı üçün həmin müqaviləyə əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymətlərə müvafiq elektrik işlərini yerinə yetirir, sub-subpodratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir.
79. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 011-1/21 nömrəli alıq-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymət və göstəricilərə müvafiq malları alıcının mülkiyyətinə verir, alıcı isə malı qəbul edib dəyərini ödəyir.
80. xx.xx.2022-ci il tarixli ********** / ********* nömrəli ödəniş tapşırığına görə 15000 manat, xx.xx.2022-ci il tarixli ********** / ********* nömrəli ödəniş tapşırığına görə 14929 manat, xx.xx.2022-ci il tarixli ********** / ********* nömrəli ödəniş tapşırığına görə 15000 manat vəsait Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
81. "xxxx" MMC tərəfindən Odeion Construction” MMC-yə xx.xx.2022-ci il tarixli EBCD 256025 nömrəli 3528,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 675217 nömrəli 5428 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBX 326996 nömrəli 16805,86 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBX 173851 nömrəli 379,96 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 865601 nömrəli 7762,04 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 738417 nömrəli 12701,52 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBP 513288 nömrəli 12185,86 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBO 062298 nömrəli 11556,92 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBM 692586 nömrəli 27626,16 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBK 197207 nömrəli 31533,14 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
82. xx.xx.2021-ci il tarixli, 011-1/21 nömrəli alıq-satqı müqaviləsinə Əlavə, xx.xx.2021-ci il tarixli Əlavə 2 və xx.xx.2021-ci il tarixli Əlavə 3 ilə müqavilə üzrə təhvil veriləcək malların markası, ölçü vahidi və vahidinin qiyməti razılaşdırılmışdır.
83. 25.02.2022-ci il tarixli AZ0000007 nörməli ödəniş tapşırığına görə 1720 manat, xx.xx.2022-ci il tarixli AZ0000009 nömrəli ödəniş tapşırığına görə 1000 manat məbləğində pul Cavabdeh MMC tərəfindən Eren Kocamana məxsus bank hesabına köçürülmüşdür.
84. Eren Kocaman tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBW 739465 nömrəli 2000 manat məbləğində və xx.xx.2022-ci il tarixli EBBX 467813 nömrəli 2092 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
85. Cavabdeh MMC və Eren Kocaman tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli akt ilə Eren Kocaman tərəfindən Soyuq-Donuq Anbarının tikintisi layihəsində bünövrənin yeraltı sulardan mühafizə olunması üçün nəzərdə tutulan drenaj xəttinin çəkilməsi işinin ümumi qiyməti 12314,20 manat müəyyən edilmişdir.
86. Cavabdeh MMC (sifarişçi) ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001/22 nömrəli podrat müqaviləsinə görə podratçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərtlə sifarişçi üçün dəmir-qəlib, hörgü, izolyasiya və lentvari bünövrənin kipləşdirilməsi işlərini yerinə yetirir, sifarişçi isə yerinə yetirilmiş işlərin dəyərini podratçıya ödəyir.
87. X11 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBT 141717 nömrəli 8899,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 333302 nömrəli 2000 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA 104546 nömrəli 2404 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBR 819279 nömrəli 7784,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 776880 nömrəli 2000 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
88. xx.xx.2022-ci il tarixli AZ0000011 nömrəli ödəniş tapşırığına görə 2000 manat, xx.xx.2022-ci il tarixli 112OPX1222902ABE nömrəli ödəniş tapşırığına görə 2404 manat, xx.xx.2022-ci il tarixli 112OPX1223421DD2 nörməli ödəniş tapşırığına görə 2000 manat, xx.xx.2022-ci il tarixli 112OPX12205510AD nömrəli tapşırığına görə 3284 manat, xx.xx.2022-ci il tarixli 112OPX1220270CBB nömrəli ödəniş tapşırığına görə 2000 manat, xx.xx.2022-ci il tarixli 112OPX********** nömrəli ödəniş tapşırığına görə 11400 manat məbləğində pul Cavabdeh MMC tərəfindən X3 məxsus bank hesabına köçürülmüşdür.
89. İddiaçı MMC (sifarişçi) ilə X62 (podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 032/21 nörməli podrat müqaviləsinə görə podratçı hazırkı müqavilə ilə sifarişçi üçün dəmir-qəlib, hörgü, izolyasiya və lentvari bünövrənin kipləşdirilməsi işlərini yerinə yetirir, sifarişçi isə yerinə yetirilmiş işlərin dəyərini podratçıya ödəyir.
90. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında noyabr 2021-ci il tarixli akta (Forma №2) görə Məhəmmədli qəsəbəsi MDM Soyuq Anbarların işlərinin dəyəri haqqında X62 tərəfindən görülən işlərin dəyəri 34345 manat təşkil edir.
91. X25 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10/12/21 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən qiymət və göstəricilərə müvafiq olaraq materialları alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir.
92. xx.xx.2021-ci il tarixli, 10/12/21 nömrəli alqı-satqı müqaviləsinə Əlavə, qiymət razılaşdırma protokolu ilə xx.xx.2021-ci il tarixli, 10/12/21 nömrəli alqı-satqı müqaviləsi üzrə satılacaq malların adı, ölçü vahidi və vahidinin daşınma daxil qiyməti müəyyən edilmişdir.
93. X25 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBR 717823 nömrəli 4701,55 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBP 025005 nömrəli 4063,70 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBP 493285 nömrəli 3349,03 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBQ 559050 nömrəli 4100,01 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBP 753749 nömrəli 3207,33 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
94. xx.xx.2022-ci il tarixli **********/353928803 nömrəli ödəniş tapşırığına görə 3207,33 manat, xx.xx.2022-ci il tarixli **********/382108687 nömrəli ödəniş tapşırığına görə 4701,55 manat, xx.xx.2022-ci il tarixli **********/369843156 nömrəli ödəniş tapşırığına görə 4100,01 manat, xx.xx.2022-ci il tarixli **********/346586509 nömrəli ödəniş tapşırığına görə 3349,03 manat, xx.xx.2022-ci il tarixli **********/34574458 nömrəli ödəniş tapşırığına görə 3900 manat məbləğində pul Cavabdeh MMC tərəfindən X13 məxsus bank hesabına köçürülmüşdür.
95. Cavabdeh MMC (sifarişçi) ilə X4 (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K/O-12.22 nömrəli xidmətlər müqaviləsinə görə, müqavilə üzrə icraçı özünün mülkiyyətində olan nəqliyyat vasitəsi ilə sifarişçi tərəfindən müəyyən olunmuş marşrut və qrafiklə əməkdaşlarının daşıma xidmətini göstərir.
96. xx.xx.2022-ci il tarixli, K/O-12.22 nömrəli xidmətlər müqaviləsinə 1 nömrəli X23 ilə müqavilə üzrə malın adı, miqdarı, vahidinin qiyməti və məbləği razılaşdırılmışdır.
97. X4 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBCL 426029 nömrəli 1100 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
98. 13.01.2023-cü il tarixli, ********** / ********* nömrəli ödəniş tapşırığına görə, Cavabdeh MMC tərəfindən X1 məxsus bank hesabına 1100 manat məbləğində vəsait köçürülmüşdür.
99. X31 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 17/12/21 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən qiymətə və ölçülərə müvafiq mişar daşını alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir.
100. xx.xx.2021-ci il tarixli, 17/12/21 nömrəli alqı-satqı müqaviləsinə Əlavə, X23 ilə müqavilə üzrə malın adı, ölçüləri, ölçü vahidi və vahidinin qiyməti razılaşdırılmışdır.
101. X33 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03/02/22 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən qiymətə və ölçülərə müvafiq karbonat (əhəng daşı) materialını alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir.
102. X33 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBR 835297 nömrəli 2995 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
103. xx.xx.2022-ci il tarixli, ********** / ********* nömrəli ödəniş tapırığına görə 3000 manat məbləğində vəsait Cavabdeh MMC tərəfindən X26 məxsus bank hesabına köçürülmüşdür.
104. xx.xx.2022-ci il tarixli, 03/02/22 nömrəli alqı-satqı müqaviləsinə Əlavə, X23 ilə müqavilə üzrə malın adı, ölçü vahidi və vahidinin daşınma daxil qiyməti razılaşdırılmışdır.
105. X27 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01/11/21 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən qiymətə və ölçülərə müvafiq karbonat (əhəng daşı) materialını alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir.
106. xx.xx.2021-ci il tarixli, 01/11/21 nömrəli alqı-satqı müqaviləsinə Əlavə, X23 ilə müqavilə üzrə malın adı, ölçü vahidi və vahidinin daşınma daxil qiyməti razılaşdırılmışdır.
107. X14 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10/12/21 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən qiymətə və ölçülərə müvafiq olaraq materialları alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir.
108. xx.xx.2021-ci il tarixli, 10/12/21 nömrəli alqı-satqı müqaviləsinə Əlavə, X23 ilə müqavilə üzrə malın adı, ölçü vahidi və vahidinin daşınma daxil qiyməti razılaşdırılmışdır.
109. X14 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBS 361609 nömrəli 4708 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
110. Cavabdeh MMC (podratçı) ilə "xxxx" MMC (subpodratçı) arasında bağlanmış 01 dekbar 2021-ci il tarixli, 01/12/21 nömrəli podrat müqaviləsinə görə subpodratçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində podratçının təchiz etdiyi materialla və podratçı üçün həmin müqaviləyə əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymətlərə müvafiq elektrik işlərini yerinə yetirir, podratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir.
111. 01 dekabr 2021-ci il tarixli, 01/12/21 nömrəli müqaviləyə Əlavə, X23 ilə görüləcək işlərin ümumi dəyəri 115000,77 manat müəyyən edilmişdir.
112. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBP 332690 nömrəli 56440 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBQ 589414 nömrəli 100151,25 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBP 332764 nömrəli 5520,04 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBW 616647 nömrəli 5847,04 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBP 332690 nömrəli 56640 manat məbləğində, EBBS 189854 nömrəli xx.xx.2022-ci il tarixli 133276,58 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBW 351803 nömrəli 20476,09 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU 235982 nömrəli 117973,52 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
113. 23.05.2022-ci il tarixli AZ0000003 nömrəli ödəniş tapşırığına görə 12877,56 manat, xx.xx.2022-ci il tarixli 112OPX122761E9B nömrəli ödəniş tapşırığına görə 19970 manat, xx.xx.2022-ci il tarixli 112OCAZ22011000R nömrəli ödəniş tapşırığına görə 48000 manat, xx.xx.2022-ci il tarixli 112OPX1220270DCE nömrəli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2022-ci il tarixli 112OCAZ22055003O nömrəli ödəniş tapşırığına görə 48800 manat, xx.xx.2022-ci il tarixli 112OCAZ22090004E nömrəli ödəniş tapşırığına görə 93000 manat, xx.xx.2022-ci il tarixli 112OCAZ221190074 nömrəli ödəniş tapşırığına görə 87100 manat,xx.xx.2022-ci il tarixli 112OPX12201219D3 nömrəli ödəniş tapşırığına görə 2000 manat, xx.xx.2022-ci il tarixli 112OPX********** nömrəli ödəniş tapşırığına görə 15000 manat məbləğində vəsait Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
114. Cavabdeh MMC ilə X34 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/11/21 saylı alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən qiymətə və ölçülərə müvafiq karbonat (əhəng daşı) materialını alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir.
115. xx.xx.2021-ci il tarixli 01/11/21 saylı alqı-satqı müqaviləsinə Əlavə, X23 ilə müqavilə üzrə satılacaq malın adı, ölçü vahidi və vahidinin daşınma daxil qiyməti razılaşdırılmışdır.
116. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, onun birinci müqaviləsi ilk iddiaçı ilə olmuş, bir aydan sonra tərəflər dost şirkət olduğu üçün Nuşrəvan müəllimin qərarına əsasən o, cavabdehlə müqavilə bağlamışdır. Sahədə çalışan tərəf o olmuşdur. O, müqavilə üzrə ədv xaric 84000 manatlıq iş görmüş, 40000 manat ödəniş edilmiş, 44000 manatı daha sonra müqavilə bağlanılıb ödəyəcəklərini bildirmişlər. Cavabdeh üçün hansı məbləğdə iş gördüyünü xatırlamır. Hər iki şirkətə işləri eyni qiymətə görmüşdür. Onu bu işə Tolga bəy (cavabdehin direktoru) cəlb etmişdir. İddiaçı tərəfindən Tolga bəyə ödəniş olunmadığından sonuncu ona ödəniş edə bilmir.
117. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, cavabdehlə Soyuq anbar layihəsi üzrə 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayının ortalarına qədər işləmişdir. Abşeron rayonu, Məhəmmədi qəsəbəsində beton işləri görürdü. Daha sonra ödənişlər ödənilmədiyindən işdən çıxmışdır. Təxminən 2022-ci ilin mart ayından iyul ayına qədər ona cavabdeh 23700 manat ödəniş etməli idi. Onlar orada işləyəndə onun komandasından başqa beton işlərini görən podratçı yox idi. İşlədiyi dövrdə hər ay təhvil-təslim aktı imzalamışdır. Onlar işləri Piriyev Cavidə təhvil verirdilər. O da müvafiq sənədləri Qanuni nümayəndə2 verirdi və Qanuni nümayəndə2 da onlara ödəniş edirdi. Betonun kim tərəfindən verilməsini bilmir.
118. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, müqaviləsi Səmədov Cabbarla olub. Sonuncu onun qardaşıdır. Soyuq anbar layihəsi üzrə 2022-ci ildə, təqribən bir ilə yaxın çalışmışdır. Xidmət haqqını ödəmirdilər. Qanuni nümayəndə2 sahəyə buraxmırdılar, onlar da onun işçiləri idilər deyə onları da buraxmadılar. Soyuducuların qapılarının beton işlərini görürdülər. Onlar işləyən zaman onlardan başqa orada işçi yox idi. Onlar getdikdən sonra iddiaçı oraya başqa işçilər gətirmişdi. Onlar işləyən zaman işlərə Cavid adlı şəxs nəzarət edirdi. Onlar oradan işdən çıxanda təqribi 2 həftəlik işləri qalmışdı.
119. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, o, Səmədov Cabbarın briqadasında usta kimi işləyirdi, qəlib işləri görürdü. 2022-ci ildə işə başlamış, təxminən 6-7 ay işləmişdir. Onlardan başqa briqada var idi ki, onlar başqa işlər görürdü. Lakin ağır işləri Cabbarın briqadası görürdü. Onların briqadasında işçi çox idi. Müqavilənin kimlə olduğunu bilmir. Briqada olaraq nə qədər xidmət haqqı alınacağını bilmir. Onlar işdən çıxanda işin yarısından çoxu görülmüşdü. Ödənişləri Tolga bəy ödəməyi üçün onlar işdən çıxdılar. Onlardan başqa sahədə dəmir beton işi görən yox idi. Onlardan sonra işi kimin gördüyünü bilmir.
120. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində bildirdi ki, o, Səmədov Cabbarla xidmət müqaviləsi üzrə usta kimi işləyir. Soyuq anbar layihəsi üzrə anbarın tikintisində işləmişdir. Təxminən 2022-ci ilin yanvar ayından etibarən 6-7 ay fəaliyyət göstəmişdir. Onlar işi pullarını cavabdehdən almadıqları üçün dayandırdılar. İyul ayında Cabbar müəllimin göstərişi ilə dayandırdılar. Gündəlik əmək haqqı alırdılar. Onlardan başqa sahədə başqa işləri görən briqadalar var idi. Sahədə işlədiyi vaxt qəlibçi kimi işləyirdi.
121. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, usta və fəhlə kimi bacardığı işləri görür. Məhəmmədi qəsəbəsində işləmiş, orada qapılar (beton işləri) tikilirdi. O, fəhlə kimi işlədiyi vaxt briqadada 5-10 nəfər olurdular. Cabbar layihəyə gəldikdən 5-10 gün sonra o da gəlmişdir. Təqribən 3-4 ay orada işləmişdir. Ona hansı işləri tapşırmışdılarsa, o da həmin işləri görmüşdür. İşin detalları ilə bağlı ətraflı məlumatı yoxdur.
122. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində bildirdi ki, 2021ci ilin may ayından 2022-ci ilin iyun ayına qədər cavabdeh MMC-də topoqraf olaraq çalışmış, layihə üzrə dərinlik və ölçülər təyin edərək yerli obyekt üzərində qazıntı və beton işlərinin düzgün koordinatlarla həyata keçirilməsini təmin etmişlər. Bu işlər iddiaçı şirkətinin sifarişi ilə cavabdeh tərəfindən həyata keçirilmişdir. Topoqraf olaraq əsas əmək funksiyası layihənin verdiyi ölçülərə və göstəricilərə uyğun olaraq sahədə işləri icra etmək və tikinti elementlərini, məsələn, beton işlərini plan üzrə yerinə köçürmək idi. Əvvəlcə layihə üzrə qazıntı işləri başlanılırdı, iddiaçının verdiyi texnikalarla bu işlər həyata keçirilirdi. O, işdən çıxanda orada dəmir-beton işləri artıq bitmişdi. Beton olmadığından vaxtında beton tökülmürdü. Təqribən 2022-ci ilin mart ayında orada cavabdehi sahədən çıxarmışdılar. Cavabdehin sahədə işləri tamamlamaqda gecikməsi və beton təchizatı ilə bağlı problemləri səbəbindən işlər ləngiyib. Bu problemlər nəticəsində cavabdeh mart ayında sahədən çıxarılıb. Cavabdehin sahədən çıxarılması işlərin müəyyən müddətə dayandırılmasına səbəb olub, bu da layihənin gecikməsinə yol açıb. İddiaçı tərəfdən sahədə bir nəfər Mürvəti görmüşdür. Sahədəki işçiləri cavabdehin podratçıları gətirmişdi. Əgər işlər vaxtında görülsə idi, həmin layihə 6 ay ərzində yekunlaşmalı idi, o, işdən çıxanda ancaq beton işi bitmişdi. Beton işlərinin bitməsi 6 aydan çox çəkdi.
123. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirdi ki, o, halhazırda Kəlbəcər şəhərində Xüsusi Nümayəndəliyə tabe olan dövlət qurumunda işləyir. İddiaçı şirkətdə 2021-2022-ci illərdə Soyuq anbar layihəsi ilə bağlı sahə rəisi vəzifəsində çalışmışdır. Sifarişi podratçı şirkət "xxxx" MMC verirdi. O, həmin layihə üzrə tikinti işlərinə nəzarət edirdi. O, 2022-ci ildə işdən ayrılanda işlər hələ davam etdirilirdi. Hər dəfə forma 2 aktlarını özü hazırlayırdı. Cavabdehə imzalamaq üçün verirdi. Hə ay üçün forma 2 yazılırdı. İkinci forma 2 aktı (iddia və cavabdeh arasında) imzalananda o, orada olmuşdur. İlk dəfə mübahisə 2022-ci ildə yaranmışdı. Materiallarla bağlı (iddiaçı tərəfindən cavabdehə verilmiş) Forma-2 aktı tərtib olunmuşdu, iddiaçı aktı imzalasa da cavabdeh aktı imzalamaqdan imtina edirdi. Hansı səbəbdən mübahisə olduğunu, aktın imzalanmadığını bilmir. İşlə bağlı forma 2 aktında mübahisə yox idi, heç vaxt olmamışdır, iddiaçı tərəfindən cavabdehə verilən mal-materiallar ilə bağlı mübahisə var idi. Aktın imzalanmamasına əsas səbəb əvvəlki borcların ödənilməməsi idi. Cavabdeh şirkəti tərəfindən subpodratçılar cəlb olunmuşdu, son olaraq Səmədov Cabbarı görmüşdür. Cavabdeh layihədən 2022-ci ilin avqustun əvvəli, yaxud ortası çıxmışdır. Ödənişlər köçürmə yolu ilə həyata keçirilirdi. Ödənişdən tutulmalar da olurdu. Qanuni nümayəndə2 tərəfindən ona heç vaxt tərtib etdikləri forma 2 aktlarının iddiaçı tərəfindən imzalanmaması barədə ona, yaxud iddiaçıya irad tutulmurdu. Materiallarla bağlı forma 2 aktlarının hamısını o, tərtib edirdi. Lakin işlərlə bağlı cəmi 2-3 ədəd forma 2 aktı tərtib etmişdir. Digər aktlar iddiaçının texniki təminat şəöbəsi tərəfindən tərtib olunurdu. Bəzən elə olurdu ki, materiallarla bağlı forma-2 aktlarını Qanuni nümayəndə2 imzalamaqdan imtina edirdi. Cavabdeh sahədən çıxanda işlərin çox az hissəsi görülməmiş qalmışdı. Layihə ilə bağlı işlər görülən zaman cavabdehdən başqa podratçı sahədə görməmişdir. Layihə üzrə işlər 1 ildən çox olmayan vaxt ərzində yekunlaşmalı idi. Mexaniki avadanlıq otağı müqaviləyə əlavə idi. İddiaçı cavabdehdən başqa Yalçın Rzayevi sahəyə cəlb etmişdi.
124. Məhkəmə iclasında şahid qismində dindirilmiş Eren Kocaman ifadəsində bildirdi ki, 2022-ci ilin may ayında Soyuq anbar layihəsi üçün drenaj işləri görmüşlər. Təxminən 20000 manata yaxın işlər görmüşlər, lakin pullarını ala bilməmişlər. Sənədləşmə işlərini Qanuni nümayəndə2 aparırdı. 20000 manat pul məbləğindən onlara heç bir ödəniş olunmamışdır. Müqaviləsi cavabdehlə olub. İkinci layihə üzrə 8000 manata yaxın işlər görülmüşdü. Həmin layihədən də heç bir vəsait ödənilməmişdi. Tolga bəy öz şəxsi vəsaitindən ödəmişdir. Azfen layihəsi üzrə 3 ay çalışmışdır.
125. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində bildirdi ki, Soyuq anbar layihəsi üzrə 2022-ci ilin təqribən avqust ayından 2022-ci ilin sonlarına qədər xidmət müqaviləsi üzrə bir qisim işləri görmüşdür. Gördükləri işlərə görə forma 2 yazılırdı. Təmir işləri, beton işləri, suvaq işləri və sair işlər görürdülər. Tam olaraq nə qədər həcmdə iş gördüyünü xatırlamır, lakin gördüyü işlərə görə də ödənişlər köçürmə yolu ilə ödənilmişdir.
126. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia tam təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir.
127. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə podrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən işlərin icra edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müxtəlif material və mexanizmlər (xx.xx.2021-ci il tarixli müqavilənin 2 saylı X23nda həmin xidmətlərin adı, qiyməti razılaşdırılmışdır) təhvil verilmişdir. Bununla bağlı tərəflər arasında 7 ədəd təhvil aktı imzalanmış, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 100967,99 manat dəyərində elektron qaimələr təqdim edilmişdir.
128. Cavadeh iddiaya qarşı yazılı etirazında həmin aktların saxta olduğunu, MMC-nin ikinci möhürü ilə imzalandığını, həmin aktlarla bağlı elektron qaimələrin eyni gündə göndərildiyini və əsasının olmadığını bildirmişdir.
129. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir.
130. Belə ki, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi çərçivəsində iddiaçı tərəfindən cavabdehə material və mexanizmlər təhvil verilməsini faktını cavabdeh də təsdiq etmiş, həmin aktların cavabdeh MMC-yə məxsus ikinci möhür ilə təsdiqləndiyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş təsis paylarının alqı-satqısı və möhürün təhvil aktına əsasən X18 ilə X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-7335 reyestr nömrəli təsis payının alqı-satqı müqaviləsinə görə X18 Cavabdeh MMC-də olan nizamnamə kapitalının məbləği 9 manat, nizamnamə kapitalındakı payı 9 pay, nizamnamə kapitalındakı faizi 90% olan paydan 9 manat məbləği, 90%-i X6 mülkiyyətinə vermiş, xx.xx.2023-cü il tarixli təhvil təslim aktına görə Cavabdeh MMC-nin möhürü X12 tərəfindən təhvil alınmışdır.
131. Bu səbəbdən cavabdehin həmin aktların iddiaçı tərəfindən saxtalaşdırılması barədə dəlili əsassızdır. Göstərilən aktların MMC-nin əsas deyil, ikinci möhürü ilə təsdiq edilməsi göstərilən aktlar üzrə cavabdehin borcun ödənilməsindən azad edilməsi üçün əsas hesab edilə bilməz.
132. Bundan əlavə, iddiaçı tərəfindən həmin aktlarla bağlı göndərilmiş elektron qaimələrə cavabdeh hər hansı etiraz verməmiş, qarşılıqlı iddia ərizəsinin özündə də iddiaçının ona ödəməli olduğu yekun borcdan həmin aktlar üzrə iddiaçıya ödəməli olduqları məhz tələb edilən vəsait (podratçının təmin etdiyi mal-material/xidmətlərin dəyəri: 100967,99 manat) çıxılmışdır.
133. Məhkəmə cavabdehin həmin mal-material/xidmətlərin dəyərinin hər dəfə tərəflər arasında təhvil aktı imzalanan zaman qarşılıqlı razılıq əsasında ümumi məbləğdən çıxılmış olması barədə dəlili ilə də razılaşmır.
134. Belə ki, bu barədə müqavilənin özündə hər hansı qeyd-şərt müəyyən edilməmiş, müqavilənin əlavəsində podratçının təmin edəcəyi mal-material/xidmətlərin dəyəri və cavabdeh tərəfindən ödənilməli olması razılaşdırılmışdır.
135. Həmin aktlar (iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr) üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilmədiyi üçün iddiaçı hazırda 100967,99 manat vəsaitin ödənilməsini tələb etməkdə haqlıdır.
136. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia əsaslıdır və təmin edilməlidir.
137. Məhkəmə qarşılıqlı iddia ərizəsini qismən əsaslı hesab edir.
138. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
139. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
140. Məhkəmə ilk öncə, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
141. Materiallardan görünür ki, iddiaçı ilə "xxxx" MMC (əvvəlki adı "xxxx" Birgə Müəssisəsi) arasında xx.xx.2020-ci il tarixdə podrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə nəzərdə tutulmuş işlərin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə "xxxx" MMC, İlkin Əmrahlı, habelə cavabdehlə ayrı-ayrılıqda subpodrat müqavilələri bağlanmışdır.
142. İddiaçının nümayəndəsi R.Cəfərov məhkəmə iclasında "xxxx" MMC ilə olan müqavilə üzrə işlərin yalnız göstərilən subpodratçılar tərəfindən icra edildiyini, iddiaçının özünün hər hansı işi icra etmədiyini təsdiq etmişdir.
143. Materiallardan görünür ki, hazırkı müqavilə üzrə işlərin təhvili ilə bağlı iddiaçı ilə cavabdeh arasında təhvil aktları (Forma 2) imzalanmamış, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə ümumilikdə 540608,25 manat əsas borc, 97309,48 manat əlavə dəyər vergisi (ƏDV) ödənilmişdir.
144. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında imzalanmış, hər iki tərəfin imzası, habelə möhürü ilə təsdiq edilmiş təhvil aktlarında qəbul edilmiş işlərin ümumi həcmindən iddiaçı ilə "xxxx" MMC, habelə iddiaçı ilə İlkin Əmrahlı arasında imzalanıb təsdiq edilmiş işlərin həcmi çıxıldıqdan sonra qalıq görülmüş işlər müəyyən edilməli, cavabdeh tərəfindən aktlarda göstərilmiş qiymətlər (belə ki, tərəflər arasında olan xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş qiymətlərin sonradan dəyişdirilməsi ilə bağlı yazılı razılaşma olmasa da, cavabdeh tərəfindən icra edilmiş işlərin əvvəlki hissəsi də məhz aktlarda göstərilmiş qiymətlər üzrə iddiaçı tərəfindən ödənilmişdir) əsas götürülməklə iddiaçının cavabdehə olan qalıq borcu müəyyən edilməlidir.
145. Belə ki, materiallardan görünür ki, eni 150 mm-ə qədər olan kabel tavasının quraşdırılmasının ümumi həcmi 1798 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 1653 metr, qalıq 145 metr * 9,11 manat (1320,95 manat), eni 300 mm-ə qədər olan kabel tavasının quraşdırılmasının ümumi həcmi 1103 metr, "xxxx" MMC tərəfindən icra edilmiş hissəsi 211 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 231, qalıq 661 metr * 17,27 manat (11415,47 manat), eni 450 mm-ə qədər olan kabel tavasının quraşdırılmasının ümumi həcmi 984 metr, "xxxx" MMC tərəfindən icra edilmiş hissəsi 36 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 297, qalıq 651 metr * 20,81 manat (13547,31 manat), eni 650 mm-ə qədər olan kabel tavasının quraşdırılmasının ümumi həcmi 1856 metr, "xxxx" MMC tərəfindən icra edilmiş hissəsi 150 metr, qalıq 1706 metr * 22,03 manat (37583,18 manat), eni 900 mm-ə qədər olan kabel tavasının quraşdırılmasının ümumi həcmi 308 metr, "xxxx" MMC tərəfindən icra edilmiş hissəsi 160 metr, qalıq 148 metr * 27,33 manat (4044,84 manat), eni 650 mm-ə qədər olan kabel qutusu örtüklərinin quraşdırılmasının ümumi həcmi 297 metr, 297 metr * 22,03 manat (6542,91 manat); MV (orta gərginlikli), çox qütblü, zirehli, kabel qutusunda 95 kv.mm-dən 300 kv.mm-dək görülmüş işlərin ümumi həcmi 600 metr, 600 metr * 11,90 manat (7140 manat), MV (orta gərginlikli), bir qütblü, zirehli, kabel qutusunda 95 kv.mm-dən 300 kv.mm-dək görülmüş işlərin ümumi həcmi 1688 metr, İlkin Əmrahlı tərəfindən tərəfindən icra edilmişdir. LV (alçaq gərginlikli), çox qütblü, zirehli, kabel qutusunda: 16 kv.mm-ə qədər ümumi həcmi 31037 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 13652 metr, qalıq 17385 metr * 3,95 manat (68670,75 manat), 25 kv.mm-dən 70 kv.mm-ə qədər ümumi həcmi 16578 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 4318 metr, qalıq 12260 metr * 5,90 manat (72334 manat), 95 kv.mm-dən 300 kv.mm-ə qədər ümumi həcmi 7071 metr, "xxxx" MMC tərəfindən icra edilmiş hissəsi 1630,20 metr, qalıq 5440,80 metr * 11 manat (59848,80 manat); LV (alçaq gərginlikli), bir qütblü, zirehli, kabel qutusunda: 95 kv.mm-dən 300 kv.mm-ə qədər ümumi həcmi 15909 metr, "xxxx" MMC tərəfindən icra edilmiş hissəsi 1947 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 10273 metr, qalıq 3689 metr * 5 manat (18445 manat), 400 kv.mm-dən 630 kv.mm-ə qədər ümumi həcmi 10004 metr, "xxxx" MMC tərəfindən icra edilmiş hissəsi 3850 metr, qalıq 6154 metr * 4,43 manat (27262,22 manat); nəzarət kabeli, zirehli, kabel qutusunda: 6*2,5 kv.mm-ə qədər ümumi həcmi 70954 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 17180 metr, qalıq 53774 metr * 3,20 manat (172076,80 manat), 7 kv.mm-dən 12*2,5 kv.mm-ə qədər ümumi həcmi 13604 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 465 metr, qalıq 13139 metr * 4,50 manat (59125,50 manat), 13 kv.mm-dən 24*2,5 kv.mm-ə qədər ümumi həcmi 12045 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 2706 metr, qalıq 9339 metr * 5 manat (46695 manat); optik-lif kabelin döşənməsi, zirehli lift kabeli: 12 lifə qədər - ümumi həcmi 15883 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 7232 metr, qalıq 8651 metr * 1,80 manat (15571,80 manat), 24 lifə qədər - ümumi həcmi 6097 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 6097 metrdir. Kabel kipləşdiricinin quraşdırılması: 3/4-ə qədər – ümumi 666 ədəd, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 476 ədəd, qalıq 190 ədəd * 7,09 manat (1347,10 manat), 1ə qədər – ümumi 926 ədəd, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 545 ədəd, qalıq 381 ədəd * 12,35 manat (4705,35 manat), 2-ə qədər – ümumi 115 ədəd, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 40 ədəd, qalıq 75 ədəd * 14,91 manat (1118,25 manat), 3-ə qədər – ümumi 1 ədəd, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 1 ədəddir. İşıqlandırma sistemi üçün birləşdirici qutunun quraşdırılması ümumi 139 ədəd, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 2 ədəd, qalıq 137 ədəd * 15 manat (2055 manat); elektrik kabellərinin sonlandırılması işləri - LV (alçaq gərginlikli), çox qütblü, zirehli: 16 kv.mm-ə qədər ümumi həcmi 684 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 559 metr, qalıq 125 metr * 18 manat (2250 manat), 25 kv.mm-dən 70 kv.mm-ə qədər ümumi həcmi 16578 metr, 25 kv.mm-dən 70 kv.mm-ə qədər ümumi həcmi 116 metr, İlkin Əmrahlı tərəfindən icra edilmiş hissəsi 85 metr, qalıq 31 metr * 18 manat (558 manat), 25 kv.mm-dən 70 kv.mm-ə qədər ümumi həcmi 16578 metr, LV (alçaq gərginlikli), bir qütblü, zirehli: 95 kv.mm-dən 300 kv.mm-ə qədər ümumi həcmi 4 metr, 4 metr * 23,50 manat (94 manat), 400 kv.mm-dən 630 kv.mm-ə qədər ümumi həcmi 4 metr, 4 metr * 29,50 manat (118 manat)dır. Nəzarət ölçü cihazları kabellərinin sonlandırılması işləri – ümumi 1 cüt, 2 ədəd * 18,50 manat (37 manat) qarşılıqlı iddiaçı, 6 cütə qədər (488 ədəd), 12 cütə qədər (97 ədəd), 24 cütə qədər (157 ədəd) işlər isə İlkin Əmrahlı tərəfindən icra edilmişdir.
146. Beləliklə, yuxarıda aparılmış hesablamalarla müəyyən edilir ki, qarşılıqlı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə görülmüş işlərin ümumi həcmi 633907,23 manat, ƏDV hissəsi isə 114103,30 manat (633907,23 manat məbləğin 18 faizi), ümumilikdə 748010,53 manat təşkil edir.
147. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə sözügedən müqavilə üzrə 540608,25 manat əsas, 97309,48 manat ƏDV ödənilmişdir.
148. Bu səbəbdən xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə ödənilməli olan ümumilikdə 110092,80 manat məbləğində vəsait (748010,53 manat – 540608,25 manat – 97309,48 manat) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
149. Məhkəmə tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
150. Materiallardan görünür ki, həmin müqavilə üzrə tərəflər arasında 5 ədəd təhvil aktı imzalanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə 177958,10 manat əsas borc, 32032,46 manat ƏDV ödənilmişdir.
151. Tərəflər arasında imzalanmış təhvil aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ödənilməli olan məbləğlərdən hər akt üzrə tutulmalar (“deductions”) aparılmışdır.
152. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsinin eyni tarixli X2 adlanan 1 saylı Əlavəsinin 8-ci bəndinə əsasən müqavilə qiymətinin (görülmüş işlərin dəyərinin) 10 faiz hissəsi (müqavilənin 7.6-cı maddəsinə əsasən) 6 ay müddətində subpodratçının öhdəliklərinin təminatı qismində sifarişçidə saxlanılacaq. Həmin dövrdə ortaya çıxacaq qüsurlar (nöqsanlar) subpodratçı tərəfindən aradan qaldırılmazsa, sifarişçi həmin vəsaitdən müvafiq qaydada istifadə edə bilər.
153. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış təhvil aktlarında görülmüş işlərin dəyərinin 10 faiz hissəsi ilk iddiaçı tərəfindən saxlanılmış, müqavilə münasibətləri yekunlaşmasına baxmayaraq qarşılıqlı iddiaçıya qaytarılmamışdır.
154. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 01 saylı akt üzrə 17576,70 manat əsas borc, 3163,81 manat ƏDV, 02 saylı akt üzrə 67954,81 manat əsas borc, 12231,87 manat ƏDV, 03 saylı akt üzrə 12893,40 manat əsas borc, 2320,81 manat ƏDV, 04 saylı akt üzrə 66662,38 manat əsas borc, 11999,23 manat ƏDV, 05 saylı akt üzrə 87835,68 manat əsas borc, 15810,42 manat ƏDV, ümumilikdə 298449,11 manat vəsait ödənilməlidir.
155. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqları və ƏDV subuçot hesabından çıxarış nəzərə alınmaqla müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 88458,55 manat (298449,11 manat – 177958,10 manat – 32032,46 manat) məbləğində qalıq borc ödənilməmişdir.
156. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 88458,55 manat məbləğində vəsait ilk iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
157. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilərək imzalanmış, iddiaçı tərəfindən imzalanmayan 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14 saylı təhvil aktları (Forma 2) ilə bağlı bildirir ki, həmin aktlar ümumilikdə 594551,95 manat həcmində işlərin qarşılıqlı iddiaçı tərəfindən görülməsini təsdiq edən mötəbər sübut qismində nəzərə alına bilməz.
158. Belə ki, qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddiaçı həmin aktların təsdiqlənmiş nüsxələrinin onlara qaytarılmadığını, bu səbəbdən məhkəməyə təqdim edə bilmədiklərini göstərsə də, ümumiyyətlə həmin aktların iddiaçıya təqdim edildiyini sübut edə bilməmiş, ilk iddiaçının nümayəndələri həmin aktları ilk dəfə məhkəmə icraatı dövründə cavabdeh tərəfindən təqdim edilərkən gördüklərini bildirmişdir.
159. Bundan əlavə, məhkəmənin qarşılıqlı iddiaçının qanuni təmsilçisinə “həmin aktlar üzrə borcların 2 il ərzində hansı qaydada tələb edilməsi”, “aktların imzalanmasından boyun qaçırıldığı təqdirdə borcun elektron qaimə(lər) göndərilməklə tələb edilməməsinin, habelə işlərin dayandırılmamasının səbəbi” barədə suallarına ağlabatan şəkildə cavab verə bilməmişdir.
160. Materiallardan görünür ki, qarşılıqlı iddiaçı tərəfindən cavabdehə işlər yekunlaşdıqdan sonra yalnız bir elektron qaimə (xx.xx.2023-cü il tarixdə) təqdim edilmiş, həmin qaimə sonuncu işlər iddiaçı tərəfindən ilkin sifarişçiyə ("xxxx" MMC) təhvil verildikdən 6 ay sonra, iddiaçı tərəfindən cavabdehə ilk iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə xəbərdarlıq (pretenziya) göndərildikdən 3 gün sonra təqdim edilmiş, həmin qaimədə qarşılıqlı iddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə qalıq 594551,95 manat məbləğində borc deyil, 212447,20 manat borcun ödənilməsi tələb edilmiş, qarşılıqlı iddiaçının qanuni təmsilçisi məhkəmə iclasında bunun səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir.
161. Məhkəmə qarşılıqlı iddiaçının iddiaçı tərəfindən ilkin sifarişçiyə ("xxxx" MMC) təhvil verilmiş ümumi iş həcmindən ilk iddiaçının digər subpodratçıları tərəfindən görülmüş işlərin çıxılmalı olması, qalıq işlərin məhz qarşılıqlı iddiaçı tərəfindən icra edildiyinin müəyyən edilməli olması barədə dəlilini əsassız hesab edir.
162. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, hətta həmin şahidlər 2022-ci il ərzində qarşılıqlı iddiaçı tərəfindən işlərin görülməsi ilə bağlı ifadələr versələr belə, həmin ifadələr hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Çünki işin yuxarıda da müəyyən olunan hallarından da göründüyü kimi qarşılıqlı iddiaçı tərəfindən həmçinin 594551,95 manat dəyərində podrat işlərin görülməsi və qarşılıqlı iddia üzrə cavabdehə təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.
163. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan qarşılıqlı iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini (2022-ci il ərzində heç bir sənədləşmə və ilk iddiaçı tərəfindən ödənişlər aparılmadan, habelə dəyəri ödənilmədən) təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
164. Bu baxımdan məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə qarşılıqlı iddiaçının vəsatətləri əsasında dindirilmiş şahidlərin ifadələri irihəcmli podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
165. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14 saylı təhvil aktları (Forma 2) üzrə podrat işlərinin yerinə yetirilməsi sübut olunmur. Belə olan halda qarşılıqlı iddia üzrə cavabdehin 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14 saylı təhvil aktları (Forma 2) üzrə muzd ödəmək öhdəliyi, qarşılıqlı iddiaçının isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.
166. Bu baxımdan, məhkəmə prosessual qənaət prinsipini rəhbər tutaraq qarşılıqlı iddiaçı tərəfindən verilmiş ekspertizanın keçirilməsi barədə vəsatəti də təmin etməmişdir.
167. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh MMC-dən 100967,99 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 88458,55 manat, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 110092,80 manat məbləğində pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.
168. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
169. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc cavabdehə, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 488,55 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehə, qalan 619,15 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
170. Yuxarıda göstərilənlərə əsasən, hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, Cavabdeh MMCnin xeyrinə tutulmalı olan ümumilikdə 199039,90 manat məbləğində pul məbləğindən İddiaçı MMC-nin xeyrinə ödənilməli olan ümumilikdə 101367,99 manat məbləğində pul çıxıldıqdan sonra, yerdə qalan 97671,91 manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
V. Nəticə:
171. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh MMC-dən 100967,99 manat məbləğində əsas borc, 400 manat mediasiyaya dair xərc, ümumilikdə 101367,99 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 88458,55 manat, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 110092,80 manat, 488,55 manat dövlət rüsumu, ümumilikdə 199039,90 manat məbləğində pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş qalan 619,15 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, Cavabdeh MMC-nin xeyrinə tutulmalı olan ümumilikdə 199039,90 manat məbləğində pul məbləğindən İddiaçı MMC-nin xeyrinə ödənilməli olan ümumilikdə 101367,99 manat məbləğində pul çıxıldıqdan sonra, yerdə qalan 97671,91 (doxsan yeddi min altı yüz yetmiş bir manat doxsan bir qəpik) manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova