Məhkəmə qərarları › İş №e-2-2(113)-3300/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3300/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3300/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan X7 Agentliyi” X8rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan X7 Agentliyi” X8rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdeh “Azərbaycan X7 Agentliyi” X10 (“Azərbaycan X7 Agentliyi” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23860899,92 manat borc və ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (VÖEN: **********) ilə "xxxx" ASC arasında müvafiq müqavilələr bağlanmış, onların icrası qaydasında "xxxx" ASC müqavilə ilə müəyyən edilmiş işlər görmüş və xidmətlər göstərmişdir. Qeyd edilənlərə müvafiq olaraq cavabdehin: “Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi” işləri üzrə 6436895,32 manat ƏDV daxil; “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asvaltbeton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi” işləri üzrə 16391170 manat ƏDV daxil; “Qələbə meydanı yol qovşağının tikintisi” üzrə 1032834,60 manat olmaqla, cəmi 23860899,92 manat borcu vardır. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli 1638 saylı fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan X7 Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Borcun ödənilməsi tələbi ilə əlaqədar cavabdeh tərəfindən bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət edilmişdir və vəsait ayrılanda borc ödəniləcəkdir. Bu səbəbdən əməkdaşlığı da nəzərə alaraq, xeyli müddət gözlənilmişdir. Buna baxmayaraq, təəssüf ki, borc öhdəliyi icra edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 752.1, 753.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan X1rşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Agentlikdən dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilir ki, iddiaçı əsassız iddia qaldırmaqdan əlavə həmçinin bu növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Odur ki, işə baxılarkən eyni zamanda mübahisəli hüquq münasibətinə iddia müddətini də tətbiq edərək, iddianın tamamilə rədd olunması xahiş edilir.

5. İddiaçı tərəfindən cavabdehin vermiş olduğu iddia müddətinin tətbiqi barədə ərizəyə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ərizə əsassızdır: 1. Ərizə qeyri-müəyyəndir. Tərəflərin arasında müddətləri müxtəlif olan müqavilələr, icra müddətləri müxtəlif olan iş və xidmətlər vardır. Cavabdeh ərizəsində iddia müddətinin axımının başlanması hüquqi faktı ilə bağlı heç nə qeyd etməmişdir (ərizə əsaslandırılmamışdır, çünki əsas yoxdur). 2. Cavabdeh ərizədə qeyd edir ki, “iddiaçı əsassız iddia qaldırmaqdan əlavə”. Bu ifadə “söz olsun xətrinə” yazılmışdır. Heç bir əsaslandırması yoxdur (ola da bilməz). Belə ki, Mülki Prossesual Məcəllənin müvafiq maddələrinə əsasən: - 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir: 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; 154.3. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Cavabdeh nəinki bunları vaxtında etməmiş, ümumiyyətlə etməmişdir. 3. Cavabdeh həm də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni qanunla müəyyən edilmiş müddətdə verməmişdir (MPM-nin 154-cü maddəsi). 4. Müqavilə şərtlərinə əsasən iddia müddəti ötməmişdir. Mülki Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Tərəflərin arasındakı müqavilə şərtləri Mülki Məcəllənin müddətlərin ötməsi ilə bağlı hesablama qaydasını (müqavilədə başqa hal nəzərdə tutulmadıqda) tətbiq etməyi istisna edir. 5. Mülki Məcəllənin tələblərinə əsasən də iddia müddəti ötməmişdir: - 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Cavabdeh büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmalı olduğunu bildirmiş, buna görə də iddiaçı ona tələbin icrası üçün müddət vermişdir. 6. MM 380.1-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdeh borcunu inkar etməmiş, əksinə, büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmasını gözlədiyini bildirmişdir. 7. Yox əgər iddiaçıya ödənilməli vəsait büdcə qanunvericiliyinə uyğun olaraq dövlət orqanı tərəfindən ayrılmış (bu anda həmin vəsait iddiaçının mülkiyyətinin predmetidir), lakin cavabdeh təşkilat bu vəsaiti başqa təyinat üzrə xərcləyibsə, bu iddiaçının mülkiyyət hüququnun (qanuni gözlənti) pozulmasıdır və iddia müddəti tətbiq edilə bilməz. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərərk, bildirdi ki, iddia ilə bağlı iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim edilibdir, lakin iddia müddəti ötürülmüşdür, ona gödə də iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində "xxxx" ASC ilə podratçı qismində "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixli, 09/31 nömrəli Bakı şəhəri Qələbə Meydanında (X5 Qarşısında) müxtəlif səviyyəli yol qovşağının tikintisi barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sifarişçi tikinti zamanı meydana çıxa bilən çatışmazlıqların aradan qaldırılması şərtilə işlərin yerinə yetirilməsi və başa çatdırılması ilə əlaqədar qarşılıqlı müqavilə əsasında razılaşdırılan ********* (iki yüz iyirmi beş milyon) (ƏDV ilə birlikdə) manat məbləğində Bakı şəhəri Qələbə meydanında (Gənclik metro stansiyasının qarşısında) müxtəlif səviyyəli yol qovşağının tikintisini həyata keçirmək barədə razılığa gəlinmişdir.

9. Sifarişçi qismində "xxxx" ASC ilə podratçı qismində "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixli, 09/54 nömrəli “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikinitisi barədə” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sifarişçi tikinti zamanı meydana çıxa bilən çatışmazlıqların aradan qaldırılması şərtilə işlərin yerinə yetirilməsi və başa çatdırılması ilə əlaqədar qarşılıqlı müqavilə əsasında razılaşdırılan 43000000 (qırx üç milyon) (ƏDV ilə birlikdə) manat məbləğində Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisini həyata keçirmək barədə razılığa gəlinmişdir.

10. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə 25 may 2011-ci il tarixli, 09/54 saylı müqaviləyə xx.xx.2015-ci il tarixli, 01 nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” işlərini yerinə yetirməyi tələb edir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə bağlanılmış müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yol qovşağının tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə bağlanılmış müqavilədən keçən müddət ərzində iş həcmlərinə müvafiq dəyişikliklər və əlavə işlərin artması ilə əlaqədar olaraq “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlərin smeta dəyəri ayrı-ayrı iş növləri üzrə vahid qiymətlər tətbiq edilməklə hesablanır. Ayrı iş növləri üzrə vahid qiymətlər “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə əlavə müqavilə dəyəri ******* (altı milyon üç yüz altmış beş min iki yüz doxsan beş) manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə razılaşma №1 25 may 2011ci il tarixli 09/54 saylı əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə 26 fevral 2010-cu il tarixli müqaviləyə xx.xx.2015-ci il tarixli, 01 nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” obyekti üzrə əlavə təmir-tikinti işlərini yerinə yetirməyi tələb edir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə bağlanılmış Müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. Ayrı iş növləri üzrə yeni vahid qiymətlər “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə əlavə müqavilə dəyəri 22000000 (iyirmi iki milyon) manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə Razılaşma №1 26 fevral 2010-cu il tarixli Əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikintisi” iizrə 26 fevral 2010-cu il tarixli 09/31 nömrəli müqaviləyə xx.xx.2013-cü il tarixli, 02 nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” obyekti üzrə əlavə təmir-tikinti işlərini yerinə yetirməyi tələb edir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə bağlanılmış Müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. Ayrı iş növləri üzrə yeni vahid qiymətlər “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə əlavə müqavilə dəyəri 34500000 (otuz dörd milyon beş yüz min) manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə razılaşma №2 26 fevral 2010-cu il tarixli, 09/31 saylı Əsas müqavilənin ayrılmaz tərkib hissəsidir.

13. Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının istismara qəbul edilməsi haqqında Dövlət Qəbul Komissiyasının xx.xx.2015-ci il tarixli aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının tikintisi layihəyə uyğun tam başa çatdırılmışdır və istismara qəbul edilir.

14. xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixinə “Azərbaycan X7 Agentliyi” PHŞ-nin sifarişi əsasında “Qələbə meydanı yol qovşağının tikintisi” üzrə "xxxx" ASC-nin qarşısında 1032834,60 manat ƏDV daxil (bir milyon otuz iki min səkkiz yüz otuz dörd manat altmış qəpik) borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixinə “Azərbaycan X7 Agentliyi” PHŞ-nin sifarişi əsasında “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asfaltbeton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi” işləri üzrə "xxxx" ASC-nin qarşısında 16391170 manat ƏDV daxil (on altı milyon üç yüz doxsan bir min yüz yetmiş) borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixinə “Azərbaycan X7 Agentliyi” PHŞ-nin sifarişi əsasında “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin (su, qaz, elektrik, rabitə və əlavə işlər) köçürülməsi” işlərinin görülməsi üzrə "xxxx" ASC-nin qarşısında 6436895,32 manat ƏDV daxil (altı milyon dörd yüz otuz altı min səkkiz yüz doxsan beş manat otuz iki qəpik) borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. "xxxx" ASC ilə "xxxx" ASC arasında tərtib edilmiş xx.xx.2009-cu il tarixli hesabların üzləşmə aktından görünür ki, xx.xx.2009-cu il tarixə "xxxx" ASC-nin "xxxx" ASC-yə 18438303 manat (ƏDV ilə birlikdə) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı tərəfindən iş materiallarına podrat müqavilələri, arayışlar əlavə edilmişdir.

19. AR FHN X2 X3 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 17195 nömrəli rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının bu rəyin 9-cu bölməsinin tələbini yerinə yetirməklə, 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə ƏDV-siz cəmi 8530,058 min manat, o cümlədən TQİ-7873,603 min manat və qaytarılan məbləğ – 105,719 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır.

20. AR tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda (xx.xx.2022-ci il tarixli, 03-01/133 nörməliyə) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ndə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil X6 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişləri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yerinə yetrilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, məktubunuzda qeyd olunan və dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən obyektlər üzrə maliyyələşmələr sifarişçi qurumların müraciətləri əsasında təmin edilmişdir. Odur ki, məsələ ilə bağlı bilavasitə obyektlərin sifarişçiləri və bu məqsədlə ayrılmış maliyyə vəsaitinin sərəncamçıları olan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

21. AR tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda (xx.xx.2023-cü il tarixli, 03-01/101 nörməliyə) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ndə Gənclər və İdman Nazirliyinin Azərbaycan Avtomobil X6 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ve “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişləri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən əvvəlki illərdə yerin yetirilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, qeyd edilən məsələ barədə nin rəyi 31 mart 2022-ci il tarixli MİHO/1.1-2-2022-1954 nömrəli məktubla “Akkor Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə bildirilmişdir.

22. AR tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda (xx.xx.2024-cü il tarixli, 07 nörməliyə) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ndə Azərbaycan Avtomobil X6 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) sifarişlər əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən əvvəlki illərdə yerinə yetirilmiş tikintiquraşdırma işləri üzrə yaranmış borcun malıyyələşdırılməsı barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, qeyd edilən məsələ barədə nin rəyi 31 mart 2022-ci il tarixli MİHO/1.1-2-2022-1954 nomrəl məktubla "xxxx" ASC-yə təqdim edilmişdir.

23. "xxxx" ASC tərəfindən AR Maliyyə Nazirinı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 241 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası nə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil X6 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (hüquqi varisi Azərbaycan Respublikası Dövlət X9) sifarişləri əsasında "xxxx" ASC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi ilə bağlı ünvanlanmış 25 fevral 2022-ci il tarixli, 03-01 133 saylı və 12 yanvar 2024-cü il tarixli, 07 saylı müraciətlərə müvafiq olaraq 31 mart 2022-ci il tarixli, № MİNO/1.1-2-2022-1954 saylı və 02 fevral 2024-cü il tanxli, 3-23/2-739/2024 saylı məktublarla cavab verilmişdir. Hər iki məktubda qeyd edilən maliyyələşmələrin sifarişçi qurumların müraciətləri əsasında təmin edildiyi vurğulanmışdır. Aradan uzun zaman keçdiyi nəzərə alınsa, Azərbaycan Respublikası tərəfindən ödənilmiş büdcə vəsaitinin təyinatından kənarlaşdırılaraq sifarişçi qurumlar tərəfindən başqa məqsədlər üçün istifadə edildiyi açıq-aydın görünür. Lakin sifarişçi təşkilatlara dəfələrlə müraciət etməyimizə baxmayaraq, məlumatı nə təsdiq, nə də təkzib edirlər. Göstərilən məsələnin aydınlaşdırılması, habelə köçürülmüş vəsaitin təyinatı üzrə həqiqi sahibinə ödənilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinin tələblərini rəhbər tutaraq tədbirlər görülməsi xahiş edilir.

24. "xxxx" ASC tərəfindən “Azərbaycan X7 Agentliyi” PHŞ-ə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmənin mövqeyi

28. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh ("xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan X7 Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir) öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, cavabdehin “Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi” işləri üzrə ƏDV daxil 6436895,32 manat, “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asvaltbeton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi” işləri üzrə ƏDV daxil 16391170 manat, “Qələbə meydanı yol qovşağının tikintisi” üzrə 1032834,60 manat olmaqla, ümumilikdə 23860899,92 manat məbləğində işlərin dəyəri ödənilməmişdir. Ona görə də iddiaçı cavabdehə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla (müqavilələr, üzləşmə aktları və s.) öz təsdiqini tapır.

29. Məhkəmə işdə olan sübutları tədqiq edərək, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, iddiaçı hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur və cavabdeh tərəfindən görülmüş işlərin dəyərinin ödənilməməsi ilə iddiaçının hüququ pozulmuşdur. Beləliklə, iddia əsaslıdır və iddiaçının tələb etdiyi borc məbləği mövcuddur və ödənilməmiş qalmışdır.

30. Eyni zamanda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə verdiyi ərizədə iddianı əsassız hesab etdiyini bildirsə də, bu, ümumi şəkildə qeyd olunmuş, bununla bağlı əsaslar göstərilməmişdir. Məhkəmə iclasında nümayəndə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Cavabdeh “Azərbaycan X7 Agentliyi” PHŞ-nin nümayəndəsi ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsini xahiş etmişdir.

32. İddiaçı həmin ərizəyə etiraz təqdim etmiş və ərizədə qeyd olunan əsaslarla hesab etmişdir ki, ərizə əsassızdır və iddia müddəti hazırkı mübahisəyə tətbiq olunmamalıdır (ərizədə əsaslar qeyd olunur).

33. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrə əsasən işlərin görülüb təhvil verildiyini, eləcə də sonradan tərəflər arasında 2019-cu ildə mövcud borc məbləğləri ilə bağlı üzləşmə aktlarının tərtib edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia müddətinin axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə (2025-ci ildə) müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

34. İddiaçının iddia müddətinin tətbiqi ilə bağlı ərizədə göstərdiyi əsaslara münasibətdə qeyd olunmalıdır ki, əvvəla, qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (20 günlük müddət hazırkı hala şamil edilmir) və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, üzləşmə aktları tərtib olunub təsdiq olunduğu vaxtdan iddiaçı bilirdi ki, qeyd olunan borc ona ödənilməlidir. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikası nə müvafiq məktublarla müraciətlər edildiyini, cavabdehin borcunu inkar etmədiyini, əksinə, ödənişlər edə bilməsi üçün vəsait ayrılmasını gözlədiyini bildirməsi də iddia müddətinin tətbiq edilməməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında mübahisə həllini tapa bilmirdisə, iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət edə bilərdi. AR tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da qeyd olunur ki, məsələ ilə bağlı bilavasitə obyektlərin sifarişçiləri və bu məqsədlə ayrılmış maliyyə vəsaitinin sərəncamçıları olan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

35. İddiaçıya məlum olmalıydı ki, tərəflər arasında olan münasibətlər mülki-hüquqi münasibətlərdir və gələcəkdə məhkəmə mübahisəsi yaranarsa, mübahisəyə iddia müddəti tətbiq oluna bilər.

36. Ona görə də iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəyə etirazı əsassız sayılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, müddət keçdikdən sonra iddiaçının öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir.

38. Eyni zamanda iddia təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar