Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3345/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X4 Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSCdən əsas məbləğ üzrə 165854,46 manat, ƏDV üzrə 29853,80 manat, hesablanmış dəbbə pulu üzrə 263994,88 və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 749,71 manat vəsaitin, ümumilikdə 460452,85 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh QSC ilə aralarında razılıq əldə olunduğunu, əsas məbləğin tam olaraq ödənildiyini, ƏDV məbləğindən isə ancaq 10700 manat məbləğində vəsaitin ödənilməmiş qaldığını və həmin vəsaitin nağd şəkildə depozit kimi saxlanıldığını bildirmişdir. Bütün bunlara əsasən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəflə aralarında əsas məbləğ üzrə 132000 manat pul vəsaiti və onun ƏDV hissəsi ödənildikdən sonra icraata xitam verilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Cavabdeh tərəfindən 132000 əsas məbləğ və ƏDV hissəsindən isə 23700 manatın 13000 manatı ödənilmişdir. 10700 manat məbləğində vəsait depozit kimi nağd şəkildə verilsə də, cavabdehin bank hesabında həbs olduğu üçün 10700 manat vəsaitin hesabdan hesaba köçürülməsi əməliyyatı baş tutmamışdır. Odur ki, iddia ərizələrinin geri götürülməsini və işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq tərəfləri dinləyib hesab edir ki, hazırki iş üzrə iddiaçının xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı "xxxx" MMC ərizəsi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3345/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3345/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver