Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3389/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, əsas borc, illik 5 % hesablanmış faiz borcu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi/Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabeh Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə əsas borca görə 16.402 (on altı min dörd yüz iki) manat və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 2.460,3 (iki min dörd yüz altmış manat otuz qəpik) manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə əsas borca görə 7.670 (yeddi min altı yüz yetmiş) manat və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1.150,5 (bir min yüz əlli manat əlli qəpik) manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə əsas borca görə 31.270 (otuz bir min iki yüz yetmiş) manat və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 4.690,5 (dörd min altı yüz doxsan manat əlli qəpik) manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə əsas borca görə 21.830 (iyirmi bir min səkkiz yüz otuz) manat və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.274,5 (üç min iki yüz yetmiş dörd manat əlli qəpik) manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə əsas borca görə 40,223,62 (qırx min iki yüz iyirmi üç manat altmış iki qəpik) manat və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 6.033,55 (altı min otuz üç manat əlli beş qəpik) manat və xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə əsas borca görə 35.400 (otuz beş min dörd yüz) manat və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 5.310 (beş min üç yüz on) manat olmaqla, cəmi 175.715 (yüz yetmiş beş min manat yeddi yüz on beş) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 466 (dörd yüz altmış altı) manat pulun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilm’sini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli podrat müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrin hər biri üzrə nəzərdə tutulmuş öhdəliklər İddiaçı MMC tərəfindən icra edilmiş, icra edilmiş həmin işlər Cavabdeh MMC tərəfindən qəbul edilmiş və tərəflər arasında bu barədə, yəni xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə isə xx.xx.2022-ci il tarixli yekun təhvil-təslim aktları tərtib edilərək imzalanmışdır. İddiaçı tərəfindən sözügedən müqavilələr üzrə öhdəliklər tam şəkildə icra olunub cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh razılaşdırılmış xidmət haqlarını iddiaçıya ödəməmişdir. Hazırda cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC-yə ƏDV də daxil olmaqla xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 16.402 manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 7.670 manat, xx.xx.2022ci il tarixli podrat müqaviləsi üzrə 31.270 manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 21.830 manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 40,223,62 manat və xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 35.400 manat ödənilməmiş borcu vardır. Həmin borc məbləğlərinin ödənilməsi üçün cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıqlar nəticəsiz qalmışdır. Buna görə də İddiaçı MMC bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin hesab edirəm ki, yuxarıda qeyd olunan borc məbləğləri ilə yanaşı sözügedən vəsaitlərin ödənilməsinin gecikdirilməsinə görə MMnin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasındakı müqavilələrə əsasən ödənişlərin son icra tarixləri yekun təhviltəslim aktlarının imzalanmasından sonrakı 7 gün müəyyən edilmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 16.402 manat vəsaitin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faiz hesablanmaqla 2.460,3 manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 7.670 manat vəsaitin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faiz hesablanmaqla 1.150,5 manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 31.270 manat vəsaitin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faiz hesablanmaqla 4.690,5 manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 21.830 manat vəsaitin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faiz hesablanmaqla 3.274,5 manat, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 40.223,62 manat vəsaitin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faiz hesablanmaqla 6.033,55 manat və xx.xx.2022-ci il tarixli podrat müqaviləsi üzrə 35.400 manat vəsaitin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faiz hesablanmaqla 5.310 manat olmaqla, cəmi 22.919 manat pul cavabdehdən tutulmalıdır.
3. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər və təhvil-təslim aktlarında qeyd olunan işlər faktiki olaraq görülməmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bütün mövcud sübutlar tərəflərindən təqdim edilmişdir. Tərəflər arasında 6 fərqli müqavilə bağlanmışdır, həmin müqavilələr üzrə işlər görülmüş, təhvil-təslim aktları imzalanmışdır. Sözügedən müqavilə və aktlar məhkəməyə təqdim edilmişdir. 6 müqavilənin hər biri üzrə işlərin görülməsinə dair sənədlər, sxemlər, çertyojlar elektron qaydada məhkəməyə təqdim edilmişdir. Onlar cavabdeh tərəfə pretenziya məktubu göndərmiş, 17 martda isə pretenziya məktubu əldə edilmiş, sonra cavabdehin rəhbəri iddiaçının rəhbərinə məktubu aldığını və möhlət istədiyini, borcu inkar etmədiyini bildirən səs yazısı göndərmişdir. Həmin səs yazısı və Orxan Xasməmmədlinin iddiaçı şirkətin rəhbəri olmasına dair sübutlar da tərəflərindən məhkəməyə təqdim edilmişdir. Qeyd etmişdir ki, ilk müqavilə olan xx.xx.2022-ci il tarixli müqavilə yerdə qalan 5 müqavilədən bir az fərqlidir, belə ki, 5 aylıq xidmət müəyyən edilmişdir, 4 aylıq xidmət üzrə ödənişlər edilmiş, 1 aylıq xidmətin isə ödənişi edilməmişdir. Qarşı tərəf heç bir xidmətin göstərilmədiyini bildirsə də, onlar həmin 4 aylıq xidməti təsdiq edən qaimələri də təqdim etmişlər. Digər müqavilələr üzrə isə heç bir ödəniş edilməmişdir. Səs yazısı cavabdehin direktoruna məxsusdur, şəxs 17 martda pretenziya məktubunu alır və həmin gündə müvafiq səs yazsını iddiaçının direktoruna göndərir. Faiz məbləğini illik 5%-lə hesablamışlar, belə ki, təhvil-təslim aktlarının imzalamasından yeddi gün sonradan üç il müddətinə hesablanmışdır. Çünki tərəflər arasındakı müqaviləyə əsasən, ödənişlər təhviltəslim aktları imzalandıqdan yeddi gün sonra ediləcəkdir. Bu baxımdan da həmin müddəti gözləyərək hesablamalar aparmışlar. Bütün 6 müqavilələr üzrə işlər görülük cavabdehə təhvil verilmişdir. Təhvil-təslim aktları təsdiq edilmişdir. Ödənilməmiş borc məbləği ilə bağlı cavabdehə tərəflərin qarşılıqlı razılığı ilə e-qaimə göndərilməyib, çünki e-qaimə vurulan kimi cavabdeh pulu ödəmədiyi üçün ödənilməyən məbləğ üzrə iddiaçının vergi öhdəliyi yaranır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli AYON-PM-OA-EN-001 (AZ) nömrəli podrat müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Podratçı, “Sifarişçiyə" bu Müqavilənin 1 nomreli Qosmasinda detallandirilmis Layihə İdarəetmə, Mühəndislik və Layihə ilerleyisine nəzərət, Tikinti və Quraşdırmaya Təftiş və Nəzarət Xidmətlərini (bundan sonra “Xidmətlər” adlanacaq) yerinə yetirir, Sifarişçi isə həmin Xidmətlərin dəyərini Müqavilədə nəzərdə tutulmuş qiymətlərə uyğun olaraq ödəyir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan Xidmətlərin hərbir Xidmət göstərilən ay üçün dəyəri 18% ƏDV daxil olmaqla 16,402 manat (bundan sonra “Xidmətlərin ayliq dəyəri” adlanacaq). Müqavilənin ümumi müddəti 5 ay olmaqla ilk ayınsonunda tərəflərin qarşılıqlı razılığı ilə müqavilə dəyəri təkrar müəyyənləşdirilə (artırılıb, azaldıla) bilər. Xidmətlərin ümumi dəyəri aşağıdakı hallarda Podratçı tərəfindən tənzimlənməlidir: (i) Müqavilənin imzalanmasından sonra yeni qəbul edilən və ya düzəliş edilən qanunlar və s. Nəticəsində xərclərin artırılması. (ii) Xidmət həcmində və müqavilədə nəzərdə tutulan Xidmət müddətində dəyişikliklər.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib və təsdiq etdiyi Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və Müqaviləyə əlavə edilir. Müqavilə üzrə görüləcək Xidmətlərin ümumi dəyəri yalnız Tərəflərin yazılı razılığı ilə azaldıla və ya artırıla bilər.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin 1 nömrəli qoşmasında qeyd edilmiş Xidmətlərin göstərilməsi müqabilində, Sifarişçi Xidmətlərin göstərildiyi hər bir təqvim ayı üçün Podratçıya “Xidmətlərin ayliq dəyərini yəni ƏDV daxil olmaqla 16,402 (on altı min dörd yüz iki) Manatı Tərəflər arasında imzalanan Xidmətlərin ayliq təhvil-təslim aktı və Podratçı tərəfindən elektron qaimə faktura Sifarişçiyə təqdim olunandan gündən etibarən 7 (yeddi) təqvim günü ərzində Podratçının bank hesabına köçürmə yolu ilə ödəyir.
13. Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulan Xidmətlərin toplam müddətinin başa çatmasından və tam həcmdə yerinə yetirilməsindən sonra Tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır (Xidmətlərin Yekun təhvili).
14. Müqavilənin 2.5-ci bəndinə əsasən Razılaşma əsasında müəyyən ediləcək əlavə Xidmətlərin dəyəri, həmin Razılaşma əsasında müəyyən edilmiş ödəniş şərtlərinə əsasən ödəniləcəkdir.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmətlərin təhvili və təslimi heray Xidmətlər Müqavilə şərtlərinə uyğun yerinə yetirilmişdirsə, hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı Təhvil-təslim aktı əsasında həyata keçirilir.
16. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan Xidmətlərin yerinə yetirilməsi müddəti basa çatanda Xidmətlərin Yekun Təhvil-təslimi hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı Yekun Təhvil-təslim aktı əsasında həyata keçirilir.
17. Müqavilənin 5.3-cü bəndinə əsasən yekun Təhvil-təslim aktı Podratçının Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edir.
18. Tərəflər arasında xidmətlərin tamamlanmasını təsdiq edən 13 iyul 2022-ci il tarixli Yekun təhvil-təslim aktına əsasən 12 yanvar 2022-ci il tarixli AYON-PM-OA-EN-001 (AZ) nömrəli podrat müqaviləsi əsasında İddiaçı MMC tərəfindən 5 ay müddətlə Layihə İdarəetmə, Mühəndislik və layihə ilərləyişinə nəzarət, tikinti və quraşdırmaya təftiş və nəzarət xidmətləri yerinə yetirilmiş və Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.
19. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 mart 2022-ci il tarixli AYON-CON-LİFT-EN-001 (AZ) nömrəli podrat müqaviləsinə əsasən:
20. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Podratçı Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən dənizkənarı bulvarın Lift binasının elektrik çertyojlarınin hazırlanması işlərini (bundan sonra “İşlər” adlanacaq) yerinə yetirir, Sifarişçi isə həmin İşlərin dəyərini Müqavilədə nəzərdə tutulmuş qiymətlərə uyğun olaraq ödəyir.
21. Müqavilənin 1.2-ci bəndinə əsasən mövcud ərazinin qruntunun öyrənilməsi üçün lazımı geoloji kəşfiyyat işləri, Bulvar ərazisində inşa ediləcək digər binaların layihələndirilməsi podratçının öhdəliyinə daxil deyil.
22. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan İşlərin ümumi dəyəri 18% ƏDV daxil olmaqla 7,670 (yəddi min altı yüz yetmiş) Manat (bundan sonra “İşlərin ümumi dəyəri” adlanacaq) təşkil edir. İşlərin ümumi dəyəri aşağıdakı hallarda Podratçı tərəfindən tənzimlənməlidir: (i) Müqavilənin imzalanmasından sonra yeni qəbul edilən və ya düzəliş edilən qanunlar və s. Nəticəsində xərclərin artırılması. (ii) İşlər həcmində dəyişikliklər.
23. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib və təsdiq etdiyi Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və Müqaviləyə əlavə edilir. Müqavilə üzrə görüləcək İşlərin ümumi dəyəri yalnız Tərəflərin yazılı razılığı ilə azaldıla və ya artırıla bilər.
24. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi işlərin ümumi dəyərinin 100% (yüz faiz)-ni, yəni ƏDV daxil olmaqla 7,670 manat Podratçı tərəfindan çertyojlar hazırlanıb Sifarişçiyə təqdim edildikdən sonra Tərəflər arasında imzalanan yekun təhvil-təslim aktı və elektron qaimə faktura əsasında müvafiq hesab-fakturanın Podratçı tərəfindən Sifarişçiyə təqdim olunduğu gündən etibarən 7 (yeddi) təqvim günü ərzində Podratçının bank hesabına köçürmə yolu ilə ödəyir.
25. Müqavilənin 2.4-cü bəndinə əsasən işlər tam həcmdə yerinə yetirildikdən sonra Tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır (İşlərin Yekun təhvili).
26. Müqavilənin 2.5-ci bəndinə əsasən Əlavə Razılaşma əsasında müəyyən ediləcək əlavə işlərin dəyəri, həmin Razılaşma əsasında müəyyən edilmiş ödəniş şərtlərinə əsasən ödəniləcəkdir.
27. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvili və təslimi İşlər Müqavilə şərtlərinə uyğun yerinə yetirilmişdirsə, hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı Yekun Təhvil-təslim aktı əsasında həyata keçirilir.
28. Müqavilənin 5.2-ci bəndinə əsasən Yekun Təhvil-təslim aktı Podratçının Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edir.
29. İşlərin tamamlanmasını təsdiq edən 15 aprel 2022-ci il tarixli Yekun təhvil-təslim aktına əsasən Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən dənizkənarı bulvarın Lift binasının elektrik çertiyojlarının hazırlanması işləri İddiaçı MMC tərəfindən 15 mart 2022-ci il tarixli AYON-CON-LİFT-EN-001 (AZ) nömrəli podrat müqaviləsi əsasında tamamlanmış və Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.
30. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07 aprel 2022-ci il tarixli AYON-CON-RES-EN-003 (AZ) nömrəli podrat müqaviləsinə əsasən:
31. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Podratçı Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən dənizkənarı bulvardaki Restoranın Meydança və Meydança altı svaylarının Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalara uyğun Geotekniki araştırma nəticələrinin dəyərləndirilməsi və Mövcud svayların yük götürmə qabiliyyətlərinin təyin edilməsi, Meydança və Meydança altı svayların statik həsabatlarının hazırlanması və restoran konstruksiyasından gələcək yüklərdə nəzərdə tutularaq gücləndirmə tələbatlarının aydınlaşdırılması (İnstitutun nümayəndəsi ilə birlikdə) möhkəmləndirmə tələb olunan svayların yerlərinin, ölçülərinin və zərbə dərinliklərinin müəyyən edilməsi, meydançada tikiləcək konstruksiya çərçivəsinin istehsalat çertyojlarınınn hazırlanması, yeni vurulacak möhkəmləndirici svayların iş həcmlərinin və sahədə həyata keçiriləcək modifikasiya və çərçivə konstruksiyasının müəyyən edilməsi, sahə modifikasiyalarmın və möhkəmləndirici svayların 3D Model ilə inteqrasiyası və X4 İşlənməsi, Hazırlanmış Möhkəmləndirmə layihələri üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsindən Təsdiq alinmasi X5 işlərini (bundan sonra “İşlər” adlanacaq) yerinə yetirir, Sifarişçi isə həmin İşlərin dəyərini Müqavilədə nəzərdə tutulmuş qiymətlərə uyğun olaraq ödəyir.
32. Müqavilənin 1.2-ci bəndinə əsasən mövcud ərazinin qruntunun öyrənilməsi üçün lazımı geoloji kəşfiyyat işləri, Bulvar ərazisində inşa ediləcək digər binaların layihələndirilməsi podratçının öhdəliyinə daxil deyil.
33. Müqavilənin 2.1-ci bəndinə əsasənn Bu Müqavilədə nəzərdə tutulan İşlərin ümumi dəyəri 18% ƏDV daxil olmaqla 31,270 manat (bundan sonra “İşlərin ümumi dəyəri” adlanacaq) təşkil edir. İşlərin ümumi dəyəri aşağıdakı hallarda Podratçı tərəfindən tənzimlənməlidir: (i) Müqavilənin imzalanmasından sonra yeni qəbul edilən və ya düzəliş edilən qanunlar və s. Nəticəsində xərclərin artırılması. (ii) İşlər həcmində dəyişikliklər.
34. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib və təsdiq etdiyi Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və Müqaviləyə əlavə edilir. Müqavilə üzrə görüləcək İşlərin ümumi dəyəri yalnız Tərəflərin yazılı razılığı ilə azaldıla və ya artırıla bilər.
35. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi İşlərin ümumi dəyərinin 50% (əlli faiz)ni, yəni ƏDV daxil olmaqla 15,635 (on beş min altı yüz otuz Manat 0 Qəpiq) Manatı avans olaraq müqavilə imzalandığı gündən etibarən 7 (yeddi) təqvim günü ərzində Podratçının bank hesabına köçürmə yolu ilə ödəyir.
36. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarİşçi İşlərin ümumi dəyərinin 50% (əlli faiz)ni, yəni ƏDV daxil olmaqla 15,635 (on beş min altı yüz otuz Manat 0 Qəpiq) Manatı Podratçı tərəfindən hesabatlar və çertyojlar hazırlanıb Sifarişçiyə təqdim edildikdən sonra Tərəflər arasında imzalanan yekun təhvil-təslim aktı və elektron qaimə faktura əsasında müvafiq hesab-fakturanın Podratçı tərəfindən Sifarişçiyə təqdim olunduğu gündən etibarən 7 (yeddi) təqvim günü ərzində Podratçının bank hesabına köçürmə yolu ilə ödəyir.
37. Müqavilənin 2.5-ci bəndinə əsasən işlər tam həcmdə yerinə yetirildikdən sonra Tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır (İşlərin Yekun təhvili).
38. Müqavilənin 2.6-cı bəndinə əsasən Əlavə Razılaşma əsasında müəyyən ediləcək əlavə işlərin dəyəri, həmin Razılaşma əsasında müəyyən edilmiş ödəniş şərtlərinə əsasən ödəniləcəkdir.
39. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvili və təslimi İşlər Müqavilə şərtlərinə uyğun yerinə yetirilmişdirsə, hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı Yekun Təhvil-təslim aktı əsasında həyata keçirilir.
40. Müqavilənin 5.2-ci bəndinə əsasən yekun Təhvil-təslim aktı Podratçının Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edir.
41. İşlərin tamamlanmasını təsdiq edən 05 iyul 2022-ci il tarixli Yekun təhvil-təslim aktına əsasən Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən dənizkənarı bulvardaki Restoranın Meydança və Meydança altı svaylarının Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalara uyğun Geotekniki arastirma nəticələrinin dəyərləndirilməsi və Mövcud svaylann yük götürmə qabiliyyətlərinin təyin edilməsi, Meydança və Meydança altı svaylann statik həsabatlannın hazırlanması və restoran konstruksiyasından gələcək yüklərdə nəzərdə tutularaq gücləndirmə tələbatlarının aydınlaşdırılması (İnstitutun nümayəndəsi ilə birlikdə) möhkəmləndirmə tələb olunan svaylann yerlərinin, ölçülərinin və zərbə dərinliklərinin müəyyən edilməsi, meydançada tikiləcək konstruksiya çərçivəsinin istehsalat çertyojlannınn hazırlanması, yeni vurulacak möhkəmləndirici svaylanan iş həcmlərinin və sahədə həyata keçiriləcək modifikasiya və çərçivə konstruksiyasının müəyyən edilməsi, sahə modifikasiyalarının və möhkəmləndirici svayların 3D Model ilə inteqrasiyası və X4 İşlənməsi, Hazırlanmış Möhkəmləndinnə layihələri üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsindən Təsdiq alinmasi X5 İşləri "AYON Group MMC” tərəfindən 7 aprel 2022-ci il tarixli AYON-CON-RES-EN-003(AZ) podrat müqaviləsi əsasında tamamlanmış və Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin öz imza və möhürləri təsdiq edilmişdir.
42. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-005_00 (EN) nömrəli podrat müqaviləsinə əsasən:
43. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Podratçı Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsində (bundan sonra “Əlavə 1" adlanacaq) təsvir edilmiş Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən DTX'nin Bilgəh istirahət mərkəzinin dəniz kənari park ərazisində yerləşən Restoran binasının Havalandırma və X1 X9 X7 X6 Quraşdırılması İşlərinin yerinə yetirilməsini nəzərdə tutulur.
44. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan və Əlavə 1-də qəyd edilməmiş işlərin yerinə yetirilməsi Podratçının bu Müqavilə İlə nəzərdə tutulmuş iş həcminə daxil deyil və Tərəflərin qarşılıqlı razılığı ilə, Əlavə X2 ilə Müqaviləyə əlavə olunacaq,
45. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan (işlərin ümumi dəyəri 18% ƏDV daxil olmaqla 21,830 manat (bundan sonra “işlərin ümumi dəyəri" adlanacaq) təşkil edir.
46. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib və təsdiq etdiyi Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və Müqaviləyə əlavə edilir. Müqavilə üzrə görüləcək işlərin ümumi dəyəri yalnız Tərəflərin yazılı razılığı ilə azaldıla və ya artırıla bilər.
47. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi İşlərin ümumi dəyərinin 65% (altmış faiz)-ni, yəni 18% ƏDV daxil olmaqla 14,189.50 (on dörd min yüz səksən doqquz Manat 50 Qəpik) Manatı Müqavilə imzalandıqdan sonra 3 (üç) iş günü ərzində təqdim edilmiş hesab faktura əsasında Podratçının bank hesabına birinci avans olaraq köçürmə yolu ilə ödəyir.
48. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçi İşlərin ümumi dəyərinin 25% (otuz faiz)-ni, yəni 18% ƏDV daxil olmaqla 5,457.50 (beş min dörd yüz əlli yeddi Manat 50 Qəpik) Manatı quraşdırılma İşləri bitdikdən sonra 7 (yeddi) iş günü ərzində təqdim edilmiş hesab faktura əsasında Podratçının bank hesabma köçürmə yolu ilə ödəyir.
49. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi İşlərin ümumi dəyərinin qalıq 10% (on faiz)-ni, yəni 18% ƏDV daxil olmaqla 2,183.0 (İki min yüz səksən üç Manat 00 Qəpik) X8 tam icra etdikdən sonra Tərəflər arasında imzalanan yekun təhvil-təslim aktı və elektron qaimə faktura əsasında müvafiq hcsab-fakturanın Podratçı tərəfindən Sifarişçiyə təqdim olunduğu gündən etibarən 7 (yeddi) İş günü ərzində Podratçının bank hesabına köçürmə yolu ilə ödəyir.
50. Müqavilənin 2.6-cı bəndinə əsasən podratçı hər həftə görülmüş İşlər haqqında Sifarişçiyə yazılı hesabat təqdim edir.
51. Müqavilənin 2.7-ci bəndinə əsasən sifarişçi hesabatın təqdim edildiyi tarixdən etibarən 3 (üç) iş günü ərzində hesabatı təhlil edir və hesabatda qeyd edilmiş işlərin şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə Sifarişçi hesabatı təsdiqləməkdən. İşləri qəbul etməkdən imtina edə bilər və müvafiq İşlər barəsində Podratçıdan onun hesabına əlavə icra tələb edə bilər.
52. Müqavilənin 2.8-ci bəndinə əsasən işlər tam həcmdə yerinə yetirildikdən sonra Tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır (işlərin Yekun təhvili).
53. Müqavilənin 2.9-cu bəndinə əsasən əlavə X2 ilə Müqaviləyə əlavə olunacaq işlərin dəyəri. Əlavə X2nda müəyyən edilmiş Ödəniş şərtlərinə əsasən ödəniləcəkdir.
54. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvili və təslimi İşlər Müqavilə şərtlərinə və Əlavə 2 də göstərilən çertyojlara uyğun yerinə yetirilmişdirsə, hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı Yekun Təhvil-təslim aktı əsasında həyata keçirilir.
55. Müqavilənin 5.2-ci bəndinə əsasən Yekun Təhvil-təslim aktı Podratçının və Sifarişçinin Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edir.
56. 15 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-005_00 (EN) nömrəli podrat müqaviləsinə Əlavə 1-ə əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında işlərin təsviri və işlərin qiyməti Ədv daxil 21.830 manat məbləğində razılaşdırılmışdır və hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.
57. Tərəflər arasında işlərin tamamlanmasını təsdiq edən 30 may 2022-ci il tarixli Yekun təhvil-təslim aktına əsasən Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən DTX‘nin Bilgəh istirahət mərkəzinin dəniz kənari park ərazisində yerləşən Restoran binasının Havalandırma və X1 X9 X7 X6 Quraşdırılması işlərinin İddiaçı MMC tərəfindən 15 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-005_00(EN) podrat müqaviləsi əsasında tamamlanmış və Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.
58. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-006_02 (EN) nömrəli podrat müqaviləsinə əsasən:
59. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Podratçı Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsində (bundan sonra “Əlavə 1" adlanacaq) təsvir edilmiş Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən DTX nin Bilgəh istirahət mərkəzinin dəniz kənarı park ərazisində yerləşən Lift binasının Lift Boşluklarının bağlanması (3 mərtəbədə x 2), Liftin parapeti üçün məhəccərin ( 60 p.m ) hazırlanması və quraşdırılması smetası (Aplinist Holder), 10.100 seviyyəsində bina boşluğun bağlanmasi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
60. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan və Əlavə 1-də qəyd edilməmiş işlərin yerinə yetirilməsi Podratçının bu Müqavilə ilə nəzərdə tutulmuş iş həcminə daxil deyil və Tərəflərin qarşılıqlı razılığı ilə, Əlavə X2 ilə Müqaviləyə əlavə olunacaq.
61. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan İşlərin ümumi dəyəri 18% ƏDV daxil olmaqta 40,223.62 manat (bundan sonra “İşlərin ümumi dəyəri1” adlanacaq) təşkil edir.
62. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib və təsdiq etdiyi Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və Müqaviləyə əlavə edilir. Müqavilə üzrə görüləcək İşlərin ümumi dəyəri yalnız Tərəflərin yazılı razılığı ilə azaldıla və ya artırıla bilər.
63. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi İşlərin ümumi dəyərinin 100% (yüz faiz)-ni, yəni 18% ƏDV daxil olmaqla 40,223.62 (qırx min iki yüz iyirmi üç Manat 62 Qəpik) X8 tam icra etdikdən sonra Tərəflər arasında imzalanan yekun təhvil-təslim aktı və elektron qaimə faktura əsasında müvafiq hesab-fakt u ran ın Podratçı tərəfindən Sifarişçiyə təqdim olunduğu gündən etibarən 7 (yeddi) iş günü ərzində Podratçının bank hesabına köçürmə yolu ilə ödəyir.
64. Müqavilənin 2.4-cü bəndinə əsasən podratçı hər həftə görülmüş işlər haqqında Sifarişçiyə yazılı hesabat təqdim edir.
65. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi hesabatın təqdim edildiyi tarixdən etibarən 3 (üç) iş günü ərzində hesabat) təhlil edir və hesabatda qeyd edilmiş İşlərin şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə Sifarişçi hesabatı təsdiqləməkdən. İşləri qəbul etməkdən imtina edə bilər və müvafiq İşlər barəsində Podratçıdan onun hesabına əlavə icra tələb edə bilər.
66. Müqavilənin 2.6-ci bəndinə əsasən işlər tam həcmdə yerinə yetirildikdən sonra Tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır (İşlərin Yekun təhvili).
67. Müqavilənin 2.7-ci bəndinə əsasən Əlavə X2 ilə Müqaviləyə əlavə olunacaq işlərin dəyəri. Əlavə X2nda müəyyən edilmiş ödəniş şərtlərinə əsasən ödəniləcəkdir.
68. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvili və təslimi İşlər Müqavilə şərtlərinə uyğun yerinə yetirilmişdirsə, hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı Yekun Təhvil-təslim aktı əsasında həyata keçirilir.
69. Müqavilənin 5.2-ci bəndinə əsasən Yekun Təhvil-təslim aktı Podratçının və Sifarişçinin Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edir.
70. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-006_02 (EN) nömrəli podrat müqaviləsinə Əlavə 1-ə əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında işlərin təsviri və işlərin qiyməti ƏDV daxil 40.223,62 manat məbləğində razılaşdırılmış və hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.
71. Tərəflər arasında işlərin tamamlanmasını təsdiq edən 15 iyun 2022-ci il tarixli Yekun təhvil-təslim aktına əsasən Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən DTX'nin istirahət mərkəzinin dəniz kənari park ərazisində yerləşən Lift binasının Lift Boşluklannın bağlanması (3 mertebede x 2), Liftin parapeti üçün məhəccərin ( 60 p.m) hazırlanması və quraşdınlması smetası (Aplinist Holder), 10.100 səviyyəsində bina boşluğun baglanmasi işlərinin yerinə yetirilməsi "AYON Group MMC” tərəfindən 20 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-006_02(EN) podrat müqaviləsi əsasında tamamlanmış və Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.
72. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2022-ci il tarixli AYON-CAS-RAP-BO-001 nömrəli podrat müqaviləsinə əsasən:
73. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə asasan Podratçı Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsində (bundan sonra “Əlavə 1” adlanacaq) təsvir edilmiş Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən DTX’nin Bilgəh istirahət mərkəzinin dəniz kənari park ərazisində yerləşən Restoran binasının altındakı mövcud meydança və svayların polad konstruksiya hissələrinin qumlanma və boyama işləri (bundan sonra “İşlər’ adlanacaq) yerinə yetirir, Sifarişçi isə həmin İşlərin dəyərini Müqavilədə nəzərdə tutulmuş qiymətlərə uyğun olaraq ödəyir.
74. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan və Əlavə l*də qəyd edilməmiş işlərin yerinə yetirilməsi Podratçının bu Müqavilə ilə nəzərdə tutulmuş iş həcminə daxil deyil və Tərəflərin qarşılıqlı razılığı İlə, Əlavə X2 ilə Müqaviləyə əlavə olunacaq.
75. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan İşlərin ümumi dəyəri 18% ƏDV daxil olmaqla 35,400 manat (bundan sonra “İşlərin ümumi dəyəri” adlanacaq) təşkil edir.
76. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib və təsdiq etdiyi Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və Müqaviləyə əlavə edilir. Müqavilə üzrə görüləcək tşlərin ümumi dəyəri yalnız Tərəflərin yazılı razılığı ilə azaldıla və ya artırıla bilər.
77. Müqavilənin 2.3-cübəndinə əsasən sifarişçi İşlərin ümumi dəyərinin 60% (altmış faiz)*ni, yəni 18% ƏDV daxil olmaqla 21,240.00 Manatı Müqavilə imzalandıqdan sonra 3 (üç) iş günü ərzində təqdim edilmiş hesab faktura əsasında Podratçının bank hesabına avans olaraq köçürmə yolu ilə ödəyir.
78. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçi İşlərin ümumi dəyərinin qalıq 40% (qirx faiz)-ni, yəni 18% ƏDV daxil olmaqla 14,160.00 (on dörd min yüz altmış Manat 0 Qəpik) Manatı boyama İşləri bitdikdən sonra Tərəflər arasında imzalanan yekun təhviltəslim aktı \ ə elektron qaimə faktura əsasında müvafiq hesab*fakturanın Podratçı tərəfindən Sifarişçiyə təqdim olunduğu gündən etibarən 7 (yeddi) iş günü ərzində Podratçının bank hesabına köçürmə yolu ilə ödəyir.
79. Müqavilənin 2.5-ci bəndinə əsasən Podratçı hər həftə görülmüş işlər haqqında Sifarişçiyə yazılı hesabat təqdim edir.
80. Müqavilənin 2.6-cı bəndinə əsasən sifarişçi hesabatın təqdim edildiyi tarixdən etibarən 3 (üç) iş günü ərzində hesabatı təhlil edir və hesabatda qeyd edilmiş İşlərin şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə Sifarişçi hesabatı təsdiqləməkdən. İşləri qəbul etməkdən imtina edə bilər və müvafiq İşlər barəsində Podratçıdan onun hesabına əlavə icra tələb edə bilər.
81. Müqavilənin 2.7-ci bəndinə əsasən işlər tam həcmdə yerinə yetirildikdən sonra Tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır (İşlərin Yekun təhvili).
82. Müqavilənin 2.8-ci bəndinə əsasən Əlavə X2 ilə Müqaviləyə əlavə olunacaq işlərin dəyəri, Əlavə X2nda müəyyən edilmiş ödəniş şərtlərinə əsasən ödəniləcəkdir.
83. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvili və təslimi İşlər Müqavilə şərtlərinə uyğun yerinə yetirilmişdirsə, hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı Yekun Təhvil-təslim aktı əsasında həyata keçirilir.
84. Müqavilənin 5.2-ci bəndinə əsasən Yekun Təhvil-təslim aktı Podratçının və Sifarişçinin Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edir.
85. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2022-ci il tarixli AYON-CAS-RAP-BO-001 nömrəli podrat müqaviləsinə Əlavə 1-ə əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında işlərin təsviri və işlərin qiyməti ƏDV daxil 35.400 manat məbləğində razılaşdırılmış və hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir.
86. Tərəflər arasında işlərin tamamlanmasını təsdiq edən 05 iyul 2022-ci il tarixli Yekun təhvil-təslim aktına əsasən Azərbaycan Respublikasının Bilgəh qəsəbəsində yerləşən DTX'nin Bilgəh istirahət mərkəzinin dəniz kənari park ərazisində yerləşən Restoran binasının altındaki mövcud meydança və svaylann polad konstruksiya hissələrinin qumalanma və boyama işləri “AYON Group MMC” tərəfindən 01 iyun 2022-ci il tarixli AYON-CAS-RAP-BO-001 nömrəli podrat müqaviləsi əsasında tamamlanmış və Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq edilmişdir
87. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə görülmüş işlərə dair xx.xx.2022-ci il tarixli EBBW seriyalı 101183 nömrəli e-qaimə üzrə 47200 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBW seriyalı 101232 nömrəli e-qaimə üzrə 65608 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBW seriyalı 101285 nömrəli e-qaimə üzrə 65372 manat məbləğində e-qaimə fakturalar göndərilmişdir.
88. 13.05.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına təyinatı e-qaimələr göstərilməklə 150894,44 manat məbləğində ödəniş edilmişdir.
89. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 91.
92. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
93. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
94. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
95. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər yerinə yetirilərək cavabdehə təhvil verilsə də, cavabdehin bir müqavilə üzrə 5 aylıq xidmətin bir ayı üzrə və qalan beş müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
96. Cəmi bir dəfə xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak cavabdehin nümayəndəsi bildirmişdir ki, “tərəflər arasında iddia ərizəsində qeyd edilən müqavilələrdən də əlavə müqavilələr olmuşdur. Tərəflər arasında daha böyük işlərlə bağlı əməkdaşlıq olmuşdur. Təkvil-təslim aktlarından da görünür ki, hazırki müqavilələr layihələndirmə və dizayn işləri ilə bağlı olmuşdur. Və bu müqavilələr həmin dediyi digər müqavilələrin tərkibində olub və bu müqavilələr üzrə də ödənişlər olub. Sadəcə bu gün sistemdə problem olduğu üçün mühasib hesabdan çıxarışı əldə edə bilmədi. Qeyd edir ki, həmin digər müqavilələr üzrə iddiaçı tərəfindən elektron qaimələr göndərilmişdir. Deməli bu müqavilələr üzrə də istəsəydilər, elektron qaimələri göndərə bilərdilər. Təhvil-təslim aktları imzalansa da, bu gün üçün cavabdehin qarşı tərəfə rəsmi borcu yoxdur”. Həmin məhkəmə hazırlıq iclası məhkəmə tərəfindən hər iki tərəfin sübutların tamamlanması məqsədi ilə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixində isə cavabdehin həmin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, “məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş edir. Təqdim edə biləcəkləri əlavə sübutları yoxdur. Məhkəmə baxışının təyin olunmasına etirazı yoxdur. İddia tələbini qəbul etmirlər. Təhviltəslim aktlarında qeyd olunan işlər faktiki olaraq görülməmişdir”.
97. Beləliklə, göründüyü kimi cavabdehin etirazı formal xarakter daşımış, etirazın əsasını təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp-səs yazısından da müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubunun alındığı 17 mart 2025-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya səsli-mesaj göndərilmiş, məhkəmə iclasında tətbiq edilmiş həmin səs yazısında borc məbləğinə etiraz edilməmiş, əksinə ödəniləcəyi bildirilmişdir.
98. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təqdim olunmuş sübutlarla müqavilə, təhvil-təslim aktları, yazışmalar və s.ilə təsdiqini tapdığı üçün 12 yanvar 2022-ci il tarixli AYON-PM-OA-EN-001 (AZ) nömrəli podrat müqaviləsi üzrə 16.402 manat məbləğində, 15 mart 2022-ci il tarixli AYON-CON-LİFT-EN-001 (AZ) nömrəli podrat müqaviləsi üzrə 7.670 manat məbləğində, 07 aprel 2022-ci il tarixli AYON-CON-RES-EN- 003 (AZ) nömrəli podrat müqaviləsi üzrə 31.270 manat məbləğində, 15 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-005_00 (EN) nömrəli podrat müqaviləsi üzrə 21.830 manat məbləğində, 20 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-006_02 (EN) nömrəli podrat müqaviləsi üzrə 40.223,62 manat məbləğində, 01 iyun 2022-ci il tarixli AYON-CAS-RAP- BO-001 nömrəli podrat müqaviləsi üzrə 35.400 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
99. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 12 yanvar 2022-ci il tarixli AYON-PM-OA-EN-001 (AZ) nömrəli podrat müqaviləsi üzrə 2.460,30 manat məbləğin, 15 mart 2022-ci il tarixli AYON-CON- LİFT-EN-001 (AZ) nömrəli podrat müqaviləsi üzrə 1.150,50 manat məbləğin, 07 aprel 2022-ci il tarixli AYON-CON-RES-EN-003 (AZ) nömrəli podrat müqaviləsi üzrə 4.690,50 manat məbləğin, 15 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-005_00 (EN) nömrəli podrat müqaviləsi üzrə 3.274,50 manat məbləğin, 20 may 2022-ci il tarixli AYON-CAS- 100-PRO-006_02 (EN) nömrəli podrat müqaviləsi üzrə 6.033,55 manat məbləğin, 01 iyun 2022-ci il tarixli AYON-CAS-RAP-BO-001 nömrəli podrat müqaviləsi üzrə 5.310 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
100. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
101. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
102. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
103. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin aprel-iyul ayları ərzində təhvil verilmiş işlər üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 12 yanvar 2022-ci il tarixli AYON-PM-OA-EN-001 (AZ) nömrəli podrat müqaviləsi üzrə 2.460,30 manat məbləğində, 15 mart 2022-ci il tarixli AYON-CON-LİFT- EN-001 (AZ) nömrəli podrat müqaviləsi üzrə 1.150,50 manat məbləğində, 07 aprel 2022-ci il tarixli AYON-CON-RES-EN-003 (AZ) nömrəli podrat müqaviləsi üzrə 4.690,50 manat məbləğində, 15 may 2022-ci il tarixli AYON-CAS-100-PRO-005_00 (EN) nömrəli podrat müqaviləsi üzrə 3.274,50 manat məbləğində, 20 may 2022-ci il tarixli AYON-CAS-100- PRO-006_02 (EN) nömrəli podrat müqaviləsi üzrə 6.033,55 manat məbləğində, 01 iyun 2022-ci il tarixli AYON-CAS-RAP-BO-001 nömrəli podrat müqaviləsi üzrə 5.310 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.
104. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə hər müqavilə tələb olunan faiz məbləğləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
105. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 466 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
106. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
107. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 466 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
108. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı MMC ilə cavabeh Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 16.402 manat əsas borc və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 2.460,3 manat faiz borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 7670 manat əsas borc və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1150,5 manat faiz borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 31.270 manat əsas borc və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 4.690,5 manat faiz borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 21.830 manat əsas borc və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.274,5 manat faiz borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 40223,62 manat əsas borc və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 6.033,55 manat faiz borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 35.400 manat əsas borc və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 5.310 manat faiz borcu olmaqla, cəmi 175.715 (bir yüz yetmiş beş min yeddi yüz on beş) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 466 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova