Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3429/2022 27.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə ("X1 Company" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 490000(dörd yüz doxsan min) manat əsas borc, 410 manat məbləğində mediasiya xərci və 370 manat dövlət rüsumu olmaqla, ümumilikdə 490780 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "X1 Company" MMC arasında 29 yanvar 2020-ci il tarixdə HP018/0120 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehin təqdim və təsdiq etdiyi layihəyə uyğun olaraq “xxx rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi üzrə tikinti-quraşdırma işlərini həyata keçirmişdir. Lakin işlər həyata keçirilsə də, müqavilə üzrə müəyyən edilmiş muzd ödənilməmişdir. Hazırda cavabdehin əsas borcu 490000 (dörd yüz doxsan min) manat təşkil edir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilmişdir. Cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Cavabdehə elektron qaiməfaktura təqdim edilmiş, həmin elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, 545564,19 (beş yüz qırx beş min beş yüz altmış dörd manat on doqquz qəpik) manat əsas borc, 410 manat məbləğində mediasiya xərci və 370 manat dövlət rüsumu olmaqla, ümumilikdə 546344,19 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Podratçı” – Cavabdeh MMC ilə “Subpodratçı” – İddiaçı MMC arasında 29 yanvar 2020-ci il tarixli, HP 018/0120 saylı Subpodrat müqaviləsi bağlanmışdır. - İş materiallarına iddiaçı tərəfindən tərəflər arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, HP 018/0120 saylı Subpodrat müqaviləsinə edilmiş əlavələr təqdim edilmişdir. Həmin əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 032894 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 228522,99 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 537465 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32815,80 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 289668 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153834,59 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 836829 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 385746,66 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 586610 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 76700 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 334692 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129963,19 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 336197 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153400 (ƏDV daxil) manat təşkil edir. - İş materiallarına iddiaçı tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HP 018/0120 nömrəli müqaviləyə “subpodratçının görülmüş işlərə dair qəbul akt”ları (Forma-3) və “qiymət razılaşma forması” adlı (Forma-2) əlavələr təqdim edilmiş və sözügedən əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 120000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 101473,55 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 300068 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı MMC tərəfindən iş matariallarına əlavə edilmiş “İddiaçı MMC-nin Cavabdeh MMC-dən daxilolmalar üzrə ƏDV şəxsi hesabından çıxarış” adlı sənəddən görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 34859,44 manat (EBAH 032894 saylı EQ əsasən ƏDV), xx.xx.2020-ci il tarixdə 5005,80 manat (EBAİ 537465 saylı EQ əsasən ƏDV) və xx.xx.2020-ci il tarixdə 54012,24 manat (EBAJ 836829 saylı EQ əsasən ƏDV) olmaqla, ümumilikdə 93877,48 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı MMC pretenziya qaydasında məktubla cavabdehlər Cavabdehnə müraciət edərək, müqavilə üzrə yaranmış borcun 1 (bir) gün müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh MMC-nin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “xxx rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində tikinti quraşdırma işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən ümumilikdə məbləği 1160983,23 manat olan işlər görülmüş, bununla bağlı iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, eləcə də tərəflər arasında bağlanmış müqaviləyə “subpodratçının görülmüş işlərə dair qəbul akt”ları (Forma-3) və “qiymət razılaşma forması” adlı (Forma-2) əlavələr tərtib edilmişdir. Sözügedən əlavələrdə iddiaçı tərəfindən ümumilikdə 1160983,23 manat məbləğində işlərin görülməsi öz əksini tapmış və həmin əlavələr tərəflərin imzası və möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 615419,03 manat məbləğində ödənişlər edilmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 545564,19 (beş yüz qırx beş min beş yüz altmış dörd manat on doqquz qəpik) manat əsas borcun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış Podrat müqaviləsinin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən subpodratçı, podratçının təsdiq etdiyi və/və ya təqdim etdiyi iş layihəyə uyğun olaraq “xxx rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində tikinti quraşdırma işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bu müqavilənin yekun məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrlə müəyyən edilir. 3.2-ci bəndinə əsasən müqavilə üzrə subpodratçıya ödəniləcək yekun məbləğ hər ay subpodratçı tərəfindən hazırlanmış və podratçı tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktları (Forma-2, Forma-3) əsasında ödəniləcəkdir. 3.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya ödənilməli qalıq borcun məbləği 545564,20 manat (iddiaçı tərəfindən görülmüş işlərin ümumilikdə məbləği 1160983,23 manat – cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinin cəmi 615419,03 manat = 545564,20 manat) təşkil edir. İddiaçının tələbi cavabdehdən 545564,19 manat əsas borcun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və cavabdehdən 545564,19 manat (beş yüz qırx beş min beş yüz altmış dörd manat on doqquz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissələrini ödənilmiş 410 manat məbləğində mediasiya xərci və 370 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Müəyyən olunur ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci və qeyd olunan məbləğdə rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə qismən təmin edilməli, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 370 (üç yüz yetmiş) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 545564,19 manat (beş yüz qırx beş min beş yüz altmış dörd manat on doqquz qəpik) məbləğində əsas borc, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 370 (üç yüz yetmiş) manat olmaqla, cəmi 546334,19 manat (beş yüz qırx altı min üç yüz otuz dörd manat on doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3429/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3429/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver