Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3432/2023 11.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi ilə sığortalıya istifadə hüququ verən “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” Şəhadətnaməsinə əsasən, 04 iyul 2020-ci il tarixində sonuncuya məxsus boya fabrikində baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən xitam edilmiş cinayət işi üzrə istintaqda zərərçəkmiş şəxslərin əmlakına dəymiş zərər üçün ödənilmiş 45381,00 (qırx beş min üç yüz səksən bir manat) sığorta ödənişi və 27047,08 (iyirmi yeddi min qırx yeddi manat, səkkiz qəpik) dəbbə pulu olmaqla, ümumilikdə 72428,08 manat ( yetmiş iki min dörd yüz iyirmi səkkiz manat, səkkiz qəpik) məbləğin Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırki işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı olan “müqavilənin etibarsız hesab edilməsi, məsuliyyətin yaranması faktının araşdırılması üçün şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2- 2(113)-2819/2023 nömrəli işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2819/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı iddia ərizəsi məhkəmənin icraatına götürülmüşdür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair e-2-2(113)- 3432/2023 nömrəli kommersiya işi "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı olan e-2-2(113)- 2819/2023 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilsin. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3432/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3432/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver