Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3480/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı ödənilmiş sığorta məbləğinin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: subroqasiya hüququ, sığorta ödənişi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı ödənilmiş sığorta məbləğinin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 768,77 manat sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı, cəmi 799,17 manat pulun müştərək qaydada tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMCyə məxsus olan, Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış “X12 ” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqu və “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Sabunçu rayon DYPŞ tərəfindən (polis kapitanı Cavabdeh3) İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” da X4 “X12” markalı ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu yol vərəqi ilə idarə etdiyi qeyd olunmuş və barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq İXM-nın 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. Lakin, sənədlər toplusuna əlavə edilmiş və Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli yol vərəqəsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə, yəni xx.xx.2023-cü il tarixli hadisə zamanına qədər bitmişdir. Belə ki, təqdim olunmuş yol vərəqəsinin qüvvədə olma müddəti baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bitdiyindən, “X12” markalı 99JN545 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı 10ZJ867 dövlət qeydiyyat nişanlı yarımqoşqunu xx.xx.2023-cü il tarixdə X4 idarə etmək səlahiyyəti olmamışdır. Qeyd edilən halın araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün xx.xx.2024-cü il tarixli, BS-C-24/0001 saylı məktubla AR DİN Sabunçu RPİ və AR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-21464/24 saylı məktubundan müəyyən olunur ki, araşdırma nəticəsində Cavabdeh2 barəsində AR İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib olunmasına baxmayaraq, onun əməlində AR İXM-in 332.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu üçün bu barədə rəy tərtib edilərək icrası Sabunçu RPİ-nə həvalə edilmiş, peşə səriştəsizliyinə yol verən DYP əməkdaşının ciddi xəbərdar edilmişdir. “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən 610 manat məbləğində sığorta ödənişi edilmiş, iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən 768.77 manat məbləğində pul "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, PBA********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,“X12 ” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli yol vərəqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli yol vərəqəsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə, yəni xx.xx.2023-cü il tarixli hadisə zamanına qədər bitmişdir. İddia ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, “Krone” markalı 10ZJ867 dövlət qeydiyyat nişanlı yarımqoşqunun sürücüsü X6 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”da X4 “X12” markalı ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu yol vərəqi ilə idarə etdiyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, BS-C-24/0001 saylı məktubundan müəyyən olunur ki, qeyd edilən halın araşdırılması üçün AR DİN Sabunçu RPİ və AR Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. AR DİN Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-49/2-9135/24 saylı məktubundan müəyyən olunur ki, araşdırma nəticəsində Cavabdeh2 barəsində AR İXM-in 332.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı İnzibati tənbeh vermə qərarı tərtib edilərək 10ZJ867 dövlət qeydiyyat nişanlı yarımqışqununun sürücüsü Cavabdeh2 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş zərərçəkən “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC-nin tərtib etdiyi zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aktdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə 610 (altı yüz on) manat məbləğində maddi ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin sığorta aktından müəyyən olunur ki, “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 610 manat məbləğində manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 768.77 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS- S-24/0408 nömrəli geriyə tələb məktubundan və həmin məktubun Cavabdeh2 çatdırılmasına dair çıxarışdan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən “Paşa sığorta“ASC-yə ödənilmiş 768.77 manat pulun geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 430.1, 448.1, 459, 936.1, 936.2, 936.5, 1096, 1097, 1108.1,1108.2, 1114-cü maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Mərkəzi X9 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın 4.1, 4.2, 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7.1, 7.2-ci bəndlərinə istinad olunmuşdur. Cavabdeh1 MMC iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə məxsus olan, Cavabdeh2 idarə etdiyi “X12” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqu və “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin törədilməsi zamanı sürücü Cavabdeh2 Sabunçu rayon DYPŞ əməkdaşına üzərində istifadə müddəti xx.xx.2023 cü il tarixindən- xx.xx.2023-cü il tarixinədək mövcud olan yol vərəqəsi əvəzinə səhvən müddəti bitmiş yol vərəqəsi təqdim etmişdir. Yeni qaydalara əsasən sürücüyə yol vərəqəsi kağız daşıyıcıda verilsə belə məlumatları “portal.com.az” məlumatlandırma xidməti üzrəindən rəsmi DYP-nin X3 ötürülməsi məcburidir və həmin məlumatlar sistemə yerləşdirilmişdir. Təəssüf ki , DYPŞ əməkdaşı sürücü haqqında DYP nin X1 məlumatlarla tanış olmamış və əsasız protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq xahiş etmişdir ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 MMC-yə qarşı yazılmış iddia ərizəsini əsassız hesab edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə münasibətində bildirmişdir ki, onun idarə etdiyi avtomobil Cavabdeh1 MMC-yə məxsusdur. Bu şirkət də maşınlarını "xxxx" ASC-də sığortalayıblar. 5 iyul 2019-cu ildə o qəza keçirtmişdir və yol polisi əməkdaşı sənədlərini tələb edən zaman o sürücülük vəsiqəsini və səhvliklə həmin gün vaxtı bitmiş yol vərəqəsini yol polis əməkdaşına təqdim etmişdir. Çünki, onda 2 yol vərəqəsi olmuşdur. Sistemdə də hazırda baxılanda həmin tarix üçün idarəetmə hüququ verən digər yol vərəqəsin olduğu görünür. Həmin əməkdaş Cavabdeh3 isə onun idarəetmə hüququnu yoxlamadan ona 40 manat cərimə yazmış və o da ödəmişdir. Yol Polis əməkdaşının səhvi ilə bağlı ona da töhmət verildiyini eşitmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, PBA********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “X12 ” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun məxsus olduğu Cavabdeh1 MMC üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “icbari sığorta” qaydasında sığortalanmışdır. Sığorta məbləği 5000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən sığortalı X5 məxsus “X13” markalı **- FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 610 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 191106 saylı Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, buraxılış ili 2011-ci il olan 77FN134 dövlət qeydiyyat nişanlı “X13” markalı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ehtiyat hissəsinin qiyməti 160 manat təşkil etmişdir, görüləcək işlərin ümumi qiyməti 450 manat müəyyən edilmişdir. Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş yük avtonəqliyyatı üçün yol vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək sürücü Cavabdeh2 tərəfindən “X12” markalı ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Respublikanın daxili rayonlarının ərazisi marşrutu üzrə hərəkət etmək üçün verilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2023-cü il tarixində saat 00:10 dəqiqələrində Zabrat qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. X4 “X12” markalı ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu yol vərəqi ilə idarə etdiyi qeyd olunmuşdur Sabunçu rayon RPİ DYPŞ-nin TP5776553 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixində “Krone yarımqoşqu” markalı 10ZJ867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Sabunçu rayon RPİ DYPŞ-nin İXP ******* saylı “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixində “Krone yarımqoşqu” markalı 10ZJ867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına (hallarına) yol verilmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Baş X14 İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də sığortalanmış “Mercedes" markalı, 99JN545 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş «Krone» markalı, 10ZJ867 dövlət qeydiyyat nişanlı yarımqoşqunun iştirakı ilə xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu ərazisində baş vermiş maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsinin YPX əməkdaşı tərəfindən sənədləşdirilməsi zamanı nöqsanlara yol verilməsi barədə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə ünvanladığınız müraciətlə bağlı araşdırma aparılmışdır. Bildirir ki, hadisə törətmiş sürücü Cavabdeh2 barəsində törətdiyi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzbati xəta haqqında protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin tərkibinin olması müəyyən edildiyindən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı rəy tərtib edilərək icrası Sabunçu RPİ-yə həvalə edilmiş, sənədləşmə apararkən peşə səriştəsizliyinə yol verdiyinə görə DYP əməkdaşı ciddi xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2024/05-001 saylı məktubdan görünür ki, Cavabdeh1 (VÖEN **********) balansında olan 99JN545 dövlət qeydiyyat nişanlı Mercede-Benz Axor markalı yük maşını (yəhərli dartıcı) və 10ZJ867 dövlət qeydiyyat nişanlı Krone markalı Tentli-Furqon model yanmqoşqunun X4 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******, FİN:xxxxxxx, xx.xx.2021-ci il tarixində ASAN 1 tərəfindən verilib; Sürücülük vəsiqəsi seriya nömrəsi: BD045977, 31.01,2023-cü il tarixində verilib) idarə etməsinə verilməsinə dair Yol vərəqəsi barədə məlumat 12 may 2023-cü il tarixində “portal.com.az” məlumatlandırma xidməti üzərindən rəsmi qaydada DYP-nin X3 ötürülmüşdür. Yol vərəqəsi 12 may 2023-cü il tarixindən 11 iyun 2023-cü il tarixinə qədər qüvvədə olmuşdur. Sabunçu rayon Polis İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu ərazisində Mercedes markalı 99JN545 dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “Kren” markalı 10ZJ867 dövlət qeydiyyat nişanlı yarımqoşqu və “Hyundai” markalı 77FN134 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən sənədləşdirilmiş və hadisədə günahkar sürücü Cavabdeh2 barəsində İXM-nin 332.1-ci maddəsinə əsasən İXP6064734 saylı inzibati protokol tərtib edilmişdir. X7 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək, sərəncamında olan Hyundai markalı 77FN134 dövlət qeydiyyat nişanlı avtomobil üzrə 05 iyun 2023-cü il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olduğunu və ödəniləcək 610 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədlər. 933.1.3-cü maddəsinə əsasən icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuniəsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə vəi.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.4-cü maddəsinə əsaəsn sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 1.1.5-cü maddəsinə əsasən sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir. 1.1.19-cü maddəsinə əsaəsn sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir. 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1-ci maddəsinə əsasən hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2-ci maddəsinə əsasən sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3-ci maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4-ci maddəsinə əsasən sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5-ci maddəsinə əsasən bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. 22.1 və 22.1.5-ci maddələrinə əsasən sığortalının bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq hüququ vardır. 23.1-ci maddəsinə əsasən sığortaçının aşağıdakı vəzifələri vardır: 23.2.1-ci maddəsinə əsasən sığortalını və sığorta olunanı müvafiq icbari sığortanın şərtləri, onun icbarı sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələri ilə tanış etmək və bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqəsini vermək; 23.2.2-ci maddəsinə əsasən sığorta riskini özü və ya nümayəndəsi, o cümlədən Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya müstəqil ekspertlər vasitəsilə qiymətləndirmək; 23.2.3-cü maddəsinə əsasən sığortalılardan sığorta haqqını aldıqdan sonra sığorta şəhadətnaməsini bu Qanunla müəyyən edilmiş müddətdə vermək; 23.2.4-cü maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinə dəyişikliklər etmək; 23.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq; 23.2.6-cı maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan ən geci 3 iş günü ərzində bu hadisənin baş verməsi faktını təsdiq edən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vermək; 23.2.7-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqan, idarə, müəssisə və ya təşkilatlardan dəymiş zərərin dərəcəsi və ya miqdarı barədə arayışları və digər sənədləri almaq üçün yazılı müraciət etmək; 23.2.8-ci maddəsinə əsasən bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-cü maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4-ci maddəsinə əsasığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6-ci maddəsinə əsasən sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7-ci maddəsinə əsasən sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1-cü maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, PBA********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən sığortalı Cavabdeh1 MMC-yə məxsus olan “Krone” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “icbari sığorta” qaydasında sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi nəticəsində “X13” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən “Paşa sığorta“ ASC-yə ödənilmiş 768,77 manat pulun cavabdehlərdən müştərək qaydada ödənilməsi tələb edilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 “X12” markalı, 99JN545 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş “Krone” markalı, 10ZJ867 dövlət qeydiyyat nişanlı yarımqoşqunu xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Bakı şəhəri və Respublikanın daxili rayonlarının ərazisi marşrutu üzrə hərəkət etmək üçün idarə etmək hüququnu verən yol vərəqəsi verilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh2 üzərində istifadə müddəti xx.xx.2023 cü il tarixindən - xx.xx.2023-cü il tarixinədək mövcud olan yol vərəqəsi olmuş, Sabunçu rayon DYPŞ əməkdaşı polis kapitanı Cavabdeh3 həmin yol vərəqəsini təqdim edilmişdir. Yol vərəqəsi barədə məlumat 12 may 2023-cü il tarixində rəsmi qaydada DYP-nin X2 yerləşdirilməsinə baxmayaraq, polis kapitanı Cavabdeh3 tərəfindən məlumatlar düzgün yoxlanılmamış, Cavabdeh2 təqdim etdiyi yol vərəqəsi əsasında sonuncunun nəqliyyat vasitəsini idarə etmək hüququ olmaması əsası ilə inzibati protokol tərtib edilmişdir. Lakin sonradan MİS-də olan yol vərəqəsi müəyyən edilərək inzibati protokol dəyişdirilmiş, Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olduğu müəyyənləşdirilmiş və müvafiq inzibati protokol tərtib edilmişdir. Həmçinin Azərbaycan Respublikası Baş X14 İdarəsi tərəfindən baş vermiş maddi zərərlə nəticələnən yolnəqliyyat hadisəsinin YPX əməkdaşı tərəfindən sənədləşdirilməsi zamanı nöqsanlara yol verilməsi təsdiq edilmiş, sənədləşmə apararkən peşə səriştəsizliyinə yol verdiyinə görə DYP əməkdaşı ciddi xəbərdar edilmişdir. Göründüyü kimi yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə sığorta olunan Cavabdeh2 nəqliyyat vasitəsini idarəetmə hüququ verən yol vərəqəsi qüvvədə olmuş, Cavabdeh2 yalnız inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP5776553 saylı qərara əsasən “Krone” markalı 10ZJ867 dövlət qeydiyyat nişanlı yarımqoşqu vasitəsilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasında təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmiş, dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyəti müəyyən edilmişdir. Həmin qərar baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta məbləğinin ödənilməsi üçün əsas olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, sığorta olunan tərəfindən dəymiş zərərə görə sığortaçı "xxxx" ASC-nin “Paşa sığorta“ ASC-yə ödənilmiş 768,77 manat pul məbləğini Cavabdeh1 MMC və Cavabdeh2 tələb etmək üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan subroqasiya hüququ əmələ gəlməmişdir. İddiaçı tələbi həmçinin digər Cavabdeh3 qarşı da irəli sürmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh3 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalı, sığorta olunan və ya faydalanan şəxs olmadığından, yalnız baş vermiş maddi zərərlə nəticələnən yolnəqliyyat hadisəsinin onun tərəfindən sənədləşdirilməsi zamanı nöqsanlara yol verdiyindən, iddiaçının ona qarşı subroqasiya qaydasında iddia tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödəniş iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı ödənilmiş sığorta məbləğinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3480/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3480/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver