Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3482/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı X1 cavabdeh X2 qarşı pul tələbi barədə iddia ərizəsi (qarşılıqlı iddia) və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh X2 qarşı iddia ərizəsi (qarşılıqlı iddia) ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinin (qarşılıqlı iddia) qaytarılmasına dair ərizə ünvanlamışdır. Ərizə onunla əsaslandırılmışdır ki, X4 Bakı Kommersiya Məhkəməsində nümayəndəsi və vəkili olduğu İddiaçı MMC-yə qarşı 31 oktyabr 2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsi əsasında görülmüş işlərin, alınmış malların dəyərinin və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmışdır. e-2-2(113)-3115/2024 saylı mülki iş hakim Ülkər Həsənovanın icraatındadır. Həmin iş üzrə verilən qarşılıqlı iddia ərizəsi texniki yanlışlıqlardan dolayı yeni iddia ərizəsi kimi qeydə alınmışdır. Qeyd etdiyi kimi, bu qarşılıqlı iddia ərizəsidir və e-2-2(113)-3115/2024 saylı mülki iş üzrə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı “İddiaçı X1 cavabdeh X2 qarşı pul tələbi barədə iddia ərizəsi (qarşılıqlı iddia) və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3482/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3482/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver