Məhkəmə qərarları › İş №e-2-2(113)-3528/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3528/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3528/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Nümayəndə Firmasının cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz hərəkətləri nəticəsində faktiki dəymiş ******* manat zərərin, əldən çıxmış fayda kimi 10000000 manat və mənəvi zərər kimi ******* manat – ümumilikdə cəm olaraq 20000000 manatın 'Nümayəndə” firmasının xeyrinə tutulması barəda qarar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə, hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini iddiaçı Nümayəndə Firmasının adından imzalayan şəxs İddiaçı oğlu göstərilsə də, sonuncunun iddia ərəzisini imzalamaq hüququ verən etibarnamə, həmçinin İddiaçı əsas iş yeri həmin hüquqi şəxs olması ilə bağlı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə, həmçinin pretenziya və iddia ərizəsinin cavabdeh tərəfindən almasını təsdiq edən sənədləri aşkar etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, eləcə də həmin Məcəllənin 152.1.6-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəni “Elektron məhkəmə” informasiya sistemində yerləşdirərkən həmin ərizənin elektron formada tərtib edilməsi və sənədlərin elektron qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində müəyyən etdiyi istifadə qaydalarına riayət etməmişdir. Belə ki, sistemə yerləşdirilmiş iddia ərizəsində iddiaçı Nümayəndə Firması MMC, cavabdeh isə “xxxx” MMC qeyd olunsa da, elektron ərizədə İddiaçı göstərilmiş, cavabdeh isə qeyd edilməmişdir. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “xxxx” adlı MMC-nin mövcudluğunu yoxlamaq məqsədi ilə internet vergi idarəsinin və “Elektron məhkəmə” informasiya sisteminə axtarış verilsə də, müsbət cavab əldə edilməmişdir. Məhkəməyə müraciət edilərkən 30 manat dövlət rüsumunu ödəyən şəxs X1 Nümayəndə Firması MMC tərəfindən etibarnamə verilsə də, Ə.Hüseynovun əsas iş yeri həmin hüquqi şəxs olması ilə bağlı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Nümayəndə Firmasının cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 01.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı Nümayəndə Firmasına izah edilsin ki, yuxarıda qeyd olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar