Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3534/2023 09.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən İddiaçı xeyrinə 56698 manat məbləğində vəsaitin, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin, 800 manat təyyarə biletinin qiymətini təşkil edən vəsaitin, 50 manat mediasiya xərcinin və iş üzrə ödənilmiş 212,49 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nə qarşı cavabdehdən xx.xx.2019-cu il tarixli, ASFX18/512 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 56698 manat əmək haqqı (xidmət haqqı) məbləğinin tutularaq ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişik. Məlumat üçün bildiririk ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Xidmət Müqaviləsinin şərtlərinə görə iddiaçı Qəniyev X1 (cavabdehin) Qazaxıstan Respublikasında həyata keçirdiyi “Almatı” layihəsi əsasında tərəzi aparatının idarə edilməsi üzrə işlərin icrasını və nəzarətini həyata keçirməyi, Sifarışçi isə 1 ay üçün 2190 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə görə İcraçı bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri Sifarışçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. İşə əlavə olunmuş sübutlardan məlum olur ki, İçraçı İddiaçı 2020-ci ildən Xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçının aylıq uçot cədvəllərindən-tabellərdən, görülmüş işin təhvil-təslim aktlarından məlum olur ki, İddiaçı hər ayın bütün iş günlərində işdə olmuş, bu barədə həmin tabellərdə və görülmüş işin təhvil-təslim aktlarında onun iş günləri və həmin günlər üçün müvafiq ödəniləcək xidmət haqqı və s. məlumatlar göstərilmişdir. xx.xx.2019-cu il tarixli, ASFX18/512 nömrəli xidmət müqaviləsi üzrə bir neçə ay İddiaçı məxsus olan Muğan Bank ASC-nin 4174 2428 4779 0177 saylı kart hesabına 2020-ci il tarixində əmək haqqı mədaxil olsa da, cavabdeh sonradan göstərilən xidmət müqabilində heç bir xidmət haqqı ödəməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC məhkəməyə ərizə verərək bildirmişdir ki, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-yə qarşı xidmət haqqı və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehdən 56698 manat məbləğində vəsaitin, hüquqi yardıma görə 200 manat vəsaitin, 800 manat təyyarə biletinin qiymətini təşkil edən vəsaitin və iş üzrə ödənilmiş 212,49 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirik ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 372.1-cı maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-nin 373.4-ci maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. MM-nin 375.2.-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barəsində qərar çıxarılmasını Sizdən xahiş edirik Cavabdeh "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC həmçinin məhkəməyə etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-yə qarşı xidmət haqqı və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehdən 56698 manat məbləğində vəsaitin, hüquqi yardıma görə 200 manat vəsaitin, 800 manat təyyarə biletinin qiymətini təşkil edən vəsaitin və iş üzrə ödənilmiş 212,49 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı səbəblərdən iddianı qanunsuz və əsassız hesab edirik. İddiaçı ilə cavabdeh arasında 15 oktyabr 2019-cu l tarixli, ASFX18/512 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı/İddiaçı Sifarişçinin/Cavabdehin Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində tərəzi aparatının idarə edilməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçıya 1 ay üçün 2190 manat xidmət haqqı ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı xidmətləri həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra ödənilir. Müqavilənin 2.5-ci bəndinə əsasən İcraçının layihədəki işlərin icrası və nəzarəti ilə əlaqədar layihəyə gedib-gəlmə xərcləri (təyyarə bileti) 6 ayda bir dəfə olmaqla, Sifarişçi tərəfindən ödəniləcəkdir. Əgər icraçı qeyd olunan müddətdən tez öz istəyi ilə geri dönmək istəyərsə, nəqliyyat xərcləri icraçının özü tərəfindən ödəniləcəkdir. İş materiallarından da göründüyü kimi iddiaçı 25 avqust 2021-ci il tarixdə Qazaxstan filialının direktorunun 236 saylı əmri ilə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2019xx.xx.2021-ci il dörünü əhatə edən 36820 manat məbləğində xidmət haqqı hesablandığını təsdiq edən təhvil-təslim aktları təqdim etmişdir. Nəzərinizə çatdırırıq ki, cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqları ilə iddiaçıya 15 oktyabr 2019-cu l tarixli, ASFX18/512 saylı xidmət müqaviləsinə əsasən 6670 manat məbləğində ödəniş etmişdir. Hesab edirik ki, iddiaçı 25 avqust 2021-ci il tarixdən etibarən Qazaxstan filialına işə qəbul olunduğu üçün həmin dörlərə görə əmək haqqı tələbini cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-yə qarşı deyil, cavabdehin Qazaxstandakı filialına qarşı qaldırmalıdır. İddiaçı cavabdehin Qazaxstandakı filialının işçisi olduğu və əmək haqqını oradan aldığı üçün Qazaxsatan Respublikasının məhkəməsinə müraciət etməli və onun iddiasına orada baxılmalıdır. MM 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. MPM 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM 36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. Eyni zamanda hesab edirik ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianı rədd etməyinizi Sizdən xahiş edirik. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, ASFX18/512 nömrəli İddiaçı ilə cavabdeh "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində tərəzi aparatının idarəedilməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürür. xx.xx.2021-ci il tarixli 236 nömrəli əmrdən görünür ki, İddiaçı öz razılığı ilə əmək haqqı 2190 manat olmaqla mühafizəçi işinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində 14 günə 1136 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində 26 günə 2058 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 21 günə 1703 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 25 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 27 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 27 günə 2274 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində 27 günə 2274 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində 24 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində 13 günə 1095 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində 27 günə 2274 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il dövrü ərzində 24 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il dövrü ərzində 27 günə 2274 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il dövrü ərzində 26 günə 2190 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2023-cü il tarixli 24691 nömrəli qəbzdən görünür ki, X2 (İddiaçı nümayəndəsi) hüquqi yardım üçün 200 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli 6095 nömrəli qəbzdən görünür ki, Vəkil mediasiya və poçt xərci üçün 55 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli 42 nömrəli qəbzdən görünür ki, Vəkil dövlət rüsumu üçün 214 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00646 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, görünür ki, İddiaçı Bakı 18 saylı mediasiya təşkilatına 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli xidməti müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı İddiaçı aylıq 2190 manat xidmət haqqı müqabilində Qazaxstan Respublikası Almatı layihəsində sifarişçi "xxxx" ASC-yə məxsus tərəzi aparatının idarə edilməsi ilə bağlı xidmət göstərmiş, daha sonra xx.xx.2021ci il tarixdən əmək haqqı saxlanılmaqla mühafizəçi kimi xidmətini davam etdirmişdir. İddiaçı xx.xx.2022-ci il tarixədək sifarişçi "xxxx" ASC-yə xidmətin göstərilməsinə baxmayaraq, sonuncu göstərilən xidmətin qarşılığında xidmət haqqının 6670 manatını ödəsə də, 50028 manat məbləğində borcu qalmışdır. Cavabdeh "xxxx" ASC məhkəməyə göndərdiyi etirazda hazırki tələb üzrə əsl cavabdeh olmadığına istinad etsə də, həmçinin hazırki tələbə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçı tələbi əsl cavabdehə qarşı iddia müddəti ötürülmədən irəli sürmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək sifarişçi "xxxx" ASC-nin Qazaxstan Respublikasında olan Almatı layihəsində tərəzi aparatının idarə edilməsi ilə bağlı və mühafizəçi kimi xidmətlərin göstərilməsi ərizəyə əlavə edilmiş xidməti müqavilə və görülmüş işin təhvil-təslimi barədə aktları ilə təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı xidmət haqqı kimi 56698 manat məbləğində pulu tələb etsə də, məhkəmə hesab edir ki, həmin vəsaitdən 6670 manat məbləğində pul ödənildiyindən tələb xidmət haqqı hissəsində 50028 manat məbləğində təmin edilməli, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaiti və 50 manat mediasiya xərci tələbi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, 800 manat təyyarə biletinin qiymətini təşkil edən vəsaitin ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyi üçün iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə qeyd edir ki, əsas tələb 88,27% hissəsində təmin edildiyindən, dövlət rüsumu da, 188,01 manat həcmində təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən xidmət haqqı kimi 50028 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, mediasiya xərci kimi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 188,01 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən xidmət haqqı kimi 50028 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, mediasiya xərci kimi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 188,01 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia 800 manat təyyarə biletinin qiymətini təşkil edən vəsaitin ödənilməsi ilə bağlı hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3534/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3534/2023
09.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver