Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3612/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMCyə (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 541 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə: 21585,33 manat və ona hesablanmış 3885,35 ƏDV borcunun; hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 187 manat dövlət rüsumunun (170 manat iddia tələbi və 17 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3612/2025 saylı qərardadı ilə Cavabdeh2 əlavə cavabdeh qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Tərəflər bu sazişi bağlayırlar və etiraf edirlər ki, cavabdeh “Caspian Road" MMCnin 24 noyabr 2021-ci il tarixli № 541 saylı Xidmətlərin göstərilməsi haqqında Müqaviləsi üzrə “Proform" MMC-yə 21585,33 manat icarə haqqı və 3885,35 manat ƏDV borcu vardır. Tərəflər razılaşırlar ki, cavabdehlər həmin borc məbləğini və məhkəmə xərcləri olan hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 187 manat dövlət rüsumunun, cəmi 26297,68 manat pulu 01 avqust 2025-ci il tarixədək iddiaçıya ödəyəcəkdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.
2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.
3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırkı kommersiya mübahisəsi üzrə, habelə 24 noyabr 2021-ci il tarixli, № 541 saylı Xidmətlərin göstərilməsi haqqında müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir. 4.Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 5.Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC, cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. Tərəflər bu sazişi bağlayırlar və etiraf edirlər ki, cavabdeh “Caspian Road" MMCnin 24 noyabr 2021-ci il tarixli № 541 saylı Xidmətlərin göstərilməsi haqqında Müqaviləsi üzrə “Proform" MMC-yə 21585,33 manat icarə haqqı və 3885,35 manat ƏDV borcu vardır. Tərəflər razılaşırlar ki, cavabdehlər həmin borc məbləğini və məhkəmə xərcləri olan hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 187 manat dövlət rüsumunun, cəmi 26297,68 manat pulu 01 avqust 2025-ci il tarixədək iddiaçıya ödəyəcəkdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.
2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.
3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırkı kommersiya mübahisəsi üzrə, habelə 24 noyabr 2021-ci il tarixli, № 541 saylı Xidmətlərin göstərilməsi haqqında müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir. 4.Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 5.Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova