Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3626/2024 14.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2880980Qanuni nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh2 MMC (lizinq verən) ilə X4 (lizinq alan) arasında bağlanmış xx.xx.2022ci il taixli, ALY-699 saylı X16nə əsasən Cavabdeh2 MMC qara rəngli Chevrolet Cobalt LTZ markalı minik avtomobilini X3 lizinqə vermişdir.
2. X16 lizinq alanın imzası, lizinq verənin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Cavabdeh2 MMC X5 (öhdəlikləri ötürən) və X13 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli ALY-699 saylı öhdəliklərin ötürülməsi barədə müqaviləsinə əsasən X13 Cavabdeh2 MMC ilə X5 arasında bağlanmış 05 fevral 2022-ci il tarixli ALY-699 X16 üzrə X2 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. X1, X6 imzası və Cavabdeh2 MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. 05.11.2022-ci il tarixli təhvil-təslim aktına əsasən “Azərmaş Alyans" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (BAN: XWBJA69V9NA032522) lizinq alan X2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş qara rəngli saz vəizyyətdə olan avtomobil X5 tərəfindən X8 təhvil verilmişdir. Təhvil-təslim aktı təhvil alan və təhvil verənin imzası ilə təsdiq edilmişdir.
5. Cavabdeh2 MMC, X13 (öhdəlikləri ötürən) və öhdəlikləri qəbul edən Cavabdeh3 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 13 may 2023-cü il tarixli ALY-699 saylı öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən Cavabdeh3 05 fevral 2022-ci il tarixli ALY-699 “Daxili lizinq” müqaviləsi üzrə X6 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri tam həcmdə qəbul edtmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Müqavilə Cavabdeh3, X6 imzası və Cavabdeh2 MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. 13.05.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Azərmaş Alyans" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (BAN: XWBJA69V9NA032522) X6 müvəqqəti sahiblik və istifadəsinə verilmiş qara rəngli saz vəizyyətdə olan avtomobil X13 tərəfindən Cavabdeh3 təhvil verilmişdir. Təhvil-təslim aktı təhvil alan və təhvil verənin imzası ilə təsdiq edilmişdir.
7. 04.11.2023-cü il tarixli, POA********** saylı etibarnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh1 ‘‘Azərmaş Alyans" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022 il tarixli ALY-699 saylı "X16 ” əsasında lizinqə verilmiş 1 ədəd Chevrolet Cobalt LTZ markalı, 77PL248 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB 203594 seriyalı, 2021 il buraxılışlı, ban №XWBJA69V9NA032522, mühərrik № B15D212213402AUZX0655, QARA rəngli) maşını yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamənin müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir Cavabdeh2 MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir
8. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, PBA********** saylı, xx.xx.2023-cü il tarixli standart müqavilə əsasında ‘‘Azərmaş Alyans" MMC-nin (sığortalı) mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (BAN: XWBJA69V9NA032522) avtomobili "xxxx" ASC-də (sığortaçı) xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığorta məbləği 5.000 manat müəyyən edilməklə AVSMMİS icbari sığorta növündə sığortalanmışdır.
9. Sabunçu rayon DYPS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, “Chevrolet Cobalt” markalı, **-PL-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini etibarnaməyə əsasən idarə edən Cavabdeh1 Nazim oğlu xx.xx.2023-cü il tarixdə istixana kombinatı yeni yaşayış sahəsində hərəkətdə olan zaman “Opel Astra-minik” markalı, **-RO-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin yanından keçərkən manver qaydalarını pozmuş, həmin avtomobilin arxa sağ hissəsinə dəyib zədələmiş, polisə məlumat vermədən hadisə yerindən yayınaraq yol nəqliyyat hadisəsi nəticəsində inzibati xəta törətmişdir. 10.Sabunçu rayon DYPS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2023cü il tarixdə **-PL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt-minik” markalı nəqliyyat vasitəsini idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş xəta törətmişdir və inzibati məsuliyyətə cəlb edilmişdir.
11. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan (Forma 4) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə **-PL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt-minik” markalı və **-RO-*** dövlət nömrə nişanlı “Opel Astra-minik” markalı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, “Opel Astra-minik” markalı, **-RO-*** dövlət qeydiyyat nömrəli avtomobillə bağlı zərər 300 manat məbləğində müəyyən edilmişdir.
13. 06.12.2023-cü il tarixli CCL-Z-13629/2023 nömrəli sığorta aktına əsasən sığorta predmeti olan “Opel Astra-minik” markalı, **-RO-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dəymiş 300 manat məbləğində müəyən edilmiş, maddi zərərə görə ödənilməli olan sığorta ödənişin məbləği 300 manat təşkil etmişdir. 14.11.12.2023-cü il tarixli ödəniş sənədindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən X9 "xxxx" ASC-nin Badamdar filialındaki hesabına 300 manat məblğində pul vəsaiti köçürülmüşdür. (ödənişin təyinatı: sığorta ödənişi) 15.xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin "xxxx" ASC qarşısındakı 359,75 manat məbləğində öhdəliyi (o cümlədən "xxxx" ASC tərəfindən X14 300 manat sığorta ödənişi ödənilməsi nəticəsində yaranmış öhdəlik) xx.xx.2024-cü il tarixdə sığorta şiirkətləri arasında qarşılıqlı ödəmələrin qaydalarına uyğun olaraq əvəzləşdirilmişdir. 16.Fotoşəkillərdən görünür ki, “Opel Astra-minik” markalı, **-RO-*** dövlət qeydiyyat nömrəli avtomobil zədəli vəziyyətdədir. 17."xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 pretenziya məktubu ilə müraciət edərək, sığorta hadisəsi üzrə tələb olunan pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
18. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 359.75 manat məbləğində sığorta ödənişi və 30.4 manat dövlət rüsumunun, cəmi 390.15 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMCyə məxsus olanvə Cavabdeh1 idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta” qaydasında sığortalanmış **-PL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobaltminik” markalı avtomobil və X9 idarə etdiyi, **-RO-*** dövlət nömrə nişanlı “Opel Astraminik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sığorta hadisəsi nəticəsində **- RO-*** dövlət nömrə nişanlı “Opel Astra-minik” markalı avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 300 manat məbləğində qiymətləndirilmiş, xx.xx.2024-cü il tarixdə keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərə görə ASC tərəfindən **-RO-*** dövlət nömrə nişanlı “Opel Astra-minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC-yə 359.75 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 77-PL248 dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt-minik” markalı“avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ”dan (Forma 4) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə **-PL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt-minik” markalı və **-RO-*** dövlət nömrə nişanlı “Opel Astra-minik” markalı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ”dan (Forma 4) və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt **-PL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt-minik” markalı avtomilin mülkiyyətçisi Cavabdeh2 MMC olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin qiymətləndirmə aktından aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-RO-*** dövlət nömrə nişanlı “Opel Astra-minik” markalı avtomobilə dəymiş zərər 300 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərə görə ASC tərəfindən **-RO-*** dövlət nömrə nişanlı “Opel Astraminik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC-yə 359.75 (üç yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. 20.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələblərinin “xahiş etdi” hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada 359.75 manat məbləğində sığorta ödənişi və 30.4 manat dövlət rüsumunun, cəmi 390.15 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir kimi oxunmasını xahiş etmişdir. 21.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 430, 448 459, 936, 1096, 1097, 1108 və 1114-cü maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52-1.1, 63.1-ci, Azərbaycan Respublikası Mərkəzi X18 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın 4.1, 4.2, 5.1, 5.2, 5.3, 5.4, 2.1.9, 6.1, 6.2, 7.2, 7.1, 10.1-ci bəndlərinə, Yolnəqliyyat hadisəsi hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair 18 avqust 2022-ci il tarixli kollektiv sazişin 3.1, 7.1-ci bəndinə istinad etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri
22. Cavabdeh2 MMC iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında 13 may 2023-cü il tarixli ALY-699 saylı öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən 05 fevral 2022-ci il tarixli X16 üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və “Azərmaş Alyans" MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA032522 ban, qara rəngli avtomobil lizinq Alan Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh3 Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixli POA********** saylı etibarnamə verilmiş və həmin etibarnamə xx.xx.2023-cü il tarixə qədər etibarlı olmuşdur. Həmçinin lizinq alan Cavabdeh3 xahişi əsasında Cavabdeh2 MMC X16nin 4.1.3-ci, 4.1.5-ci və 4.1.6 bəndlərinə əsasən X10 avtomobilin idarə olunmasına dair 04 noyabr 2023-cü il tarixdə POA********** saylı etibarnamə verilmiş və həmin etibarnamə 05 dekabr 2023-cü il tarixə qədər etibarlı olmuşdur. İş materiallarında göründüyü kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X15 oğlunun avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Həmçinin qəzada təqsirli olduğu üçün X15 inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, X16nin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana keçir. X16nin 2.6-ci bəndinə əsasən lizinq obyektindən istifadəni lizinq Verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. X16nin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddət ərzində istismar zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. X16nin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla),həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
24.Məhkəmə iclasında iştiak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edib, iddia tələbinin pul vəsaitinin Cavabdeh2 MMC-dən tutulması hissəsində rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. 25.İddiaçı və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 yol nəqliyyat hadisəsinin Cavabdeh1 tərəfindən törədildiyini bildirmişdir. 26.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
27. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
28. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
29. AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. -926.1.-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 30.“İcbari sığortalar haqqında” AR Qanunun: -20.6-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. - 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. -52–1.3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. - 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 31.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 32.“Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2022-ci il tarixli qərarında foemalaşdırılmış hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. V. MƏHKƏMƏNİN MÖVQEYİ
34.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. 35.Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-nin mülkiyyətində olan, digər Cavabdeh1 idarə etdiyi, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta qaydasında sığortalanmış **-PL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt-minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta qaydasında sığortalanmış, X9 idarə etdiyi, **-RO-*** dövlət nömrə nişanlı “Opel Astra-minik” markalı avtomobilə zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində “Chevrolet Cobaltminik” markalı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır.
36. “Opel Astra-minik” markalı avtomobili icbari sığorta sığortalamış "xxxx" ASC tərəfindən həmin avtomobilə dəymiş zərərə görə 300 manat məbləğində sığorta ödənişi X14 ödənilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən həmin məbləğ sığorta şirkətləri arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə daiq qaydalara uyğun olaraq "xxxx" ASCtərəfindən qarşılanmışdır. Hazırda iddiaçı "xxxx" ASC "xxxx" ASC-yə ödədiyi məbləği subroqasiya qaydasında “Chevrolet Cobalt-minik” markalı avtomobilin mülkiyyətçisi Azərmaş Alyans” MMC-dən, avtomobili lizinqə alan Cavabdeh3 və yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 müştərək qaydada tutulmasını tələb edir.
37. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçı "xxxx" ASC-nin hazırkı iddia ərizəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortaçı qismində zərərçəkənin sığortaçısına ödədiyi sığorta məbləğini subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. 38.Tələblə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, digər əmlak sığorta növlərindən fərqli olaraq sığortalı tərəfindən mülki məsuliyyətin sığortası müqaviləsinin bağlamasında məqsəd öz əmlakını sığorta hadisələri nəticəsində zərər vurulması risklərindən sığortalamaq deyil, öz məsuliyyətini sığortalamaq, yəni özünün və ya sığorta olunanın mülki məsuliyyət daşıdığı sığorta hadisələri nəticəsində üçüncü şəxslərə vurulmuş zərərlə bağlı riskləri sığortaçıya ötürməkdən ibarətdir. Odur ki, həmin sığorta müqavilələri üzrə zərərvuran qismində əksər hallarda sığortalı və ya sığorta olunan çıxış edir. Bu baxımdan mülki məsuliyyətin sığortası müqaviləsi üzrə sığortaçının subroqasiya hüququ bir qayda olaraq yaranmır. Belə ki, sığortaçının sığorta ödənişini ödədikdən sonra bütün hallarda ödədiyi məbləği sığortalıdan və ya sığorta olunan şəxsdən tələb etməsi mülki məsuliyyətinin sığortası müqaviləsinin mahiyyətinə zidd olmaqla həmin müqavilənin bağlanmasını mənasız edir. 39.Odur ki, mülki məsuliyyətin sığortası müqavilələri, o cümlədən avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası müqavilələri üzrə subroqasiya hüququ yalnız icbari sığortalar haqqında qanunvericiliyin tələbləri sığortalı və ya sığorta olunan tərəfindən pozulduğu qanunda göstərilən hallarda və yalnız qanunun tələblərini pozmuş şəxsə qarşı yaranır. 40.Hazırkı halda iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququnun yaranmasının faktiki əsası kimi yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən yayınmasına, qanuni əsası kimi isə “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə istinad etmişdir.
41. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinin məzmunundan da göründüyü kimi avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayındıqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququ yaranır. 42.Odur ki, hazırkı halda yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 hadisə yerindən yayınması inzibati tənbeh vermə haqqında qərarla öz təsdiqini tapdığından "xxxx" ASC-nin Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Digər cavabdehlərə gəldikdə qeyd edilməlidir ki, iddiaçının digər cavabdehlərə qarşı subroqasiya hüququnun yaranması üçün isə qanuni əsasların mövcudluğu müəyyən edilmir. 43.Cavabdeh1 subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə tutulacaq məbləğə gəldikdə məhkəmə qeyd edir ki, subroqasiya hüququ mahiyyət etibarilə tələb hüququnun başqa şəxsə keçməsidir. Hazırkı halda yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X9 zərərvuran şəxs Cavabdeh1 qarşı delikt nəticəsində dəymiş zərər həddində, yəni 300 manat məbləğində tələb hüququ yaranmış və zərər məbləği iddiaçı "xxxx" ASC tərəfindən tam şəkildə qarşılandıqdan sonra həmin tələb hüququ iddiaçıya keçmişdir. Odur ki, iddiaçı "xxxx" ASC-nin subroqasiya qaydasında Cavabdeh1 tələb edə biləcəyi məbləğ ilkin kreditor X9 Cavabdeh1 qarşı tələb hüququnun həcmi ilə, yəni 300 manatla məhdudlaşır.
44. "xxxx" ASC-nin qarşılıqla ödəmələrin tənzimləməsi qaydasında "xxxx" ASC-yə 300 manat deyil, 359 manat ödəməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ödəmə sığortaçıların qarşılıqlı öhdəliklərin əvəzlədirilməsi qaydasında aparılmaqla ödəmənin 59 manat hissəsinin Cavabdeh1 öhdəliyinə hər hansı aidiyyətinin olması müəyyən edilmir. 45.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 300 məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.
1. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
2. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 300 məbləğində pul vəsaiti və dövlət rüumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva