Məhkəmə qərarları › İş №e-2-2(113)-3629/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3629/2021

12.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3629/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, Kreditor Tələbkar MMC-nin məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Tələbkar MMC məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Borclu MMC-dən Tələbkar MMC-nin xeyrinə 2660 manat xidmət haqqı, 532 manat cərimə və 30 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 3222 manat pulun tutulması haqqında məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən onun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Kreditorun tələbi borcludan 2660 manat xidmət haqqı və 532 manat cərimə borcunun tutulmasından ibarətdir. Lakin kreditor qeyd olunan borcun hansı qaydada hesablanmasını, eləcə də tələb edilən pul vəsaitinin borclu tərəfindən mübahisə edilmədiyini təsdiq edən hər hansı əsasları ərizəsində göstərməmişdir. Başqa sözlə, hazırkı halda tələbin aşkar olaraq borclunun mübahisə edilə bilinməyən vəzifəsinə aid olması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1-ci və 279.2.3-cü maddələrində nəzərdə tutulur ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 279.1, 279.2.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Tələbkar MMC-nin Borclu MMC barəsində məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar